Biz dayanan kimi Mayor Norman maşından yerə hoppandı, onun yerini sadə geyimli bir adam tutdu. O, Puaro ilə bir neçə dəqiqə məşvərət etdi, sonra cəld çıxıb getdi. Mən maşından yerə düşdüm və Puaronun qolundan tutdum.
- Səni təbrik edirəm, qoca! Onlar sənə gizlənmə yerini söylədilər? Ancaq bura bax, sən dərhal Fransaya teleqram vurmalısan. Əgər sən özün getsən, gecikə bilərsən.
Puaro qəribə bir tərzdə bir-iki dəqiqə mənə baxdı.
- Tərslikdən, dostum, bir neçə şey vardır ki, onu teleqramla göndərə bilmərik.
Bu zaman Mayor Norman mülki geyimli bir təyyarəçi zabiti ilə geri qayıtdı.
- Bu sizi Fransaya aparan kapitan Lyaldır. O, dərhal yola düşməlidir.
- Yun şal isti olar, ser, - deyə gənc təyyarəçi Puaroya müraciət etdi. – Əgər istəyirsinizsə, sizə bir palto da verə bilərəm.
Puaro saatını çıxarıb ona baxırdı. O, öz-özünə mızıldadı:
- Bəli, vaxtdır. Düz vaxtdır!
Sonra o, başını qaldırıb nəzakətlə gənc zabitə baxdı.
- Mən sizə təşəkkür edirəm, müsye. Ancaq sizin sərnişin mən olmayacağam. Sizinlə bu centlmen uçacaq.
Puaro sözünü deyib, bir az yana çəkildi. Qaranlıqdan bir nəfər çıxıb irəli gəldi. O, həbs edilən ikinci kişi idi. Onun sifətinə işıq
düşəndə az qala heyrətdən yerimdə donacaqdım. Bu, Baş nazir idi.
- Allah xatirinə, bütün bunlar haqqında mənə danış, - deyə Puaro,
Norman və mən Londona qayıdanda səbirsizcəsinə ucadan dilləndim.
- Onlar Baş naziri İngiltərəyə necə qaytarıb gətiriblər?
- Onu İngiltərəyə gətirməyə ehityac yox idi, - Puaro cavab verdi.
– Baş nazir İngiltərəni heç vaxt tərk etməyib. O, Uindsordan Londona gedərkən yolda oğurlanmışdır.
- Nə?
- Hamısını aydınlaşdıracağam. Baş nazir öz maşınında imiş, yanında da onun katibi. Birdən Nazirin sifətinə xloroformlu
yaylığı çəkiblər.
- Bəs kim?
- Fərasətli dilçi, Kapitan Daniyel. Tezliklə Baş nazir huşunu itirir. Daniyel cəld mikrofonu götürür, O`Marfinin sağa dönməsinə istiqamət verir. Sürücü də buna şübhələmədən əməl edir. Bir az keçdikdən sonra narahat yolda böyük maşının dayandığını görürlər. Həmin maşının sürücüsü O`Marfini saxlatdırmaq üçün bir neçə dəfə siqnal verir. O`Marfi maşını saxlayır, yol adamı ona yaxınlaşır, Daniyel başını pəncərədən çıxarır, ola bilsin ki, bu kömək etmək üçün bir işarə imiş. Bu zaman xloroform oyunu yenidən təkrar olunur. Huşlarını itirmiş iki nəfər köməksiz adamı onlar başqa maşına aparırlar. Onların yerini isə iki nəfər yad adam tutur.
- Bu ola bilməz!
- Hələ, bu hamısı deyil! Sən myüzik-holda tanınmış şəxslərin necə ustalıqla təqlid olunmasını görməmisənmi? İctimai xarakterli rol oynamaqdan asan heç bir şey yoxdur. Mister Con Smit üçün də İngiltərənin Baş naziri rolunu oynamaq o qədər də çətin deyildir. O`Marfinin əvəzedicisi isə Baş nazirdən ayrılandan sonra maşını birbaşa Çarinq Krossdan dostlarının toplaşdıqları yerə sürmüşdü. O, içəri O`Marfi kimi girmiş, çıxanda isə tamamilə başqa bir adam kimi çıxmışdı. O`Marfi isə şübhəli tərzdə yoxa çıxmışdı.
- Ancaq Baş nazir rolunu oynayan adamı hamı görmüşdü?!
- Onu heç kim görməmişdi. Daniyel onu başqaları ilə əlaqədə olmaqdan bacardıqca qoruyurdu. Hər ehtimala qarşı üzünü sarımışdılar ki, həyatına edilmiş qəsddən çox qorxu hissi keçirməsini hamı görsün. Mister MakAdamın zəif boğazı var. O, həmişə hər hansı nitqində səsinə bacardıqca çox sərf etməyi xoşlayır. Baş nazirin orada yoxa çıxması heç vədə mümkün ola bilməzdi. Fransa polisləri İngilis kanalını üzüb keçməyə tələsirlər, ancaq onların heç biri ilk hücumun təfərrüatına vara bilmirlər. Xəyalən belə düşünürlər ki, sui-qəsd Fransada baş verib, Daniyelin ağzı bağlı halda tapılması və xloroform Fransa polisinə bunu sübuta yetirməyə imkan verməmişdi.
- Bəs Baş nazir rolunu oynayan kim olub?
- Həmin adam özü bu maskanı çıxarmağa məcbur olub. O və sürücü naməlum şəxslər kimi həbs oluna bilərdilər. Onlar tamaşanın bu hissəsini oynamağı arzu etməmiş və açıq-aydın ifşa olunmağa məruz qalıblar.
- Bəs həqiqi Baş nazir?
- Baş nazir və O`Mafini birbaşa Hampstiddə Daniyelin “xala”-sı missis Everardın evinə gətiriblər. Həqiqətən də, o, Frau Berta Ebentaldır, polis onu bir neçə müddətdir ki, axtarırdı. Bu mənim onlara xırda bir qiymətli hədiyyəm oldu. Daniyel bunun yanında boş şeydir. Çox ağıllı plan idi, ancaq bu plan Herkuli Puaronun ağlı qarşısında məğlub oldu.
- Siz bu işdə həqiqəti əvvəlcə nə vaxt duymağa başladınız?
- Mən işin düzgün tərəfinə müdaxilə edən zaman həqiqəti anlamağa başladım. Nazirə atəş açılmasına şübhə etmirdim, ancaq nəticədə Baş nazirin Fransaya sifəti yaralı halda getməsi məni dərindən düşünməyə məcbur etdi! Mən Uindsor və London arasında yerləşən bütün kənd mehmanxanalarına baş çəkəndə, oraya belə bir adamın gəlməməsini eşidəndə, düşüncələrimin düzgünlüyünə bir daha əmin oldum! Bundan sonra isə hər şey mənim üçün uşaq oyununa çevrildi!
Səhərisi Puaro mənə yenicə aldığı bir teleqramı göstərdi. Orada yalnız bircə söz yazılmışdı: “Vaxtında!”
Sonra axşam qəzetləri müttəfiqlərin konfransının hesabatını geniş şəkildə şərh etmişdi. Onlar Mister MakAdamın alovlu çıxışının sürəkli alqışlarla qarşılanmasını, onun hamıya dərin təsir bağışlamasını xüsusi qeyd etmişdilər.
...Son...
XƏBƏR LENTİ
Arıqlamaq üçün ilkin addımlar
Romantik bir gecə
Xərçəng xəstəliyinin əlamətləri
İdmana yeni başlayanlar üçün yağ yandıran 2 hərəkət
Mehriban Əliyeva Rəhman Rəhmanovun müalicəsini öz üzərinə götürdü
Görünməmiş möcüzədir qadınlar
Saçlarımızı qoruyaq
Prezident AZAL-ı TƏNQİD ETDİ: Bütün təyyarələri dövlət tərəfindən alınıb, bəs gəliri haradadır?”
İlin ən yaxşı küçə rəsmləri
Həkim: “Koronavirusa aid şikayətlər üç gündən artıq davam edərsə..."
JLo öz bədən quruluşu ilə HEYRƏTLƏNDİRDİ
MN: “Hazırda döyüş əməliyyatları davam edir”
Günün qoroskopu: yalnız öz marağınızı düşünün
İsmail YK
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür
Fəlakət ölkə ərazisini artırdı
100 milyonluq TƏLƏB-FOTO
Smartfondan kiçik kondisioner hazırlandı
Hava XƏBƏRDARLIĞI
Ermənistanın sonu yaxınlaşır
Turabi ABŞ-da çempiyon oldu-VİDEO
3 şahmatçımız medalla dönür
Pop kraliçası Eurovision səhnəsində
Bakıda avtobuslar yenilənir
Gənc Tamaşaçılar teatrında dekabrda nə olacaq?
Günün ulduz falı - 27.02.2014
İnsan alverinin qurbanı olmuş uşaqlara müjdəli xəbər
Köklü,darçınlı,qozlu keks (foto resept)
ABŞ-ın sabiq birinci xanımı vəfat etdi
Xan qızı Natəvanın evi düşmən işğalından əvvəl və sonra... - FOTO
Çinli alimlər xərçəngə qarşı nanorobotlar hazırladı
Hədiyyə ilə bağlı etiket qaydaları
Yaponlar dünyanı heyrətləndirdi
Britney Spears pəhrizi
Xocavənddə düşmənin darmadağın etdiyi həyatın bərpası ilə bağlı VACİB ADDIM
Rəssamlıqla məşğul olan həkim
Düşmən Göygölü atəşə tutur - RƏSMİ
Efiopiyada 15 nəfər zibilin qurbanı oldu
Məşhur aparıcı ana oldu-FOTO
Smartfonu beş dəqiqəyə 50 faiz şarj edən dünyanın ən sürətli adaptoru hazırlanıb
Putindən çoxbaşlı "soyqırımı" bəyanatı
Türkiyə İŞİD-lə döyüşə qoşulur
Mülki əhalimizi atəşə tutan düşmən bölmələri darmadağın edilib - VİDEO
Avokadolu pizza(foto resept)
Azərbaycanda ölüm hökmü bərpa oluna bilər?
Azərbaycanda daha 314 nəfərdə koronavirus aşkarlandı
Münasibətdəki soyuqluğun səbəbləri
Yarım ildə dörd min ailə dağıldı
BÜRCLƏR bizə nə vəd edir? - 23 mart
Bakıda uşaq bağçalarının açılması üçün hazırlıq işləri başladı
- ŞƏRHLƏR