Giriş
Bağla

Çuğundur şorbası (foto-resept)

MƏTBƏX / Duru yeməklər

 

Tərkibi:

2 ədəd orta boy çuğundur

1 ədəd orta boy kartof

1 ədəd irir kök

1 ədəd orta boy soğan

yarım çay st zeytun yağı

1,5 litr su

duz

 

Çuğundur şorbası (foto-resept)

 

Hazırlanması:

Çuğundur, kök, soğan və kartofları soyaraq istədiyiniz formada doğrayın.

Qazanda yağı qızdırın. Qızdırdığınız yağa doğradığınız bütün ərzaqları 2-3 dəqiqə qovurun.

Tərəvəzlərin qoxusu artıb, çuğundurun rəngi digər tərəvəzlərə keçməyə başlayanda 1,5 litr su əlavə edin.

Qazanın qapağını bağlayıb orta dərəcədə tərəvəzləri bişirin. Çuğundurlar və köklər yumşaldıqda şorbanın duzunu əlavə edin və qazandan çıxarıb blenderdən keçirin.

Sonra yenidən qazın üstünə qoyub 10 dəqiqə daha aşağı dərəcədə qaynadın. İsti-istiservis edin.

 

Çuğundur şorbası (foto-resept)

 

 



Şərhlər (1)

Feride45 Feride45 6 March 2020 12:06 Cavab yaz

Soyuqdəyməyə yaxşı gələr vitamin baxımından

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика