
"Dünyanın insandan başqa mənası yoxdur"
Alber Kamyu
Dünən Yusif əmim arzularına çatmadan öldü, bəlkə də bu gün ölüb, fərqi yoxdur. Mənimlə eyni kənddən, eyni millətdən idi. Mən də arzularıma çatmamışam. Düzü, əvvəllər bu, mənə qəmli gəlirdi, amma belə taleyi olan təkcə biz deyilik.
Onun evinə getmək üçün bağçamızdan küçəyə çıxmaq lazım idi, hərdən o küçədə qulaqlarına qonmuş milçəklərin əlindən təngə gəlmiş inəklərlə üz-üzə gəlib qorxardım, məndə kənd uşağı sifəti yox idi. Həyətə çatıb görərdim ki, Yusif əmi pilləkanda oturub. Yayda onun üzərində oturmaq ləzzət edirdi, çünki buz kimi olurdu. Yusif əmi məni görüb gülərdi.
- Salam, nətəhərsən? Atan nətəhərdir?
- İşdədir.
Həmişə mən belə deyəndə arvadı tərs-tərs ona baxardı.
- Hə, atan yaxşı oğlandır.
- Oğlan? Qırx yaşı vare...
- O, sənin üçün elədir.
Danışdıqca tez-tez tərləyərdi. Yaşı qırxdan çox idi, amma pis görünmürdü. Çox siqaret çəkirdi, lakin deyirdi ki, bir vaxtlar çəkməyib. Gərək mən də heç vaxt çəkməyəm. Aytən xala ona hirslənəndə gülümsəyərdi, köynəyinin qollarını yığıb ora-bura baxırdı. Qəşəng saçları vardı, atamın saçları tökülmüşdü, deyərdim ki, atamın saçı yoxdur, amma sənin var.
- Elə demə, atan yaxşı adamdır, - mənə baxıb cavab verərdi, - Bura bax, alma yeyirsən?
- Eee..
- Ə, yaxşı, yaxşı. Nəsə məqsədin var, nə olmaq istəyirsən?
Mən də sevdiyim işdən danışardım, o, qulaq asa-asa gülümsəyərdi.
- Mən aktyor olmaq istəyirdim.
- Sən elə həmişə istəmisən, - arvadı acıqlanardı.
- Həə, sənə də çox eşq macəraları yaşatmışam.
Sonra üzünü çevirər, sakitcə pıçıldayardı:
- Amma, tez unutdun.
Saat ikidə tələm-tələsik evə qaçardı, günorta xəbərlərinə baxmaq üçün. Mən də onunla gedərdim. Arada Yusif əminin gənclik şəkillərinə baxırdım: hündürboy, sarışın, yaxasında bant, Aytən xala da başını onun çiyninə qoyub. Amma Yusif əmi heç vaxt onlara baxmırdı, deyirdi ki:
- Bala, sən bax, mən xəbərlərə baxıram.
Kinolardan da yaxşı başı çıxırdı, aktyor olmaq istəyirmiş, ona görə həmişə aktyorlardan yapışırdı.
- Bu, o vaxtdan zəif aktyor olub, heç vaxt bəyənməmişəm. Cavanlıqdan zəhləm gedir. Hələ buna Oskar versələr, heç nə...
İndi anlayıram - o vaxtlar bizim kənddə əsən axşamçağı küləkləri özü ilə birgə ancaq kədər gətirirdi. Bir dəfə onlara gedəndə, Aytən xala dedi ki, o, evdə yoxdur.
- Yəqin, dükanın qabağında içib avaralanır.
Səhəri gün Yusif əmi mənə:
- Dünən işdəydim, - dedi, - kişi gərək çalışa, axı. Hər gün gəl, mən də darıxıram. Sənin yaşında mən çox zirək idim e, günüm kənd uşaqlarıyla balıq tutmaqda keçərdi, amma bilirsən də, - səsini aşağı salıb şən gözlərilə mənə baxardı, - bilirsən də, onlar savadsız idilər.
Həmişə deyərdi ki, Aytən xala haqlıdır, onu xoşbəxt edə bilməyib. Hərdən bizə gəlib atamdan siqaret istəyərdi, amma heç vaxt onu yollamazdı. Mənə deyərdi ki, sənin gələcəyin var, amma çalış! Çalışmalısan.
- Hiss eliyirəm, yaxşı olacaq. Eey, sənin gələcəyin hələ qabağdadır.
Heç vaxt mənə qeyri-ciddi yanaşmırdı, onun səsini eşidəndə özümə inamım artırdı, evdə divana uzanıb şirin xülyalar qurardım. Düşünürdüm ki, Yusif əmi böyükdür, belə deyirsə, demək, nəsə bilir.
Dünən Yusif əmi arzularına çatmadan öldü, bəlkə də bu gün ölüb, fərqi yoxdur. Mənimlə eyni kənddən, eyni millətdən idi. Mən də arzuma çatmamışam. İndi çoxlu fəhlə dostlarım var. Hamısı yaxşı oğlanlardır...
Əlibala Əhmədov
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Qar Azərbaycana qayıdır
Azərbaycanda hansı mobil telefon dəbdədir?
Mobil rabitə 94 faizə çatdı
Putin Qarabağ məsələsini şəxsi nəzarətinə götürüb
Mahsun Kırmızı gülün çəkdiyi film hər kəsi ağladacaq-FOTO
AYB-nin qurultayının keçirilmə vaxtı bəlli oldu
Hadisənin klipi plagiat çıxdı-VİDEO
Qəribə qadağaları olan 6 ölkə
Düşmən təcavüzü nəticəsində Azərbaycanın verdiyi mülki itkilər açıqlandı - RƏSMİ
İtə ataram, yada satmaram !
Saçların elektriklənməsinin səbəbi və həlli yolu
Ön cəbhədə pulemyotlar işə düşdü
Hava haqqında
Ana südünü necə artıra bilərsiniz?
Bədənini yara basan qadının qeyri-adi arzusu - FOTO
Uğursuzluğun 10 əsas səbəbi
Alimlərdən inanılmaz kəşf
Sızanaq yaranmasına mane olan maska
Qoyun ili nə vəd edir?
Putindən Əliyevə dəvət
Çebureki və lobyalı aş
Bu hallarda körpəni həkimə aparın
Köməkçi nitq hissələri. Qoşma
İtaliyada iki avroya ev almaq mümkün olacaq
Modelin qaşları diqqət çəkir-FOTO
Buzadırmanma üzrə ölkə çempionatı başlanıb
Zaqatalada Heydər Əliyev Mərkəzi tikilir
Kobud kişilərin oxumalı olduğu yazı
BÜRCLƏR bizə nə vəd edir?- 12 Dekabr
Həkimlər valideynlərə xəbərdarlıq edir
Bu şəhərdə hər kəs xoşbəxtdir!
Özünü inandıra bilənlər...
Təhsil Nazirliyi TQDK-nın mövqeyini cavablandırdı
Tovuzun ən yaşlı nənəsinin uzunömürlülüyünün sirri nədədir?
Twitter rekord vurdu
Tramp: “Seçki günündən sonra daxil olan bülletenlər sayılmayacaq”
Azərbaycandakı erməni əsirlərə xəbərdarlıqsız baş çəkildi
"Dünya Gözəli - 2014" seçiləcək
Hava haqqında
TƏBİB: “Təqaüddə olan həkimlər belə işə cəlb oluna bilər”
Azərbaycanda daşınmaz əmlak UCUZLAŞACAQ
Hava haqqında
Şirin yuxu üçün ortopedik yastıqlar
Kəsmikli və ərikli bulkalar (foto resept)
Cəbhədə vəziyyət gərginləşdi
Vahid tarif sistemi tətbiq olunacaq
Kimin nə qədər qazandığı məlum oldu-SİYAHI
Peşə məktəblərinin tələbələri maaş alacaqlar
Xəbərdarlıq: Türkiyədən gələn bu qida məhsullarını almayın
Kişilər niyə aldadır? (1)















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]