Salam Qadın netlilər. Həmişə sevgidən hekayə yazırdım. Bu dəfə fərqlilik etmək istədim. Ümid edirəm bəyənərsiz. Onu da qeyd edim ki, hekayədə baş verənlər real həyatdan götürülüb.
Sosial şəbəkədə dostlarımla söhbət edir, musiqiyə qulaq asırdım. Bir müddət keçəndən sonra bir xanımdan dostluq təklifi gəldiyini gördüm və təklifi təsdiqlədim. Onunla söhbət etməyə başladım. Söhbət edərkən bir şəhərdə yaşadığımızı öyrəndim. Ona görüşməyi təklif etdim, o, razılaşdı. Çox sevindim.
Parkın yanında onu gözləyirdim. Onu görəndə özümü itirdim. O, çox gözəl idi. Onun göy gözləri, uzun saçları məni heyrətə gətirdi. Ona aşiq olduğumu anladım. İkinci görüşümüzdə isə ona öz hisslərim barədə danışdım. O, da məni sevdiyini dedi.
Biz bir həftə görüşdük və bir gün o, məni evinə dəvət etdi. Valideynləri işdə idi. Biz bir yerdə çox gözəl əyləndik.
Bir ay beləcə keçdi. Xəstə olduğuma görə onunla görüşə bilməmişdim. O, mənə zəng edərək mənim yanıma gəlmək istədiyini dedi. Mən qəbul etdim. Nəsə hazırlamaq istəyirdim ancaq möhkəm yuxuya getdim. Qapıya vurulan güclü zərbədən və qışqırıq səsinə ayıldım. "Aç". Mən çarpayıdan güclə qalxdım və qapıya tərəf getdim. Bu o idi. Qapını qeyri - insani qüvvə ilə döyür və bərkdən qışqırırdı. Mənim başım çox məhkəm ağrayırdı. Qışqırıq səsi məni çox qorxutdu. Axı nə baş verirdi? Ona nə olmuşdu?
Qapını açmaq istəyirdim ki, birdən gözüm qaraldı və huşumu itirdim. Huşumu itirərkən sevdiyim qızın qeyri-insani səslə mənə "Əlvida" deməsini eşitdim.
Ayıldığımda həkimi və valideynlərimi yanımda gördüm. Mənim huşsuz vəziyyətdə yerdə yatdığıma və qapıdakı çoxsaylı cızıqlara görə onlar çox qorxmuşdular.
Valideynlərim nə baş verdiyini soruşurdular, amma mən heç bir cavab verə bilmirdim, çünki, özüm heç nə başa düşmürdüm və başım bərk ağrıyırdı. Həkim mənə bəzi həblər verdi, mən də yatmağa uzandım. Gecə gec ayılıb sonra yata bilməyib, narahat idim və sevgilim haqqında düşünürdüm. Səhər ona zəng etməyə qərar verdim. Mən şokda idim, şəxsi söhbətlərdə onun nömrəsini tapa bilmədim, ismarıclar, heç nə yox idi!
Mən tez sosial şəbəkəyə daxil olub, profilimi açdım. Çox qorxdum. Belə bir insan mövcud deyildi. Axşam mən ən yaxşı dostum ilə görüşüb, ona hər şeyi danışdım. O, təəccüblənmədi mənə bir şey də dedi: Bir dəfə o, parkda məni gördüyünü və mənim özüm - özümlə danışdığımı dedi. O, mənə yaxınlaşmaq istəyəndə isə mən gözdən itdim. Bundan sonra mən sevdiyim qızın evinə getdim. Ünvan yadımda idi. Evə daxil olanda quruyub qaldım şokda idim. Ora heç evdə demək olmazdı. Köhnə mebel, hər yerdə zibil. Nəyin baş verdiyini hələ də başa düşə bilmirəm.
Bənzər xəbərlər...

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR