Annotasiya
“Vəba günlərində eşq” (ispanca “El amor en los tiempos del cólera”) nobel mükafatçısı Qabriel Qarsia Markesin bu romanı gənc teleqrafçı Florentina Arisa və varlı ailədən olan gözəl Fermina Dasanın məhəbbəti haqqındadır.
Əsərin qəhrəmanı Florentina Ferminaya əbədi məhəbbət bəxş edəcəyini desə də, o daha imkanlı şəxsə doktor Xuvenal Urbinoya ərə gedir. Ancaq bütün çətinliklərə, qadağalara baxmayaraq Florentina öz məhəbbətindən bir addım da geri çəkilmir və sevgilisinə qovuşacağı günə olan inamı onu heç vaxt tərk etmir.
Əsərdən seçmələr
Labüd bir şey idi: acı badam qoxusu ona hər zaman uğursuz eşqləri xatırladırdı.
***
Amma yetərindən artıq bildiyini heç vaxt gizlətmək istəmir və adının yaratdığı nüfuzdan aşkar şəkildə yararlanırdı. Bəlkə də məhz buna görə o, layiq olduğundan az sevgi qazanmışdı.
***
Ancaq heç bir prinsipi olmayan məxluq dərdi həzz alaraq çəkə bilərdi.
***
Bu evə nitqi olmayan heç bir varlıq girməyəcək!
***
Yaddaşı olmayan onu kağızdan düzəldir.
***
İnsan sevdiyi əşyalarla birlikdə ölməlidir.
***
Həkim öncə onu, sonra da anasını eyhamlı sorğuya tutaraq bir daha müəyyən elədi: eşqin və vəbanın simptomları eynidir.
***
Oğlan onun bəyənəcəyi kişi tipi deyildi. Eynək şüşələrinin arxasındakı atılmış körpə görüntüsü, keşiş geyimi, mübhəm davranışı, rəftarı – bütün bunlar insanda maraq doğururdu, amma marağın da eşqin min bir tələsindən biri ola biləcəyini heç düşünməmişdi.
***
Yaxşı, mənə badımcan yedirtməyəcəyinizə söz verirsinizsə, sizinlə evlənərəm!
***
- Əsl müharibə dağlarda gedir, – dedi. – Özümü tanıyandan bəri şəhərlərdə insanlar güllə ilə deyil, hökmlərlə öldürülür.
***
Haradasan, burada olmayan?
***
- O, çirkin və kədərlidir, amma başdan-ayağa eşqin özüdür.
***
- Xoşbəxtəm, – qadın dedi, – çünki evdə olmadığı üçün indi onun dəqiq harada olduğunu bilirəm.
***
- Dil satıcılara lazımdır. Alıcını, necə olsa, hamı başa düşür.
***
- Yox, zəngin deyiləm. Pulu olan yoxsulam. Bunlar başqa-başqa şeylərdir.
***
- Məni ən çox üzən ölüm deyil, eşq ucbatından ölməməkdir.
***
İstənilən kişinin qocalıqda atasına bənzədiyini yalnız o zaman anladı.
***
Qonşuların əvvəl-axır gördüyündən daha çox öyrənəcəyini bilirdi.
***
Tanımazdan öncə onda bir çox şübhələr yaradan kübar həyatım atavist qaydalardan, cəfəng mərasimlər və əzbərlənmiş kəlmələr sistemindən başqa bir şey olmadığını bilmirdi.
***
O kişi idi və deməli, gücsüz idi.
Hər yaşın özünə görə geyim tərzi vardı. Amma qocalığın tərzi yeniyetməlikdən dərhal sonra başlayır, ta qəbir evinədək davam edirdi. Geyim sadəcə yaş deyil, cəmiyyətdə layiqli yer tutma mənası verirdi. Gənclər lap babaları kimi geyinirlər, vaxtından əvvəl taxdıqları eynəklərlə özlərini daha möhtərəm hala gətirirdilər. Otuz yaşdan sonra çəliklə gəzmək yaxşı əlamət sayılırdı. Qadınlar üçünsə yalnız iki yaş vardı. Ərə getmə yaşı–o, iyirmi ikini keçmirdi,–bir də sonadək qartıma yaşı: evdə qalmış qızlar. O birilər–ərdə olanlar, analar, dullar, nənələr,–onlar ayrı bir növdür. Yaşlarını yaşadıqları illərə görə deyil, ölmək üçün yerdə qalan illərə görə hesablayırdılar.
***
…ona rəsmlərindən daha çox bənzəyən şlyapalarını…
***
Hərflərin klaviaturanın üstündəki yerlərini yadda saxlamasından ötrü üç gün, yazarkən eyni zamanda düşünməyi öyrənməsindən ötrü altı gün, yarım qutu kağızı cırıb atdıqdan sonra ilk məktubunu bircə orfoqrafiya səhvi olmadan yazması üçün üç gün vaxt itirdi.
***
Məktublarının mütəmadiliyi isə barmaqlarının məharətindən asılı idi: öncə həftədə bir, sonra iki, ən nəhayət, gündə bir məktub. Poçtda bayraq asdığı günlərdən bu yana poçt sisteminin inkişafı onu sevindirirdi.
***
Yüksəkliyin ürək üçün yaratdığı təhlükələr, ciyərlərin soyuqlaması, yerli əhalinin riyakarlığı, mərkəzçilik siyasətinin doğurduğu ədalətsizliklər. Buna görə də dünyanın yarısını tanıyırdılar, amma öz ölkələrinə bələd deyildilər.
***
İnsanlar səfərdəki ordular kimi ən zəif gedənin sürəti ilə irəliləyir.
Tərcümə: Əziz Rzazadə
KKO
XƏBƏR LENTİ
Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi
ABŞ-da 112 illik temperatur rekordu vuruldu
Feysbuk-da səsli köməkçi
Evlilikdən sonra sevgi azalır?
Dazlaşma problemi olanlar, çarə tapıldı
Qanvermə aksiyası başa çatdı
Qabil Hüseynli: "Ərdoğan öz əkdiklərini biçməkdədir"
2,5 milyon uşaq Ebolaya yoluxa bilər
Onların sayı 70,4 milyona çatacaq
Kişi kollektivində davranış
ABŞ-da Zika virusu daşıyıcıları artıb
"Barsa"nın əfsanəvi kapitanından bədbin açıqlama
Azərbaycan efirində rekord
Bu lampalar əslində xərçəng daşıyıcısıdır
Ağızla eşidə biləcəyik
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Fermadakı köhnə maşınlar əsl xəzinə imiş
Məsləhət istəyirəm
Şirin xəmirdən hazırlanan tortlar
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
Beren Saatdan gözlənilməz gizli eşq etirafı - Mən idim...
“BTS”-in onlayn konserti olacaq
Məşhur aparıcı komaya düşdü-SƏBƏB/FOTO
Qadının əməli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Günün ulduz falı - 04.09.2013
Gözəllik ondur,doqquzu dondur
Laçın rayonunun işğalından 26 il ötür
Yeni eynək trendi; cat eye
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
Bu gün niyyət axşamıdır - Ramazan təqvimi - FOTO
DİN vətəndaşlara müraciət etdi
Yeni ilə indidən hazırlaşın
Yuxu yozmaları gərçəkdirmi?
İşləmək istəyirsiniz?
Uşaqlarda D Vitamini
Piroq
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Növbəti erməni yalanı ifşa edildi
Whatsapp-dan unikal yenilik
Ermənistandan Azərbaycana avtomobil yolu çəkilir
Türk dizayner Ferrari 458 İtalia-nı dəyişdirir
Əmək pensiyasının minimum məbləği artırıldı
Çox pul gətirən yeni işlər
Hazal Kaya Alinin ikinci evliliyi imiş-FOTO
127 kq arıqladı, ölümdən qurtuldu - FOTO
Qadın.netin "xarici" xanımları (IV hissə)
Qonaq otağı dekorasiyası
Günün ulduz falı
Meksika naxışları tortlarda
Təhsil İdarəsindən rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbulla bağlı AÇIQLAMA
- ŞƏRHLƏR