Hər birimizin qəlbində müqəddəs bir hiss – Vətənə olan məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Hər bir kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini vətən torpağında atır və torpaq sevgisinin hərarətini də bu zaman duyur. Bu hərarət zaman keçdikcə o qədər artır ki, insan bir an belə vətənsiz yaşaya bilmir.Doğma vətənim Azərbaycan müxtəlif fikirli və əqidəli övladları birləşdirən yeganə anadır. O ana ki, övladları arasında heç bir fərq qoymur, hamısını böyük məhəbbətlə ağuşuna alır.Bəs Vətən haradan başlanır? – Vətən sərhəddən başlanır. Vətən məndən, səndən, ondan başlanır. Demək, sərhəd dedikdə, mən, sən, o nəzərdə tutulur. Yəni Azərbaycan torpağının üzərinə səpələnən hər bir azərbaycanlı bu torpağın düşmən çəpəri və yaxud sərhədinin keşiyində duran şanlı əsgəridir.
Tarixən sərhədimizin müqəddəsliyi xalqın namus və qeyrəti ilə bərabər tutulmuşdur. Necə ki? namus və qeyrət simvolu olan ana və bacılarımıza yad baxışları belə rəva görmürük, eləcə də sərhədlərimizə toxunanı cəzasız qoymamalıyıq - onu qanla yumalıyıq.
Vaxtilə Azərbaycan böyük bir əraziyə malik olmuşdur. Səfəvilər dövləti Dəmirqapı Dərbənddən İran körfəzinə qədər böyük bir ərazini əhatə edirdi. Bu dövlətin əsasını Şah İsmayıl Xətai qoymuşdu və bu torpaqlar ondan bizə qalan əmanət idi. Lakin ...
Şaqqalandı, parçalandı Azərbaycan,
Öz içindən parçalanmış Azərbaycan.
Əsrlər boyu respublikamızın ərazisi hərbi yürüşlərə və qəsblərə məruz qalmışdır. Məhz bunun nəticəsidir ki, ölkəmiz öz ərazisinin böyük bir hissəsini itirmişdir.Azərbaycan torpaqlarını bölüşdürmək uğrunda 1804-1813-cü illərdə baş verən Rusiya-İran müharibəsi Rusiya imperiyasının qələbəsi ilə başa çatdı. 1813-cü il oktyabr ayının 12-də Qarabağın Gülüstan kəndində Vətənimiz iki yerə bölündü.
Deyirlər yıxılana balta çalmazlar. Lakin 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsi vətənimizə baltanı kökündən vurdu. 280 min km2 sahəyə malik olan Cənubi Azərbaycan torpaqları İrana, 130 min km2 sahəyə malik olan Şimali Azərbaycan torpaqları Rusiyaya verildi. Əti dırnaqdan ayıran tək vətənimizin şimalını cənubundan ayırdılar.Rusiyanın işğalçı siyasəti bununla bitmədi. 1860-cı ildə Dağıstan vilayəti yarananda dədə-baba torpağımız olan Dərbənd onun tərkibinə qatıldı.Elə bu vaxtlarda ermənilərin torpaqlarımıza kütləvi şəkildə köçürülməsi başladı. Bu siyasətin nəticəsi İrəvan xanlığının başında çatladı. 1918-ci ildə Rusiyanın təzyiqi ilə sahəsi 9 min km2 olan İrəvan xanlığı ermənilərə verildi. Nizami Gəncəvinin sevə-sevə vəsf etdiyi Ərmən torpağına kökləri bəlli olmayan ermənilər yiyələndilər.
Bütün bunlar bəs deyilmiş kimi bizimlə Qarabağ savaşına başladılar...Qarabağ...Azərbaycan kimi şah ölkənin tacı...Tacı isə başda gəzdirərlər. Çox-çox təəssüflər olsun ki, Azərbaycanımızın bu dilbər guşəsini qoruya bilmədik. 1988-1994-cü illər ərzində Qarabağı və onun ətrafında olan 7 rayonu itirdik. Odu-ocağı yağmalanmış, torpağı tapdalanmış, sərvəti talanmış bu elin həsrəti hamımızın qəlbini göynədir. Başı qarlı Şahdağımızın, Qoşqarımızın, göylərə baş çəkən Göyəzənimizin vüqarı əyilmişdir, İsa bulağının həsrət çəkən gözləri kor olmuşdur...
Keçmə şeirindən, musiqisindən,
Könlümün sevgisi bu oylaqdadır.
Sevinməyə haqqım yoxdur dünyada,
Çünki Qarabağım dar ayaqdadır.
Hal-hazırda respublikamız quruda beş, dənizdə isə dörd ölkə ilə həmsərhəddir. Türkiyə, Gürcüstan və Ermənistanla quru, Qazaxıstan və Türkmənistanla su sərhədi olduğu halda, İran və Rusiya ilə həm quru, həm də su sərhədi mövcuddur. Cəsur şahinlərimiz tərəfindən qorunan hava sərhədlərimiz də quru və su sərhədlərimiz kimi müqəddəsdir.Sərhəd...Burada hər şey sərt romantikadır. Onun bu başından o başına kimi keçsən, necə yerlərə rast gəlməzsən, necə adlarla rastlaşmazsan – hər biri də bir əfsanədir...Göylərlə döyüşən Baş Qafqaz silsiləsi...Dünyanın heç birində rast gəlinməyən Eldar şamının vətəni Ceyrançöl...Vətənimizi mənfur qonşularımızın məkrli baxışlarından qoruyan Şahdağ, Şərqi Göyçə silsilələri...Nisgilli yerimiz olan Xan Araz...Nəzarət-ləpir zolağı dalğalanan lent kimi burula-burula uzanıb gedir. Onun boyunca kəşfiyyat cığırı ilə sayıq əsgərlər irəliləyirlər. Mavi duman içərisində nəzarət qülləli tikililər görünür. Təpənin başında isə Vətənimizin – şanlı respublikamızın üçrəngli bayrağı dalğalanır!Sərhəddə olan hər bir daş mətanət və igidliyin şahididir. Azərbaycan torpağı bütün azərbaycanlıların ümumi evi, sərhəd isə onun qapısıdır. Bu qapı dost kimi gələnlərin üzünə açıq, düşmən kimi gələnlərin üzünə bağlıdır. Bu qapının keşiyində bütün Azərbaycan xalqı dayanmalıdır.
Salaq yadımıza bu gün cahanın
Rəngləri dəyişən beş qitəsini.
Biz də görəcəyik Azərbaycanın
Güneyli-quzeyli xəritəsini!
Düşmən bizim sərhədlərimizi parçalasa da, ürəyimizi, beynimizi, əyilməz ruhumuzu, xalqımızın şanlı keçmişini heç bir vəchlə bölə bilmədi. Nə qədər ki, el yolunda şam olub əriyən, yalnız özləri üçün deyil, vətən üçün, millətimizin, xalqımızın xoşbəxt gələcəyi üçün yaşayan oğul və qızlarımız var, demək, Azərbaycan da əbədi yaşayacaq və daima inkişaf edəcəkdir!
XƏBƏR LENTİ
"Andromeda" satıldı - 3,6 milyon avro
Ukrayna prezitendi azərbaycanlı musiqiçiyə vətəndaşlıq verib
Gənc qadının internetdən verdiyi sifariş hamını təəccübləndirdi - FOTO
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
Artıq avtomobil almaq elə də asan olmayacaq...
Hicablı xanımlar üçün geyimlər
Bülent Ersoy "donuz qripi"nə yoluxub: dəqiqləşdi
Hansı tip ər-arvadsınız?
Çiyələkli şirniyyat (foto resept)
Mayami ABŞ-ın ən bədbəxt şəhəri hesab edilib
“Evdə tək” filmində “Rembo” olarsa - VİDEO
Körpə səslərini aydın dildə ifadə edəcək proqram yaradılıb
“Survivor”un iştikarçıları bəlli oldu - FOTO
Droqbanın transfer söhbətləri qollarından çox oldu
"Kadın" serialına görə telekanal cəza ödəyəcək
Donvurma zamanı ilk tibbi yardım
Axşam saat 6-dan sonra bunu ye, arıqla.
Rusiya SQ-nın Dağlıq Qarabağda sülhməramlı missiyada iştirakına icazə verilib
Bakıda ekspress avtobuslar yenidən fəaliyyətə başladı
Azərbaycanda 340-dan çox dərmanın satışı və istifadəsi qadağan edildi
Azərbaycanda vərəmə yoluxma ilə coğrafi amillər arasında olan bağlılıq araşdırılacaq
"Gucci"-nin tarixi(2)
6 yaşlı Bekhemin ayaqqabısı tənqid edildi-FOTO
Buraxılış imtahanlarının nəticələri əsasında kolleclərə qəbul aparılacaq
15 ildir xəstə anasını belində gəzdirir
Asanlıqla gizlənməyi bacaran ev heyvanları
Citroen-dən yeni model
Həyatınızı asanlaşdıracaq məlumatlar
Dahilərin hər kəsi heyrətə gətirən ƏMƏLLƏRİ
Bütün Kanada bu müsəlmandan danışır (FOTO)
Qurban Yetirmişlidən zəlzələ açıqlaması
WhatsApp-dan gözlənilən yenilik
Sevginizi qorumaq üçün 5 tövsiyə
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
BÜRCLƏR bizə nə vəd edir? - 17 fevral
Nebahat Çehre ağır xəstəlikdən əziyyət çəkir
Azərbaycanda tarixi abidə məhv olmaq üzrədir
Azərbaycanda qış vaxtı
Buraxılış imtahanında neçə məzun iştirak edəcək?
Azərbaycanlı siyasətçi: "Bölgədə raketlərin olması öz-özlüyündə göstərir ki..."
Nazirlikdən apteklərdə yeni qiymətlərlə bağlı
Astroloqun Azərbaycan üçün 2015 proqnozu
Hamiləlik çəkisindən necə qurtulmalı?
Böyük Sülh Sazişinə hazırıq
Ailə büdcəsi proqramı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Müdafiə Nazirliyi düşmənin daha bir yalanını ifşa etdi
İnternet reklamına nə qədər pul xərclənib?
Frida Farrellin bioqrafiyası hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Fransız muzdlunun qorxu və etirafı: “Erməni tərəfində minlərlə ölən var” - FOTO
- ŞƏRHLƏR