Artıq neçə ildir Laçının adı çəkiləndə yada düşən bir mahnı var: "Ay Laçın..." Bu mahnının kədəri, dərdi də elə Laçın boydadır.
Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşən Laçın rayonu şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon mərkəzinin Bakı ilə məsafəsi 450 kilometrdir. Ərazisi 1835 kilometr, əhalisi 69982 nəfərdir. Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd vardı. Laçın dağlıq ərazidə yerləşir. Onun ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594 metr). Ərazisi bulaqlarla, çaylarla zəngindir. Məşhur Həkəri çayı və onun qolları bütün ərazini ağuşunda saxlayardı.
Laçının tarixi keçmişi çox zəngindir. Oradakı abidələrin tarixi eramızdan əvvəl I-II minilliyə aid edilən Azıx (Xocavənd rayonu) və Tağlar (Cəbrayıl rayonu) mağaraları ilə müqayisə edilə bilər. XII əsrin sonu, XIII əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində alban Xaçın knyazlığı yarandığı üçün Dağlıq Qarabağın digər bölgələrində olduğu kimi, bu ərazilərdə də Xaçın adı ilə bağlı yerlər, toponimlər çoxdur: Xaçınyalı kəndi, Bozlu kənd ərazisində Xaçın yalı, Xaçın daşı və s.
1828-ci il Türkmənçay müqaviləsinə əsasən, Cənubi Qafqaza ermənilərin kütləvi şəkildə köçürülməsinə başlansa da, o vaxt Laçın bölgəsində ermənilərin məskunlaşdırılması mümkün olmadı. Azərbaycanda xanlıqlar ləğv edildikdən sonra Laçın bölgəsi 1829-cu ildə yeni yaradılan Qarabağ əyalətinə, 1861-ci ildə isə Zəngəzur qəzasına qatıldı. 1905-1907 və 1914-1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində erməni dəstələrinin törətdiyi qırğınlarda xeyli müsəlman həlak olsa da, bu, laçınlıların iradəsini qıra bilmədi. Bu özünü Andronikin silahlı dəstələrinə qarşı mübarizədə daha aydın göstərdi. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra da Andronik nə yolla olursa-olsun, öz silahlı qüvvələri ilə Gorus, Laçın, Şuşa istiqamətindən Qarabağa daxil olmaq, təxribatlar törətmək və bölgədə itaətsizlik yaratmaq istəyirdi. Bu məqsədlə Andronik böyük ordu ilə Laçın istiqamətində irəliləməyə başladı. Bu məsələdən xəbər tutan Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun qardaşı Sultan bəy öz dəstələri ilə Laçın-Zabux yolundakı bir dərədə Andronikin qoşununu mühasirəyə saldı. Bu qanlı döyüşdə Andronik, demək olar ki, bütün qüvvəsini itirdi və ancaq bir neçə nəfərlə qaçıb canını qurtardı. Bundan sonra o, bir daha həmin bölgəyə yaxın düşə bilmədi.
O dövrdə Azərbaycan hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələri göndərirdi. Həmin döyüşlərdə Sultan bəy Sultanovun rəhbərliyi ilə Laçın silahlıları da igidliklə, mərdliklə vuruşurdu. Ancaq əməliyyatları başa çatdırmaq mümkün olmadı. Tezliklə bölgə qızıl ordu hissələri tərəfindən işğal olundu. Bolşeviklərin təzyiqi altında 1920-ci il noyabrın 30-da Azərbacan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclası Zəngəzur bölgəsinin 2 yerə bölündüyünü qəbul etdi və nəticədə onun 3.105 kvadratversti Laçın da daxil olmaqla, Azərbaycan SSR tərkibində qaldı, 3.637 kvadartverstlik hissəsi isə Ermənistana verildi.
Laçın həmişə mərd, mübariz insanları, ziyalıları ilə tanınıb: məşhur söz ustadı Aşıq Abbas, Sarı Aşıq, təsəbüf alimi, şair Mir Həmzə Nigari, XVIII əsrdə Pənahəli xan Sarıcalı-Cavanşirin sərkərdəsi, Qarabağın Hacısamlı nahiyyəsinin sahibi Qara Murtuza bəy, ordu generalı Firudin bəy Daryalı, Azərbaycan Xalq Cümhuriyyətinin ilk müdafiə naziri Xosrov bəy Sultanov, İskəndər bəy Sultanov, Paşa bəy Sultanov, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nazirlər Şurasının sədri Nurməmməd bəy Adilxan oğlu Şahsuvarov, professor Mürsəl bəy Şahsuvarov, cümhuriyyət dövründə Frayberq Dağ-Mədən Akademiyasının tələbəsi, mühəndis Surxay bəy Şahsuvarov, Azərbaycanda xalq təhsilinin yayılmasında müstəsna xidmətləri olan, Şuşada açılan ilk darülmüəlliminin təşkilatçısı və müdiri Müseyib İlyasov, Sovet İttifaqı Qəhrəmanı Əvəz Verdiyev, xalq rəssamı Nadir Əbdürrəhmanov və başqaları.
Laçında xalçaçılıq sənəti də inkişaf etmişdi. Təsadüfi deyil ki, dünyada "Qasımuşağı" adı ilə tanınan xalçanın yaranması məhz bu bölgənin adıyla bağlıdır.
Şuşa - Laçın arası 44 kilometrdir
Laçının işğalı ermənilərin uzun illər ərzində qurduğu ən vacib planlardandı. Çünki onun ələ keçirilməsi faktiki Ermənistanın Qarabağa yolunun açılması demək idi. Hələ 1924-cü ildə DQMV yarandıqdan sonra Laçının rayon statusu alması o vaxtkı Azərbaycan hakimiyyətinin bəlkə də erməni niyyətlərinə qarşı ən güclü gedişi idi. Görkəmli yazıçı və dövlət xadimi Tağı Şahbazi Simurqun iştirakı ilə yaxınlıqdakı Laçın dağının adı ilə "Laçın" adlandırılan bu şəhər sanki özündə itirilmiş torpaqların həsrətini də, qisasını da yaşadırdı...
1988-ci ildə ermənilərin Laçınla bağlı gizli niyyətləri üzə çıxmağa başladı. Vəziyyət çox mürəkkəb idi və Laçın rayon polis şöbəsinin nəzdində ilk xüsusi təyinatlı milis rotası yaradılması da bundan xəbər verirdi. Həmin rota Laçın rayonunun Ermənistanla sərhəd kəndlərində azərbaycanlıları ermənilərin hücumlarından qorumağa çalışırdı. Həm Azərbaycan, həm də Ermənistan üçün Laçın bütün Qarabağda ən strateji rayon sayılırdı. Bu məqsədlə Laçınla Şuşa arasında yerləşən Qaladərəsi, Göytala və digər kəndlərdən separatçı ermənilərin çıxarılması üçün Azərbacan tərəfi xüsusi plan hazırlayıb həyata keçirdi. 1990-1991-ci illərdə xüsusi təyinatlı milis dəstələri, Şuşa rayon milis şöbəsi və daxili qoşunların iştirakı ilə keçirilən əməliyyat nəticəsində həmin kəndlərdə yaşayan erməni separatçıları həbs edildi, münaqişə ocağına çevrilən kəndlər boşaldıldı. Beləliklə, bir müddət Laçın-Şuşa yolunun üstündə yerləşən erməni kəndlərindən hücumların qarşısı alındı. Yeri gəlmişkən, Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərova məhz həmin kəndlərin ərazisində - Laçın-Şuşa yolunda erməni quldurları tərəfindən qətlə yetirilmişdi...
Sonrakı illərdə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan bir sıra şəhər və kəndini ələ keçirdikdən və 1992-ci il mayın 8-də Şuşanı işğal etdikdən sonra Ermənistan silahlı qüvvələri Şuşa-Laçın-Zabux yolunu açmağa başladılar. Burada söhbət Şuşa ilə Laçın arasındakı 44 kilometrlik məsafədən gedirdi və bu ərazini ələ keçirmək üçün ermənilərin qurduğu planın tarixi çox əvvəllərə gedib çıxırdı...
Şuşanı tərk edərək Turşsu və Laçına doğru geri çəkilən döyüşçülərin mənəvi-psixoloji vəziyyəti yaxşı deyildi. Texnikanın sayının az olmasını və Bakıda baş verən hakimiyyət çəkişmələrini də bura əlavə etsək, Laçını nələrin gözlədiyini təsəvvür etmək olardı...
Artıq Laçın şəhərinin mərkəzi, eləcə də Turşsu Gorus, Tex, Xınatsax istiqamətindən qrad və toplarla vurulurdu. Ermənistan bütün qüvvəsini, demək olar, buraya cəmləşdirmişdi...
Mayın 16-17-si Laçında qalan hərbçilər ərazini tərk etməyə başladılar. Müdafiə Nazirliyinin əsgərləri bölünərək Kəlbəcər və Qubadlı istiqamətinə çəkildilər. Bütün bunlar isə Laçının süqutu demək idi. Minlərlə insanın yaşadığı 125 kəndin, 1 şəhərin, 1 qəsəbənin taleyi belə həll olundu. İlkin hesablamalara görə, işğal nəticəsində Azərbaycana 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəyb: 101 ümumtəhsil məktəbi, 217 mədəniyyət mərkəzi, 140 səhiyyə obyekti, 200-dən çox IX-XV əsrlərə aid tarixi abidə hələ də erməni işğalçılarının tapdağı altındadır. İşğal nəticəsində 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub.
Ermənistan rəhbərliyi və Dağlıq Qarabağ separatçı rejiminin təşəbbüsü ilə 1993-cü ilin dekabrından Laçın şəhəri "yenidən" salınmağa başlayıb. Bu gün Dağlıq Qarabağa gələn ermənilərin ən sıx məskunlaşdığı yer Laçın ərazisidir. Burada artıq 12 min erməni yerləşdirilib. Laçının adı dəyişdirilərək "Berdzor", məşhur Minkənd "Xak", Alıqulular "Alqumişen", Sultankənd "Xaşatax" adlandırılıb. Laçındakı qədim ibadət ocaqlarımız, məscid və digər abidələrimiz erməniləşdirilib və dünyaya "qədim erməni xalqının yazılı abidələri" kimi təqdim edilməkdədir.
Laçın problemi neçə ildir davam edən danışıqlarda ermənilər tərəfindən daha çox bir dəhliz - "koridor" məsələsi kimi irəli sürülsə də, o, hər birimiz üçün Şuşa, Ağdam, Kəlbəcər qədər, ümumiyyətlə, bütün Qarabağ qədər ümummilli məsələ olaraq qalmaqdadır və bu tarixi torpaqlarımız işğaldan azad olunacaqdır.
XƏBƏR LENTİ
Məktəbi bitirə bilməyənlər üçün eksternat imtahanlarına qeydiyyat başlayıb
Moskvadan Ankaranı məyus edən açıqlama
Bakı-Qazax qatarı ləğv edilir
BÜRCLƏR bizə nə vəd edir?-20 Mart
"Heydər zirvəsi"nə yürüş başa çatıb
Əvvəlki illərin məzunları üçün imtahandır
Sabahın HAVAsı
Gənc qızların yataq otaqları
Prezident iki icra başçısını işdən çıxardı
Mühasirədəki şəhərdə yüzlərlə azərbaycanlı qalıb
Ermənilər Gəncə şəhərini növbəti dəfə atəşə tutur - RƏSMİ
“Taxt oyunları”nın 11 həftəyə çəkilən səhnəsi
Xiyarın faydalarını bilirsinizmi?
QALİB SEÇİLDİ - İlk Avropa Oyunları yeni televizorunuzda!
Katya Lel ölən sevgilisindən üzr istədi
Ebru Polat ərə gedir
Azərbaycanlı zəvvarlar Məkkədə bir ilki gerçəkləşdirəcəklər
İstirahət gününün hava proqnozu
Qurban bayramında qeyri- iş günləri açıqlandı.
Kişi gözünə sürmə çəkə bilərmi?
Rusiyanın ən varlı qadını bəlli oldu-FOTO
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Mehmet Ali uzun müddət sonra İLK DƏFƏ - FOTO
Rəngarəng düyülü zapekanka (foto resept)
Saçlarını günlərlə yumur - FOTO
Dəbli ofis mebelləri
Məşhur rus biznesmen Azərbaycandan üzr istədi
Müsəlmanlara mobil telefonlardan istifadə qadağan olundu
Adriana Limadan ismarıc-FOTO
Bakının mərkəzində "ayı" peyda oldu
Qış makiyajında trend rənglər
"Sara" tortu (foto-resept)
Baharla, günəşlə doğulmaq...
Bu ilin 9 ayında körpələrə ən çox verilən adlar - SİYAHI
Ağrı hissi
Dünyanın ilk smart eynəyi satılır
Sərnişinlər üçün yeni xidmət yaradıldı - FOTO
Dolu bədənli xanımlar üçün
Türkiyədə partlayış baş verib
Əlillərə iş verməyənlər cəzalanacaq
Yuri Podolyaka: “Bir neçə həftə qalıb, hər şey Azərbaycan Ordusunun əlindədir”
Rusiyada "Donuz qripi" tüğyan edir
Demet Şener sabah ərə gedir-FOTO
Qadin.Netlilərlə səyahət (4-cü hissə)
Azərbaycanın seysmoloji baxımdan ən təhlükəli zonası haradır?
Fəsil yorğunluğu pəhrizi
Azərbaycana əlilliyi olan sərnişinlər üçün xüsusi avtobusların gətirilməsinə başlanılıb
Baharın gəlişi şəkillərdə
Dodaq boyasını canlı saxlamaq sirləri
"Oskar" mükafatı: ən yaxşılar seçildi - FOTO
- ŞƏRHLƏR