Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov 2014-cü ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında çıxışı zamanı deyib ki, son illər viruslu hepatitlərə yoluxanların sayının artmasını nəzərə alaraq, cari ildə hepatit B və C viruslarına yoluxmuş şəxslərin diaqnozunun müəyyən edilməsi, onların müalicəsinin təkmilləşdirilməsi məqsədi ilə “Viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi Komissiya” yaradılıb. Komissiyaya müraciət edən bütün xəstələr müayinə edilərək müvafiq təyinat alıblar. Artıq xəstəliyin müalicəsi zamanı istifadə olunacaq virus əleyhinə dərman preparatları İnnovasiya və Təchizat Mərkəzi tərəfindən alınıb və yanvar ayından xəstələrin həmin dərmanlarla təminatına başlanacaq.
G.Poladov qeyd edib ki, 2014-cü ildə doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 18,3, ölüm isə 5,8 təşkil edib. Azərbaycanda təbii artımın səviyyəsi Avropa ölkələri arasında ən yüksək göstərici olaraq qalmaqdadır. İl ərzində ambulator müraciətlərin sayı da artaraq 2009-cu ildən bəri 30% çoxalıb.
O deyib ki, son illərdə səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi artıq öz həllini tapıb. Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 32 mərkəzdə, o cümlədən regionlarda yaradılmış 25 mərkəzdə 2600-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunurlar. Yalnız 2014-cü ildə Astara, İsmayıllı və Tovuz rayonlarında 3 yeni hemodializ mərkəzi açılıb: “Artıq əminliklə demək olar ki, bu gün Azərbaycanda hemodializ seansları almağa növbə yoxdur. Bu xəstələrin radikal müalicəsi üsulu olan böyrəkköçürmə əməliyyatlarının sayı da artıb. 2014-cü ildə respublikanın dövlət xəstəxanalarında 61 belə əməliyyat icra olunub”.
Şöbə müdirinin sözlərinə görə, ilkin məlumatlara əsasən, 2014-cü ildə uşaqların 90%-dən çoxu müayinələrlə əhatə olunub. Tibbi müayinədən keçirilmiş uşaqların 3,4%-i sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, 5,1%-i isə müalicə tədbirlərinə cəlb edilib. Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramının icrası ilə bağlı artıq diridoğulmanın beynəlxalq meyarları qəbul olunub və 2015-ci il yanvarın 1-dən onların tətbiqinə başlanılacaq.
Nazirlik rəsmisi deyib ki, əgər 2009-cu ildə respublikada körpə ölümü göstəricisi 11,3 promilli idisə, 2014-cü ildə bu rəqəm 10,2-yə enib. Ana ölümü əmsalı hər min diridoğulmaya qarşı 14,5-ə bərabər olub.
G.Poladovun sözlərinə görə, şəkərli diabet xəstələrinin aşkar edilməsi işinin yaxşılaşdırılması nəticəsində qeydiyyata götürülən xəstələrin sayı 2013-cü illə müqayisədə təxminən 13% artmasına baxmayaraq, bu xəstəlikdən ölüm göstəricisi keçən illə müqayisədə eyni səviyyədə qalıb.
Eyni zamanda, onkoloji xəstəliklərin aşkarlanması işinin yaxşılaşdırılması səbəbindən bu xəstəliklərdən ölüm göstəricisi 2013-cü illə müqayisədə hər 100 min nəfərə 68,7-dən 64,0-dək azalıb.
XƏBƏR LENTİ
2021-ci il “Nizami Gəncəvi İli” elan edildi - SƏRƏNCAM
Rusiya Qarabağa qoşun yeridir
Azərbaycanda koronavirusa yoluxmanın artmasının əsas səbəbi açıqlandı - RƏSMİ
ABŞ Azərbaycan neftinin idxalını azaldıb
Dollar yenə ucuzlaşdı
Əfqanıstanda partlayış: 11 ölü
"Gəlin barmağı" tortu (foto resept)
İzmirdə binanın çökmə anı – VİDEO
HAVA necə olacaq?-16 yanvar
Reklamlar uşaqlarınızı obsessiv edir
Tulum modelləri
Fahriye Evcen 4 aylıq oğlu üçün məktəb axtarır
Dişlərə ziyan verən vərdişlər
Messi ikinci dəfə ata olacaq
Bəzi qadınlar niyə tənhadır?
Körpə ağlamağında gizlənən fayda
Ağacda 250 növ alma bitir
Koronavirusu amerikalı professor Çinə satıb? – Röyter açıqladı
İbrahimoviçin Bakıya gəliş səbəbi bilindi
Azərbaycanlı uşaqlar nəyin ardınca gedirlər?
Diqqət! Şifrələrinizi dəyişdirin
Lənkəran sakini su quyusu qazdırdı, qaz çıxdı - VİDEOREPORTAJ
Təhsil Nazirliyi əhaliyə müraciət etdi
78 ildir yemir və içmir
Alimlər açıqladı: 2030-cu ildə müsəlmanlar 36 gün oruc tutacaq
Azərbaycanda satılan ən ucuz – 10 AVTOMOBİL
Məşhur cütlükdən AÇIQLAMA
Körpələrdə diş ağrısını azaltmaq üçün nə etməliyik?
Selma Hayekdən 100 milyonluq yardım
Azərbaycanda karantinin sərtləşdirilməsi ilə bağlı XƏBƏRDARLIQ
Ağsaqqallar Şurası yığıncaq keçirib
Tuba bu dəfə Kənanla tərəf müqabili olacaq
Sentyabr ayının qalibləri!
Məryəm Üzərli əvvəlki gözəlliyini bərpa etdi-FOTO
Hikmətli sözlər
Xəstənin yumurtalığından 37 kq-lıq şiş çıxarıldı
Sualtı Wi-Fi şəbəkəsi olacaq
İnsanlar və əsərlər arasındakı uyğunluq
Qadınların kişiləri qorxudan 9 xüsusiyyəti
Serdar Ortaçın anası oğluna mahnı həsr etdi – VİDEO
Meyvə qabıqlarının faydaları
Qeyri-adi faktlar
Merilin Monronun heykəlini oğurladılar
Krediti olanlar oxusun-video
10 gün qida boyası içdi-ŞOK NƏTİCƏ-FOTO
Onlar necə məşhur oldu?
Dərini cavanlaşdıran kələm maskası
Uçarkən ürəyiniz rahat olsun deyə…
Azərbaycanda dronlara icazə verildi
Dadlı kükü(foto resept)
- ŞƏRHLƏR