Evdə tək idim. Yoldaşım işi ilə əlaqədar rayona getmişdi. Gecə idi. Qorxurdum... Mənim gecə ilə əlaqədar fobiyam var. O qədər qorxurdum ki, divanın üstündə oturub qalmışdım. Birdən qapı döyüldü. Daha da qorxmağa başladım. İstədim ki, açmayam, amma qapıdakı adam getməyincə, asta-asta qapıya doğru getdim və soruşdum:
-Kim lazımdır?
Qapıdakı:
-Xanım, açın, yoldaşınız sizi mənə əmanət edib. Mənəm, Kamran, üzbəüz qonşunuz.
Fikirləşdim: "Axı niyə məni buna əmanət edib? Bəs demirdi ki, bu Kamrandan heç gözüm su içmir?" Bilmirdim nə edim. Açım, ya açmayım? Axı on yeddi yaşındakı bir sakit oğlan mənə necə bir zərər verə bilər ki?"
Bu qonşumuz Kamran əslində elə də pis uşaq deyildi. Evdə bir anası, bir özü tək yaşayırdılar. Anası ilə arada-sırada görüşürdük. Sadəcə olaraq Kamran ilə elə də sıx münasibətimiz yox idi. Ona görə onu nə mən, nə də yoldaşım yaxşı tanımırdıq. Fikirləşdim ki, yoldaşım niyə məni heç tanımadığı birinə əmanət etsin? Çox istəyirsə, həm qonşumuz, həm də yoldaşımın yaxın qohumu olan adama əmanət etsin də... Heç nə anlamırdım. Bu fikirlər ilə başım qarışmışdı.
Birdən qapıdan səs gəldi:
- Ay qız,aç da! Ağac oldum lap burada!
Bayaqkı kübar danışığı hara, indiki kobud müraciəti hara... Bilmədim nə edim. O an bilmirəm hansı ağılla qapını açdım. İçəri girib dedi:
-Keç otur divanda, tərpənmə.
Qorxdum... Keçdi yataq otağına, təzədən qayıtdı. Boğazımdan yapışdı və dedi:
-De görüm, qızıllar haradadır?
Sən demə, o, buraya oğurluq məqsədi ilə gəlibmiş. Daha da qışqırmağa başladı:
- Dedim hanı?! Bura bax ,öldürərəm səni! Tez yerlərini de, yoxsa axırın pis olacaq.
Bütün bunlar mənə yuxu kimi gəlirdi. Özümü serialda kimi hiss etdim. Amma danışmırdım. Dilim tutulmuşdu. Bircə Allaha dua edirdim: "Allahım, yalvarıram, qurtar məni..."
O, mətbəxə keçdi, əlinə bir bıçaq alıb geri döndü:
-Eeee, bezdim lap! De, yoxsa axırın pis olacaq.
Bu hadisənin üzərindən 8 il keçməsinə baxmayaraq o sözlər hələ də qulağımdan getmir. Birdən Allah üzümə baxdı! Üst qonşularımızdan birinin oğlu işdən qayıdarkən qapını açıq görərək şübhələnib. Bir də gördüm ki, həmin oğlan gizlicə arxadan gəlir. Oğrunun yanına yaxınlaşdı və onu yerə yıxdı (oğlan cüdoçu idi). Özüm hələ olanlara inana bilmirdim. Doğurdan da özümü filmlərdəki kimi hiss etdim. Həmin gün sanki bir kabus idi...
Yoldaşıma evə gələndə xəbər verdim. Dəli oldu... Dedi: "Bu dəqiqə durub öldürəcəm onu". Dedim: "Sənin işin olmasın, polisə zəng edək". Zəng elədik, polis gəlib apardı. Onsuz da o bir də bu məhəlləyə gələ bilməcək. Qonşularla birlikdə onu məhkəməyə verəcəyik. Bir həftə sonra eşitdik ki, o bu hadisədən sonra gedib iki adam öldürüb.Təsəvvür edirsiniz?! O iki insandan biri mən də ola bilərdim!
O gecə mənim ən çox qorxduğum gecə oldu. Həyatımı qurtaran oğlana ömür boyu minnətdar olacam. Allah heç kəsə belə bir hadisə yaşatmasın!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR