Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Yevlax şəhərində sakinləri qəbul edib.
DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan ANS PRESS-ə verilən məlumata görə, “Açıq qapı” formatında təşkil olunan qəbulda 3 şəhər və 5 rayondan olan sosial sığorta ödəyicilərin və pensiyaçıların müraciətlərinə baxılıb.
DSMF-nin sədri E.Mehdiyev mayın 15-də Fondun Yevlax şəhər şöbəsinin inzibati binasında məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib. Fond sədrinin qəbuluna gələn Yevlax, Mingəçevir və Naftalan şəhərlərinin, Goranboy, Bərdə, Tərtər, Ağdam və Xocalı rayonlarının sakinləri əsasən pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, pensiya təyinatı, əmək pensiyası növünün dəyişdirilməsi, o cümlədən başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına əlavə edilməməsi kimi məsələlərlə bağlı müraciət ediblər. Görüş zamanı həmçinin, əyani təhsil müddətinin staja daxil edilməsi, dövlət qulluqçusu kimi pensiya təyin olunması və digər məsələlər barədə çoxsaylı təklif və şikayətlər dinlənilib.
Vətəndaşların rahatlığının təmin olunması məqsədilə DSMF-nin sspf.gov.az rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, müraciət üçün əlaqə nömrələri göstərilib, qəbulda iştirak edənlərin Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb- gətirilmələri təmin olunub.
Fondun məsul əməkdaşlarının və Yevlax, Mingəçevir, Naftalan şəhər, Goranboy, Bərdə, Tərtər, Ağdam və Xocalı rayon şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbul zamanı ümumilikdə 40-dək vətəndaşın müraciətinə baxılıb. “Açıq qapı” şəraitində davam etdirilən görüşdə Fondun sədri Elman Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verib. Qəbul zamanı Fondun səlahiyyətlərinə aid olmayan məsələlərə dair vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razı qaldıqlarını vurğulayan sakinlər pensiyaçılara göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildiriblər.
Mənbə: ANS PRESS
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Uşaq azərbaycanlı qadını niyə davakar edir?
Ağdam anılacaq
HAVA necə olacaq?- 28 Mart
Heyvali piroq (foto resept)
Cəbhə ilə bağlı sərəncam
Mum təbaşirlərdən heykəllər
Tarkan qızından danışdı: "Gün sayıram"
TARİXİ QƏRAR: Kərkük Kürdüstana verilir
"Kurtlar Vadisi" serialının yayım tarixi açıqlandı
Sinoptiklərdən Bakı sakinlərinə istirahət günü müjdəsi
10 dəqiqəyə yeni saç düzümü
Almalı şarlotta (foto-resept)
Türk hamamı
Klaç çanta modelləri
Murad Yıldırım xanımına surpriz hazırladı-FOTO
Kökündə ölüm qorxusu dayanan kompleks - Natamamlıq
Məşhur aktrisa koronavirusa qalib gəldi!
Əqrəb bürcünün 5 əsas xüsusiyyəti
Stadion həbsxana olacaq
Rayonlara gediş-gəliş bərpa olunur? - RƏSMİ AÇIQLAMA
Buzlu Şamlar
Adi tonometr damar xəstəliklərini aşkara çıxarmağa kömək edir
Krediti və borcu olanlar qurban kəsə bilərlərmi?
Oruc tutmaq barədə 7 yanlış stereotip
Gəlin və bəy olmaq neçəyə başa gəlir?
Başqa planetlərdə nə qədər sağ qala bilərik?
Qırışlardan xilas edən cirə maskası
Köynəklərə yeni görünüş
SON DƏQİQƏ: Arda Turan həbs edildi - 2 il 8 ay...
Ziynet Salı ərə gedir-FOTO
"Eurovision"da 10 ölkə final mərhələsinə keçdi - SİYAHI -VİDEO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Təbii saç maskası
Hündürdaban ayaqqabılar
Keçmişdən günümüzə boğazlı yun köynək dəbi
Yeni ildə fərqli hədiyyə ideyaları axtaranlar üçün...
Düşmən qüvvələri arasında silahlı qarşıdurma: Ölənlər var - RƏSMİ
ABŞ-da koronavirusdan rekord ölüm
Neslihan Kadirə olan sevgisindən danışdı
Toxunma əl işləri
Mən quldur Ermənistan hakimiyyətindən xilas olmağımızı həsrətlə gözləyirəm!
28 dərəcə isti olacaq
Azərbaycanda tibbi müəssisəsində koronavirusa yoluxma artdı: Xəstə qəbulu dayandırıldı - RƏSMİ
Mazurka piroqu
56 yaşında model olan Kathy Jacobs
3 ay övladlarını görə bilməyəcək
Koronavirus kişilərdə sonsuzluq yaradır?
Dəri quruluğu və dəriyə qulluq
Elektron kitabların üstünlükləri
Pendirli pomidorlu balıq (foto resept)
- ŞƏRHLƏR