Beynəlxalq bayramlar və tarixi günlər
3 may-Beynəlxalq söz və mətbuat azadlığı Günü
Kütləvi informasiya vasitələri (KİV) hər bir ölkədə ictimai fkri formalaşdıran ən əsas vasitədir.Bu baxımdan bəzən "media" adlandırılan KİV cəmiyyətdə böyük təsir gücünə malikdir.Təsadüfi deyil ki, medianı bir çox hallarda “dördüncü hakimiyyət” də adlandırırlar.Lakin KİV o zaman dördüncü hakimiyyət funksiyasını yerinə yerinə bilər ki, o, azad və müsəqil olsun siyasi və iqtisadi qurumların vassalına çevrilməsin.1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşmış jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə bütün dünya hökumətlərinə mətbuat azadlığının və demokratikliyinin təmin edilməsinə yardımçı olmağa çağıran “Vindhuk Bəyannaməsi”ni qəbul etdilər.Bununla bağlı BMT Baş Məclisi 1993-cü ildə mayın 3-də Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü kimi qeyd etməyi qərara aldı.
9 May-Faşizm üzərində Qələbə Günü
İkinci Dünya müharibəsi 1939-1945-ci illəri əhatə etmişdir.Bu müharibə 1939-cu il sentyabrın 1-də nasist Almaniyasının Polşa üzərinə hücumu ilə başlamış, 1945-ci il sentyabrın 2-də Yaponiyanın təslim olması ilə başa çatmışdır.Bu müharibədə dünyanın 61 dövlətindən 120 milyon adam iştirak emişdir.Mühaibədə ideoloji və siyasi yönümündən asılı olmayaraq 50-dən çox dövlət antifaşıist koalisiyasında birləşmiş, dünyanı faşizm “taunu”ndan xilas etmişdir.Faşist bloku (Almaniya, İtaliya, Yaponiya, Macarıstan, Bolqarısan, Rumıniya, Finlandiya) məğlub edilmiş, bu bloka daxil olan ölkələrin əksəriyyəti müharibənin gedişində onun tərkibindən çıxaraq Almaniyaya və Yaponiyaya müharibə elan etmişdilər. İkinci Dünya müharibəsinin tarix ədəbiyyatında çox vaxt “Vətən müharibəsi” adlanan 1941-1945-ci illər dövründə Azərbaycan xalqı istər cəbhədə, istərsə də arxada misilsiz döyüş və əmək rəşadətləri göstərmişdi.Qısa müddət ərzində Respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə batalyonları təşkil olunmuşdu.Azərbaycanlılardan ibarət 416-cı, 271-ci, 77-ci və 223-cü Milli diviziyalar təşkil edilmişdi.Bu diviziyalar Qafqaz dağlarından Berlinədək şanlı bir döyüş yolu keçmişdilər. 100-dən çox azərbaycanlı ən yüksək hərbi ada- Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.30 nəfər Şərəf ordeni, 170 min nəfər isə müxtəlif orden və medallarla təltif olunmuşdu.Sovet İttifaqı Qəhrəmanı adına layiq ilk dəfə İsrafil Məmmədov layiq görülmüşdü. Bu ada iki dəfə layiq görülmüş hərbçimiz isə Həzi Aslanov olmuşdur. Müharibə bəşəriyyətə çox böyük itkilər bahasına başa gəldi.Təqribən 50 milyon adam həlak olmuşdu.Milyonlarla insan yaralanmış, şikəst olmuş, itkin düşmüş, əsir düşərgələrində işgəncə və zülmlərə məruz qalmışdır. Minlərlə şəhər, kənd, qəsəbə xarabalığa çevrilmişdir.Bir daha belə dəhşətli müharibəyə yol verməmək üçün bütün dünya öz qüvvələrini səfərbər etmişdir.Ona görə də Almaniyanın təslim olması günü-9 may bütün bəşəriyyət tərəfindən faşim üzərində Qələbə Günü kimi qeyd olunur.
18 May-Beynəlxalq Muzeylər Günü
1978-ci ildən etibarən bu bayram hər il 150-dən çox ölkədə qeyd olunur.Həmin gün Rusiyanın bütün muzeylərində “açıq qapı” elan olunur.Bütün arzu edənlər pulsuz olaraq sərgi və ekspozisiyalara tamaşa edirlər. “Muzey” yunan sözü olub, “muzalar məbədi” deməkdir.Muzlar qədim yunan mifologiyasında incəsənət və elm ilahələri hesab olunurdular.Sonra maddi və mənəvi mədəniyyət abidələrini komplekləşdirən, saxlayan, nümayiş etdirən, tətqiq və təbliğ edən elmi müəssisəlr bu adla adlandırılmışdır. Dünyada ilk muzey Ellin dövründə qədim Misirin paytaxtı İskəndəriyyə şəhərində yaradılmışdır.Burada 40.000-dən artıq eksponatlar- sikkələr, heykəllər, sorkofaqalar, gil qablar, papiruslar və bir birindən gözəl təsviri sənət nümunələri toplanmışdır.Bu eksponatlar qədim misirlilərin mədəniyyətləri haqqında zəngin məlumatlar verir. İndi dünyada muzeylər çoxdur.Onlardan ən məhşurları Parisdə Luvr muzeyi (Fransa), Londonda Viktoriya və Albert muzeyi (Böyük Britaniya), İstanbulda Topqapı muzeyi (Türkiyə) və Sankt-Peterburqda Ermitajdır(Rusiya).
Azərbacandamuzey işinin tarixi çox da qədim deyil.XX əsrin əvvəllərində Bakı Ticarət məktəbi nəzdndə Sənaye, Xalq məktəblərinin Bakı-Dağıstan müdiriyyəti nəzdində Pedaqoji, Rus texniki cəmiyyəti Bakı şöbəsi nəzdində Texniki muzeylər fəaliyyət göstərmişdir.
İlk milli muzeyin yaradılması isə Azərbaycan xalq Cümhuriyyəti dövrü ilə bağlıdır.1919-cu il dekabrın 7-də "İsiqlal" muzeyi fəaliyyətə başladı.
Azərbaycan həm də açıq səma altında yerləşən muzeylər ölkəsidir.Bunu Qobustanda, İstisuda (Kəlbəcər) və Gəmiqayada (Naxçıvan) qayalar üzərindəki təsvirər sübut edir.Məşhur Norveç alimi və səyyahı Tur Heyerdal Qobustanda olarkən buranı obrazlı şəkildə "səma altında muzey" adlandırmışdır.
Milli bayramlar və tarixi günlər
28 May-Respublika Günü
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması 1918-ci il mayın 28-də Tiflis şəhərində elan edilmişdir.1920-ci il aprelin 28-dək olan müddətdə-cəmi 23 ay mövcud olmuşdur.AXC-nin fəaliyyət dövrünü üç mərhələyə bölmək olar:Tiflis dövrü (1918, 28 may-16 iyun), Gəncə dövrü (1918, 16 iyun-16 sentyabr), Bakı dövrü (1918, 17 sentyar-1920, 28 aprel).
AXC-bütün Şərqdə və türk dünyasında ilk demokratik dövlət olub (eyni zamanda ilk parlamentli respublika).AXC-nin mövcudluğu dövründə beş hökumət kabineti fəaliyyət göstərmişdir.Bunların üçünə F.X.Xoyski, ikisinə isə N.Yusifbəyli başçılıq etmişdir.Azərbaycanın üçrəngli, ay-ulduzlu dövlət bayrağı qəbul edildi.Azərbaycan-türk dili dövlət dili elan olundu.Məktəblər milliləşdirildi.Bakı Dövlət Universiteti fəaliyyətə başladı.İlk milli muzey-"İsiqlal" muzeyi təşkil olundu.Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul edildi.Yelizavetpol və Qaryaginin tarixi adları bərpa olunaraq yenidən Gəncə və Cəbrayıl adlandırıldı.Azərbaycan Milli ordusu və hərbi dəniz donanması təşkil olundu.Ölkəmizin ərazi bütövlüyü qorunub saxlandı.
XƏBƏR LENTİ
Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi
ABŞ-da 112 illik temperatur rekordu vuruldu
Feysbuk-da səsli köməkçi
Evlilikdən sonra sevgi azalır?
Dazlaşma problemi olanlar, çarə tapıldı
Qanvermə aksiyası başa çatdı
Qabil Hüseynli: "Ərdoğan öz əkdiklərini biçməkdədir"
2,5 milyon uşaq Ebolaya yoluxa bilər
Onların sayı 70,4 milyona çatacaq
Kişi kollektivində davranış
ABŞ-da Zika virusu daşıyıcıları artıb
"Barsa"nın əfsanəvi kapitanından bədbin açıqlama
Azərbaycan efirində rekord
Bu lampalar əslində xərçəng daşıyıcısıdır
Ağızla eşidə biləcəyik
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Fermadakı köhnə maşınlar əsl xəzinə imiş
Məsləhət istəyirəm
Şirin xəmirdən hazırlanan tortlar
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
Beren Saatdan gözlənilməz gizli eşq etirafı - Mən idim...
“BTS”-in onlayn konserti olacaq
Məşhur aparıcı komaya düşdü-SƏBƏB/FOTO
Qadının əməli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Günün ulduz falı - 04.09.2013
Gözəllik ondur,doqquzu dondur
Laçın rayonunun işğalından 26 il ötür
Yeni eynək trendi; cat eye
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
Bu gün niyyət axşamıdır - Ramazan təqvimi - FOTO
DİN vətəndaşlara müraciət etdi
Yeni ilə indidən hazırlaşın
Yuxu yozmaları gərçəkdirmi?
İşləmək istəyirsiniz?
Uşaqlarda D Vitamini
Piroq
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Növbəti erməni yalanı ifşa edildi
Whatsapp-dan unikal yenilik
Ermənistandan Azərbaycana avtomobil yolu çəkilir
Türk dizayner Ferrari 458 İtalia-nı dəyişdirir
Əmək pensiyasının minimum məbləği artırıldı
Çox pul gətirən yeni işlər
Hazal Kaya Alinin ikinci evliliyi imiş-FOTO
127 kq arıqladı, ölümdən qurtuldu - FOTO
Qadın.netin "xarici" xanımları (IV hissə)
Qonaq otağı dekorasiyası
Günün ulduz falı
Meksika naxışları tortlarda
Təhsil İdarəsindən rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbulla bağlı AÇIQLAMA
- ŞƏRHLƏR