Azərbaycan incəsənətində öz dəst-xətti ilə seçilən sənətkarlardan söz düşəndə ilk xatırlananlardan biri də xalq artisti Möhsün Sənanidir. O, milli kinomuzun və teatrın inkişafına öz əvəzsiz tövhələrini verib.
1900-cü ilin 19 iyun tarixində Tiflisdə, azərbaycanlıların sıx yaşadıqları məşhur "Şeytan bazarı" adlı məhəllədə ruhani ailəsində dünyaya bir körpə gəlir. Valideynləri onu Möhsün adlandırır. "Sənani" onun təxəllüsü idi. Tam adı Möhsün Sadıq oğlu Cəfərovdur. Uşaqlığını çox çətin keçirir. 2 yaşında atasını, 5 yaşında anasını itirir. Bir müddət nənəsinin himayəsində böyüyür. Nənəsi onu da atası kimi ruhani görmək istəyir və mədrəsəyə yazdırır. 1908-ci ildə nənəsi də vəfat etdikdən sonra xalası Molla Zinyət onu və bacısını öz himayəsinə götürür. Lakin xalasına yük olmaq istəməyən Möhsün 1909-cu ildən işləməyə məcbur olur. Yeniyetmə yaşlarnda oxumağa, teatra maraq göstərən oğlan qastrol səfərlərinə gələn aktyorların tamaşalarını maraqla izləyir və onları özlüyündə təkrar edir, özündə həm aktyorluq, həm də oxumaq qabiliyyətini inkişaf etdirir. İncəsənətə çox böyük maraq göstərdiyindən 1912-ci ildə kiçik povestlər səhnələşdirən həvəskarlar dərnəyinə üzv olur. İlk rejissoru Mirzəxan Quliyev olur. Mirzəxan Quliyev Tiflis müsəlman artistləri dərnəyinin aktyoru idi. Onun kimi Mustafa Mərdanov, Mirzəli Abasov, Əli Qurbanov, Əşrəf Yüzbaşıyev və başqa istedadlı aktyorlar Möhsünun səhnə işlərini bəyənir, onun istedadını qiymətləndirirdilər.
Üzeyir Hacıbəyov, Nəriman Nərimanov, Mərdanov qardaşları, Əli Tağızadə kimi istedadlı Azərbaycan mütəfəkkirləri bu teatra böyük maraq göstərir, onu təbliğ edir və xərclərini çəkirdilər. 1915-ci ildə Hüseyin Ərəblinskinin iştirakı ilə hazırlanmış "Kaveyi-Ahəngər" tamaşasında dəmirçi Kəvənin oğlu rolunu çox məharətlə ifa edir. Bu rol onun teatr həyatında böyük irəliləyiş olur və gənc olmasına baxmayaraq bir-birinin ardınca ona "Arşın mal alan" tamaşasında Vəli, "Məşədi İbad"da hambal, "Nadir Şah" da Rzaqulu, "Otello"da Kasio rolları tapşırılır. 1921-ci ildən artıq gənc, aktyor Bakı tamaşalarında çıxışlar etməyə başlayır.
H.Cavid "Şeyx Sənan". M.Sənanı Serqo rolunda.
İ. Səfərli "Göz həkimi". M. Sənani Həsənağa rolunda.
N.Dumbadze "Darıxma ana". M.Sənani Vano dayı rolunda.
Təkcə teatrda deyil, kinoda da təkrarsız ifaları ilə yadda qalıb - "Bəxtiyar", "Sehrli xalat", "O olmasın, bu olsun", "Dağlarda döyüş", "Bir məhəllədə iki nəfər", "Bizim küçə", "Fətəli xan" və s. M.Sənani həyatının 50 ilini kino və teatra həsr edib, oxumaq, oynamaq, çalmaq bacarığı, aktyora lazım olan istedadı, sənətkarlıq qabiliyyəti, gənc nəslə qayğısı onu daima hörmətli şəxs, bənzərsiz insan kimi xatırladacaq. Çox təəssüf ilə qeyd etmək istəyirəm ki, varlıqları, yaradıcılıqları və həyatları ilə hər birimizə örnək olnan insanlar nədənsə doğum və anım günlərində yad edilirlər. Buna baxmayaraq, yenə də gənc nəslə onları tanıtmaq və unutdurmamaq gərəkdir. O, səhnə üçün yaşayırdı, səhnəni sevir, həyatını onun inkişafına həsr etmişdi. Elə buna görə də səhnədə bir dəfə büdrədikdən sonra bir daha ora dönmədi.
Dahi sənətkar 11 fevral 1981-ci ildə Bakıda vəfat etmişdir.
XƏBƏR LENTİ
O qədər dar geyindi ki, ürəyi getdi - FOTO
HAVA necə olacaq?-23 Avqust
Valideynlərə müjdə!
Aslı Enverlə Murad Boz ayrılıb
"Həyat" adlı oyun
Məşhur cütlükdən etiraf
Bu günün hava proqnozu
BÜRCLƏR bizə nə vəd edir?- 2 fevral
"ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirəcək"
İsmayıllıda şəhid Xəyyam Daşdəmirov torpağa tapşırıldı - VİDEO
Son dəbə uyğun eynəklər
Nazirlik pensiyaların veriləcəyi tarixi açıqladı
Beren Saatın bu addımı təəccübləndirdi-FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Brend çanta modelləri
Ev dekorasiyasında aksesuar seçimi
Şirələr və kompotlar
Hülya Avşar AÇIQLAMA verdi
11 iyun Ramazan ayının 5-ci günüdür
Caponata (foto resept)
Dünyanın ən zənginləri 127,4 mlrd. dollar itirdi
Ramin Bayramlıdan karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA
Bakıda möhtəşəm Zəfər paradı başladı - CANLI YAYIM
Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsini nəzərdə tutan layihəyə rəy verilib
Məşhurlar və anaları
Uhan xəstəxanalarında koronaviruslu şəxs qalmadı
İçimizi yeyən səhər yeməyi
Fikrət Qoca infarkt keçirdi
Qadına uşaqlıq köçürüldü
Corc Sorosdan böhran xəbərdarlığı
256 yaşlı kişi ölməzdən əvvəl sirri açıqladı
Şəhid əsgərimiz təltif edildi
Murad Boz TOYUNDAN DANIŞDI
Günün ulduz falı
Çuğundurun faydaları
Düzgün duruş üçün nə etməliyik?
Ancelina Coli ərə gedir
50 Cent 21 otaqlı mənzilini ucuz satdı
Uşaqlar üçün saç modelləri
Güləşçimiz beynəlxalq turnirin çempionu olub
HAVA necə olacaq?-26 İyul
Azərbaycan alimləri zəfəranın süni yolla çoxaldılmasının yeni metodunu əldə ediblər
"Ali məktəb məzunlarının 42 faizi iş tapa bilir"
Bilmədiyiniz maraqlı faktlar
Azərbaycanda 40-dan çox orta təhsil müəssisəsi ləğv olundu - SİYAHI
Onun bir xəyalı cahana dəyər
Bədənə qulluq və vannalar
Benzin ucuzlaşa bilər
Pakistan mediası Xocalı faciəsindən yazdı
Meteohəssas insanlara XƏBƏRDARLIQ
- ŞƏRHLƏR