Madam de Bosean “o, madmazel de Roşfidlə evlənmək fikrindədir” düşündüyü halda, nə söylədiyinin fərqinə varmırdı. “Lakin o, sərbəstdirmi? Bu izdivac bu axşamdan gec olmayaraq pozulmalı, yoxsa mən... Bəli! Sabah bu barədə söhbət belə ola bilməz”.
Ejen:
– Kuzina... – deyə sözə başladı.
Vikontessa tələbəyə lovğa nəzər salaraq:
– Nə var? – deyə soruşdu.
Ejen qupquru qurudu.
Ejen bu “nə var” sualının nə demək olduğunu anladı. O, bu son üç saat ərzində bir çox şeylər öyrənmişdi, artıq ehtiyatlı tərpənirdi.
Ejen qızararaq yenə başladı:
– Madam... – O, bir az duruxdu, lakin özünü düzəldib, yenə sözünə davam etdi: – Məni bağışlayın. Mənim sizin himayənizə o qədər ehtiyacım vardır ki, sizin qohumluğunuzun bir zərrəsi belə mənə ziyan verməzdi.
Madam de Bosean acı təbəssümlə güldü: onun üfüqlərində artıq göy gurultusunun səsləri eşidilirdi.
Ejen sözünə davam edərək:
– Əgər siz mənim ailəmin vəziyyətini bilsəydiniz, – dedi, – himayə göstərdikləri adamların qarşısına çıxan maneələri, lütf göstərib rədd edən əfsanəvi pərilər kimi, mənə yardım etməkdən çəkinməzdiniz.
O, gülərək cavab verdi:
– Yaxşı, kuzen, yaxşı, mənim sizə nə mənfəətim dəyə bilər?
– Mən özüm belə bilmirəm. Sizinlə elə uzaqdan-uzağa qohum olmaq özü də səadətdir. Siz məni utandırdınız, mən nə deyəcəyimi belə unutdum. Siz mənim Parisdə tanış olduğum yeganə xanımsınız. Ah, mənim sizin məsləhətinizə nə qədər böyük ehtiyacım olduğunu bilsəydiniz... Sizin qanadlarınız altına sığınmaq istəyən və sizin üçün ölümə belə getməyə razı olan zavallı bir uşaq kimi məni himayə etməyinizi xahiş etmək istərdim.
– Siz məndən ötrü adam öldürə bilərdinizmi?
– Lap ikisini öldürərdim.
Vikontessa yaşaran gözlərini gizlədərək:
– Siz, doğrudan da, uşaqsınız, – dedi. – Mənə elə gəlir ki, siz səmimi sevə bilərdiniz!
O, başını silkələyərək:
– Ah, doğru buyurursunuz! – deyə bağırdı
Vikontessa isə bu cavaba görə şöhrətpərəst tələbəyə qarşı qəlbində bir hüsn-rəğbət duydu. Cənublu gənc ömründə birinci dəfə hər şeyi ölçüb-biçib hərəkət edirdi. Ejen qrafinya de Restonun mavi buduarı ilə madam de Boseanın açıq-qırmızı salonu arasında olduğu müddətdə Paris hüquq elminin üçillik kursunu keçə bilmişdi. Bu kursdan bəhs edilməsi də, hər halda, b yüksək cəmiyyətdəki hüq q elminin məğzini təşkil edir, yaxşı mənimsənildikdə və məharətlə həyata tətbiq edildikdə isə bunun sayəsində hər şeyə müvəffəq olmaq mümkündü.
Ejen dedi:
– Ah, yadıma düşdü! Sizin evinizdəki balda qrafinya de Resto mənim xoşuma gəlmişdi. Bu gün səhər onun evində idim.
Madam de Bosean gülümsəyərək:
– Yəqin ki, siz ona çox mane olmuşsunuz, – dedi.
– Əlbəttə, mən nabələd adamam və siz mənə mən hamını özümə düşmən edərəm. Mən belə zənn edirəm ki, Parisdə heç kəslə məşğul olmayan gənc, gözəl, zərif və varlı bir xanıma təsadüf etmək mümkün deyildir. Halbuki mənim belə bir qadına ehtiyacım var. Mən elə bir qadın istərdim ki, siz qadınların, məharətlə təlim edə bildiyi həyat dərsini mənə öyrətsin. Mən hər yerdə qraf de Tray kimilərinə rast gələcəyəm. İndi sizin yanınıza gəlməkdə məqsədim də bir müəmmanı mənə aydınlaşdırmağı və orada necə axmaqlıq törətdiyimi izah etməyi sizdən xahiş etməkdir. Mən onun yanında söhbət açıb...
Ja , Ejenin sözünü kəsərək:
– Hersoginya de Lanje gəlmişdir, – deyə xəbər verdi.
Tələbə çox təəssüf etdiyindən, üzünü turşutdu.
Vikontessa pıçıltı ilə Ejenə dedi:
– Əgər siz müvəffəqiyyət qazanmaq istəyirsinizsə, hər şeydən əvvəl, sadə və səmimi olmayın.
Vikontessa ayağa durdu və hersoginyanı qarşılayaraq:
– Ah, mənim əzizim, xoş gördük! – dedi. Sonra onun əlini, öz bacısını qarşılayırmış kimi, səmimiyyətlə sıxdı. Hersoginya da məhəbbətlə vikontessanı öpdü.
Rastinyak öz-özünə:
“Bax bu, iki səmimi rəfiqədir, – dedi. – İndi mənə iki qadın himayə göstərəcək. Onların zövqü də bir-birinə oxşamalıdır. Buna heç şübhə ola bilməz ki, hər ikisi mənimlə maraqlanacaq”.
Madam de Bosean soruşdu:
– Əzizim Antuanetta, sizi görməkdə mən hansı bir xoş arzuya minnətdaram?
– Sadəcə, bir şeyə: ən markiz d’A uda-Pintonun cənab de Roşfidin evinə daxil olduğunu görüb, sizi evdə tək tapacağımı düşündüm.
Hersoginya bu məşum sözləri söylərkən madam de Bosean dodaqlarını gəmirmədi, yanaqları qızarmadı, baxışında heç bir şey dəyişmədi, hətta üzü belə, sanki, işıqlandı.
Hersoginya Ejenə doğru dönərək əlavə etdi:
– Əgər mən sizin məşğul olduğunuzu bilsəydim..
Vikontessa:
– Bu, mənim qohumum müsyö Ejen de Rastinyakdır, – dedi. – Monrivodan heç xəbəriniz vardır ? Dünən Serizi mənə deyirdi ki, onu heç yerdə görmək mümkün deyildir. O, bu gün sizin yanınıza gəlməmişdi ki?
Hersoginya hiss etdi ki, bu sualın ucu düz ürəyinə sancıldı: o, general Monrivoya dəlicəsinə aşiq olmuşdu, lakin onun hersoginyanı atması haqqında şayiələr gəzirdi.
Hersoginya qıpqırmızı qızararaq:
O, dünən Yelisey sarayında imiş, – dedi.
Madam de Bosean:
– Görünür, o, xidmətdə imiş, – dedi.
Hersoginya da gözlərində kin və qəzəblə:
– Klara, – dedi, – əlbəttə, sabah markiz d’A uda-Pinto ilə madmazel de Roşfidin adaxlanacağından xəbəriniz var?
Zərbə çox qüvvətli olduğundan, vikontessa sapsarı saraldı, lakin yenə gülərək cavab verdi:
– Bu cür dedi-qodularla axmaq adamlar özlərinə təsəlli verirlər. Markiz d’A udanın Portuqaliyanın ən şərəfli bir adını Roşfidə verməsinin nə mənası var? Roşfidlər dünənki dvoryanlardandır.
– Doğrudur, lakin deyildiyinə görə, Bertanın iki yüz min livr gəliri var.
– Markiz d’A uda kifayət qədər zəngindir və belə şeyləri nəzərə almaz.
– Lakin əzizim, madmazel de Roşfid çox füsunkar xanımdır.
– Eləmi?
– Bir sözlə, o, bu gün Roşfidin evində nahar edir, nikah sənədi artıq imzalanmışdır. Sizin bu barədə az şey bildiyinizə mən çox heyrət edirəm.
– Siz nə axmaqlıq etmişsiniz, hörmətli cənab? – deyə vikontessa Ejendən soruşdu. – Bilirsinizmi, əzizim Antuanetta, bu uşağı yenicə cəmiyyət içinə atmışlar, bizim danışdıqlarımızdan o heç başa düşmür. Ona rəhminiz gəlsin: söhbətimizi sabah davam etdirərik. Heç şübhəsiz, sabah hər şey məlum olar, o zaman siz bu xəbəri daha əmniyyətlə və açıqdan-açığa hamıya xəbər verə bilərsiniz.
Hersoginya insanı dərhal əzən və heçə çevirən bir nəzərlə Ejeni başdan-ayağa süzdü. Hər iki xanımın dostanə sözlərlə bir-birini sancdıqlarını öz ağlı sayəsində duyan Ejen cavab verdi:
– Vikontessa, mən, özüm belə başa düşmədən, qrafinya de Restonun qəlbinə xəncər sancmışam. Mənim günahım da ancaq bunu bilməməyimdəndir. Sizə birisi tamamilə şüurlu olaraq iztirab verdiyi zaman, yenə də onunla görüşürsünüz, hətta ondan qorxursunuz, lakin özü belə bilmədən yara vuran adama
sarsaq bir adam, heç kəsə mənfəət verə bilməyəcək bir adam nəzəri ilə baxırsınız, hətta ona nifrət belə edirsiniz.
Madam de Bosean hərarətli bir nəzərlə tələbəyə baxdı. Onun bu nəzərində alicənab insanlara məxsus bir minnətdarlıq, etiraf və vüqar duymaq olardı. Bu nəzər bir az əvvəl alverçi gözü ilə Ejenə qiymət qoyan hersoginyanın Rastinyakın qəlbinə vurduğu yaranın üzərinə məlhəm kimi yayıldı.
Ejen dedi:
– Bilirsinizmi, mən qraf de Restonun hüsn-rəğbətini qazanmışdım. – Ejen miskin, lakin eyni zamanda hiyləgər bir əda ilə davam etdi: – Sizə bu məlum olsun ki, mən hələlik ancaq yazıq bir tələbəyəm, tamamilə yalqız, olduqca yoxsul bir tələbə...
– Belə şeylər danışmayın, müsyö de Rastinyak. Biz qadınlar heç kəsə lazım olmayan şeylər qaçmırıq.
– Çarə nədir? – Ejen cavab verdi. – Mənim vur-tut iyirmi iki yaşım var. Bu yaşın müsibətlərinə dözməyə məcburam. Bir də mənim etirafımı dinləyin. Ürəyimin sirrini etiraf etmək üçün dizimi çökdürməyə başqa bir gözəl məbəd harada tapa bilərəm. Doğrudur, insanlar belə məbədlərdə günaha yol verər, başqa məbədlərdə isə tövbə edər.
Hersoginya bu mürtəd boşboğazlığa qulaq asarkən Ejenə soyuq nəzərlə baxdı və onun zövqunü bəyənməyərək, vikontessaya dedi:
– Kuzeniniz nabələd adamdır.
Madam de Bosean hersoginyanın bu sözlərinə və kuzeninə ürəkdən gülərək:
– Bəli, mənim əzizim, – dedi, – o, doğrudan da, nabələd adamdır və yaxşı zövqlərdən dərs almaq üçün özünə bir mürəbbiyə axtarır.
Ejen yenə hersoginyaya müraciətlə dedi:
– Hersoginya, mənə elə gəlir ki, bizi cəzb edən şeylərin sirrini öyrənmək arzusu tamamilə təbiidir, elə deyilmi? (Öz-özünə isə belə dedi: “Onlarla söhbət etmək üçün mən bərbərlərə layiq sözlər icad edirəm”.)
Hersoginya:
– Lakin, – dedi, – məncə, qrafinya de Restonun özü müsyö de Trayın şagirdidir.
Tələbə:
– Bu, mənə qətiyyən məlum deyildi, – deyə cavab verdi, – ona görə də mən düşüncəsizliyimdən ikisinin arasına girdim. Bununla belə, mən əri ilə çox yaxşı yola gedirdim, arvadı isə müvəqqəti də olsa, mənim varlığıma dözməyə məcbur görünürdü. Lakin birdən-birə mənim ağlıma bir fikir gəldi: mən dəhlizdə qrafinyanı öpən və gözümün qabağında qapıdan həyətə keçən bir kişi ilə tanış olduğumu onlara söylədim.
Xanımlar:
– O kişi kimdir? – deyə soruşdular.
– Bir qocadır. O, Sen-Marso məhəlləsinin uzaq bir yerində, ayda iki luidora başını dolandırır. Mən yoxsul tələbə də orada yaşayıram. Bu, doğrudan da, bədbəxt bir adamdır, hamı ona gülür, məsxərəyə qoyur, onun adını “Qorio ata” qoymuşuq.
Vikontessa:
– Siz, həqiqətən, lap uşaqsınız! – dedi. – Qrafinya de Restonun qız familiyası Qorio olduğunu bilmirsiniz?
Hersoginya əlavə etdi:
– O, vermişel fabrikantının qızıdır, meşşan ailəsindəndir, onu saray şəkərçisinin qızı ilə bir gündə saraya təqdim etmişdilər. Klara, yadınızdadırmı? Hələ kral gülmüş və latınca un barəsində bir məsəl demişdi: bu adamlar.. necə idi?.. Bu adamlar...
Ejen kömək edərək:
– Ejusdem farinae1, – dedi.
Qrafinya təsdiq edərək:
– Doğru buyurursunuz, – dedi.
Tələbənin üzündə dəhşət göründü. Dedi:
– O, qrafinyanın atası imiş!
– Əlbəttə. Bu əcaib adamın iki qızı var. Hər ikisini dəli kimi sevir, ancaq hər ikisi ondan tamamilə əl çəkmiş kimi görünür.
Vikontessa hersoginya de Lanjeyə müraciətlə:
– İkinci qızı, – dedi, – alman familiyası daşıyan bir bankirin, gərək ki, baron Nusingenin arvadı deyilmi? Səhv etmirəmsə, onun adı Delfinadır. O, sarışın xanımdır, perada yan tərəfdəki lojanı icarə edir. O, Bufonlarda da tez-tez görünür. Hamının nəzər-diqqətini özünə cəlb etmək üçün həmişə ucadan gülür, o deyilmi?
Hersoginya gülümsəyərək:
– Mən sizin, əzizim, bu cür adamlarla maraqlanmağınıza heyrət edirəm, – dedi. – Yalnız de Resto kimi məhəbbətdən ağlını itirən adam madmazel Anastazinin ununda ağnaya bilər. Ah! Bu işdə o, hər halda, ziyan çəkəcəkdir. Anastazi qraf de Trayın tələsinə düşmüşdür, qraf onu məhv edəcəkdir.
Ejen:
– Demək, onlar öz atalarını rədd etmişlər? – dedi
Hersoginya cavab verdi:
– Bəli, bəli, öz atalarını, lap doğma atalarını, ümumiyyətlə, atalarını, həm də deyildiyinə görə, çox yaxşı bir atanı rədd etmişlər. O, hər birinə beş-altı yüz min nişan pulu vermiş, özünə isə ildə səkkiz min, on min livr mədaxil saxlamışdır. O, elə zənn edirmiş ki, qızları, doğrudan da, qızlıq borcunu unutmayacaqlar: o, qızlarının evində özü üçün iki həyat, iki ev yaradacaq, hər zaman məhəbbətlə və nəvazişlə qarşılanacaqdır. Bunun əvəzində isə kürəkənləri iki ildən sonra onu ən alçaq bir adam kimi cəmiyyətdən qovdular.
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Yerfındıqlı peçenye (foto resept)
Sağlam ol-2
Parafinoterapiya
Yuxusuzluqdan xilas edən zəngli saat
Rəssamın şagirdinə verdiyi dərs
2020-ci ilin Yaz Aksesuar Trendləri
Mobil telefondan istifadəyə icazə verildi
Yağış suları Gəncədə 2 evi yararsız hala saldı
Çinlilər hacı olurlar
Ürək peçenyesi (foto resept)
Dadlı borş
Media və psixopatologiya
12 sehirli abidə
Cehiz alarkən bunlara diqqət edin
Mətbəximizin möcüzəsi
Xarekterinizə görə necə qadınsınız?
“Terminator”da Silvester Stallone oynasaydı... - VİDEO
Azərbaycanda bu il qış sərt keçəcək - XƏBƏRDARLIQ
Körpələrə verilən süni qidalar hansı fəsadlara yol aça bilər?
Sabahın HAVAsı
ABŞ məyus oldu, Blatter yenidən FİFA prezidenti seçildi
Saxta dostu necə tanımalı?
Düz qarına sahib olmağın yolları
Məşhur model həbs olundu-12 il-SƏBƏB-FOTO
Toy və ziyafət üçün saç düzümləri
Adelin son halı izləyicilərini QORXUTDU-FOTO
Milli Kino Günü qeyd olunacaq
ABŞ-da 10 yaşlı azərbaycanlı təhsildə xüsusi müvəffəqiyyətlərinə görə Prezident mükafatı alıb - FOTO
Alimlər açıqladılar:"Bu kartofdan xörəklərdə istifadə etmək olmaz!"
C.K.Roulinq nevroloji xəstəxanaya 18,8 milyon dollar bağışladı
Avropa ölkəsindən azərbaycanlılara xoş xəbər
İlham Əliyev: "22 ildir ki, heç nə edə bilmirlər"
Qəhvədən gözəl illüstrasiyalar - FOTO
Zakir Həsənov müharibə anonsu verdi
Qəribə psixi pozuntular
Müəllimlərin peşə standartları hazırlanacaq
İspaniya uçan taksilərin xidmətindən istifadənin vaxtını elan etdi
Sabahın HAVAsı
Azərbaycanda xüsusi karantin rejimi yenidən sərtləşdirildi - RƏSMİ
Mehriban Əliyeva: Tolerantlıq, əmin-amanlıq Azərbaycanın ən böyük sərvətlərindən biridir
Qan donduran xəbər - 1700 cəsəd...
Kruasan-Fransa mətbəxindən (foto resept)
Şagirdlər üçün bütün dərsliklər tədris ili başlananadək məktəblərə çatdırılacaq
Ərəbsayağı gəlinlik saç düzümləri
ÜST koronavirusu müalicə edən yeganə ümidli dərmanın adını açıqladı
Uorlik Qarabağdan yazdı
Riyazi məntiq - " Yeni il"
Üst geyim dəbi
Maraqsız verilişlər adamı kökəldir
Mini alman piroqu
- ŞƏRHLƏR