“Ah,Azərbaycan! Biz sənin haqqını tələb etmək deyil, yalnız adını söyləmək üçün nə qədər məruzələrə rast gəldik, nə qədər töhmətlərə məruz qaldıq! Azərbaycan muxtariyyəti diyorduq: soldan və sağdan hər növ hücuma məruz qalırdıq.
Biz, Azərbaycan torpaqlarını qızdıran atəşi- müqəddəsi köksümüzdə bəsləmək istiyoruz: bizə Moskvada yanacaq “məşəli” nişan veriyorlardı. Biz elmə, mədəniyyətə öz dilimizin, öz mədəniyyətimizin ruhu, rəngi ilə pərvərdə edilmiş bir millət çıxarmaq istiyoruz: biz. Ərəbistanı göstəriyorlardı”.
Bu sözlər Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən biri, Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkir və əvəzolunmaz şəxsiyyət olan Məmməd Əmin Rəsulzadəyə aiddir.
1884-cü ilin soyuq yanvar ayının 31-i idi. Bakının Novxanı kəndində Azərbaycan üçün tarix yazacaq bir körpə dünyaya göz açdı. “Rus-müsəlman” məktəbində təhsil alan Məmməd Əmin Rəsulzadə Bakı texniki məktəbində elə rus dilində də təhsilini davam etdirdi. Gənc yaşlarından inqilabi fəaliyyətə başlayan M.Ə.Rəsulzadə 17 yaşında ikən rus müstəmləkəsinə qarşı gizli mübarizə aparan “Müsəlman gənclik təşkilatı” nı yaratdı.
Türk və İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olan- Azərbaycan Demaokratik Respublikası- deyilərkən ilk ağıla gələn Məmməd Əmin Rəsulzadə olur.ADR 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən elan edildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini qeyd etmişdir.
Siyasi fəaliyyəti ilə yanaşı ədəbi yaradıcılığını da davam etdirən M.Ə.Rəsulzadənin “Müxəmməs” adlı ilk əsəri “Şərqi Rus” qəzetində çap olunmuşdur. Ə.Rəsulzadənin Əli bəy Hüsenzadənin redaktor olduğu Fyuzat, həmçinin Əhməd bəy Ağayevin redaktorluğu ilə çıxan "İrşad" və "Tərəqqi" qəzetlərində müxtəlif mövzularda məqalələri və şeirləri çap olunmuşdur. 1908-ci il dekabrın 5-də Məhəmməd Əminin "Qaranlıqda işıqlar" pyesi tamaşaya qoyuldu. Pyesin ana xəttini milli oyanış və istiqlal hərəkatının təbliği təşkil edirdi.
M.Ə.Rəsulzadə Türkiyədə olarkən "Yeni lisançılar və türkçülər" məqaləsini, Təbriz həyatından bəhs edən "Bir xan" adlı kiçik hekayəsini, "Dil – ictimai bir əməldir" yazısını "Şəlalə" jurnalında çap etdirir. Sonuncu məqalədə o, Azərbaycan türkcəsini göz bəbəyi kimi qorumağı xalqının qarşısında ən mühüm problem kimi qaldırır.
M.Ə.Rəsulzadə 1928-ci ildə İstanbulda "İnqilabçı Sosializmin iflası və demokratiyanın gələcəyi", "Millət və Bolşevizm" və "Qafqasya türkləri" kimi əsərlərini çap etdirmişdir. Həmin ildə onun redaktorluğu ilə "Azəri türkü" (1928-1931), sonra isə "Odlu yurd" (1929-1930)jurnalları və həftəlik "Bildiriş" (1929-1931) qəzeti də nəşr edilməkdə idi. 1930-cu ildə M.Ə.Rəsulzadənin Parisdə fransız dilində"Azərbaycan və istiqlaliyyəti" və rus dilində "Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm" kitabları çap olundu. 1931-ci ildən M.Ə.Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edir. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə nəşr edilən "İstiqlal" (1932-1934) qəzeti və "Qurtuluş" (1934-1938) jurnalı çap edilirdi.
1933-cü ildə M.Ə.Rəsulzadənin Berlində çap olunan "Azərbaycan respublikası haqqında bəzi qeydlər" adlı kitabı da böyük maraq doğurur. M.Ə.Rəsulzadə həm də görkəmli ədəbiyyatşünas idi. Onun 1936-cı ildə Berlində "Çağdaş Azərbaycan ədəbiyyatı" məqaləsi çap edilmişdir. 1938-ci ildə Berlində alman dilində "Azərbaycan problemi" və 1939-cu ildə Varşavada polyak dilində çıxmış "Azərbaycanın hüriyyət savaşı" kitablarının adlarını çəkməmək olmaz. O, 1938-ci ildən Polşa hökumətində məsləhətçi işləmiş, sonralar 1940-cı ildən Rumıniyada yaşamışdır. Onun 1943-cü ildə İstanbulda nəşr olunmuş "İslam-türk ensiklopediyasının" 1-ci cildində "Azərbaycan ləhcəsi" adlı məqaləsi çap edilmişdir. 1947-ci ildən Ankaraya köçən M.Ə.Rəsulzadənin 1949-cu ildə "Azərbaycanın kültür kələnkləri" adlı kitabı işıq üzü görmüşdür. Onun "Çağdaş Azərbaycan ədəbiyyatı" (1950-ci il) və "Çağdaş Azərbaycan tarixi" (1951-ci il) kitabları həmin illərdə M.Ə.Rəsulzadənin məhsuldar işlədiyini göstərir. O, 1951-ci ildə Ankarada "Azərbaycan şairi Nizami" adlı sanballı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir çox yeniliklər gətirmişdir.
1955-ci il mart ayının 6-da gecə saat on birə on dəqiqə qalmış Məmməd Əmin Rəsulzadə dünyaya gözlərini əbədi bağladı... Ölərkən də dilində “Azərbaycan, Azərbaycan, Azərbaycan!” kəlməsi bitən bu dahinin vəfatı bütün türk dünyası üçün ağır bir itki oldu.
Məmməd Əmin Rəsulzadənin anadan olması münasibətilə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim M. Ə. Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" 24 dekabr 1992-ci il tarixli, 254 nömrəli Sərəncamı imzalamışdır.
Bundan əlavə ulu öndərimiz Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M. Ə. Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" 29 dekabr 1993-cü il tarixli, 79 nömrəli Fərmanı imzalamışdır.
Bu gün "Bir kərə yüksələn bayraq, bir daha enməz!" şüarı böyükdən kiçiyə hər kəsin dilinin əzbəridir. Bu şüar bizlərə Məmməd Əmin Rəsulzadədən yadigar qalan bayrağa hörmət simvolu, azadlıq hərəkatının devizidir.
Sonda isə sizlərə Məmməd Əmin Rəsulzadənin öz səsi ilə xalqa müraciətini təqdim edirəm.
XƏBƏR LENTİ
BÜRCLƏR bizə nə vəd edir?-26 dekabr
Merve Özbeyin xına gecəsinə ulduzlar axın etdi-FOTO
Günəş dəhşət saçır
Beyonse arıqladı - FOTO
"Xallı" geyimləri nə ilə geyməli?
Dünyada ən az danışılan dillər
Çəhrayı rəngli fil balası - VİDEO
Məktəb çantası seçərkən nəyə diqqət etməli?
Məktəb bufetlərində bu ərzaqların satışı qadağan olundu - SİYAHI
Ayaqlarınız xasiyyətdən danışır
Keyfiyyətsiz və istifadə müddəti keçmiş kosmetikalardan istifadə xəstəliklərə yol açır
HAVA necə olacaq?
İlham Əliyevdən komendant rejimi ilə bağlı SƏRƏNCAM
Burma kartof (foto resept)
"Papito" ifaçısı Azərbaycan filminə çəkilib
19 yaşlı qız həyatının şokunu yaşadı-FOTO
Bitkilər və təbabət (5)
Çörək haqqında gələn xəbərlər
Bakıda uzun müddətdən sonra kafe və restoranlar açılışa hazırlaşır - VİDEOREPORTAJ
Yataq otağı rəngləri
Kəklikotunun faydaları
35 yaş böyük kişini sevmək...
Gürcüstanda ən çox yayılmış soyadlar
Rusiya sülhməramlılarından ibarət daha bir karvan Qarabağa gəldi - VİDEO
Arıqlamaq üçün qızıl qaydalar
Ermənilər Cocuq Mərcanlını atəşə tutdu: Yeniyetmə yaralandı - RƏSMİ
Dubaya getməyə hazırlaşanlara bəd xəbər
"Survivor" iştirakçısı haqqında xəbər yayıldı
"Ramo" möhtəşəm ssenari ilə qayıdır
Görüşə gedərkən nə geyməli
Bu qidaları ac mədəyə yesəniz, daha sağlam olarsınız
Əlamətlərinə görə uşağınızın cinsini müəyyən edin
Əliyevə hərbi salam verən Çunayev dünya çempionu oldu
Dənizdə üzən oyuncaq ördəklər
Finlandiyada 16 yaşlı qız bir günlük baş nazir olub
BÜRCLƏR bizə nə vəd edir? -23 MAY
Rosalianın sevimli kostyumları
ÜST rəsmisindən Azərbaycanda koronavirusla bağlı proqnozu
Qırışlar üçün maska
Azərbaycanda koronavirusa yoluxanların sayı 700-dən aşağı düşdü
İnstagram fenomeni akula qurbanı oldu-ŞOK FOTO
Havanı təmizləmək üçün məsləhətlər
Keti Perri ölümdən döndü - FOTO
Kəbədə qəza
Ağıllı fincan hazırlanır
Hotmail tarix olacaq
2015-ci ilin Ford Mustang-ı satıldı
Pinqvin balaları Şaxta baba oldular
Braziliyada həbsxanadan 470 məhbus qaçıb
Maşınlar (Pazl)
- ŞƏRHLƏR