Çoxumuz kitabları onların qoxusunu uşaqlığımızdan sevirik. Elə sevirik ki, otaqlarımızı rəflərlə, rəfləri kitablarla doldurduq. Bir gün rəflərdə yer qalmadı, masanın, yatağın üstünə, mətbəxə, bəzən hamama kitab qoyası olduq… Amma bir kitabı əlimizə alıb oxumaqdan, sətirlərin altını cızlamaqdan aldığımız ləzzət, həyatımızda elektron kitablara yer verməyimizə əngəl ola bilməz.
1. Çünki biz qladiator deyilik
Dostoyevsikinin «Karamazov qardaşları», yaxud Murakaminin «1Q84» kimi irihəcmli romanları oxuduğunuzu təsəvvür edin. Bəlkə də noutbukunuzdan da ağır olan bu kitabları yanınızda necə daşıyacaqsınız? Yaxud yerinizdə uzanıb oxuyarkən qollarınızın ağrısına nə qədər dözəcəksiniz?
2. Hansı kitabı oxuduğunuzu heç kim bilməyəcək
Şəxsi inkişafa aid, yaxud "Ərə getməyin 100 qaydası" haqqında kitab oxuya bilərsiniz. Amma soruşan olsa, Tolstoyun «Hərb və sülh»ünü oxuduğunuzu deyə bilərsiniz. Yaxud əlinizdə klassik bir kitabı görüb bunun haqda nə düşündüyünüzü soruşanlar da olmayacaq.
3. Kitabınızı qaranlıqda da oxuya bilərsiniz
Əlinizdə lampa, fənər götürmədən qaranlıqda da kitab oxuya bilərsiniz. Çünki elektron kitab cihazlarının öz işıqları olur. Həmçinin işığın səviyyəsini dəyişə bilərsiniz, yanınızdakını oyandırmadan kitabınızı ləzzətlə oxuya bilərsiniz.
4. Dərhal kitab ala bilərsiniz
Kitab mağazasına gedib kitab rəflərinin arasında gəzişməyin ləzzəti ayrıdır, bəli. Amma bəzən mağazaya getməyə vaxtınız olmaz. Elektron kitab oxuyursunuzsa, axtardığınız kitabı dərhal internetdən alıb yükləyə bilərsiniz.
5. Gəzməyə daha yüngül bir çanta ilə çıxın
Gəzməyə böyük bir çanta ilə gedirsiniz və bunda kitabların da payı var. Çünki istirahətin uzunluğuna, təyyarədə keçiriləcək vaxta və kitabların qalınlığına görə yanınızda bəzən dörd, bəzən yeddi, hətta bəzən daha çox sayda kitab almağınız vacibdir. Bu kitabları çantanızda aparmaqdansa, elektron kitab oxuducusunda aparmaq daha rahat və praktikdir.
6. Yazının ölçüsünü dəyişmək imkanı
Bəzi kitablar çox balaca hərflərlə çap olunur. Belə kitabları oxumaq çətinlik yaradır. Təbii ki, klassik kitabda ölçünü sonradan dəyişmək mümkün deyil, amma elektron kitabda bunu edə bilərsiniz.
7. Köçmək artıq çox rahatdır
Evinizi dəyişəndə «bu kitabları necə aparacam?» deyə dərdə düşməyəcəksiniz. Bir balaca cihazı çantaya atmaq bəs edəcək.
Aynur ALimuradbəyli
XƏBƏR LENTİ
Dərin quyuda iki gün qalan təqaüdçü qadın xilas edildi - VİDEO
Serenay və Cem Yılmaz karantin vaxtı görüntüləndi
Göz rənginə görə makiyaj
Su israfının qarşısını necə alaq?
Hərəkət edən rəsmlər
Sılanın məhkəmə tarixi məlum oldu-FOTO
Hollandiyada ermənilərə qarşı mitinq keçirilib
Tom and Jerry
2014-cü ilin ziyafət geyimləri
Ermənilərin Gürcüstanda fırıldağı: ikinci Qarabağ?
Ağıllı qızlar niyə tənhadırlar?
Ermənilər tərəfdə döyüşən PKK-çıların əksəriyyəti məhv edilib
Heydər Əliyev Fondunun 15 illik yubileyidir - FOTO
Polşa höküməti istefa verdi
Azərbaycanda seysmik təhlükə: AMEA iş başında
Ramazanın 27-ci gününün duası
İlham Əliyev xalq yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edib
Bakıdakı bərbad küçə ilə bağlı gülməli təklif
Ermənilər küçələrə çıxdı
Qadin.Netlilərin həyata keçən və keçməyən arzuları (3-cü hissə)
Saakaşvili Azərbaycanı “təhlükə zonasına” saldı
Azərbaycanlı tələbələrdən unikal ixtira-VİDEO
Bitki yağları haqqında
Gonbullar əlil hüququ aldılar
Düşmən Ağdam kəndini atəşə tutdu
Onlar bir zamanlar sinələrdə parlardı...
Körpələrin zehnini inkişaf etdirən faktorlar
Məktəbli formaları indi neçəyədir?
Bazar gününü gözəl keçirmək üçün tövsiyələr
Norveç kralı karantinə yerləşdirilib
Azərbaycanda idman federasiyası dağılır?
Hökumətdən manat həmləsi
Qarabağsayağı göyərti kətəsi (foto resept)
Bu kənddə yerin altında namaz qılırlar
Buraxılış imtahanı təxirə salındı-SƏBƏB
Burcu Güneşin TOYU olacaq-FOTO
Qida formasında bijuteriyalar
Arıqlamaq üçün məşhur sirri
Gəlinlik ayaqabısının seçimi
Yoldaşının telefonuna baxan qadına CƏZA
Dəqiqlik üçün darçın, stress üçün qoz
Günün qoroskopu: bulanıq suda balıq tutmaq olar
"QazEL"lər xəttdən çıxarılır
Onu görən gözlərinə inana bilmir-FOTO
Azərbaycanı, hər birimizi böyük təhlükə gözləyir
Yolumuz Şuşayadır - VİDEO
O, yeni fenomendir
Maraqlı dəstlər
Naxçıvan dolması (foto resept)
MN: “Cəbhənin Ağdam istiqamətində ordumuzun zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib”
- ŞƏRHLƏR