Əcəb olub!
Qırıq-qırıq səslər qulaqlarını cırmaqlasa da, gözlərini açmaq istəmirdi. Çarpayıdan sallanan yorğanın ucunu kortəbii tapıb, üstünə çəkdi. Yerində sağa çevrilib qapalı gözlərinə rəğmən onu qıcıqlandıran günəş işıqlarından qaçmaq istədi. Çox keçmədi ki, digər otaqlardan gələn səs-küy daha da gücləndi. Tələsik addım səsləri otağın qapısına yaxınlaşanda yastığı başına çəkməyin bir faydası olmayacağını anladı. Qapının ağzından yuxulu, bezgin səs ona səsləndi:
- Dur, Rasim, saat səkkizin yarısıdı.
Yerində dikəlib, gərnəşdi. Çarpayıdan düşüb cəld vanna otağına keçdi. Yuyundu, təraş oldu, sorna da səliqə ilə paltarını geyindi. Mətbəxə keçəndə qarşılaşdığı mənzərə həmişəki kimi idi: oğlu bir yandan rezinli kalustukunu düzəltməyə çalışıb, digər əlində tutduğu şokolad kremli yaxmacı yeməyə çalışırdı. Həyat yoldaşı isə bir yerdə dayanmayan qızının saçını əlindəki bantla yığmağa əlləşirdi. Uşaqlar onu görən kimi bir ağızdan atalarına “sabahın xeyir” dedilər, anaları isə gözü ilə əlindəki saçlara işarə etdi, yəni, “gözlə, bir bunu qurtarım.” Gözlədi. Bir stəkan çay ilə tələm-tələsik bir şeylər yeyib, işə qaçdı. Yaxşı ki, dayanacaqda çox gözləməli olmadı. Işə həmişəki kimi vaxtında gələ bilmişdi. Masasının arxasına keçib kompüteri yandırdı. Ətrafına boylanıb, heç kəsin ona baxmadığına əmin olduqdan sonra facebook-u açdı. Ana səhifədə gəzişəndə hər kəsin bir mövzu haqqında yazdığını gördü. Marağına güc gələ bilməyib xəbər portallarının birinə keçdi. Ekran başdan ayağa şəkillərlə doldu – polis, təcili yardım maşınları, qanlı paltarlı insanlar, bom-boş meydanlar, içlərində “nəsə” daşınan qara torbalar. Kefi pozulmuşdu. Pəncərəni bağlamaq istəyirdi ki, başı üstündə biri danışdı:
- Gördün sən də? Səhərdən hamı bundan danışır. Nə var ki, burda, sənallah?! O tərəfdə nə qədər bizimkilərdən qırılır, heç kim ağzına almır. Yaxşı ki, burda iki-üç mürtəd gəbərib, elə yas qurublar ki! Əcəb olub!
Heç başını qaldırıb sallaq sifəti və o sifətin düz ortasındaki lopa bığı görməsəydi də danışan kim olduğunu bilərdi. Zırrama adam idi, danışmağa dəyməzdi. Odur ki, başını yelləməklə kifayətlənib pəncərəni bağladı. Iş proqramlarını açdı, yəni, “mən işləyirəm, narahat etmə.” Çox keçmədən ənsəsində hiss etdiyi fısıltılı nəfəs də uzaqlaşdı. Təzədən facebook-a qayıdıb oyununa girdi. Yox, bu gün heç kimə can istəyi göndərə bilməzdi, vəziyyəti başa düşürdü. Ona görə də bir az oynayıb işə başladı. Günorta yeməyi fasiləsinə kimi vaxtını beləcə keçirtdi. Digər iş yoldaşları kimi dükandan dönər almaq üçün binadan çıxanda uzaqdan səs-küy gəldiyini eşitdi. Maraqlanmağa həvəsi yox idi, amma iş yoldaşlarının danışıqlarından qulağına çalındı ki, orada bir qəza olub. “İkisi ölüb, biri lap uşaqdı. Yazıq...”- bunu eşidəndə ürəyi sancdı. Bu hissi sorğulamağa fürsət tapmadan hamılıqla işə qayıtdılar. Dəqiqələr, saatlar keçdikdə ürəyindəki sancı daha da dərinə saplanır, küt ağrıya çevrilirdi. Hətta ona elə gəldi ki, ürəyi onun daşıya bilməyəcəyi qədər ağırlaşıb. Axrıncı saatda gözü telefonunda qalmışdı. Hər dəqiqə rəqəminin dəyişməsini səbirsizliklə gözləyirdi. Dözə bilməyib, iş vaxtının qurtarmasına 15 dəqiqə qalmış işdən çıxdı. Dayanacaqda axşam sərinində titrəyə-titrəyə gecikən avtobusu 15 dəqiqə gözləyəndə, buna görə özünü söydü. Avtobusa birtəhər minib camaat arasında özünə yer elədi. Çölün soyuğundan avtobusun insanların nəfəsi ilə isinmiş havasına girəndə həmişə xumarlanırdı, amma bu dəfə heç cür sakitləşə bilmirdi. Xısın-xısın öz aralarında danışan, hamısının üzündən yorğunluq yağan bu insan yığınının içində özünü həmişəkindən narahat hiss edirdi. Birdən ürəyindəki küt ağrının gücləndiyini hiss etdi. Bu, günortaki sancıdan fərqli idi. Köksündən çıxmaq istəyirmiş kimi çırpınırdı ürəyi, onu yerində saxlamaq istəyirmiş kimi əlini sinəsinə sıxdı. Damarlarında sürətlə axan qanın uğultusu qulaqlarında idi. Nə baş verdiyini anlamırdı, çarəsizcə ətrafına baxdı - görəsən kömək istəməli idi? Amma heç kəs ona baxmırdı, çoxu pencərədən bir şeyə maraqla baxırdılar. Gücünü topayıb, ayağa qalxıb, o da pəncərədən çölə boylandı. İnsan başları arasında seçə bildiyi qədər ilə bir təcili yardım keçməyə yol axtarırdı.
Həmin an qulaqlarındakı uğultu çəkilib, getdi. Dərk etdi ki, bayaqdan onun zəhlətökən səsini eşidirmiş. Hətta, ilk dəfə onun səsini eşidəndə ürəyi yenidən sancmağa başlamışdı. Fikirlər beyninə hücum edib, səbəbini öyrənməyə çalışırdı ki, bir cümlə zehnində ildırım kimi çaxdı: “İkisi ölüb, biri lap uşaqdı. Yazıq...” Uşaq... Uşaqlar... Aha, axı həmin an uşaqları ağlına gəlmişdi, onların yaxşı olub, olmadığını soruşmaq üçün zəng vurmağı qərara almışdı. Necə olub ki, bunu unudub? Daha dəhşətlisi, necə olub ki, bunları fikirləşdiyini belə unudub?! Cəld telefonunu çıxarmaq üçün əlini cibinə saldı. Elə indi evə getdiyini xatırlayıb, könülsüz-könülsüz boş əlini çıxartdı. Bundan sonraki hərəkətlərini xatırlamırdı; hamısını şüursuzcasına, adətkar olduğundan hiss etmədən etmişdi: avtobusdan düşmək, evdən 10 metr aralıdakı dükkana girib 2 şokolad almaq, qapının zəngini basmaq. Qapının digər tərəfindən asta addım səslərinin yaxınlaşdığını eşitdikcə ürəyindəki sancı daha da titrəyirdi. Ona bir əsr kimi gələn 10-15 saniyə ərzində ağlından min ssenari keçdi – hamısı içində ən çox beyninə işləyən həyat yoldaşını gözü yaşlı gördüyü səhnə idi. Hə, onu elə belə də görəcəyinə əmin idi. Elə əmin idi ki, qapı açılıb həmişəki yorğun və bezgin sifətlə qarşılaşdıqda təəccübləndi. Ağzını açmağa macal tapmamış içərindən gələn boğuşma səslərini eşitdi. Bir çığırtı və ciyiltili səslə ağlayan qız uşağı - həyat yoldaşı onu qapı ağzında qoyub içəri qaçdı. Ayaqqabılarını çıxaranda onun hirsli səsini eşidə bilirdi:
- Bezmişəm əlinizdən! Siz necə bacı-qardaşsız ki, yola gedə bilmirsiz? Atanız gəlib, bir az sakit olun!
Uşaqların səsi kəsildi. Qonaq otağına keçib divanda əyləşdi. Pultu əlinə qalıb, cizgi film olan kanalı dəyişdi. Xəbərlərdə saxladı. Səbəbini bilmədiyi rahatlıq bədənini elə çulğamışdı ki, nəyə baxdığının fərqində belə deyildi. Bircə süfrəni qurmaq üçün oyana-buyana qaçan həyat yoldaşı başının üstündə ayaq saxlayıb:
- Səs ver, görüm. Nə olub orda? – deyəndə özünə gəldi. Qadın təəssüflə başını yelləyirdi. – Can, can. Yazıqlar!
Heç özü də bilmədi nə vaxt dodaqlarından bu sözlər töküldü:
- Əcəb olub!
Cəmilə Məmmədli
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Cərimə meydançasında saxlanılmış maşınlar hərraca çıxarıla bilər
Sürücüsüz avtobuslar xəttə buraxıldı-FOTO
Rusiya Azərbaycan müəssisələrinin birindən pomidor idxalına icazə verdi
Bakıda avtomobillərin evakuasiyası ilə bağlı YENİLİK
Günün ulduz falı
Göz rənginə görə ənlik seçimi
Ermənilərin itkisi təsdiqləndi
Hava qovuracaq
Rusiyanın Azərbaycanla bağlı şübhəsinə son qoyuldu
Həftənin ilk iş günü üçün hava proqnozu
Xanımlarımıza yad güllər
Ərinizi bu cür məcbur edin ki, siqareti tərgitsin
Sevmək-sevilmək, gözəllik, xeyirxahlıq var ikən...
Bu filmlərə baxmaq pulsuzdur!
Kan film festivalı; Qırmızı xalça
"Yuvamdakı düşman "serialı reytinq qurbanı oldu
Azərbaycanda iş saatları dəyişəcək? - Açıqlama
Nadejda Savçenkonu razı saldılar
Sarı dırnaq dəbi
Qərargahı olmayan partiyaların fəaliyyəti qadağan olunacaq
İsrail yenidən aviazərbələrə başladı
Hamısına cəmi bir kart!
Direktor olmaq istəyənlər, qaydalar dəyişdirilir
HAVA necə olacaq?
Polis kenqurunu axtarışa verdi
Azərbaycanda pensiya ödənişləri artacaq
Günün qoroskopu:İntuisiyanızın səsinə qulaq asın
Bakıda avtobus özbaşınalığına son qoyulacaqmı?
Səhiyyəmizə inanırsız?
Messi tarix yazdı
Ağdamın Gülablı kəndindəki keçmiş orta məktəbdə Azərbaycan bayrağı qaldırılıb - VİDEO
Həftənin ilk iş günü üçün hava necə olacaq
S-300 raketləri təlimdə (FOTO)
"Çirkli pullar" burada yuyulur - VİDEO
İranda 2000 nəfəri çovğundan çıxardılar
Sumağın faydaları
Klinton prezidentliyinə namizəd olmağa razılıq verdi
Erməni qadın Azərbaycan əsgərlərinə: “Evinizə xoş gəldiniz!” - VİDEO
Qabarıq saçlar üçün maska
Qırmızı kadife tort (foto resept)
Bulvarda “Himnimizi bir yerdə oxuyaq!” adlı fləşmob keçiriləcək
Bakıda yeni metro stansiyası
Yumi Okitanın sənət əsərləri
Bakıdakı bütün notariat kontorlarının fəaliyyəti dayandırıldı
Neon rəng hər yerdə
Hindistanda üçüncü cinsin nümayəndələri - FOTOSESSİYA
HAVA necə olacaq?
Alp dağlarında qar uçqunu faciəsi: ölənlər var
Hikmət Hacıyevdən etnik erməni nümunəsi
Fərqli çay içmək istərdinizmi?















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]