Bəzi natamamlıq kompleksindən əziyyət çəkən yetkin və yaşlı insanlar komplekslərin doğurduğu təlabatları ödəmək üçün yaxınları, dost-tanışları, iş yoldaşları və ailə üzvləri ilə kobud danışır və onların xətrinə dəyəcək ifadələr işlədərək mübahisə edirlər. Bəziləri isə uşaqtək gerçəklikdən uzaqlaşmaqla özlərini təsdiq edirlər. Bu zaman onlar kompüter oyunları oynayır, roman oxuyur, seriala baxır və təxəyyül dünyalarında öz istədikləri həyatı yaşayırlar. Psixoloq qeyd edib ki, natamamlıq kompleksinin səbəbi çox sadə ola bilər: "Misal üçün, uşaqlıqda yaşıdları ilə döyüş, atışma xarakterli oyunları az oynayan oğlanlar böyüdükdən sonra kompüter oyunları ilə bunu həyata keçirməyə başlayırlar. Nə qədər qəribə görünsə də, zorakılığa meyl də bu cür natamamlıq kompleskindən irəli gəlir. Belə ki, oyunlarla və ya başqa bir üsulla bunu kompensasiya etməyən şəxs sonradan bunu gerçəklikdə icra edə bilər. Eləcə də uşaqlığı pis keçən, istəkləri valideynləri tərəfindən qəbul olunmayan və sıxışdırılan uşaqlarda da zorakılığa meyl müşahidə olunur". Natamamlıq kompleksindən əziyyət çəkənlərin bir qismi isə təxəyyülləri ilə tələbatlarını kompensasiya etməklə kifayətlənmirlər. Onlar öz gerçəkləşməyən planlarını, arzularını həyatda gerçəkləşdirməyə çalışırlar. Bu cür insanlar özlərini bacarıqsız hiss edir, nailiyyətləri ilə kifayətlənə bilmir və bundan kədərlənirlər. Natamamlıq kompleksi bu cür insanlarda özünü paxıllıq, günahkarlıq və qüsurlu olmaq hissi ilə büruzə verir. İnsan ya bu hisslərlə yaşamaq, ya da onları yox etmək qərarına gəlir. Bu da ona çox güclü motivasiya verir. Lakin natamamlıq kompleksinin doğurduğu hisslər çox güclü olur və insanı irəliyə getməyə sövq etməklə yanaşı onu hər şeyin uğursuzluqla nəticələnəcəyi ilə qorxudur. Bununla da kompleks insanı iki istiqamətdə hərəkət etməyə təhrik edir. Həm istəklərini gerçəkləşdirməyə doğru, həm də əksinə. Bu kompleksdən əziyyət çəkən insan uğursuzluqdan çox qorxaraq özünü bacarıqsız və aciz hiss etməyə başlayır". Bu komplekslərin təsirindən insan daim dəyişikliklərin baş verməsini istəyir, amma, eyni zamanda dəyişikliklərdən qorxur. Ona görə ki, dəyişikliyi etmək üçün o, nəsə etməli və çalışmalıdır. Bunu edərkən isə o, özünün aciz olduğunu hiss edir. Hiss etdiyi təzadlı hisslər isə bir-birini növbələyir. Nəticədə o, ya özünü güclü, ya da aciz hiss etməyə başlayır. Onun dediyinə görə, natamamlıq kompleksindən əziyyət çəkən və heç bir yolla komplekslərin doğurduğu tələbatları ödəyə bilməyən şəxslərsə, spirli içkilərdən, narkotik vasitələrdən asılılığa düşür. Belə ki, özünü realizə etməyən insanlarda natamamlıq kompleksi daha da güclənir və insana əzab verməyə başlayır. Bu əzablara dözə bilməyən şəxs isə unudulmaq və təsəlli tapmaq üçün spirtli içkilərə, narkotik vasitələrdən istifadəyə əl atır. Natamamlıq kompleksinin kökündə ölüm qorxusu dayanır. İnsan mükəmməl olmadığı üçün sevilməyəcəyindən, cəmiyyət tərəfindən qəbul olunmayacağından, tərk edilməkdən, tənha qalmaqdan, təhqir olunmaqdan qorxur. Dərindən təhlil etdikdə isə bu hisslər ən böyük qorxu - ölüm qorxusu ilə bağlıdır. Psixoloq məsləhət görür ki, natamamlıq kompleksindən qurtulmaq üçün şəxs düşüncə tərzini dəyişməyə çalışmalıdır: "Özünü natamamlıq kompleksinin təsirinə təslim edən şəxs ondan daha bacarıqlı, daha xoşbəxt insanlara paxıllıq edir. Ətrafındakı insanlar dərd çəkəndə onun əhvalı düzəlir. Başqalarının uğuru isə ona işgəncə kimi gəlir".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Dişlərinizə hansı vərdişlər zərər verir?
Metroda şalvarsız gün
Qadın sürücülər
Duyğu Çağatar Ulusoyun evinə köçdü-FOTO
Koronavirusun yayılmasına qarşı şəhərləri bağlamaqdan daha effektiv yol təklif edilib
İstanbulu dolu vurdu - VİDEO
İstanbulun polis rəisi öpüşlərlə yola salındı
Bayden bir aya 250 min amerikalının öləcəyi barədə proqnoz verdi
Hande Yenerdən gözlənilməz irad
Azərbaycanda xırda təkanlar böyük zəlzələdən xəbər verir?
Nüfuzlu "Əl-Fəcr" qəzetində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında geniş məqalə dərc edilib
Sarı saçlar üçün xüsusi maskalar
Türkiyə Azərbaycanla sərhədi bağladı - SƏBƏB
Kartof zənbilində balıq (foto resept)
Avqustun HAVA buraxılışı
Bakıda 60 min manata "yolka" satılır - VİDEO
Plastik butulkaları təkrar istifadə etməyin! - Bu çox təhlükəlidir!
Bananlı pankek (foto resept)
Azərbaycan vətəndaşları Türkiyədə ev alan əcnəbilər arasında ilk onluqda
Yeni süni mayalanma mərkəzi yaradılacaq
Alimlərdən inqilabi ixtira
"Ögey ana" filminə abidə qoyuldu - VİDEO/FOTO
İranda şok cəza
Prezidentdən mühüm qərar
17 il əvvəlki şəklini görənlər tanımadılar-FOTO
Qeyri-adi etiraz aksiyası
Cennifer Lopesin "əkiz"i tapıldı - FOTO
"Riçard" salatı (foto-resept)
Bakıda ucuzluq olacaq
Mehriban Əliyeva uşaqlar üçün təşkil olunan şənlikdə iştirak edib
Facebook film çəkməyə başlayır
Ən məşhur fil öldürüldü
Geyim kombinasiyaları
Ucuz maska çəkdi, dərisi soyuldu - FOTO
Azərbaycanda nikah müqaviləsinin bağlanması məcburidirmi?
Ata söz verdi, o dünyadan qızının toyuna gəldi – ŞOK FOTO
Azərbaycan tarixindən yüz şəxsiyyət-15
Möcüzəvi minerallar - 1
Arzularını gerçəkləşdirən yaşlılar
Filiz Akının başına 11 tikiş vuruldu-FOTO
Səs gigiyenası üçün bilməli olduqlarınız
Baş pediatr: "Süni uşaq qidaları həkim resepti əsasında alınmalıdır"
2013-cü ilin gəlinlik modelləri
Yasemin Özilhan gözəllik sirrini paylaşdı
Deputatdan hökumətə təkliflər: “Uşaq pulu” bərpa edilsin”
Yumşaq tort keksi (foto resept)
Məntiqi test
"Microsoft" ucuz telefon nümayiş etdirib
ABŞ-da Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi qeyd olunub
Hamiləlik zəhərlənməsi
- ŞƏRHLƏR