İndi müharibə və müharibəylə bağlı bütün məsələlər keçmişdə qalıb; mən risk edərək milli böhran zamanı baş vermiş bir hadisədə dostum Puaronun oynadığı mühüm rolu dünya ictimaiyyətinə çatdırmaq istəyirəm. Bu sirr çox möhkəm qorunub saxlanmışdı. Heç bir mətbuat üzü görməmişdi. Ancaq indi bunun sirr olmasına o qədər də ehtiyac yoxdur; düşünürəm ki, biz İngiltərəni böyük bir fəlakətdən xilas etmiş dostum Puaronun heyrətləndirici ağlına bu ölkənin borclu olduğunu açıq-aşkar görəcəyik.
Bir axşam yeməkdən sonra - tarixi göstərməyəcəyəm: bu “sülh danışıqları” keçirilən müddətdə olmuşdu - mən dostumla onun
otağında oturmuşdum. Əlil olduğum üçün ordudan tərxis olunmuşdum, dostum Puaronun yanında özümçün kiçicik bir məşğuliyyət tapmışdım. Hər axşam yeməkdən sonra Puaronun apardığı hər hansı maraqlı işlərdən danışmaq, onu dinləmək mənimçün artıq adət halını almışdı. Dostumla İngiltərənin Baş Naziri- Mister David Mak Adamın həyatına qəsd etmək cəhdi haqqındakı sensasiyanı aydınlaşdırmağa cəhd göstərirdim. Bu məlumat qəzetlərdə dərc edilmişdi; Baş Nazirin qəribə tərzdə aradan çıxması, güllənin onun yanağını yalayıb keçməsi haqqında isə heç bir təfərrüat verilməmişdi. Mən elə hesab edirdim ki, bizim polis qaydanın belə kobudcasına pozulmasına yol verdiyi üçün xəcalət çəkməlidir.
Mən yaxşı başa düşdüm ki, alman agentləri İngiltərədə belə bir “naliyyətə” risk etmək arzusunda olacaqdır. “Döyüşən Mak” – öz partiyası da onu belə adlandırırdı, Sakit Okean təsirinin genişləndirilməsinə qarşı gərgin və açıq- aydın mübarizə aparmışdı.
O, təkcə İngiltərənin Baş Naziri deyil, elə İngiltərənin özü demək idi. Danışıqlarda əsas məqsəd Britaniyanı təsir dairəsindən çıxarmaq və ağır zərbə endirib, iflic etmək olacaqdı. Puaro boz kostyumunu təmizləməklə məşğul idi. O, həmişə şıq geyinərdi. İndi otağın havası benzin iyi ilə dolmuşdu, Herkuli Puaronun başı şalvarı təmizləməyə qarışdığından mənə bir elə diqqət vermirdi.
- Dostum, düzü, sənə qulaq asıram. Bircə dəqiqə, əlimdəki işi qurtarıram. Paltarda yağ ləkəsinin olması yaxşı deyil. Onu daha yaxşı benzin təmizləyir.
O, dodaqlarını tərpətdi. Mən gülümsəyərək başqa bir siqaret alışdırdım.
- Maraqlı bir şey yoxdur?- bir-iki dəqiqə keçəndən sonra soruşdum.
- Mən - necə deyərlər- “xadiməyə” öz “ərini” tapmağa kömək etməliyəm. Çətin işdir, bunun üçün fakt lazımdır. Ağlıma belə bir fikir gəlir ki, onu tapanda “ər”, o qədər də məmnun olmayacaq. Sən nə düşünürsən? Mən isə ona rəğbət bəsləyirəm. O, elə bir adamdır ki, təcrid olunduğu üçün özünü gizlətmişdir.
Mən güldüm.
- Nəhayət! Yağ ləkəsi artıq çoxdan gedibdir! Mənə indi sənin vəziyyətin aydındır.
- Mən səndən soruşurdum ki, MakAdama qarşı edilmiş qəsd barədə nə düşünürsən?
- Uşaqlıqdır! - Puaro cavab verdi. - Bunun ciddi olduğunu qəbul etmək kimin üçünsə çətin ola bilər. Axı necə ola bilər ki, güllə hədəfə dəyməyib? Bu əvvəlcədən düşünülmüş plandır.
- Bu, əldə olunacaq müvəffəqiyyətə çox yaxın olmuşdu, - deyə mən dostuma xatırlatdım.
Puaro narahat halda əlləri ilə başını tutdu. O, nəsə demək istəyirdi, bu zaman ev sahibəsi başını qapıdan çıxararaq iki centlmenin Puaronu görmək istədiyini bildirdi.
- Ser, onlar adlarını demədilər, sadəcə olaraq dedilər ki, bu çox mühüm məsələdir.
- Qoy gəlsinlər, - deyə Puaro əlindəki boz şalvarını qatlayaraq, kənara qoydu.
Bir azdan Puaronu görmək istəyənlər otağa daxil oldular. Mən onları görən kimi tanıdım. Onlardan biri Lord Esteyr - Ümumi palatanın rəhbəri, ikincisi isə Mister Bernard Doc - hərbi katibliyin üzvü, Baş nazirin ən yaxın dostu idi.
- Cənab Puaro,- deyə Lord Esteyr mənə baxaraq tərəddüd etdi,- mənim işim şəxsidir.
- Siz kapitan Hastinqs qarşısında sərbəst danışa bilərsiniz, - deyə Puaro başı ilə onlarla qalmağıma işarə etdi, - ancaq onun bu sahədə dərin səriştəsi olmamasına baxmayaraq mən Hastinqsin fikri ilə razılaşıram.
Lord Esteyr hələ də tərəddüd içərisində idi. Ancaq Mister Doc sakitliyi pozdu:
- Yaxşı, gəlin davam edək! Onsuz da gec-tez İngiltərə bu barədə biləcək. Vaxt isə gözləmir.
- Buyurun, əyləşin, cənablar!- Puaro nəzakətlə onlara yer göstərdi, - Siz bu böyük stulda əyləşin, Milord?!
Lord Esteyr astaca sözə başladı:
- Siz məni tanıyırsınız?
- Əlbəttə, mən kiçik şəkilli qəzetləri oxumağı xoşalayıram. Mən sizi necə tanıya bilmərəm?
- Cənab Puaro, mən bura çox əhəmiyyətli bir iş haqqında məsləhət almağa gəlmişəm. Ancaq bunu tamamilə gizlicə soruşmalıyam.
- Siz Herkuli Puaro ilə danışmaq istəyirsiniz? Mən daha heç bir şey deyə bilmərəm, - mən ibarəli tərzdə dilləndim.
- Bu, Baş nazirin işi ilə əlaqədardır. Biz çıxılmaz vəziyyətdə qalmışıq.
- Lap başımızı itirmişik! - Mister Doc əlavə etdi.
- Onda yara ciddidir? - mən soruşdum
- Hansı yara?
- Güllə yarası.
- A, onu deyirsiniz!- deyə Mister Doc əsəbi halda dedi, - O, çoxdankı məsələdir.
- Həmkarımın dediyi kimi, - Lord Esteyr davam etdi, - xoşbəxtlikdən o iş yaxşı qurtarıb, güllə yan keçibdir. Məni daha çox ikinci cəhd narahat edir.
- Onda bu işdə ikinci cəhd də olmuşdu?
- Bəli, baxmayaraq ki, eyni işdir, ancaq Mister Puaro, Baş nazir yoxa çıxıbdır.
- Nə?!
- Onu oğurlayıblar!
- Ola bilməz! – mən həyəcanlı halda qışqırdım.
Puaro mənə çəpəki bir nəzər saldı. Bu, o demək idi ki, mən ağzımı yumum.
- Adama elə gəlir ki, bu heç cür ola bilməz, ancaq təəssüflə bildirirəm ki, bu doğrudur, - deyə Mister Doc davam etdi.
Puaro Mister Doca baxdı.
- Siz indicə dediniz ki, vaxt gözləmir. Siz bununla nə demək istəyirsiniz?
Onlar bir-birlərinə baxdılar, sonra Lord Esteyr dedi:
- Mister Puaro, siz Müttəfiqlərin Konfransının keçirilməsi gününün yaxınlaşması haqqında eşitmisinizmi?
Dostum başını yırğaladı.
- Bu konfrasın harada və nə vaxt keçirilməsi haqqında hələlik heç bir məlumat verilməyibdir. Ancaq bunu mətbuatdan gizlin saxlanılmasına baxmayaraq diplomatik idarələrdə hamı bilir. Konfrans sabah - cümə axşamı - Versalda keçirilməlidir. İndi siz bilirsiniz ki, necə çətin vəziyyət yaranmışdır. Mən sizdən gizlətmirəm. Baş nazirin bu konfransda iştirakı həyati bir zərurətdir. Sakit okean təbliğatı ölkəmizdəki alman casusları tərəfindən xeyli gücləndirilmişdir. Bu hamının fikridir ki, konfransdakı fikir dəyişkənliyi yalnız Baş nazirin güclü şəxsiyyəti altında mümkün ola bilər. Onun bu konfransda iştirak etməməsi isə ən böyük ciddi nəticəyə, yəni sülh üçün çətin təhlükə yaranmasına gətirib çıxara bilər. Onun yerinə göndəriləsi isə heç kimimiz yoxdur. İngiltərəni yalnız o təmsil edə bilər.
Puaronun sifəti ciddi görkəm almışdı.
- Sizcə, Baş Nazirin oğurlanmasına əsas səbəb onun konfransda iştirakına mane olmaqdır?
- Mən buna daha çox əminəm. O, Fransaya gedərkən yoxa çıxıbdır.
- Konfrans keçirilmişdir?
- Sabah gecə saat 9-da.
Puaro cibindən saatını çıxarıb baxdı.
- İndi doqquza on beş dəqiqə qalır.
- İyirmi dörd saatdan sonra... – Mister Doc fikirli halda dilləndi.
- On beş dəqiqəni də yaddan çıxarmayın, bu da əhəmiyyətlidir. İndi bunu bilmək lazımdır. – Nazir İngiltərədə, yoxsa Fransada oğurlanıbdır? – deyə Puaro əlavə etdi.
- Fransada. Mister Mak Adam Fransaya bu səhər keçibdir. O, axşam Baş komandanın qonağı olmalı, sabah isə Parisə yola düşməli idi. Baş nazir Kanalı eskadra minonosunun müşayiəti altında keçmişdi. Onu Buloyn limanında Baş qərargahın göndərdiyi şəxsi yavəri qarşılaşmışdı.
- Yaxşı, bəs sonra?
- Sonra onlar Buloyndan yola düşüblər, ancaq gəlib mənzil başına çatmayıblar.
- Nə?
- Mister Puaro, naziri qarşılayan qondarma maşın olmuşdur, həmçinin, yavəri də. Əsl maşın yolun kənarında tapılmışdır. Sürücünün və yavərin ağzını bağlayaraq aparıblar.
- Bəs o saxta maşın?
- Hələlik məlum deyil.
Puaro narahatcasına əl-qolunu yellədi.
- İnanılası şey deyildir! Bunun nəzərdən yayınmasına, doğurdan da, əminsinizmi?
- Fransanın həmin hissəsi hərbçilərin ixtiyarındadır. Biz belə aydınlaşdırdıq ki, maşın bu ərazidə uzun müddət nəzarətsiz gedə bilməzdi, çünki bu, Fransa polisi, bizim Şotland Yardın işçiləri və hərbçilərin nəzərindən heç cürə yayına bilməzdi. Bu sizin dediyiniz kimi inanılası deyildir, ancaq hələlik heç bir şey aydınlaşdırılmamışdır!
Bu zaman cavan bir zabit əlində möhkəm surğuclanmış məktubla otağa daxil oldu və onu Lord Esteyrə tərəf uzatdı.
Ardı var...
XƏBƏR LENTİ
Koronavirusla bağlı son vəziyyət açıqlandı
İri ticarət mərkəzlərinin aqibəti necə olacaq?
Uşağın cinsiyyətini öyrənmək istəyən cütlük ŞOK YAŞADI
Məşhur futbolçunun qabırğası sındı
Burak Özçivitin filminə qadağa qoyuldu-FOTO
Bu gün ixtisas seçimi başa çatır
Müxalifət Paşinyana istefa üçün vaxt qoydu
Qanunsuz tikilmiş evlərin qeydiyyatı bizə nə verəcək?
Qorxulu film izləməklə arıqlaya bilərsiniz
Bakıda 10В°- dək isti olacaq
Shakira öz əl işini təqdim etdi
Permdə doğulan Ömər Xəyyam
"Bobbi"nin ulduzu Rişi Kapur öldü-FOTO
Azərbaycanda Facebook-a maraq azalıb
Hindistan tarixində ilk dəfə
Körpənin yuxuya rahat getməsi üçün tövsiyələr
Minsk qrupu Nalbandyanla Dağlıq Qarabağ nizamlanmasını müzakirə edib
Artıq çəkidən azad olmaq üçün 8 qızıl qayda
Koronavirusa yoluxan ən kiçik xəstə sağaldı-FOTO
Hər ay bir şəhzadəyə çevrildi
Beyonsenin konsertində zal boş qaldı-FOTO
Doğma kəndim - Baş Küngüt
Kompüter oyunlarını sevənlərə bəd xəbər
Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik etdi
Bu gün Aşuradır
Hulusi Akar Qarabağda anlaşma barədə: “Türkiyə həm masada, həm də ərazidə olacaq”
Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ad günüdür
Prezident İlham Əliyev: “...əlimizdən gələni edəcəyik”
Almaniya kuboku: Türk futbolçu matçın qəhrəmanı oldu, "Bavariya" qalib gəldi
Azərbaycanda sahibkarlar bu xərcdən azad edildi - QƏRAR
Azərbaycanda müəllimlərin işə götürülməsi üzrə elektron ərizələrin qəbulu başlanır
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma
Dəri çatlarının qarşısını necə almalı?
"Coca-Cola"nın "gücü"
Banklara xəbərdarlıq etdi
Qış aylarında dəri baxımı
Yasəmən gülü və faydaları
Düşmən təəccübləndirdi: cəmi 26 dəfə?
Körpə doğulandan sonra hansı qurban kəsilməlidir?
BenQ bazara qayıtdı
Kimə qırmızı kürü yemək olmaz?
Ən çox gəzən turist
Onların da geyimləri var
Ordumuz ermənilərə daha bir zərbə
Mehriban Əliyeva Xalq artistinə avtomobil HƏDİYYƏ ETDİ - FOTO
"Ermənistan rəhbərliyindəkilər, sanki, başqa planetdən gəliblər"
Azərbaycan valyuta bazarının həftəlik icmalı
Yaxşı işləyib tez qocalmamaq üçün nə edək?
İnsanların mənfi enerjisindən necə qorunmalı?
Jurnalistin ölümünə prezidentdən reaksiya
- ŞƏRHLƏR