Deyirlər, çirkin qadın olmur. Sadəcə, gözəl görünməyi bacarmayan qadınlar var. Bu, həqiqətdir ki, özünə baxmayan qadınlar var. Gündəlik qayğılar içində itib-bataraq yaraşıqlı görünməyi unutmaq bağışlanılmazdır. Halbuki bu, elə bir vaxt aparmır. Bunun üçün hər gün səhər və axşam özünüzə beş-on dəqiqə ayırsanız, hər şey yaxşı olar. Necə? Diqqətli olun!
Səhər yuxudan ayıldıqdan sonra əzələlərinizi fəallaşdırmaq üçün 5 dəqiqə yüngül gimnastika edin. Sonra ilıq duş qəbul edin. Bu gün ərzində sizə komfort hissi bəxş edəcək. Bundan sonra üzün dərisilə məşğul olmağın vaxtıdır. Yuyunduqdan sonra üzünüzə dərinizə uyğun seçdiyiniz gündüz kremi çəkin. 15-20 dəqiqə sonra evdar və yaxud işgüzar qadın olmağınızdan asılı olmayaraq, makiyaj edin. Təbii ki, hər iki halın özünə uyğun makiyajı var. Evin içində parlaq, tam makiyajla dolaşmaq düzgün deyil, ancaq makiyajsız gəzmək də böyük səhvdir! Qadın əvvəlcə öz evində gözəl görünməlidir. Bundan sonra nə geyinəcəyinizi dəqiqləşdirin və gündəlik işlərinizə başlayın. Bir də unutmayın ki, evdə məhz xalatla gəzmək vacib deyil... Daha doğrusu, lazım deyil!
Özünə baxmağın davamı isə axşam, yuxudan öncədir. Bu zaman proseslər səhərkinin tam əksidir. Yəni səhər istifadə etdiyiniz bütün ənlik-kirşanı axşam təmizləmək lazımdır. Yatan zaman üzünüzdə heç bir makiyaj qalığı olmamalıdır. Hətta gecə kremlərindən də hər gün istifadə etmək məsləhət deyil. Yuxudan öncə üzünüzü lasyon, yaxud toniklə tam təmizləyin. Əllərinizə və ayaqlarınıza qidalandırıcı krem çəkin. Gözünüzün üzərinə 5 dəqiqəlik çay kompresi qoymaqla günün yorğunluğundan qurtula bilərsiniz. Yuxudan qabaq şotka daraqla saçınızı bir neçə dəqiqə darayın. Bu, saçınızı gün ərzində çökmüş tozdan azad edəcək və onların uzanmasına şərait yaradacaq.
Yuxuya gəldikdə isə, mütəxəssislər hesab edirlər ki, qadın axşam tez yatıb, səhər tez durmalıdır. Gündəlik yuxu saatı isə 8 saatdan bir dəqiqə də az olmamalıdır!
XƏBƏR LENTİ
Arıqladan cəfəri suyu
FİFA-da korrupsiya qalmaqalı
Ermənipərəst jurnalistin daha bir yalanı - VİDEO
Bakının bu yolları dünyada fərqlənəcək
Manatın məzənnəsində ciddi dəyişiklik
Anamın ətli sırdağı (foto resept)
Anadangəlmə qüsurlu qız MODEL oldu - FOTO
Həyat üçün təhlükə - Bəzi dondurmaların istehsalı dayandırıldı - SİYAHI
Övladınızın ilk müəllimi olaraq izləməli olduğunuz 5 yol
Məşhur cütlüyün oğlundan GÖZLƏNİLMƏZ addım-FOTO
Rusiya Avropa Oyunlarını keçirməyəcək
Dreykin 663 minlik döşəyi diqqət çəkdi
"Hiss etdim ki, elmdə yeni nə isə etməliyəm" - FOTO
Rus dili - Р—Р·
"WhatsApp"a çox pis xəbər
Ermənilərə şərt qoyuldu
Qəhvə içmək ölüm riskini azaldır
BÜRCLƏR bizə nə vəd edir?- 13 Dekabr
Havanı təmizləmək üçün məsləhətlər
Qucağa öyrəşən uşaqlara necə davranmalı?
Dünyanın gözlədiyi XƏBƏR: 15 dəqiqədə KORONAVİRUS TESTİ - FOTOLAR
Nikaha daxil olan qadınların 6,17 faizi yaşı 18-dək olanlardır
Sızanaqlara qarşı nar qabığı maskası
Bakıdan Sarkisyanın şərtlərinə cavab
Emal müəssisəsi əvəzinə çay kənarlarına tökülən Quba alması
Hansı ləkə necə çixar?
Smartfonları başqa cür "yemləyəcəklər"
Gəlinlik yerinə Dinozavr paltarı geyindi-FOTO
Nəhəng dalğa fotosessiya edən cütlüyü “yuyub” apardı - VİDEO
Varşava Universitetində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib
Qaraciyər yağlanmasının səbəbləri
Müəllimlər imtahan verəcək
Güləşçilərimiz yenə birincidir
"Pokrov" meyvə-tərəvəz bazasında azərbaycanlılar köməksiz qalıblar
Turabi finala qaldı-1 milyon qazana bilər!-FOTO
FİFA prezidenti istefa verdi
Şeyma Subaşı sevgilisindən ayrılıb?
Prezidentin köməkçisi: “İş saatlarına dəyişiklik edilib”
Dünyanın ən böyük avto şousu başladı
Günün qoroskopu:Uğurlu gündür!
İstirahət gününün HAVAsı
Sevgililər günü üçün hədiyyələr
Məşhurların sevdiyi yoqa
Azərbaycan-Rusiya sərhədindəki vətəndaşlarımızla bağlı AÇIQLAMA
“İşğal olunmuş Azərbaycan torpaqlarını tərk edin”
Bu şüşə iPhone-u qoruyacaq
Diqqətli olun: güclü qasırğa yaşayırıq
Saqqız çeynəmək olarmı?
Prezidentin köməkçisi: “Ermənilər qorxurlarsa, işğalı dayandırmalıdırlar” - VİDEO
Dəbli qısaboğazlı çəkmə modelləri