Biz asta-asta Buloyn Harba daxil olanda Puaro göründü. O, gülərək astadan qulağıma pıçıldadı ki, Laverquyerin metodu onun üçün uğurlu olmuşdur. Çəpin barmağı hələ də xəritənin üstündə müxtəlif “marşrutlar” da hərəkət edirdi.
- Cəfəngiyyat! Maşın Buloyndan yola düşüb. Burada onlar ayrılıblar. İndi mənə elə gəlir ki, onlar Baş naziri başqa maşına keçiriblər. Görürsən?
- Yaxşı,- ucaboylu xəfiyyə dilləndi. – Mən bütün limanları axtaracağam. Məlumata görə birə on dəqiqə qalmış onlar bir gəmiyə kontrabanda şeyləri yığmışdılar.
Çəp başını silkələdi.
- Aydındır. Dərhal bütün limanları bağlamaq üçün əmr verilmişdir.
Səyahətimiz başa çatanda Mayor Norman Puaronun qoluna toxunaraq dedi:
- Ser, sizi burada bir hərbi maşın gözləyir.
- Təşəkkür edirəm, müsye. Ancaq mən Buloynu tərk etməyi məsləhət görmürəm.
- Nə?
- Xeyr, biz sahildəki bu mehmanxanaya girəcəyik.
Onun sözü ilə hərəkəti bir-birini tamamlayırdı, mehmanxanada ayrıca bir otaqda qalmasını tələb edirdi. Biz üçümüz tutulmuş və çaşqın halda onun arxasınca getməyə məcbur olduq.
O, bizə isindirici bir nəzərlə baxdı.
- Sizcə, yaxşı xəfiyyə həmişə belə hərəkət etməlidir? Mən sizin fikrinizi başa düşürəm və aydınca dərk edirəm: yaxşı xəfiyyə enerjili, yorulmaz olmalıdır. O, özünü tozlu yollarda əyilib təkər izlərinə baxmağa məcbur etməlidir. O, siqarət kötüklərini yığmalıdır, yerə düşmüş kibriti qaldırmalıdır? O sizin fikrinizdir, elə deyilmi?
Onun gözləri bizi nəyəsə çağırırdı.
- Ancaq mən – Herkuli Puaro – sizə deyirəm ki, bu belə deyildir! Həqiqətin açarı buradadır! – deyə o, alnını döyəclədi.
- Görürsünüz, mən Londonu tərk etməyə ehtiyac duymuram. Mənim üçün oradakı otağımda oturmaq da kifayət edirdi. Çünki bu işlərin həlli zamanı qarşıya çıxan çətinliklər yolunda çürük sədd ola bilər. Mən qəflətən xəritəni tələb edənə kimi oğrular sakitcə və gizlicə öz işləri ilə məşğul olacaqlar və mən işarət barmağımı bir nöqtəyə qoyub deyəcəyəm: Baş nazir oradadır! Və bu belədir! Metod və məntiqlə bir şeyi həll etmək olar! Fransaya edilmiş bu yürüş yalnış idi. Bu uşaqların gizlənpaç oyununa bənzəyirdi. Ancaq indi çox gec olmasına baxmayaraq mən bu işi daxildən işıqlandıracağam, dostlar məni bağışlayın.
Beş saat olardı ki, o, hərəkətsiz oturmuşdu, gözləri pişik gözlərini xatırladırdı. Onun yaşıl gözləri get-gedə parlayır, parladıqca rəngi daha da tünd yaşıla çevrilirdi. Şotland Yard işçisinin nifrətli baxışları, Mayor Normanın narahatlığı və çəkdiyi daxili əzablar aydınca hiss olunurdu. Mən özüm isə saatlar ötdükcə darıxmağa başladım.
Nəhayət, mən ayağa qalxdım, bacardıqca səssiz pəncərəyə yaxınlaşdım və içərisində Britaniya əsgərləri olan Fransadan İngiltərəyə üzən gəminin arxasınca baxdım. Birdən Puaronun səsinə diksindim.
- Dostlar, gəlin yola düşək!
Mən geri döndüm. Dostumu qeyri-adi vəziyyətdə gördüm. Onun gözləri həyəcandan od tutub yanırdı. Sinəsi körük kimi qalxıb-enirdi.
- Mən yüngül ağıllı olmuşam, dostlar! Ancaq deyəsən, işıq ucu görürəm.
Mayor Norman qapıya tərəf tələsdi.
- Maşın çağırım.
- Lazım deyil, mən ondan istifadə etməyəcəyəm. Allaha şükür ki, külək dayanıb.
- Ser, piyada getmək fikrindəsiniz?
- Xeyr, dostum, mən müqəddəs Pyotr deyiləm. Mən dənizi qayıqla üstün tuturam.
- Dənizi keçmək?
- Bəli, metodla işləmək üçün işi əvvəldən başlamaq lazımdır. Bu işin başlanğıcı isə İngiltərədədir. Buna görə də biz İngiltərəyə qayıdırıq.
Saat üçdə biz yenidən Çarinq Kross platformasında dayanmışdıq. Puaroya göstərdiyimiz öyüd-nəsihətlər hamısı boşa çıxmışdı. Dediyimiz sözləri o, bu qulağından alıb o biri qulağından buraxırdı. Puaro öz dediyindən dönən deyildi. O, vaxtı itirmədən işin başlanğıcına doğru tələsirdi. Yolda o, Normana yavaşcadan bildirmişdi ki, Doverdən teleqram göndərsin. Normana xüsusi tapşırıq veriləndən sonra
biz lazım olan yerə vaxtında çatdıq. Londonda bizi böyük bir polis maşını gözləyirdi. Onlardan biri dostuma bir vərəq yazılı teleqram verdi. O, mənim sualedici baxışlarımı dərhal sezdi və dedi:
- Londonun qərbində eyni bir radiusda yerləşən kənd mehmanxanalarının siyahısıdır. Bunun üçün Doverdən teleqram vurmuşdum.
Bizim maşın London küçələrində sürətlə şütüyürdü. Biz Bas Roudun, Hammersmitin, Cizikin və Brenfordun yanından ötüb keçdik. Əsas obyektimizi görməyə başladım. Biz Uindsordan birbaş Askota tərəf yollandıq. Ürəyim çırpınmağa başladı. Askot Daniyelin xalasının yaşadığı yer idi. Deməli, biz onun arxasınca gedirdik, bəs onda O`Marfi?!
Biz bir villanın darvazası qarşısında dayandıq. Puaro maşından hoppanıb düşdü, zəngi basdı. Mən sifətinə düşmüş işıq şüasında onun avazımış rəngini gördüm. Görünür, o hələ istədiyinə lazımi qədər nail olmamışdı. Zəngə cavab verildi. Puaro içəri daxil oldu. Bir az keçəndən sonra o, yenidən göründü. Puaro maşına minəndə kəskin şəkildə başını silkələdi. Ümidlərim məhv olmağa başladı. İndi saat beşə işləyirdi.
Biz Londona tərəf geri qayıdanda bir neçə dəfə baş yoldan çıxmalı olduq. Hər dəfə tanış olmayan kənd mehmanxanasının qarşısında dayanır, bir neçə dəqiqəliyə Puaronu gözləməli olurduq. O, çox ləngimirdi, hər dayananda onun çöhrəsində özünə inam qığılcımları bərpa olunurdu. O, Normana nəsə pıçıldadı və sonra ucadan dilləndi:
- Bəli, əgər siz sol tərəfə dönsəniz, onları körpünün yanında gözləyən görəcəksiniz.
Biz yolun o biri tərəfinə döndük, orada bir maşın göründü. Maşının yanında sadə geyimli iki nəfər dayanmışdı. Puaro maşından düşdü və onlara nəsə dedi. Sonra biz şimal tərəfə istiqamət götürdük, həmin maşın da arxamızca gəlirdi. Biz xeyli gedib Londonun şimal rayonlarından birinə çatdıq. Nəhayət, hündür bir binanın qapısı qarşısında dayandıq. Norman və mən maşında qaldıq, Puaro və başqaları isə qapıya tərəf gedib zəngi basdılar. Qapını gözəl görkəmli bir qız açdı. Xəfiyyələrdən biri dedi:
- Mən polis işçisiyəm və bu evi axtarış haqqında göstərişim vardır.
Qız ona kiçicik bir nəzər saldı. Bu zaman onun arxasından hündürboylu, orta yaşlı, şux görkəmli bir qadın göründü.
- Qapını ört, Elis. Onlar oğrudurlar.
Ancaq Puaro cəld hərəkətlə ayağını qapıya söykəyərək fit verdi. Dərhal onu gözləyən xəfiyyələr içəri doluşdular, qapı onların arxasınca bağlandı.
Norman və mən beş dəqiqəyə kimi gərgin vəziyyət keçirdik. Nəhayət, qapı açıldı və üç məhbus - bir qadın və iki kişi göründü. Qadın və kişilərdən birini ikinci maşına mindirdilər. O biri kişini isə Puaro özü ilə bizim maşına gətirdi.
- Dostum, mən o biri maşınla getməliyəm. Ancaq bu centlmendən muğayat ol. Sən onu tanımırsan? Yox? Yaxşı, onu sənə təqdim edərəm, Müsye O`Marfi!
O`Marfi! Heyrətdən ağzım açıla qalmışdı. Biz yenidən yola düşdük. Onun əli qandallı deyildi, ancaq onun aradan çıxmağı möcüzə olardı. O heyrətlənmiş və pörtmüş halda, gözünü çəkmədən bizə baxırdı. Hər halda Norman və mən onun üçün barıt çəlləyini odlayan kibritdən də artıq olardıq. Bizim hələ şimala doğru getməyimiz məni təəccübləndirirdi.
Bəs biz Londona qayıtmırıq? Mən çox tutulmuşdum. Birdən maşın yavaşıdı, mən Hendon aerodromunu dərhal tanıdım. Dərhal da Puaronun fikrini anladım. O, Fransaya təyyarə ilə uçmağa qərara almışdı.
Bu bir idmançı fikrini xatırladırdı, ancaq onun üzündən hiss olunurdu ki, bu işin hələ tam hissəsi deyildir. Teleqram daha tez ola bilərdi. Vaxt isə gözləmirdi. O, Baş naziri xilas etmək üçün şəxsən özü getməlidir.
Ardı var...
XƏBƏR LENTİ
Məktəbi bitirə bilməyənlər üçün eksternat imtahanlarına qeydiyyat başlayıb
Moskvadan Ankaranı məyus edən açıqlama
Bakı-Qazax qatarı ləğv edilir
BÜRCLƏR bizə nə vəd edir?-20 Mart
"Heydər zirvəsi"nə yürüş başa çatıb
Əvvəlki illərin məzunları üçün imtahandır
Sabahın HAVAsı
Gənc qızların yataq otaqları
Prezident iki icra başçısını işdən çıxardı
Mühasirədəki şəhərdə yüzlərlə azərbaycanlı qalıb
Ermənilər Gəncə şəhərini növbəti dəfə atəşə tutur - RƏSMİ
“Taxt oyunları”nın 11 həftəyə çəkilən səhnəsi
Xiyarın faydalarını bilirsinizmi?
QALİB SEÇİLDİ - İlk Avropa Oyunları yeni televizorunuzda!
Katya Lel ölən sevgilisindən üzr istədi
Ebru Polat ərə gedir
Azərbaycanlı zəvvarlar Məkkədə bir ilki gerçəkləşdirəcəklər
İstirahət gününün hava proqnozu
Qurban bayramında qeyri- iş günləri açıqlandı.
Kişi gözünə sürmə çəkə bilərmi?
Rusiyanın ən varlı qadını bəlli oldu-FOTO
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Mehmet Ali uzun müddət sonra İLK DƏFƏ - FOTO
Rəngarəng düyülü zapekanka (foto resept)
Saçlarını günlərlə yumur - FOTO
Dəbli ofis mebelləri
Məşhur rus biznesmen Azərbaycandan üzr istədi
Müsəlmanlara mobil telefonlardan istifadə qadağan olundu
Adriana Limadan ismarıc-FOTO
Bakının mərkəzində "ayı" peyda oldu
Qış makiyajında trend rənglər
"Sara" tortu (foto-resept)
Baharla, günəşlə doğulmaq...
Bu ilin 9 ayında körpələrə ən çox verilən adlar - SİYAHI
Ağrı hissi
Dünyanın ilk smart eynəyi satılır
Sərnişinlər üçün yeni xidmət yaradıldı - FOTO
Dolu bədənli xanımlar üçün
Türkiyədə partlayış baş verib
Əlillərə iş verməyənlər cəzalanacaq
Yuri Podolyaka: “Bir neçə həftə qalıb, hər şey Azərbaycan Ordusunun əlindədir”
Rusiyada "Donuz qripi" tüğyan edir
Demet Şener sabah ərə gedir-FOTO
Qadin.Netlilərlə səyahət (4-cü hissə)
Azərbaycanın seysmoloji baxımdan ən təhlükəli zonası haradır?
Fəsil yorğunluğu pəhrizi
Azərbaycana əlilliyi olan sərnişinlər üçün xüsusi avtobusların gətirilməsinə başlanılıb
Baharın gəlişi şəkillərdə
Dodaq boyasını canlı saxlamaq sirləri
"Oskar" mükafatı: ən yaxşılar seçildi - FOTO
- ŞƏRHLƏR