IX
O, bu planetdən getmək üçün mən elə başa düşdüm ki, köçəri quşlardan istifadə edib. Yola düşəcəyi axırıncı gün səhər tezdən öz planetini yaxşıca silib-süpürüb. Fəaliyyətdə olan vulkanlarını səliqə ilə təmizləyib. Onun fəaliyyətdə olan vur-tut iki vulkanı vardı. Onların üstündə səhər yeməyini qızdırmaq Balaca şahzadə üçün rahat idi. Bu iki vulkandan başqa onun sönmüş bir vulkanı da vardı. O deyirdi: "Nə bilmək olar, hər şeyi əvvəlcədən görmək qeyri-mümkündür!" Buna görə sönmüş vulkanı da təmizlədi. Vulkanlar yaxşı təmizlənsə, onlar sakit, eyni vamla, püskürmədən yanırlar. Vulkan püskürməsi sobadan çıxan oda bənzəyir. Biz Yer kürəsinin sakinləri vulkanlarımızı təmizləmək üçün çox azıq və acizik. Buna görə də onlar bizə olmazın ziyan vurur.
Balaca şahzadə bir az qəmgin, bir az fikirli halda baobabların axırıncı kollarını kökündən qopartdı. Ona elə gəlirdi ki, bir daha buraya qayıtmayacaq. Amma bu sadə və adəti iş ona bu səhər son dərəcə xoş gəldi. O, axırıncı dəfə gülü sulayıb qurtarandan sonra və onu örtüyün altına qoymağa hazırlaşanda qəhər onu boğdu, ağlamaq istədi.
- Əlvida,-gülə dedi.
Amma gül ona cavab vermədi.
- Əlvida,-deyə bir daha təkrar etdi.
Gül öskürdü. Amma bu öskürəyin onun zökəm olmasına heç bir aidiyyəti yox idi.
- Mən axmaq olmuşam,-deyə Gül nəhayət dilləndi.-Bağışla məni. Çalış, xoşbəxt olasan.
Balaca şahzadə məzəmmət olunmadığını görəndə təəccübləndi. Əlində şüşə örtük həyəcanlı halda yerindəcə donub qalmışdı. Bu sakit mehribanlığın mənasını anlaya bilmirdi.
- Əlbəttə, səni sevirəm,-Gül dedi.-Sənin bundan xəbərsiz olmağının günahı məndədir. İndi bunun əhəmiyyəti yoxdur. Amma sən də mənim kimi axmaq oldun. Çalış, xoşbəxt olasan... O örtüyü qoy kənara, ona daha ehtiyac yoxdur.
- Bəs külək olsa...
- Mən bir o qədər soyuqlamamışam... Gecənin sərinliyi məni sağaldar. Axı mən güləm.
- Birdən heyvanlar, həşəratlar səni...
- Mən gərək iki, üç kəpənək qurdunun ağırlığına tab gətirəm. Axı kəpənəklərlə tanış olmaq istəyirəm. Bu mənə çox maraqlı gəlir. Kəpənəklər də olmasa, mənə kim baş çəkəcək? Sən onda çox-çox uzaqlarda olacaqsan. Böyük heyvanlardan isə qorxmuram. Mənim tikanlarım var. Gül sadəlövhlüklə özünün dörd tikanını göstərdi. Sonra dedi:
- Çox uzatma, bütün bunlar mənə dözülməz gəlir. Sən getməyi qət etmişdin, çıx get.
Gül istəmirdi ki, Balaca şahzadə onun ağlamasını görsün. O, çox məğrur gül idi...
X
Balaca şahzadə öz planetinə qonşu 325, 326, 327, 328, 329 və 330-cu asteroidlərin yerləşdiyi regionda idi. Orada bir məşğulluq tapmaq və bir şey öyrənmək üçün axtarışa başladı. Birinci asteroiddə bir kral yaşayırdı. Kral özünün sadə, lakin əzəmətli taxt-tacında əyləşmişdi. Onun əynində al-qırmızı libası, sincab xəzindən paltosu vardı.
- Eh! Bax, bu da rəiyyət,-Balaca şahzadəni görən kimi kral ucadan dedi.
- O, məni heç vaxt görmədiyi halda məni necə tanıya bildi!-deyə Balaca şahzadə fikirləşdi. O bilmirdi ki, dünya krallar üçün adi şeydir, bütün insanlar onlar üçün rəiyyətdir.
- Yaxın gəl, qoy, sənə bir yaxşıca baxım,-kral dedi və birisinin hökmdarı olmaqdan qürrələndi. Balaca şahzadə ətrafa nəzər salaraq oturmağa yer axtardı, amma planet sincab xəzindən tikilmiş əla palto ilə başdan-başa tutulmuşdu. O, ayaq üstə qalmalı oldu və çox yorulduğundan əsnədi.
- Kralın hüzurunda əsnəmək mövcud qayda-qanuna ziddir,-deyə monarx irad tutdu.-Bunu sənə qadağan edirəm.
- Bu məndən asılı deyil,-deyə Balaca şahzadə pərt halda cavab verdi.-Uzun səyahət etmişəm, yatmamışam...
- Onda sənə əmr edirəm, əsnə! -kral ona dedi.-Neçə illərdən bəri əsnəyən adam görməmişəm. Əsnəmək mənim üçün maraqlı və əyləncəlidir. Hə! Yenə əsnə. Əmr edirəm sənə.
- Mən çəkinirəm... Daha əsnəyə bilmərəm...-Balaca şahzadə qıpqırmızı qızardı.
- Hm! Hm!-kral dilləndi. Onda sənə əmr edirəm hərdən əsnə, hərdən də əsnəmə....
Əsəbi görünən kral bir az dodaqaltı donquldandı. Kralın istədiyi o idi ki, onun əmrinə sözsüz riayət etsinlər. İtaətsizliyə o dözmürdü. O, mütləq hökmdar idi. Amma rəhmdil və ədalətli olduğundan verdiyi əmrlər də ağıllı və tədbirli olurdu. Kral deyirdi: "Əgər mən generala əmr etsəm ki, qiyafəsini dəyişib qağayı quşu olsun və belə halda general mənim əmrimə tabe olmazsa, bu generalın günahı deyil. Bu mənim günahımdır".
- Əyləşə bilərəmmi? -deyə Balaca şahzadə utana-utana soruşur.
- Əmr edirəm əyləşin,-kral cavab verdi və sincab xəzli paltosunun ətəyini əzəmətlə yığışdırdı.
Amma Balaca şahzadəni təəccüb götürmüşdü. Bu balaca planetdə kral nəyə hökmranlıq edə bilərdi?
- Əlahəzrət, üzr istəyirəm, sizə sual verə bilərəmmi...
- Sizə əmr edirəm, sual verin,-kral tələsə-tələsə dedi.
- Əlahəzrət... Siz nəyi idarə edirsiz?
- Hər şeyi,-sadə və aydın şəkildə kral cavab verdi.
- Hər şeyi?
Kral təvazökar bir jestlə əlini dolaşdırıb öz planetini, o biri planetləri və ulduzdları göstərdi.
- Bütün bunları siz idarə edirsiz?-Balaca şahzadə yenə də soruşdu.
- Bəli, bütün bunları mən idarə edirəm,-kral cavab verdi.
O təkcə mütləq hökmdar deyil, eyni zaman-da hüdudsuz kainatın hakimi-ixtiyarı idi.
- Ulduzlar da sizə itaət edirmi?
- Əlbəttə,-kral cavab verir,-Onlar mənim itaətimdə dərhal hazır olur. İtaətsizliyə dözə bilmirəm mən.
Belə bir hökmranlıqdan, belə bir səlahiyyətdən Balaca şahzadə vəcdə gəlmişdir. Onun belə bir qüdrəti olsaydı, gündə qırx dörd dəfə yox, yetmiş iki dəfə, hətta yüz dəfə, lap iki yüz dəfə günəşin qürubuna tamaşa edərdi, stulunu heç o tərəf bu tərəfə sürüşdürməzdi də, onu yerindən də tərpətməzdi. Tərk etdiyi balaca planetindən ötrü darıxan və özünü kədərli hiss edən Balaca şahzadə cürət edib hökmdardan bir xahiş etdi:
- Günəşin qürub etməsinə baxmaq istərdim... Lütfən məni məmnun edin... Günəşə əmr edin, qüruba ensin...
- Əgər mən generala kəpənək kimi güldən-gülə qonmağı, ya bir faciə əsəri yazmağı və ya qağayı quşuna çevrilməyi əmr etsəm və general bu əmrləri icra etməsə, günahkar kim olacaq, general ya mən?
- Əlbəttə siz, əlahəzrət,-Balaca şahzadə qətiyyətlə dedi.
- Düz deyirsiniz, hər kəsdən bacardığı şeyi tələb etmək lazımdır.-hökmdar əlavə etdi.-Hakimiyyət ağıla söykənməlidir, ağıl və zəka üzərində bərqərar olmalıdır. Sən xalqına, özünü dənizə atmağı əmr etsən, xalq inqilab edər, sənə qarşı üsyana qalxar. Mənə itaət etməyi tələb etməyə haqqım var, çünki əmrlərim ədalətli və ağıllı əmrlərdir.
Verdiyi sualı heç vaxt unutmayan və cavab almayınca sakitləşməyən Balaca şahzadə hökmdara xatırlatdı:
- Günəşin qüruba enməsi nə oldu bəs?
- Günəşin batmasını indi görərsən. Bunu tələb edəcəm mən. Amma bunun üçün əlverişli şəraitin yaranmasını gözləyəcəm. Hökmdarın ağıllı və tədbirli olması bax, elə bundadır.
- Bəs Günəş nə vaxt qürub edəcək?-Balaca şahzadə öyrənmək istədi.
-Hm! Hm!-kral cavab verdi. O əvvəlcə böyük bir təqvimə baxdı. Hm! Hm! Gün qürub edəcək, saat... saat... Bu axşam saat yeddi qırxa yaxın! Mənə qarşı olan itaətkarlığın sən özün şahidi olacaqsan.
Balaca şahzadə əsnədi. Günəşin qürubuna tamaşa edə bilməməsinə təəssüflənirdi. Həm də bir az darıxırdı. O, krala dedi:
- Burada daha mənlik iş yoxdur, çıxım gedim!
Bir rəiyyəti olmaqdan iftixar hissi duyan kral ona dedi:
- Getmə, getmə, səni nazir təyin edəcəm!
- Nə naziri?
- Əd... ədliyyə naziri!
- Mühakimə etməyə adamınız da yoxdur!
- Bilmirəm,-kral dedi,-ölkəni hələ gəzməmişəm. Yaşlı adamam, fayton üçün yerdə yoxdur, piyada gəzmək isə məni yorur.
- Oho! Mən artıq baxmışam,-Balaca şahzadə dedi,-planetin o tayına bir daha baxmaq üçün qəddini əydi. Oralarda da kimsə yoxdur...
- Elə isə sən öz-özünü mühakimə edərsən,-kral dedi.-Düzdür, bu çətin işdir. Adamın öz-özünü mühakimə etməsi başqasını mühakimə etməkdən qat-qat çətindir. Əgər sən öz-özünü mühakimə edə bilsən, deməli, sən əsil müdrik adamsan.
- Mən,-Balaca şahzadə dedi,-mən öz-özümü hardasa başqa yerdə mühakimə edə bilərəm.
Burada yaşamaq fikrim yoxdur.
- Hm! Hm!-kral qımıldandı, mənə elə gəlir ki, mənim planetimdə qoca bir siçovul var. Gecələr onun səsini eşidirəm. Bax bu qoca siçovulu mühakimə edə bilərsən. Hərdən bir onu ölüm cəzasına da məhkum edərsən. Beləcə həyat sənin ədalətindən asılı olacaq. Amma onu qoruyub saxlamaq üçün hər dəfə onu əfv etmək gərəkdir. Axı o yeganədir.
- Mən, ölümə məhkum etməyi sevmirəm, məncə, çıxıb buradan getsəm, yaxşıdır.
- Yox!-kral etiraz etdi.
Balaca şahzadə yola hazırlığını qurtarsa da, qoca monarxı məyus da etmək istəmədi. O, dedi:
- Əgər əlahəzrət buyruqlarının dəqiq yerinə yetirilməsini istəyirsə, onda mənə ağıllı və tədbirli əmrlər verə bilərdi. Məsələn, mənə əmr edə bilərdi bir dəqiqədən gec olmayaraq yola düşüm. Məncə yola çıxmaq üçün şərait də əlverişlidir...
Kralın cavab verməməsi Balaca şahzadəni çaş-baş saldı, ani tərəddüddən sonra köksünü ötürərək yola düşdü.
- Səni səfir təyin edirəm.-kral onun arxasınca ucadan tələm-tələsik dedi.
O, kralın etirazı ilə barışmayaraq şahanə bir görkəm aldı.
"Bu böyük adamlar çox qəribədir."-Balaca şahzadə yoluna davam edərək öz-özünə dedi.
Ardı var...
XƏBƏR LENTİ
Fitnes ulduzlarının da qarnı olur
Sürücülərə müjdə: az qaldı
Gül, axı xəstəsən!
"Cinayət və Cəza" əsərinin cizgi filmini çəkdi
Maskalar və gözəllik sirləri (I hissə)
Balalarını xilas etmək üçün özünü fəda etdi - VİDEO
Dərini qidalandıran maska
“WhatsApp” 2020-ci ildən bu telefonlarda işləməyəcək
Türkiyədə "Qarabağ" adlı klub yaradıldı
"Kanal S"in 5 yaşı tamam olur
İlin ən ağır günü
"Arzu, salamat qal" yazan neftçinin meyidi tapıldı
Cenniferin yeni filminin trelyeri yayımlandı
Qarın əridən qidalar - SİYAHI
Qızılın qiyməti artacaq
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Düşmən hərbçilərimizi iriçaplı pulemyotlardan və snayperlə atəşə tutdu
Yeni il üçün manikür modelləri
Ev şəraitində gözəlləş!
Şəkidə fənn olimpiadasının zona turu keçirilib
Elnur Hüseynov birinci oldu
Tibbi sığortaya az qaldı
Nazirlik işçilərinin maaşını niyə kəsir?
Arıqladan cəfəri suyu
Havalandırma sistemləri koronavirusa yoluxmanı artırır - RƏSMİ
Turistlərlə kobud rəftar edən ölkələrin adı açıqlanıb
"Dünyanın ən gözəl ombası" seçildi - FOTO
Leyla Əliyevanın rəsmləri Kiril İstominin sərgisində nümayiş etdirilir
Sabahın HAVAsı
Uşaqları müsbət davranışlara necə alışdırmalı?
Bu malları alarkən diqqətli olun - XƏBƏRDARLIQ
Özcan Denizin xanımı gözəlliyi ilə diqqət çəkdi-FOTO
Mərkəzi Bankdan 3-cü devalvasiya açıqlaması
Arzularını gerçəkləşdirən yaşlılar
Seda Sayan 7-ci dəfə ərə gedəcəkmi?
Yaponlar niyə kökəlmir?
Keçədən kuklalar (özün düzəlt)
Ziyafət üçün geyim kombinləri
Tarixdə ilk: Qadınlar açıq kosmosa çıxır
Arı sancması üçün təbii üsullar
Uruqvay prezidenti rəsmi tədbirə ayaqyalın gəldi
Burcu Esmersoyun keçmiş əri Onunla görüntüləndi-FOTO
İlin ilk Günəş tutulması oldu
Məhkumluğu olan sürücülərin işi ilə bağlı RƏSMİ AÇIQLAMA
Valideynlərə təcili kömək -6
Yenilklərə başlamaq istəyənlər üçün aforizmlər
Leyla Əliyevanın təşəbbüsü ilə "Bizim həyət" layihəsinə start verilib - FOTO
Vətəndaşlara səhv göndərilən koronavirus nəticələrinin ümumi statistikaya təsiri ilə bağlı RƏSMİ AÇIQLAMA
Koronavirusun əsas əlamətləri açıqlandı
Hindusların Divalisi başlandı
- ŞƏRHLƏR