Mən subayam, 20 yaşım var. Demək olar ki, özümə qapanmışam. Bilmirəm nədəndir, səbəbini bilmirəm belə olmağımın. Hər şeydən o qədər bezmişəm ki, özümə nifrət edirəm. Mənim atam məni çox istəmir, hər zaman məni danlayır. Elə gün yoxdur ki, məni tənbeh etməsin. Hərdən mənə deyir ki, səninlə fəxr eləmirəm. Sənin fikrini edirəm. Mən axi pis insan deyiləm. Onu utandıracaq heç bir hərəkət etməmişəm. İbadət edirəm, namaz qılıram. 10 il bundan qabaq başlamışam namaz qılmağa. Atamgilin qohumları arasında ilk insan idim ki, ibadət edir, namaz qılırdım. İlk günlərdə namaz qılmağa qoymurdular, mane olmağa çalışırdılar. Sonradan daim valideynlərimlə danışandan sonra, mənim bunu necə çox istədiyimi biləndən sonra icazə verdilər. O gündən indiyə kimi namaz qılıram. Allahıma ibadətə çox sevinərək gedirəm. Amma hər zaman dini kitablar oxuyanda, qulaq asanda qoymurlar. Çox oxuma, qulaq asma, dinə qapanarsan. Hicab geyinmək istəyirəm, ən böyük arzumdur desəm yanılmaram. Lakin atam və anam icazə vermir. Hər zaman kimsə səhv söz deyəndə onun səhvini düzəltmək üçün dinə əsaslanaraq səhvini düzəldirəm, düzünü başa salmaq istəyirəm. Bu zaman mənə istehza edirlər. Atam içki içmir, siqaret çəkmir. Amma evimizdə o qədər içki var ki, çox günaha batır. Hər zaman deyirəm ki, bir gün günaha girib o içkiləri boşaldıb tullayacam. Atam başlayır üstümə qışqırmağa ki, sən kimsən ki, tullayırsan. Mənə də narahatçılıq verir o içkilər. Hər il bir xəstəliyə düşür, hər zaman da deyir ki, mən Allah adamıyam. Mən də söyləyirəm ki, Allah adamı heç vaxt evində içki saxlamaz. Məni danlayır ki molla olmusan sən. Hər zaman düz danışmışam.
Çünki Allahın xoşu gəlmir din olan evdə içki olsun. Kim qonaq gəlir, içki verir o insana. Mən də o stolda otura bilmirəm. Evimizdə neçə dənə dini kitablar var, üç ədəd Quran kitabı var. Amma bilmirəm o içkiləri necə yığışdırım evdən. Hər hansı bir evdə içki varsa, o evdə xeyir-bərəkət olmur. İçki şeytan deməkdir. Elə bil ki, evdə şeytan gəzir. Mənimlə heç yola getmir. Şərt o deyil ki, pul versin mənə və yaxud nə isə alsın. Sadəcə ata sevgisi, ata nəvazişi görmək istəyirəm. Qardaşımı həmişə məndən üstün tuturlar. Hər mənim üstümə qışqıranda "Allahım mənə səbr ver" deyirəm. Mənim vallah səhv hərəkətim olmayıb. Atama görə də universitetə də qəbul ola bilmədim. Artıq bezmişəm. Bəzən qızlara baxıram ürəyimdə deyirəm ki, necə də xoşbəxtdirlər, mən də belə xoşbəxt olsaydım nə gözəl olardı. Amma heç vaxt mənim gözlərim gülməyib. Hər məni görən deyir ki, niyə sənin gözlərin heç gülmür. Amma mənim əmim qızları ilə, bibim qızları ilə elə danışır ki, heç mənimlə elə danışmır. Bəzən nə isə soruşanda da lağa qoyur. Hər evə gələndə mən salam verib çəkilib otururam otağımda, sonra da başlayır danlamağa ki, niyə mən gələndə hərəniz otağınızda oturursuz. Allahdan hər zaman səbr istəyirəm, artıq gücüm qalmıyıb. Çox bezmişəm. Nə edəcəyimi bilmirəm. Bəzən ölməyi düşünürəm, amma cəhd eləmək istəyəndə gözəl Tanrım elə bil qarşımı alır, eləyə bilmirəm. Kömək istəyirəm. Vallah, hər zaman dua edirəm ki, qarşıma elə insan çıxartsın ki, tez ailə həyatı qurum, canım qurtarsın. Hər zaman məni öz qohumlarından olan qızların ayağına verirlər. Nə olar mənə kömək edin. Çox xahiş edirəm, yardım eləyin...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi
ABŞ-da 112 illik temperatur rekordu vuruldu
Feysbuk-da səsli köməkçi
Evlilikdən sonra sevgi azalır?
Dazlaşma problemi olanlar, çarə tapıldı
Qanvermə aksiyası başa çatdı
Qabil Hüseynli: "Ərdoğan öz əkdiklərini biçməkdədir"
2,5 milyon uşaq Ebolaya yoluxa bilər
Onların sayı 70,4 milyona çatacaq
Kişi kollektivində davranış
ABŞ-da Zika virusu daşıyıcıları artıb
"Barsa"nın əfsanəvi kapitanından bədbin açıqlama
Azərbaycan efirində rekord
Bu lampalar əslində xərçəng daşıyıcısıdır
Ağızla eşidə biləcəyik
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Fermadakı köhnə maşınlar əsl xəzinə imiş
Məsləhət istəyirəm
Şirin xəmirdən hazırlanan tortlar
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
Beren Saatdan gözlənilməz gizli eşq etirafı - Mən idim...
“BTS”-in onlayn konserti olacaq
Məşhur aparıcı komaya düşdü-SƏBƏB/FOTO
Qadının əməli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Günün ulduz falı - 04.09.2013
Gözəllik ondur,doqquzu dondur
Laçın rayonunun işğalından 26 il ötür
Yeni eynək trendi; cat eye
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
Bu gün niyyət axşamıdır - Ramazan təqvimi - FOTO
DİN vətəndaşlara müraciət etdi
Yeni ilə indidən hazırlaşın
Yuxu yozmaları gərçəkdirmi?
İşləmək istəyirsiniz?
Uşaqlarda D Vitamini
Piroq
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Növbəti erməni yalanı ifşa edildi
Whatsapp-dan unikal yenilik
Ermənistandan Azərbaycana avtomobil yolu çəkilir
Türk dizayner Ferrari 458 İtalia-nı dəyişdirir
Əmək pensiyasının minimum məbləği artırıldı
Çox pul gətirən yeni işlər
Hazal Kaya Alinin ikinci evliliyi imiş-FOTO
127 kq arıqladı, ölümdən qurtuldu - FOTO
Qadın.netin "xarici" xanımları (IV hissə)
Qonaq otağı dekorasiyası
Günün ulduz falı
Meksika naxışları tortlarda
Təhsil İdarəsindən rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbulla bağlı AÇIQLAMA
- ŞƏRHLƏR