…Və bir gün tanrı olacağam…
Romanı tərcümə edəndə tez-tez Feyziyyənin bu misrasını xatırlayırdım. Axı Adam Steyn Tanrının özü olduğuna inanırdı və Adam Steynin müalicə aldığı Araddakı xanım Sizlinqin Reablitasiya və Müalicə Klinikası məhz bu səbəbdən tikilmişdi – onlar Tanrını gözləyirdilər. Xanım Sizlinq İsrailə gəzməyə gələndə təsadüfən kafedə Şvester əkizlərinin böyüyü ilə tanış olur və yaşlı Şvester onu inandırır ki, Tanrı məhz burada, İsraildə və məhz dəlilərdən birinin timsalında zühur edəcək. Amerikada çoxlu fabrikləri olan dul xanım Sizlinq Şvesterə inanır və on milyon dollar xərc çəkib Arad səhrasında hər şəraiti olan tam modern klinika inşa etdirir. Haçansa Tanrı zühur edəcək və Şvester əkizi Adamın o elçi olduğuna inanır. Hər dəfə Şvester əkizi ondan soruşanda “hələ var, o gün yetişməyib hələ” deyir. Və bir gün Şvester əkizinin yuxusuna mələk gəlir. Dəqiq tarix, saat və məkan deyib Tanrını orda gözləmələrini tapşırır. Həmin tarixdə Reablitasiya və Müalicə klinikasında yatan xəstələr səhraya üz tuturlar və o biri dəlilər gücdən düşdükləri üçün Adam Steyn təkbaşına deyilən təpəyə çıxır və Tanrı yerinə heç gözləmədiyi biriylə qarşılaşır…
Adam Steyn təlxəkdir, itdir, saxtakardır, dahidir, haçan istəsə özünü xəstələndirə bilir, hamını özünə heyran edə bilir. Klinikaya üçüncü gəlişidir və gələn kimi baş həkim doktor Qrosun yanına gedir. O doktor Qrosu çoxdan, hələ Yafadakı xəstəxanada yatandan tanıyır. “Sən məğlubsan,” deyir Qrosa, “neçə dəfə cəhd etdin, müxtəlif dərmanları yoxladın, amma məni sağalda bilmədin”. Hə, doktor Qros uduzub. Amma Adam Steynin sağalmağı da təbii görünmür. Arvadıyla qızı gözünün qabağında qazda boğularaq öldürülən, ölüm düşərgəsində komandir Kleynin iti Rekslə bir qabdan yemək yeyib it rəftarı görən və təsadüfən sağ qalan və bütün bunların nəticəsində başına hava gələn birinin sağalmağı nə qədər inandırıcıdır? Doktor Qros özü də onun sağalacağına inanmır, o sadəcə öz üstünə düşəni edir, Adama müxtəlif dərmanlar içirdir.
Bir də Cenni var. Adamı sevir. Heç vaxt onunla birlikdə ola bilməyəcəyini bilsə də, Adam hər nə qədər onu alçaltsa da Cenni Adamı sevir. Onun üçün hər şeyə hazırdır və bacardığından daha çox eləyir.
Bir də balaca it var. It – yəni uşaq. Onu zirzəmidə it kimi gözlədib saxlayıblar və uşaq da it olduğuna inanıb. İndi Adamla eyni klinikadadır və Adam təzədən onu adam eləmək üçün əlləşir. Və istədiyinə nail olur, uşağa ad da verir – İsrail kralı Davud.
Klinikadakıların hamısı yəhudidir və hamısı dəlidir. Hamısı o məşum ildən – faşistlərin yəhudiləri qazda boğduqları ildən müxtəlif yollarla salamat çıxıblar və hamısının başına hava gəlib. Hamısının taleyi oxşardır və hamısının taleyi müxtəlif çalarlıdır.
Romanı oxuduqca çox eşitdiyim bir fikir öz təsdiqini tapırdı: İnsanın heç bir qiyməti yoxdur…
Həmid Piriyev
XƏBƏR LENTİ
Hava haqqında - 10.08.2013
Xəstəxanalarda dərman çatışmazlığı var? - AÇIQLAMA
Gəzməyə qərib ölkə, bəs bayrama?
Həyat əhəmiyyətli obyekt rəhbərlərinə tövsiyə
Qadın.Net xanımlarının "Sevgi hekayəsi"
"Heyvanların ibadəti"
Almanın bilinməyən faydaları
Dünyanın sonunda yaşayan adamlar
Uşaq çərçivələri (PSD)
Solyanka (foto-resept)
Bu şəxslərə icazə verilməyəcək
Nobel mükafatçıları BDU-da mühazirə oxuyublar
Milyon dollarlıq avtomobil təqdim olundu
Nigeriyalı “Sarı gəlin”i Azərbaycan dilində oxudu - VİDEO
Yay ayaqqabıları
Eynəyin şüşəsi buxarlanırsa...
Dırnaq boyasını dayanıqlı etməyin yolları
Uşaqlar üçün zərərli olan qidalar
Türk qəhvəsinin tarixi
Bu günün hava proqnozu
Kakaolu keks (foto resept)
Yaşıl meydanda daha bir ölüm
BÜRCLƏR bizə nə vəd edir?-2 yanvar
Çiyələk yemək üçün 7 səbəb
Diqqət! Uşağınızı bu xəstəlikdən qoruyun
Ötən il uşaqlara qoyulan ən qəribə adlar
Sürətli makiyaj necə edilir?
Hamam üçün dekorasiya
İş yerini dəyişdirmək istəyən müəllimlər üçün YENİ QAYDALAR
AMEA Mərkəzi Elmi Kitabxanasına daxil olan yeni ədəbiyyatların sərgisi keçirilir
Məşhur aktyor evləndi-FOTO
Jaguar-dan ilk super universal
Vaxtı bitmiş bütün növ ödəniş kartlarının istifadə müddəti uzadılır
Saçlarınızı tez uzadan təbii vasitələr
Ən ucuz BMW 7-Series
Yox demək mümkün deyil...
Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı: Üç nəfər öldü
Məktəbi bitirə bilməyənlər üçün eksternat imtahanlarına qeydiyyat başlayıb
Biz anlayaq ki, bizi anlasınlar
Hərbi gəmilər Bakı buxtasında niyə görünmədi?
Bakıda hibrid avtomobillər üçün şarj avadanlıqları quraşdırılır
Qadınla kişi dost ola bilərmi?
İŞİD-in məhvi başladı
Yeni standartlar: taksilər bu rəngdə olmalıdır
İnsanlar və əsərlər arasındakı uyğunluq
İlham Əliyev müjdəni verdi
Günün qoroskopu: bu gün illüziyalar, nəticəsiz ümidlərlə yadda qalacaq
Azərbaycanda 5 gün iş olmayacaq
Vətən müharibəsinə həsr olunmuş onlayn dərslər keçirilir
Ərəb dünyasında bir ilk - Qadın nazir oldu
- ŞƏRHLƏR