Qadin.NET / Uşaqların böyrəyini qorumaq üçün...

Uşaqların böyrəyini qorumaq üçün...

 

Uşaqların böyrəyini qorumaq üçün...

Tez-tez tualetə getmə, ürəkbulanma, qusma kimi şikayətlərlə uşaqlarda özünü göstərə bilən böyrək xəstəlikləri bəzən heç bir əlamət göstərmədən üzə çıxır. Uşaqlarda böyüdükcə böyrək çatışmazlığına qədər gedib çıxa bilən ciddi böyrək problemlərinin qarşısını almaq üçün valideynlərin erkən dövrdə qoruyucu tədbirlər görməsi vacibdir. Uşaq xəstəlikləri üzrə mütəxəssis, nefroloq Mahmut Çivilibalın uşaqlarda böyrək sağlamlığını qorumağın 10 yolu barədə məsləhətlərini diqqətinizə çatdırırıq.

1. Bol su içməsinə diqqət edin

Bəzən valideynlər uşaqlarının su içməsinə elə də fikir vermir. Buna görə də uşaqlar kifayət qədər maye içmir. Su qidaları və oksigeni orqanlara daşıyır, bədən temperaturunu balanslaşdırır, metabolizmanı tənzimləyir, bədəndəki toksik maddələrin atılmasını təmin edir və infeksiyalarla savaşmağa kömək edir. Uşaqlara qatı qidalara başlanılan 6 aydan etibarən hər yemək sonrası 30-100 ml arası su içirdilməlidir. 1-5 yaş arasında da bu alışqanlığa davam edilməli, həmçinin mövsüm şərtləri və uşağın hərəkət qrafikinə görə yeməkdən əlavə saatlarda da su içirilməlidir. Uşağınızın kifayət qədər su istifadə edib-etmədiyini anlamağın ən asan yolu tualetə getmə sıxlığını təqib etməkdir. Uşaqlar ortalama 2-3 saatda bir tualetə getməlidirlər.

Uşaqların böyrəyini qorumaq üçün...

2. Duz istifadəsini məhdudlaşdırın

Həddindən çox duz istifadəsi, hipertenziya və ürək-damar xəstəlikləri başda olmaqla bir çox xəstəliyə səbəb ola bilər. Həddindən çox istifadə edilən duz müəyyən bir iş yükü yaradaraq, böyrəklərə zərər verir. Hər hansı bir böyrək xəstəliyində isə xəstəliyin daha da irəliləməsinə səbəb olur. Buna görə uşaqların bir yaşından öncə duz ilə tanış olmaması, 1-18 yaş arasında gündəlik istifadə edilən duz miqdarının 2-3 qramı (yarım çay qaşığı) keçməməsi məsləhətdir. Duz istifadəsi ilə bağlı məlumat uşaqlıq dövründən etibarən qazandırılmalı, valideynlər uşaqlarına rol model olmalı və yemək masasına duzluq qoyulmaması bir yaşam formasına çevrilməlidir.

3. Doğru və balanslı qidalandırın

Valideynlərin qidalanma ilə bağlı yanlış davranışları və uşaqların hərəkətsiz həyat tərzləri piylənmənin şişmanlığın ən əhəmiyyətli səbəbləridir. Uşaqların gün boyu məktəbdə olmaları, məktəbdən sonra adətən evdə dörd divar arasında olub kompüter və ya televizor başında oturaraq daim nəsə yemələri piylənmənin gedərək artmasına səbəb olur. Normaldan artıq çəkili olmaq böyrək sağlamlığı baxımından önəmli risk daşıyır. Şişmanlığın ürək və damarlara olan mənfi təsirləri, böyrək toxuması və damarları baxımından da bənzər narahatlıqlar doğurur. Xüsusən ayaqüstü qidalanma (pizza, hamburqer və s) vərdişi və qida qoruyucuları tərkibli işlənmiş qıdalar (çips, kolbasa, sosiska, turşu, tomat, konserv) istifadəsi məhdudlaşdırılmalıdır.

4. Məlumatsız dərman istifadəsindən uzaq durun

Dərmanlar kimyəvi maddələrdir. Ağrıkəsicilər başda olmaqla böyrəklə atılan dərmanların həkim nəzarəti olmadan istifadəsi ciddi problemlərə səbəb ola bilər. Uzun müddətli dərman istifadəsi uşaqlarda xroniki böyrək xəstəliklərinə səbəb ola bilər.

5. Böyrəklərdə daş yaradan vasitələrdən uzaq durmağa çalışın

Böyrək daşları daha çox yaşlı insanlarda rast gəlinməsinə rəğmən, uşaqlıq dövrü daxil bütün uşaqlarda rastlanan və görülmə sıxlığı gedərək artan bir xəstəlikdir. Böyrək daşlarının yaranmasının qarşısını almaq üçün bol su içilməli və duz istifadəsi azaldılmalı, uşaqların televizor və kompüter önündə uzun zaman keçirərək hərəkətsiz qalmalarının qarşısı alınmalıdır. Potasium tərkibli tərəvəz və meyvə istifadə edilməli, həddindən çox heyvani proteinin alınmamasına diqqət edilməli və vitamin dərmanları nəzarətsiz içilməməlidir.

Uşaqların böyrəyini qorumaq üçün...

6. Mütəmadi qan təzyiqini ölçdürün

Sağlıqsız qidalanma, stress və piylənmə uşaqlarda yüksək təzyiqə səbəb olur. Böyüklərdə olduğu kimi, baş ağrısı ilə bərabər özünü göstərə bilən bir xəstəlikdir, xüsusilə kiçikyaşlı uşaqlarda heç bir əlamətlə özünü büruzə vermir. Anidən ortaya çıxır və çox zaman sakitcə irəliləyir. Müalicə edilmədiyi təqdirdə böyrək çatışmazlığı ilə görmə itkisi və beyin qanamasına gətirib çıxaran nəticələr yarada bilər. Heç bir narahatlığı olmayan uşaqların tibbi yoxlamalarında üç yaşından etibarən bütün müayinələrdə təzyiq ölçülməlidir.

7. Uşağınıza düzənli tualet alışqanlığı qazandırın 

Uşaqların başı oyuna qarışanda və ya oyunu yarımçıq qoymaq istəmədiklərindən tualetə getməyi ertələyə bilər. Xüsusilə də bağça yaşındakı uşaqlar bir çox səbəblə orada tualetə getməyə çəkinir, sidiklərini saxlayırlar. Bu da sidik yolu infeksiyalarına yol açır. Məktəbdən əvvəl uşaqların sidiyə getməyi vərdiş halına gətirə bilməsi üçün evdə və məktəbdə 2-3 saat aralıqlarla tualetə aparılması lazımdır.

8. Genital gigiyenanı uşağınıza öyrədin

Uşaqların dərisi böyüklərə nisbətən daha nazik və həssasdır. Dəri səthini örtən qoruyucu təbəqə hələ inkişaf etməyib. Yanlış və yarımçıq həyata keçirilən alt təmizliyi uşaqlarda və azyaşlılarda sidik yolu infeksiyalarına və sağalmayan səpkilərə səbəb olur. Bu üzdən uşaqların alt təmizliyində normal pambıq və su istifadə olunmalı, məcburiyyət olmadıqda sabun, şampun və yaş salfetlər istifadə olunmamalıdır. Bu cür məhsullar ağır metal və kimyəvi maddələrlə zəngin olması səbəbi ilə genital bölgənin ph tarazlığını pozur. Ph tarazlığının pozulması bu nahiyədəki faydalı bakteriyaların azalıb, zərərli bakteriyaların çoxalmasına səbəb olur. Uşaqlarda genital bölgə təmizliyi yuxarıdan aşağı (genital bölgədən anusa) doğru və çox basmadan edilməlidir.

Uşaqların böyrəyini qorumaq üçün...

9. Ailədə böyrək xəstəliyi tarixi varsa, uşağınızı daim müayinələrdən keçirin

Böyrək çatışmazlığı erkən dövrlərdə hər hansı bir formada özünü göstərməyə bilər. Bunun üçün xəstəliyi aşkar etməyin ən asan yolu qan və sidik analizlərinin müəyyən zaman aralarında aparılmasıdır. Erkən diaqnozla böyrək çatışmazlığını yavaşlatmaq və müalicə etmək mümkündür. Diabet, yüksək təzyiq, çox arıqlama, ana, ata, ya da yaxın qohumlarda böyrək çatışmazlığı kimi risk faktorlarından biri və ya bir neçəsi varsa, böyrək funksiyaları 6-12 aydan bir yoxlanmalıdır.

10. Mütəmadi idman etsin

İdman insanlara daha sağlam bir həyat verir. Xüsusilə böyrək xəstəliyində ürək sağlamlığını qorumaq və xəstəlik riskini azaltmaq üçün məşq çox əhəmiyyətlidir. İdman etmək, eyni zamanda, depressiyaya müsbət təsir edir və adamı xoşbəxt hiss etdirir. Ömür boyu davam edən hərəkətli yaşam tərzi uşaq yaşlarında başlayan nizamlı məşqlərlə mümkündür. Buna görə uşağın bütün orqanizm sağlamlığı ilə yanaşı böyrək sağlamlığının qorunması məqsədi ilə daim məşq etməsi önəmlidir.


6 iyul 2019
GO BACK