Tez-tez tualetə getmə, ürəkbulanma, qusma kimi şikayətlərlə uşaqlarda özünü göstərə bilən böyrək xəstəlikləri bəzən heç bir əlamət göstərmədən üzə çıxır. Uşaqlarda böyüdükcə böyrək çatışmazlığına qədər gedib çıxa bilən ciddi böyrək problemlərinin qarşısını almaq üçün valideynlərin erkən dövrdə qoruyucu tədbirlər görməsi vacibdir. Uşaq xəstəlikləri üzrə mütəxəssis, nefroloq Mahmut Çivilibalın uşaqlarda böyrək sağlamlığını qorumağın 10 yolu barədə məsləhətlərini diqqətinizə çatdırırıq.
1. Bol su içməsinə diqqət edin
Bəzən valideynlər uşaqlarının su içməsinə elə də fikir vermir. Buna görə də uşaqlar kifayət qədər maye içmir. Su qidaları və oksigeni orqanlara daşıyır, bədən temperaturunu balanslaşdırır, metabolizmanı tənzimləyir, bədəndəki toksik maddələrin atılmasını təmin edir və infeksiyalarla savaşmağa kömək edir. Uşaqlara qatı qidalara başlanılan 6 aydan etibarən hər yemək sonrası 30-100 ml arası su içirdilməlidir. 1-5 yaş arasında da bu alışqanlığa davam edilməli, həmçinin mövsüm şərtləri və uşağın hərəkət qrafikinə görə yeməkdən əlavə saatlarda da su içirilməlidir. Uşağınızın kifayət qədər su istifadə edib-etmədiyini anlamağın ən asan yolu tualetə getmə sıxlığını təqib etməkdir. Uşaqlar ortalama 2-3 saatda bir tualetə getməlidirlər.
2. Duz istifadəsini məhdudlaşdırın
Həddindən çox duz istifadəsi, hipertenziya və ürək-damar xəstəlikləri başda olmaqla bir çox xəstəliyə səbəb ola bilər. Həddindən çox istifadə edilən duz müəyyən bir iş yükü yaradaraq, böyrəklərə zərər verir. Hər hansı bir böyrək xəstəliyində isə xəstəliyin daha da irəliləməsinə səbəb olur. Buna görə uşaqların bir yaşından öncə duz ilə tanış olmaması, 1-18 yaş arasında gündəlik istifadə edilən duz miqdarının 2-3 qramı (yarım çay qaşığı) keçməməsi məsləhətdir. Duz istifadəsi ilə bağlı məlumat uşaqlıq dövründən etibarən qazandırılmalı, valideynlər uşaqlarına rol model olmalı və yemək masasına duzluq qoyulmaması bir yaşam formasına çevrilməlidir.
3. Doğru və balanslı qidalandırın
Valideynlərin qidalanma ilə bağlı yanlış davranışları və uşaqların hərəkətsiz həyat tərzləri piylənmənin şişmanlığın ən əhəmiyyətli səbəbləridir. Uşaqların gün boyu məktəbdə olmaları, məktəbdən sonra adətən evdə dörd divar arasında olub kompüter və ya televizor başında oturaraq daim nəsə yemələri piylənmənin gedərək artmasına səbəb olur. Normaldan artıq çəkili olmaq böyrək sağlamlığı baxımından önəmli risk daşıyır. Şişmanlığın ürək və damarlara olan mənfi təsirləri, böyrək toxuması və damarları baxımından da bənzər narahatlıqlar doğurur. Xüsusən ayaqüstü qidalanma (pizza, hamburqer və s) vərdişi və qida qoruyucuları tərkibli işlənmiş qıdalar (çips, kolbasa, sosiska, turşu, tomat, konserv) istifadəsi məhdudlaşdırılmalıdır.
4. Məlumatsız dərman istifadəsindən uzaq durun
Dərmanlar kimyəvi maddələrdir. Ağrıkəsicilər başda olmaqla böyrəklə atılan dərmanların həkim nəzarəti olmadan istifadəsi ciddi problemlərə səbəb ola bilər. Uzun müddətli dərman istifadəsi uşaqlarda xroniki böyrək xəstəliklərinə səbəb ola bilər.
5. Böyrəklərdə daş yaradan vasitələrdən uzaq durmağa çalışın
Böyrək daşları daha çox yaşlı insanlarda rast gəlinməsinə rəğmən, uşaqlıq dövrü daxil bütün uşaqlarda rastlanan və görülmə sıxlığı gedərək artan bir xəstəlikdir. Böyrək daşlarının yaranmasının qarşısını almaq üçün bol su içilməli və duz istifadəsi azaldılmalı, uşaqların televizor və kompüter önündə uzun zaman keçirərək hərəkətsiz qalmalarının qarşısı alınmalıdır. Potasium tərkibli tərəvəz və meyvə istifadə edilməli, həddindən çox heyvani proteinin alınmamasına diqqət edilməli və vitamin dərmanları nəzarətsiz içilməməlidir.
6. Mütəmadi qan təzyiqini ölçdürün
Sağlıqsız qidalanma, stress və piylənmə uşaqlarda yüksək təzyiqə səbəb olur. Böyüklərdə olduğu kimi, baş ağrısı ilə bərabər özünü göstərə bilən bir xəstəlikdir, xüsusilə kiçikyaşlı uşaqlarda heç bir əlamətlə özünü büruzə vermir. Anidən ortaya çıxır və çox zaman sakitcə irəliləyir. Müalicə edilmədiyi təqdirdə böyrək çatışmazlığı ilə görmə itkisi və beyin qanamasına gətirib çıxaran nəticələr yarada bilər. Heç bir narahatlığı olmayan uşaqların tibbi yoxlamalarında üç yaşından etibarən bütün müayinələrdə təzyiq ölçülməlidir.
7. Uşağınıza düzənli tualet alışqanlığı qazandırın
Uşaqların başı oyuna qarışanda və ya oyunu yarımçıq qoymaq istəmədiklərindən tualetə getməyi ertələyə bilər. Xüsusilə də bağça yaşındakı uşaqlar bir çox səbəblə orada tualetə getməyə çəkinir, sidiklərini saxlayırlar. Bu da sidik yolu infeksiyalarına yol açır. Məktəbdən əvvəl uşaqların sidiyə getməyi vərdiş halına gətirə bilməsi üçün evdə və məktəbdə 2-3 saat aralıqlarla tualetə aparılması lazımdır.
8. Genital gigiyenanı uşağınıza öyrədin
Uşaqların dərisi böyüklərə nisbətən daha nazik və həssasdır. Dəri səthini örtən qoruyucu təbəqə hələ inkişaf etməyib. Yanlış və yarımçıq həyata keçirilən alt təmizliyi uşaqlarda və azyaşlılarda sidik yolu infeksiyalarına və sağalmayan səpkilərə səbəb olur. Bu üzdən uşaqların alt təmizliyində normal pambıq və su istifadə olunmalı, məcburiyyət olmadıqda sabun, şampun və yaş salfetlər istifadə olunmamalıdır. Bu cür məhsullar ağır metal və kimyəvi maddələrlə zəngin olması səbəbi ilə genital bölgənin ph tarazlığını pozur. Ph tarazlığının pozulması bu nahiyədəki faydalı bakteriyaların azalıb, zərərli bakteriyaların çoxalmasına səbəb olur. Uşaqlarda genital bölgə təmizliyi yuxarıdan aşağı (genital bölgədən anusa) doğru və çox basmadan edilməlidir.
9. Ailədə böyrək xəstəliyi tarixi varsa, uşağınızı daim müayinələrdən keçirin
Böyrək çatışmazlığı erkən dövrlərdə hər hansı bir formada özünü göstərməyə bilər. Bunun üçün xəstəliyi aşkar etməyin ən asan yolu qan və sidik analizlərinin müəyyən zaman aralarında aparılmasıdır. Erkən diaqnozla böyrək çatışmazlığını yavaşlatmaq və müalicə etmək mümkündür. Diabet, yüksək təzyiq, çox arıqlama, ana, ata, ya da yaxın qohumlarda böyrək çatışmazlığı kimi risk faktorlarından biri və ya bir neçəsi varsa, böyrək funksiyaları 6-12 aydan bir yoxlanmalıdır.
10. Mütəmadi idman etsin
İdman insanlara daha sağlam bir həyat verir. Xüsusilə böyrək xəstəliyində ürək sağlamlığını qorumaq və xəstəlik riskini azaltmaq üçün məşq çox əhəmiyyətlidir. İdman etmək, eyni zamanda, depressiyaya müsbət təsir edir və adamı xoşbəxt hiss etdirir. Ömür boyu davam edən hərəkətli yaşam tərzi uşaq yaşlarında başlayan nizamlı məşqlərlə mümkündür. Buna görə uşağın bütün orqanizm sağlamlığı ilə yanaşı böyrək sağlamlığının qorunması məqsədi ilə daim məşq etməsi önəmlidir.
XƏBƏR LENTİ
Rusiyanın hərbi gəmiləri Bakıda - FOTO/VİDEO
Bakıda Novruz yarmarkaları
Qan yaddaşımız
Gülməli şəkillər
Azərbaycanda daha 79 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Dadlı toyuq qızartması (foto resept)
“Təbii artım Avropa ölkələri arasında ən yüksək göstəricidir”
"Qaralatasaray"lılara müjdə: "Aslan"" "Kral"a qarşı oynayacaq
Həyəcan başladı
Övlad qatili
Meşədə balina tapıldı - QƏRİBƏ HADİSƏ
Niderland Türkiyədən üzr istədi
Maraqlı tarixi şəkillər
Əlillələrə iş imkanı
Türkiyə Milli Müdafiə Nazirliyi: “Beynəlxalq ictimaiyyət Ermənistana qarşı səsini yüksəltməlidir”
Sellüliti aradan qaldıran pəhriz.
Məşhur aktrisa 36 il sonra BOŞANIR-SƏBƏB
Azərbaycanda tibbi spirt və maskaların satışına nəzarət gücləndirildi
Bürclər və daşlar
Gəlin toy günü həyəcandan öldü
O şəhərdə göz-gözü görmür
Bu, son 500 ildə 3 dəfə olub
Fikrət Qoca infarkt keçirdi
Koronavirusla bağlı seroloji testlərin keçirilməsi barədə AÇIQLAMA
Məşhur aktyor ata oldu-FOTO
Güləşçimiz FİLA-nın reytinq siyahısında ilk onluqda
O an...
Oruc tutanlar imsaqda çay içməsinlər
Günün qoroskopu: Mübahisə etməyin!
Duzu koronavirusa dərmandır deyib, gölü bu hala saldılar - VİDEO
Bu gün Bakıda 40 dərəcə isti olacaq
İştahı kəsən qidalar
Məktəbli forması alarkən diqqətli olun: "Pis qoxu, rəngi çıxır"
Dəniz duzunun faydası
Aktyor xanımına 600 minlik hədiyyə aldı-FOTO
Sağlam kökəlməyin yolları
Sürətli kökəlmə proqramı-1
Yer kürəsinə nəhəng asteroid yaxınlaşır
Otellərdə rastlanan qəribə hallar
Qar yağacaq - Sabahın HAVAsı
Ceyhun Bayramov Qarabağ danışıqları ilə bağlı Moskvaya gedir - RƏSMİ
Azərbaycanda zəlzələ oldu
Dünyanın ən böyük fənər sərgisi
DÇ-2014: hansı oyun, hansı kanalda?
Müğənniyə olan sevgisi onu bu hala saldı - FOTO
Tələbələr ordumuza dəstək mitinqi keçirdi
Balaca qızlar üçün yaz geyimləri
Bahalı əməliyyatları bahalı edən nədir?
Mənzil alan və ya satan insan həyatının bir neçə ilini itirir
Azra Akın ana oldu-FOTO
- ŞƏRHLƏR