“Sevgi” beş hərifdən və sadəcə olaraq vaxt keçirmək üçün yaşanan hiss deyil. Sevgini yaşayırsansa yuxusuz gecələr keçirirsən, səsini eşitmək üçün həsrətlə gözün saatın əqrəbində qalır, görən zaman isə özünü xəşbəxtliyin ən pik nöqtəsində görürsən. Sevgi hər an onunla yaşamaq, onsuz olsan belə onunla olmaq deməkdir.
Bu hissi heç bir zaman yaşamamışdım. Oxuduğum kitablardan, baxdığım kinolardan anlamışdım bu ilahi hissin nə olduğunu. İllər keçdi, sevgisiz ailə həyatı qurdum. Həyatımda indi açıqlaya bilmədiyim çətin anlar baş verdi. Qurduğum ailədə mən heç nə tapmadım......heç nə........Tanrı mənə övlad sevgisini yaşamağı, dadmağı belə qismət etmədi.....Tək bir övlada sahib olum deyə nələr etmədim... Amma yenə də sonuc nəticəsiz qaldı.
İllərlə sevgisiz və övladsız yaşadım və hər şeydən əlimi üzdüyüm anda onu – o uğursuz sevgini tapdım.... Mənə sevinc bəxş edəcəyini vəd edərək ümidsiz qəlbimi ümidlərlə doldurdu, yatmış hisslərimi yenidən oyatdı. Qəlbimi fəth edən “Bütün dünyanı canına qurban edəcək, ömrü boyu kiməsə əyilməyən qürurlu bir şəxs səndən ötrü canını belə verməyə hazıram deyirsə, bu sevgi deyil bəs nədir?! Tanrım məni o zaman xoşbəxt edəcək ki, sən mənə oğul bəxş edəcəksən. Sən mənim oğlumun anası olacaqsan. O uşağın dünyaya gəlməsinə hər ikimiz sevinəcəyik. Bəlkə başqa sevinənlər də oldu amma ikimizdən çox sevinən olmayacaq. Həyat səni cəzalandırmaq yox, məni qarşına çıxartmaqla “daha cəza çəkdiyin bəsdir, bir az da xoşbəxt ol” demək istəyir. Mən sənə sadəcə olaraq bağlanmamışam, mən günü-gündən səni daha çox istəyirəm və heç də səndən ayrılmaq fikrim yoxdur, sənsizlik bilsən mənə nə qədər əzab verir...” kəlmələri ilə məni həyata yenidən qaytardı, yaşamağı, həyatı sevdirdi.
Ona qədər mənim həyatımda iki rəng var idi: ağ və qara. Həyatıma daxil olduğu andan artıq başqa rəngləri də görməyə başladım: göy, yaşıl, sarı, qırmızı... və ən çox da çəhrayı rəngi sevdim. Onu görəndən sonra hər şey gözlərimdə gözəlləşdi. O, yadlar içində doğmalaşdı mənə. Qəlbimin ən gizli guşəsində özünə yer tapdı. Sevdim! Çox sevdim! Qəlbimi və ruhumu sevgisiylə əsir götürdü.
Zaman ötdükcə sevindim, sevindim ki, sevirəm, kədərləndim, kədərləndim ki, sevgim qarşılıqsızdır. Təəssüf ki, bunu çox gec anladım. Cavabsız sevginin ağrısı damla-damla qəlbimə dolaraq ürəyimi hər gün bir az da sızlatdı. O qədər gözəl vədlər sonunda puça döndü və yerində heç vaxt sağalmayan bir yara qaldı... Yaxınlarım mənə “O sənin sevginə layiq deyil, unut onu” desələr də mən yenə də saf, ən ali ülvi hiss ilə və ən əsası ümid ilə sevdim……. Kənardan unut demək çox asan və onu unutmaq isə çox çətindir…. Xəyalımda artıq onu unudacam deyirəmsə, səsini eşitmək və eşidərək daha da çox sevmək məni yaşadır. Amma bu gecikmiş məhəbbətin sonunun yaxşı bitməyəcəyini hiss etmişdim. Hiss etmişdim! Hiss etmişdim ki, hər bir qadının eşitmək istədiyi, qəlbinin ən incə telinə toxuna bilən o şirin kəlmələr, qəlbdən gəlməyən sözlər yığını idi. Kaş ki o gözəl kəlmələrin biri dönüb həqiqət olaydı. Kaş ki...
Zaman keçdi... Anladım ki, o mənim sevgimin cəlladı olmağa çalışır və oldu da. Onu acımadan məhv etməyə çalışdı və buna real həyatda nail oldu. Ancaq real həyatda. Artıq mən onun tərəfindən məhv edilməyə çalışan sevgini real həyatda, ağlımda unutmağa özümə söz verdim, amma nə yazıq ki hələlik ürəyimdə onu yox etmək iqtidarında deyiləm. Ümid bitdi, röya getdi, o bitməz dediyim sevdam ən sonunda bitdi...
Mən nə yaşadığım həyatı, nə də heç zaman duymadığım bu uğursuz sevgini günahlandırıram. Günahkar odur! Sevirəm deməklə, hisslərimlə oynamaqla sevgimin qatili oldu! Hakimlərin verdiyi qərara oxşar mən də onun “ömürlük mənim kimi vicdan əzabı ilə yaşamasına” məhkum olmasını istəyirəm.
Bəlkə də kimsə məni indi bu yazdıqlarıma görə mühakimə edəcək. Kaş ki yaşadığım həyatı tam dəqiqliklə sizlərə çatdira bilərdim... Kaş ki... O zaman düşünürəm məni qınamaq istəyənlər mənim yaşadıqlarımı anlayacaqlar.
İndi siz deyin: Məgər insanlar bu qədərmi acizləşiblər ki, hisslərlə oynamaq onlara bu qədər asan gəlir? Məgər sevgi məvhumu bu qədərmi cılızlaşıb? Axı niyə? Siz deyin!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Fırça və süngərin təmizlənməsi
Hitlerin dünyanı silkələyən kitabı nəşr ediləcək
Yaponlar bu dəfə də heyrətləndirdi
Bakıda satılan qəribə "kukla"-VİDEO
Alişan doğulacaq körpəsindən danışdı
Möhtəşəm ziyafət donları
Muzeyin görünməyən tərəfi
Azərbaycan əsilli uşaq "Master Chef Junior"da iştirak edir-FOTO
Edgy tərzi necə olmalıdır?
Xəzər dondu
Bürc olaraq hansı pişik növünə aidsiniz?
Evdə istifadə edə biləcəyiniz 4 praktik məsləhət
Dəbdən düşməyən ayaqqabılar (2)
Sinem Kobala 30 minlik təklif-FOTO
"Jet Sosyete"nin yayımı təxirə salındı-SƏBƏB
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Aspirin maskası və dəriyə faydası
Azərbaycanda virus yayılandan indiyədək 153 baş iribuynuzlu heyvan tələf olub
Qat-qat xəmirdən çiçək(foto resept)
Dərinin sağlamlığını və gözəlliyini qoruyan qidalar
Ordu tarixində ilk: Bir qadın…
Bədənindən kətan kimi istifadə edən qadın
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
Prezidentdən inanılmaz TƏLİMAT: deputatların telefonları yığışdırıldı
10 milyardlıq xəzinə tapıldı
Nüsret evlənir?-FOTO
Heyvanlar aləmindən
Son DƏQİQƏ: Koronavirusun yayılması Bu Tarixdə Dayanacaq
İştah kəsən 5 qida
Sağlam ayağı kəsən həkim istintaqa ifadə verib
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Dadlı piroq (foto resept)
İvana Sert efirə qayıdır
Tom Kruz film çəkilişi üçün kosmosa uçmağı planlaşdırıb
“Bakı Metropoliteni” hərəkət qrafikini dəyişir
Günün ulduz falı
Dünyanın ən zəngin varisləri: onların arasında azərbaycanlı da var
Keşiş: Qarabağı verməliyik
Bakı bir səyyahın dilindən
Maraqlı faktlar
14 kq-lıq yeniyetmə-FOTO
Geyim mağazaları ilə bağlı YENİLİK
Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO
29-30 iyulda keçirilmiş imtahanların nəticələri açıqlanıb
Onurğa üçün idman hərəkətləri
"Acı hayat"ın aktrisası ərə getdi
Peyğəmbər karikaturaları barədə KİV-ə xəbərdarlıq
Leysan yağacaq
Bu çiçəklər təəccüb doğurur
Messi "Real"a qarşı zədəli halda oynayıb
- ŞƏRHLƏR