Giriş
Bağla

Gözəl bədən üçün 3 yoqa hərəkəti

SAĞLAMLIQ / Fitnes və pəhriz / Fitness

 

1. Criss Cross

Xüsusilə, alt qarın üçün ən təsirli hərəkətlərdən sayılır. Bədənin üst qarın, ayaq, bel, boyun və qol bölgəsini işlədir. Bu hərəkəti üçün pilates döşəyini yerə sərin və üstünə kürəyi üstdə uzanın. Sonra başınızı və çiyinlərinizi döşəkdən qaldıraraq dirsəklərinizi açıq olacaq formada əllərinizi boynunuzda birləşdirin. Daha sonra ayaqlarınızı yerdən 15-20 sm yüksək olacaq formada düz uzadın. Nəfəs verərək sol dizinizi qatlayın və özünüzə doğru çəkin, eyni anda sağ dirsəyinizi sağ dizinizə yaxınlaşdırın. Sağ ayağınız düz olmalıdır. Nəfəs alın və başlanğıc duruşunuza qayıdın. Sonra yenidən nəfəs verərək sol dirsəyinizi sağ dizinizə yaxınlaşdırın. Bu hərəkəti, hər iki tərəf üçün ən az 10 dəfə təkrarlayın.

 

Gözəl bədən üçün 3 yoqa hərəkəti

 

 

2. Pilates topu ilə Squat

Bu hərəkət ayaq və kürək əzələləriniz işlədib, bədənizi gözəlləşdirməyə kömək edir. Ayaq üstdə dayanın və pilates topuna doğru arxanıza dönün. Bu duruş vəziyyətində ayağınızı arxanızda olan pilates topunun üstünə qoyun və topu ilər geri hərəkət etdirin. Topu itələyərkən bədəninizi qabağa əyin. Bu vəziyyət nizam yaratmaq üçün qollarınızı iləri doğru aça bilərsiniz. Bu hərəkəti ən az 10 dəfə hər iki ayaq üçün hərəkət etdirin.

 

Gözəl bədən üçün 3 yoqa hərəkəti

 

 

3. Körpü

Körpü hərəkəti ayaqları zərifləşdirir. Pilates topu da istifadə edə bilərsiniz. Yoqa döşəyində kürəyi üstdə uzanın. Ayaqlarınız üstündə dizlərinizi qaldırın. Əllərinizi iki yanda düz formada uzadın. Ayaqlarınız sabit dayandığı halda, arxanızı qaldırıb endirin. Qaldırma zamanı əzələlərinizi sıxın və nəfəs alın. Aşağı endirərkən isə nəfəs verin.  

 

Gözəl bədən üçün 3 yoqa hərəkəti

 

 



Şərhlər (1)

Milana.M Milana.M 6 November 2019 21:31 Cavab yaz

Bu hərəkəti ən az 10 dəfə hər iki ayaq üçün hərəkət etdirin.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика