III
Onun hardan gəldiyini öyrənmək üçün xeyli vaxt sərf etməli oldum. Mənə çoxlu sual verən Balaca şahzadə mənim verdiyim sualları sanki eşitmirdi, bəlkə də özünü eşitməməzliyə vururdu. Yavaş-yavaş, təsadüfən və ötəri deyilmiş sözlər hər şeyi mənə aydınlaşdırırdı. Mənim təyyarəmi ilk dəfə görəndə (təyyarənin şəklini çəkməyəcəm, bu mənim üçün çətindir) o, soruşdu:
- Bu nə olan şeydir?
- Bu şey deyil. Bu uçur. Bu təyyarədir. Özü də mənim təyyarəmdir.
Mən ona uçduğunu başa sala-sala öyünürdüm. Onda o dedi:
- Necə! Sən göydən düşmüsən?
- Bəli, - deyə təvazökarlıqla cavab verdim.
- Ah! Bu çox maraqlıdır...
Balaca şahzadə elə bir qəhqəhə çəkdi ki, məni qıcıqlandırdı. Mənim fəlakətimi ciddi qəbul edənlərdən xoşum gəlir. Sonra əlavə etdi:
- Deməli, sən də göydən gəlmisən! Hansı planetdənsən?
Həmin anda onun səhrada qaibanə peyda olmasının bəzi məqamları mənim üçün aydınlaşdı.
- Deməli, sən başqa bir planetdən gəlmisən?
Lakin o cavab vermədi. Təyyarəyə baxa-baxa başını ahəstə-ahəstə buladı:
- Doğrudan da, bu maşınla sən uzaqdan gələ bilməzdin...
O, uzun-uzadı xəyala daldı. Sonra isə mənim çəkdiyim qoyunu cibindən çıxarıb öz sərvətinin tamaşasına daldı.
"Ayrı planetlər" haqqında bu yarı müəmmalı və natamam etirafın məni necə maraqlandırdığını təsəvvür edə bilməzsiniz. Bu barədə daha çox öyrənmək məqsədilə ondan soruşdum:
- Qəşəng oğlan, sən hardan gəlirsən? "Sənin evin" hardadır? Mənim qoyunumu hara aparmaq istəyirsən?
Dalğın və fikirli bir sükutdan sonra o cavab verdi:
- Mənə verdiyin yeşik ona görə yaxşıdır ki, bu qoyunun evi olacaq, gecələr orada yatacaq.
- Əlbəttə, əgər sən səmimi olsan, mən sənə gündüzlər onu bağlamaq üçün kəndir də verəcəyəm. Bir dənə də paya.
Təklifim Balaca şahzadəni heyrətləndirdi:
- Bağlamaq? Axı nəyə görə!
- Onu bağlamasan, hara gəldi gedər və azar...
Bu zaman dostum yenə qəhqəhə çəkib güldü:
- Axı, o, hara gedə bilər?
- Hara gəldi. Qoyuna nə var...
Onda, Balaca şahzadə ciddi tərzdə dedi:
- Bunun qorxusu yoxdur, yaşadığım planet onsuz da balacadır!
Sonra, bəlkə də bir az qəmgin halda əlavə etdi:
- Düz irəli getməklə çox da uzağa gedə bilməz...
IV
Beləliklə, mən çox əhəmiyyətli ikinci bir şeyi də öyrəndim: Balaca şahzadənin planeti adi bir evdən azacıq böyükmüş. Bu, məni çox təəccübləndirə bilməzdi. Bilirdim ki, Yer, Yupiter, Mars, Venera kimi iri planetlərdən başqa (onlara belə adlar vermişdilər) yüzlərlə başqaları da vardı. Lakin onlar bəzən o qədər balacadırlar ki, teleskopda da onları görmək çətindir. Astronom belə kiçik planetlərdən hər hansı birini kəşf edəndə ona ad əvəzinə nömrə verirdi. Məsələn, 3251-ci asteroid. Balaca şahzadənin hansı planetdən gəlməsini demək üçün məndə ciddi əsaslar vardı, o, B 612-ci asteroiddən gəlmişdi. Bu asteroid indiyə kimi yalnız bircə dəfə teleskopda görünmüşdü, onu 1909-cu ildə bir türk astronomu görmüşdü. Türk astronomu öz kəşfi barədə o zaman Beynəlxalq Astronomiya Qurultayında geniş məlumat vermişdi. Amma onun türk geyiminə görə heç kəs ona inanmamışdı. Böyüklər belədir də!
Xoşbəxtlikdən bir türk diktatoru, asteroid B 612-nin gətirəcəyi şöhrəti itirməmək naminə öz xalqını ölüm cəzası ilə hədələməklə avropasayağı geyinməyə məcbur etdi. Həmin astronom öz kəşfini 1920-ci ildə qəşəng qiyafədə yenidən nümayiş etdirdi. Bu dəfə hamı ona inandı.
Böyüklər anlasın deyə, mən sizə asteroid B 612 haqda təfsilatı ilə danışdım, hətta onun nömrəsini də sizlərə etibar edib dedim. Böyüklər rəqəmləri xoşlayır. Siz onlara yeni bir dostunuz haqqında danışsanız, onlar əsas məsələlər barədə sizi sorğu-suala tutmayacaqlar. Onlar sizdən heç vaxt soruşmayacaqlar: "Dostunuzun səsinin ahəngi necədir? Hansı oyunları xoşlayır? Kəpənək kolleksiyası edirmi?" Onlar sizdən soruşurlar: "Neçə yaşı var? Neçə qardaşı var? Çəkisi nə qədərdir? Atası nə qədər qazanır?" Yalnız bu suallara cavab alandan sonra onu tanıdıqlarını deyəcəklər.
Əgər böyüklərə desəniz: "Damında göyərçinlər, pəncərələrində ətirşah çiçəyi olan qırmızı kərpicdən tikilmiş qəşəng bir ev gördüm..." Onlar bu evi təsəvvürlərinə gətirə bilməyəcəklər. Onlara demək lazımdır: "Yüz min franklıq ev gördüm". Onda böyüklər yerbəyerdən uca səslə deyəcəklər: "Nə qiyamət evdir!"
Siz onlara desəniz ki, "Sübut odur ki, Balaca şahzadə yaşayıb, qəşəng oğlan olub, gülürdü, istəyirdi qoyunu olsun. Əgər o, qoyun istəyibsə, deməli yaşayıb". Belə desəniz, böyüklər çiyinlərini çəkəcək və sizinlə uşaq kimi rəftar edəcəklər. Amma onlara desəniz ki: "Balaca şahzadə asteroid B 612-dən gəlib, onda inanacaqlar, sorğu-sualdan sizin canınız qurtaracaq. Böyüklər bax belədir. Onlardan inciməyə dəyməz. Uşaqlar böyüklərə qarşı çox iltifatlı olmalıdır. Amma, həyatı başa düşən bizlər rəqəmlərə, əlbəttə, istehza ilə baxırıq! İstərdim bu əhvalatın nəqlinə sehirli nağıllarda olduğu kimi başlayım. Məmnuniyyətlə belə başlardım: "Biri vardı, biri yoxdu, balaca bir şahzadə vardı. Onun yaşadığı planet onun özündən bir az böyük olardı. Şahzadənin yaxşı bir dosta ehtiyacı vardı..." Həyatın nə olduğunu başa düşənlər dərhal anlayardılar ki, bunların hamısı həqiqətdir. Doğrusu, istəmirəm ki, kitabımı dəyərsiz bir şey hesab etsinlər, onu əyləncə xatirinə oxusunlar. Bu xatirələri danışdıqca çox kədərlənirəm. Dostumun öz qoyunu ilə çıxıb getməsindən indi artıq altı il keçir. Əgər mən onun təsvirini verməyə, şəklini çəkməyə çalışıramsa, bütün bunlar yalnız onu unutmamaq üçündür. Dostu unutmaq pis və kədərli şeydir. Hamının dostu olmur, hamı dost qazana bilmir ha! Mən rəqəmdən başqa qeyri şeylə maraqlanmayan böyüklər kimi olmaqdan qorxuram. Bax elə buna görə də bir qutu rəng və rəngli karandaş almışam. Bu yaşda təzədən rəsmə qayıtmaq asan iş deyil. Nə vaxtsa, altı yaşında əfi ilanın daxildən və xaricdən görünüşünü çəkmişəm, vəssalam, çəkdiklərim vur-tut bunlar olub, daha şəkil çəkməyə cəhd göstərdiyim olmayıb. Əlbəttə, çalışacam Balaca şahzadəyə daha çox oxşayan portretlər çəkim. Amma, çəkəcəyim şəkillərin ona tam oxşayacağına əmin deyiləm. Bir də görürsən şəklin biri ona oxşayır, o biri isə heç oxşamır. Boy-buxun çəkəndə də səhvə yol verirəm. Bax bu şəkildə Balaca şahzadə çox böyük görünür, o birisində isə çox balaca çıxıb. Paltarının rəngini də pis xatırlayıram. Çalışıram zənd ilə onun şəklini həm elə, həm də belə çəkim. Bəzi məqamlann, bəzi daha mühüm təfsilatların verilməsində də səhvə yol verəcəm. Amma bu səhvləri gərək mənə bağışlasınlar. Dostum heç vaxt izahat verməyi sevməzdi. Məni özü kimi hesab edirdi, elə bilirdi ki, onun bildiklərinin hamısını mən də bilirəm. Mən bağlı qutunun içindəki qoyunları görə bilmərəm, o isə görürdü. Görünür, mən bir az böyüklərə bənzəyirəm. Yəqin ki, bu qocalıqdandır.
Ardı var...
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
Koronavirusun müsbət tərəfləri açıqlandı - NƏLƏRİ DƏYİŞDİ?
Mobil nömrələrlə bağlı yenilik
"Barselona" "qızıl dubl"a imza atdı
Ölkədə 12 obyekt bağlandı
İmtahanla bağlı yenilik
Kişilər qadınlardan daha sürətli arıqlayır
Günəş tutulması baş verəcək
“Sen çal kapımı” serialı reytinqdə birinci yerə çıxdı
Qısa boğazlı çəkmələr
Nişanlanma xəbərləri yalan çıxdı-FOTO
Öləndə molla istəməyən yazıçımız
Xankəndinin ermənilər tərəfindən işğalından 23 il ötür
Parisdə 2020-ci ildən ictimai nəqliyyat pulsuz ola bilər
Azərbaycanda qadınların təxminən 1/3-də piylənmə müşahidə olunur
Günün qoroskopu: Mübahisə etməyin!
200 illik tarixi məzarlıq
Mart ayında HAVA necə olacaq?
Üzən şəhər tikiləcək
Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
“Koronavirusun sonu yaxında deyil” - ÜST-ün rəhbəri
Kim deyir ki, qadın zəif məxluqdur?
Keratinin faydaları və zərərləri
Badamın inanılmaz faydaları
Körpələr üçün yataq otağı modelləri
Hava haqqında
Günün qoroskopu - 06.11.2013
3D şəkillər
1 milyon avronu 3 saniyəyə qazanan qız
Azərbaycanda sutka ərzində daha dörd nəfər koronavirusdan öldü: 331 yeni yoluxma
Serenay Sarıkaya və Kerem Bürsin BARIŞDILAR!-FOTO
Dəniz daşlarından hazırlanmış bəzək əşyaları (2)
Türkiyədən ermənilərə "qırmızı işıq"
Ayın ilk interaktiv geoloji xəritəsini hazırladılar - FOTO
Unikal enerjili avtomobil
Cemli burma (foto resept)
Aslılıq yaradan qidalar
NASA kosmosa ilk dəfə qadınlardan ibarət qrup yollayacaq
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Lavrov: "Türkiyə ilə ehtiyac duyulan məsələlərin müzakirəsi üçün yaxşı imkan var"
Dollarda növbəti bahalaşma
Serenay Sarıkaya kökəldi-FOTO
Film festivalında jüri olacaq - FOTO
Əl işim olan xonçalar
Jurnalist olmaq istəyənlərin imtahanı başladı
Koronavirus xəstələri ictimai nəqliyyatda “super yoluxdurucuya” çevrilir - XƏBƏRDARLIQ
Azərbaycanın daha yeddi kəndi azad olundu
"Baku Fires" Qazaxıstan komandasına qalib gəldi
Kibritdən hazırlanan əşyalar
Saçda kölgələr















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]