Təqdimat
Sizi başa düşürlərsə, bu xoşbəxtlikdir. Üstəlik biznesdə isə bu pul deməkdir. Çoxları ideyanın ətrafa qəbul etdirilməsini istedad kimi qəbul edir, biz isə təkidlə deyirik ki, bunu öyrənmək olar. Sizə ortaya əla məhsul qoymağa müvəffəq olmusunuz? O zaman bunu elə etmək lazımdır ki, onu layiqincə qiymətləndirə bilsinlər. Fərqi yoxdu ki, siz dostlarınıza, iş yoldaşlarınıza və yaxud da bütün dünyaya müraciət edirsiniz. Əsas odur ki, yaxşı izahat uğurun ən əsas təminatçısıdır.
Kitab kimin üçündür və üstünlükləri nələrdir?
Kitabın auditoriyası həddindən artıq genişdir. Bu genişliyə sıravi insanlar: valideynlər, tələbələr və sahibkarlardan tutmuş, dar ixtisas sahibləri: marketoloqlar, korporativ işçilər, satış menecerləri, rəhbərlik və dizayn işçiləri daxildir. Üstünlüklər isə sadəlik və praktiklikdir. İzah olunan hər bir nüans canlı korporativ nümunələr, şəkillər və video çarxlar vasitəsilə dəstəklənir ki, bu da qiraət prosesini interaktivləşdirir. İnteraktiv qiraət isə yüksək dəyərə malik qiraətdir. QR kodlar vasitəsilə video çarxların qiraət prosesinə sintezini ilk dəfə idi ki görürdüm və çox razı qaldım.
Obyektiv müşahidə
İş orasındadır ki, informasiya cəmiyyətinin tərkib hissəsi olmağa başlayandan, informasiya bolluğu və digər şəxsi səbəblərə görə izah etmək bacarığının necə də zəiflədiyinin həm özümdə, həm də kənar şəxslərdə şahidi olmağa başlamışam. Siz izah etmək istədiyiniz predmet haqqında tam məlumat sahibi ola bilərsiz. Siz onun mütəxəssisi olub, istənilən çətin suallara cavab verə bilərsiz, lakin əsas məsələ lazım olduqda bunu qarşınızdakı insana da izah edə bilməyinizdir. Əsas sirr izah edərkən özünüzü izah etdiyiniz haqqında heç bir məlumatı olmayan birisinin yerinə qoymağınızdır.
Kitabla tanışlığım
Bir neçə dəfə kitab mağazasında bu kitabı gördüm və vərəqlədim. Nəticədə isə tapıb oxudum. Nə isə qəribə cəlbedicilik var idi kitabda. Oxuyub bitirdikdən sonra bu cəlbediciliyin səbəblərini müəyyənləşdirə bildim:
- Sifətlərində sadəcə gülümsəmə olan üz qabığı obrazları və portativ fərqli dizayn;
- Həqiqətən, işləyən mexanizm kimi bizlərə təqdim olunan izahetmə metodu;
- Simulyativ xarakterli, obrazlı, canlı və real nümunələr;
- QR kodlar vasitəsilə fikrin video çarxlar vasitəsiylə dəstəklənməsi, hansı ki, bu nümunə digər kitablarda da öz tətbiqini tapsa, kitab qiraətində tamamilə fərqli və yeni era başlamış olacaq;
- Müəlliflə oxucu arasında dialoqun yaranması.
Bu nümunələr öz növbəsində real dəyəri olan və şəxsi inkişafa yönəlmiş kitabların struktur etalonunu müəyyənləşdirir. Belə kitablar çox azdır.
Karkas
İzahetmə prosesinin karkasını hazırlamaq mümkündür. Belə ki, izahetmə prosesi aşağıdakı addımlardan ibarətdir:
1) Kontekst - kontekst ideya və insanları birləşdirir. Çünki kontekst sizin izahınızın nədən ibarət olduğunu və mahiyyətini ifadə edir.
2) Tarixçə - bunu bir növ mövcud təcrübələrin insan obrazları vasitəsiylə teatral ifadəsi kimi başa düşün. Siz izah etmək istədiyiniz predmet və prosesi tarixçə vasitəsi ilə canlı edə bilərsiz. Bunun üçün sizə bir balaca təsəvvür qabiliyyəti gərəkli olacaq.
3) Əlaqələr - insanların artıq bildikləri, tanıdıqları və güvəndikləri elementlərin izahetmə prosesinə cəlbini özündə ehtiva edir.
4) Təsvir - izahın niyə və necəsini izah edən məqamdır. Səbəb və vasitələr vurğulanır.
5) Sadələşdirmək - empatiya vasitəsiylə qarşımızdakı insan üçün izah predmetinin başa düşülməsinin rahatlandırılması kimi qəbul etmək lazımdır.
6) Məhdudlaşdırmaq - bəlkə də təəccüblənəcəksiniz, amma izahatın məhdudlaşdırılması artıq əziyyətlərdən can qurtarmağa səbəb olur. Başqa sözlə, bir çox məhdudiyyətləri (vaxt, enerji və s.) nəzərə alaraq arzulanan məqsədə daha rahat nail olmaq olar. Auditoriyanın format və dilinin tapılması və izahetmə prosesinin daha çox yaddaqalan formatda təşkil edilməsi üçün məhdudlaşdırma elementi çox vacibdir.
7) Hissələrin birləşdirilməsi - bütün bu addımların birləşdirilməsini əhatə edir.
8) İzahın təqdim olunması - izah obyektinin lazımi ünvana çatdırılmasını əhatə edir ki, bu mərhələdə də bəzi şəxsi bacarıq və istedad lazım olur.
Daha çox yazmaq istərdim. İzahetmə şkalası, Common Craft şirkətinin izahetmə təcrübələri və digər maraqlı məqamlar haqqında demək üçün imkanlarımız təəssüf ki, məhduddur. Kitabın dilimizdə variantı olmasa da, rus dilində oxumaq imkanı olanlar kitabı oxusalar çox şey əldə etmiş olarlar. Tam səmimi olaraq deyirəm ki, belə kitablar azdı.
İbrahim Niftiyev
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Şahzadə QƏZAYA Düşdü -FOTO
Tövlədə tapılan maşın 23 milyon dollara satıldı
Civzələr (sızanaqlar)
Hərbçilərimizin həyatını təhlükəyə atan məsuliyyətsiz paylaşımlarla bağlı çağırış - VİDEO
Karantinin yumşaldılması təhsilə şamil olunacaq? - RƏSMİ AÇIQLAMA
Tətildə yaranmış günəş ləkələri üçün maska
Bu günün hava proqnozu
Cütlüklər niyə özünü tənha hiss edir?
Kosmosda sərvət tapıldı-FOTO
Ghibli studiyasının personajları təbiət qoynunda
Boyat çörəkdə pizza (foto-resept)
Moskvaya növbəti zərbə
Günün qoroskopu: həyat potensialı yüksəkdir
Ayda su ehtiyatları axtarılacaq
Rusiya Ukrayna üçün qazı ucuzlaşdırdı
"Səndən model olmaz" deyənlərə inad, məşhurlaşdı - FOTO
Nurgül Yeşilçay qardaşına bənzərliyi ilə TƏƏCCÜBLƏNDİRDİ вЂ“ FOTO
"Uşaqlar və qadınlar zorla bu xoşagəlməz vərdişlərə məcbur edilirlər"
15 nəvəsi olan 89 yaşlı qadın gəlinlik geyindi-FOTO
Özünü uğura necə kökləyə bilərsən?
Professor koronavirusun bədəndə əbədi qalıb-qalmayacağını açıqladı
Azərbaycanda bu adları sevmirlər?
İlham Əliyev: “Karantin rejimi uzadılacaq” - VİDEO
Moskvada qələbə paradı – CANLI YAYIM
Gözəgörünməz qatilə cavab tapıldı
Qaşları qalın və gözəl edən 3 təbii vasitə
HAVA necə olacaq?-9 Avqust
Ciyərli rulet (foto resept)
Attestat ala bilməyənlərin NƏZƏRİNƏ!
Alçaqdaban ayaqqabılar
Cəlal İsayev: “Koronavirus bəzən heç bir əlamət olmadan da keçə bilər”
Ronaldonun sevgilisi dekolteli paltarda - FOTO
Azərbaycanın qış vaxtına keçəcəyi tarix açıqlandı
"Eurovision"da Ukraynanı Maruv təmsil edəcək-FOTO
Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin uşaqlarına müavinət veriləcək
Hollandiyada ermənilərə qarşı mitinq keçirilib
Güclü qadınlar niyə sevə bilmir?
Qat-qat xəmir necə hazırlanır?(foto resept)
Azərbaycanda qeyri-adi toy - FOTO
Ultra HD-yə tələbat artır
Heydər Əliyev Fondunun dəstəyi ilə IV muğam televiziya müsabiqəsi davam edir
Amerikadan Türkiyəyə dəstək
Pələnglərlə bağlı həyəcan təbili çalındı
Estetik əməliyyat etdirib qayıdan qadınları Çinə buraxmadılar - FOTO
Leranın əl işləri
Seda Sayan Bakıya gəlir
Alimlərdən ŞOK: Hitlerin cəsədi bu sualtı gəmidə ola bilər - FOTO
Çiyələklə gözəlləşin
45 dəqiqədə təmizlik
Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib - RƏSMİ















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]