Əksər hallarda bizim xəbərimiz olmadığı halda hər planetə olduğu kimi, Yerə də çoxlu sayda meteorit düşür. Digər planetlərə düşdükdə nəhəng kraterlər meydana gətirən bu meteoritlərin Yerə zərər verməmələrinin səbəbi planetimizi əhatə edən atmosferin düşən meteoritlərə qarşı güclü müqavimət göstərməsidir. Meteorit bu müqavimətə çox dözmür və sürtünmə nəticəsində yanaraq kütləsinin böyük hissəsini itirir. Beləliklə, böyük fəlakətlərə səbəb ola bilən bu təhlükə atmosfer sayəsində aradan qaldırılır.
Göy üzünün “qorunmuş tavan” olmasının ən mühüm nümunələrindən biri Yeri əhatə edən maqnetik sahədir. Atmosferin ən yuxarı təbəqəsi “Van Allen” adlandırılan maqnetik qurşaqdan ibarətdir. Bu qurşaq Yerin nüvəsinin malik olduğu xüsusiyyətlər nəticəsində əmələ gəlmişdir.
Nüvə dəmir və nikel kimi maqnetik xüsusiyyəti olan ağır elementləri ehtiva edir. Ancaq daha mühüm olan budur ki, nüvə iki fərqli formadan ibarətdir: daxili nüvə bərk, xarici nüvə isə maye halındadır. Nüvənin bu iki təbəqəsi bir-biri ətrafında hərəkət edir. Bu hərəkət ağır metallar üzərində bir növ maqnitləşmə təsiri yaradaraq maqnetik sahə əmələ gətirir. Van Allen qurşaqları məhz bu maqnetik sahənin atmosferin kənarına çatan hissəsidir. Bu maqnetik sahə sayəsində Yer kürəsi kosmosdan gələn təhlükələrə qarşı qorunur.Bu təhlükələrdən biri də “Günəş küləkləri”dir. Günəş Yerə istilik və işıqdan başqa radiasiya ilə birlikdə sürəti saatda 1.5 milyon kilometrə çatan proton və elektronlardan ibarət külək də göndərir. Günəş küləkləri Yerdən 40.000 mil (64.373 km) məsafədəki maqnetik halqalar çəkən Van Allen qurşaqlarından keçə bilmirlər. Zərrəcik yağışı formasındakı günəş küləyi bu maqnetik sahə ilə qarşılaşır və ayrılaraq bu sahənin ətrafından axır. Günəşdən gələn rentgen və ultrabənövşəyi şüalarının böyük hissəsi isə atmosfer tərəfindən udulur. Bu udulma olmadan yer üzündə həyatın olması mümkün deyil.
Ətrafımızı əhatə edən atmosfer qurşaqları sadəcə zərərsiz miqdarda olan şüaların, radiodalğaların və görünən işığın Yerə çamasına imkan verən keçirici xüsusiyyətə malikdir. Əgər atmosfer bu keçirici xüsusiyyətdən məhrum olsaydı, nə xəbərləşmə dalğalarından istifadə edər, nə də həyatın təməli olan gün işığını əldə edə bilərdik.
Yer kürəsini əhatə edən ozon təbəqəsi də Günəşdən gələn və canlılar üçün zərərli olan ultrabənövşəyi şüaların yerə çatmasının qarşısını alır. Günəşdən gələn ultrabənövşəyi şüaların yer üzündəki bütün canlıları öldürəcək miqdarda artıq enerji yükü var. Buna görə Yerdə həyatın mövcud olması üçün göyü üzünün “qorunmuş tavan”ına ozon təbəqəsi də əlavə edilmişdir.
Ozon oksigendən alınır. Oksigen qazının (O2) molekullarında 2 oksigen atomu, ozon qazının (O3) molekullarında isə 3 oksigen atomu var. Günəşdən gələn ultrabənövşəyi şüalar oksigen qazına bir atom da əlavə edərək ozonu əmələ gətirirlər və ultrabənövşəyi şüalar sayəsində əmələ gələn ozon öldürücü ultrabənövşəyi şüaları tutaraq yer üzündə həyatın ən əsas şərtlərindən birini əmələ gətirir.
Qısaca desək, əgər Yerin nüvəsinin maqnetik sahə əmələ gətirən xüsusiyyəti, eləcə də atmosfer zərrəli şüaları süzən quruluşda və tərkibdə olmasaydı, şübhəsiz, Yerdə həyatdan əsər-əlamət olmazdı. Aydındır ki, insan üçün həyati əhəmiyyət daşıyan şərtlərin belə qoruyucu xüsusiyyətlərinin hamısı var edilmiş və göy üzünü “qorunmuş tavan” kimi yaradılmışdır.
Başqa planetlərin bu cür “qorunmuş tavan”lardan məhrum olması isə Yer kürəsinin insan həyatı üçün xüsusi olaraq yaradıldığının başqa bir göstəricisidir. Məsələn, Mars planetinin nüvəsi bərkdir və buna görə ətrafında da maqnetik qoruma sahəsi yoxdur. Marsın böyüklüyü Yer kürəsi kimi olmadığı üçün nüvəsində maye hissəni əmələ gətirən təzyiq yoxdur. Bundan əlavə, planetin uyğun böyüklükdə olması da maqnetik sahə üçün kifayət deyil. Məsələn, Veneranın diametri təxminən Yerinki qədərdir. Kütləsi Yerin kütləsindən sadəcə 2% azdır və çəkisi də demək olar ki, Yerin çəkisinə bərabərdir. Ona görə, həm təzyiq baxımından, həm də digər səbəblərlə Venerada da metallik maye nüvə hissəsi əmələ gəlməlidir. Buna baxmayaraq, Venerada maqnetik sahə yoxdur. Bunun səbəbi Veneranın Yerə nisbətən daha yavaş fırlanmasıdır. Yer öz oxu ətrafında bir günə, Venera isə 243 günə fırlanır.
Yerin “qorunmuş tavan”ını əmələ gətirən maqnetik sahənin mövcud olması üçün Ayın və qonşu planetlərin ölçüləri və Yerlə aralarındakı məsafələri də vacibdir. Qonşu planetlərdən biri hal-hazırkı vəziyyətindən böyük olsa, bu halda həmin planetdə güclü cazibə qüvvəsi olardı. Bu planetin malik olacağı güclü cazibə qüvvəsi Yerin nüvəsindəki bərk və maye təbəqələrin hərəkət sürətini dəyişdirər, bu günkü formada maqnetik sahənin əmələ gəlməsinə mane olardı. Qısası, Yer atmosferinin “qorunmuş tavan” xüsusiyyətinə malik olması üçün Yerin nüvəsinin quruluşu, fırlanma sürəti, planetlərarası məsafə və planetlərin kütlələri kimi bir çox amil ən uyğun cəhətdə birləşməlidir.
Kazımov İzhar
XƏBƏR LENTİ
Ingilis Dili-XIII Dərs
"Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Minsk Qrupu çərçivəsində mümkündür"
Defne Samyeli yeni FOTOları ilə Gündəmdə
“General Polad Həşimov xatirələrdə” kitabı nəşr olundu!
Keçən ilin möhtəşəm şəkilləri
Bakıda yağış yerini küləyə verdi
Şokoladlı, vanilli cizkeyk (foto resept)
Faydalı məsləhətlər
Yeyə biləcəyiniz buketlər
Məşhur aktrisadan Estetik Əməliyyat Açıqlaması-FOTO
Azərbaycan Tibb Universitetinin yeni təmir olunmuş yataqxanası istifadəyə verilib
Maykl Ceksonun həyatı film olur
Bu çimərliklərə getməyin!
Fındıq əzməli peçenye (foto resept)
Yaşlı cütlüyün illərə meydan oxuyan sevgisi dillərə düşdü - VİDEO
İlandan hazırlanan alkoqollu içkilər
Uşaqlarda həkim fobiyası
Fraktal həndəsə
Şahzadə Harri və Meqan Markl titullarından məhrum olacaqlar-SƏBƏB
Maska qıtlığı yaradanlara SƏRT XƏBƏRDARLIQ
Günün qoroskopu:Fiziki işdə fayda var
Reklamlar beynimizə necə təsir edir?
Rahat həyat ömrü qısaldır
Misirdə 50-dən çox mumiya tapıldı
Bu il doğuş zamanı baş verən ana ölümlərinin sayı açıqlanıb
Uzun kirpiklər üçün nə etməli?
Günün qoroskopu: Bədxərclik etməyin!
Uşaqların boyunu uzadan qidalar
Stalini hansı düşməni aradan götürüb?
"Qeysəriyyə əməliyyatlarının artmasında biznes maraqları var"
Əbülfəz Elçibəyin doğum günüdür
Ordumuz erməni polkovnik-leytenantı məhv etdi
Instagram-da yeni funksiya
"Facebook"a qarşı sərt tədbirlər görüləcək
Murad Dadaşov, Rafael və Coşqun əməkdar artist oldular
Sağlam uşaq xəstələnməlidir - ÜST
Atanızla yaşadığınız ən xoş və kədərli bir anınız
Qənirə Paşayeva müəllimlərlə görüşdü
İşğal edilmiş rayonlardakı muzeylərdə olan unikal kolleksiyalar digər dövlətlərdə satışa çıxarılıb
Dünyaca məşhur aktrisa ərə gedir-FOTO
Qəribə gəlinliklər
Sensasiya: Marsda həyat tapıldı
Əmək pensiyalarının sığorta hissəsi artırıldı
Bu adaya gələnlər yoxa çıxır
Yaşamaq üçün savaşanlar
Möhtəşəm yay ayaqqabları
Alimlər Yer kürəsinin səsini dinlədi - “Uğultu”nun SİRRİ AÇILDI
Ruh əkizinizi tapdığınızı göstərən 7 işarə
Günün qoroskopu: problemlər az deyil
Ümummilli lideri H. Əliyevin anadan olmasının 91-ci ildönümüdür
- ŞƏRHLƏR