Azərbaycanda avtomobil alıcıları hazırda ucuz başa gəlsin deyə daha çox 2-ci əl avtomobillərə üstünlük verirlər. Amma hazırda avtomobil bazarında o qədər də baha olmayan təzə avtomobillər də satılır.Yəni, eyni məbləğə ikinci əl avtomobil almaqdansa, təzə avtomobil almaq daha sərfəlidir. Fins.az hazırda Azərbaycanda satılan ən ucuz təzə avtomobilləri araşdırıb. Siyahıda Rusiya, Çin, avtomobilləri ilə yanaşı, Yaponiya, Almaniya və Fransa istehsalı olan markalar da var. "Niva"lar - 8500-8700 manat
Milli.Az Fins.Az-a istinadən bildirir ki, hazırda Azərbaycan bazarında satılan ən ucuz təzə avtomobillər sadə komplektasiyalı 2015-ci il model "Niva" avtomobilləridir. Rus avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı "Xazar Lada" şirkətindən fins.az-a verilən məlumata görə, sadə komplektasiyalı "Niva" avtomobilləri 8500-8700 manata satılır. Bu maşının özəllikləri arasında yalnız hidravlik sükanı qeyd etmək olar. Əvəzində isə digərlərinə nisbətən daha güclü -1.7 l həcmli mühərriklə təhciz edilib. Maksimal sürəti 200 km/saat olan avtomobilin yanacaq sərfiyyatı 100 km-ə 11 litr təşkil edir."Changan Benni" 8 500 - 9 000 manat
Ötən il Bakıda satılan ən ucuz avtomobil olan "Changan Benni" bu dəfə siyahıda 2-ci pilləyə düşüb. "Sirena Motors" şirkətindən fins.az-a verilən məlumata görə, hazırda bu model alıcılara 9 min manata təklif edilir. Endirim kampaniyası çərçivəsində isə 2015-ci il model avtomobili 8500 manata almaq olar. Cəmi 1 litr həcmli 80 at gücündə mühərriklə "Changan Beni" maksimum 7 litr yanacaq sərf edir. Kiçik olmasına baxmayaraq avtomobilə 4 sərnişin yerləşə bilər. Avtomobilə ABS əyləc sistemi, yüngül lehimli disklər, CD-Center, mərkəzi qapanma sistemi və kondisioner əlavə edilib."Lada Granta"- 9 200 manat
Ən ucuz avtomobillərin siyahısını Rusiyanın başqa bir modeli "Granta Liftback" sedanı davam etdirir. Mexaniki sürət qutulu 1.6 l həcmli avtomobilin yanacaq sərfiyyatı 7 litrdir. Bu avtomobil isə 9200 manata satılır. "Kalina Kros" - 9 300 manat
Başqa bir rus avtomobili "Kalina Kros" da qiymət baxımından ən sərfəli avtomobillərdən hesab edilir. Rus avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı "Xəzər Lada" şirkətindən fins.az-a verilən məlumata görə, bu avtomobili Bakıda 9300 manata almaq olar. 87 at gücündə 1.6 l mühərrikli avtomobil şəhər yollarında 8 litr yanacaq işlədir. Amma bu qiymətə yalnız sadə komplektasiyalı modeli almaq olar."Naz lifan 320" - 12 000 manat
Azərbaycan istehsal olan "Naz Lifan" avtomobilləri isə ucuz avtomobillərin sırasında yalnız 5-ci yeri tutur. Bu ən az yanacaq sərfiyyatına görə seçilən "Naz Lifan 320" avtomobilidir. 88 at gücündə 1,3 litr mühərrikli avtomobil cəmi 4-5 litr yanacaq işlədir. Maksimal sürət isə 160 km/saat-dır. Hazırda bu avtomobil 12000 manata satılır. "Baic A 115" - 13 500 manat
Bakıda satılan daha bir ucuz Çin avtomobili "Baic A 115" modelidir. "Sirena Motors" şirkətindən verilən məlumata görə, avtomat sürət qutulu 107 at gücündə 1.5 l mühərrikli model 13500 manata satılır. 2015-cü il model heçtbek tipli avtomobil yüngül lehimli disklər, ABS əyləc sistemi, CD-Center, yağış sensoru, mərkəzi qapanma , park radarı, kondisionerlə yanaşı, dəri salona sahibdir."Dong Feng S30" - 13 800 manat
Azərbaycanda satılan ən ucuz təzə avtomobillər sırasında Çin avtomobilləri üstünlük təşkil edir. "Changan" və "Baic" avtomobilləri ilə yanaşı, "Dong Feng" modelləri də ucuzdur. Məsələn, "Dong Feng S30" modelini 13 800 manata satılır. 1.6 l mühərrikli mexaniki sürət qulut avtomobil 120 at gücündədir. Yanacaq sərfidə xeyli aşağıdır. Belə ki, avtomobil şəhər yollarında 4 l, şosedə isə 7 litr yanacaq işlədir. Modelin təhcizatına 2 təhlükəsizlik yastığı, arxa parklama sensoru, audio sistemi və "qalpak" disklər daxildir. "Dongfeng Azərbaycan"dan verilən məlumata görə, avtomobilin bir özəlliyi də ondan ibarətdir ki, mühərrikin zavod istehsalı olan qoruyucu dəmiri var."Nissan Sunny" - 14 900 manat
Azərbaycan təzə avtomobil bazarında yapon avtomobillərindən yalnız "Nissan Sunny" modelini ucuz hesab etmək olar."Nurgün Motors" şirkətindən fins.az-a verilən məlumata görə, mexaniki sürət qutulu 2015-ci il model avtomobil 14 900 manata satılır. 94 at gücündə 1.5 l mühərrikli avtomobilin orta yanacaq sərfiyyatı 8 litrdir. "Seat İbiza" 15 000 manat
Ucuz avtomobil axtaranlar İspaniyada istehsal edilən alman avtomobillərini də seçə bilərlər. Belə ki, bəzi "Seat" modelləri də ən ucuzlardan hesab edilir. Məsələn, buna mexaniki sürət qutulu "Seat İbiza"nı aid etmək olar. 1.4 l mühərrikli 100 kilometr üçün avtomobil 7.0-7.5 l yanacaq işlədir.Bu qiymət sadə komplektasiyaya aiddir, yəni maşının kondisioneri, hidrovlik sükan, təhlükəsizlik yastıqları və ABC əyləc sistemi var. "Volksvagen Polo" - 15 300 manat
Təhcizata baxıb "Seat"ı xoşlamayanlar 300 manat əlavə ödəməklə digər bir alman avtomobilini seçə bilərlər.Söhbət "Volksvagen Polo" modelindən gedir. Avtomobil Bakıda 15300 manata satılır. 1.6 l mühərrikli avtomobilin qarışıq yanacaq sərfiyyatı 7 litrdir. Və "Seat"la müqayisədə bu avtomobilin təhcizatı isə xeyli zəngindir. Avtomobilin ön təhlükəsizlik yastıqlarından tutmuş, ehtiyat təkərə, parklanma radarına, ön oturacaqların qızdırılması sisteminə kimi hər bir təhcizatı var. "Reno Logan" - 15 500 manat
Ən ucuz avtomobillər sırasında sonuncu model fransız "Reno"dur."Reno"nun "Logan" modeli hazırda Bakıda 15500 manata satılır. Bundan əlavə "Reno" avtomobilləri arasında ən aşağı qiymətdir.Bu qiymət baza komplektasiyalı modelə aiddir. Avtomobilin CD MP3 sistemi, avtopilot və hidravlik sükanı var. 1.6 l mühərrikli 2015-ci il model "Logan"ın yanacaq sərfi isə 5-9 litr təşkil edir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
İspanaqlı lazanya (foto resept)
Bu günün hava proqnozu
Heydər Əliyev Fondu aztəminatlı ailələrə Novruz sovqatları paylayır - FOTO
"Aşk-ı Memnu"nun aktrisası TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yuxulara inanırsınızmı?
Hande və Keremin çəkildiyi serialdan ilk görüntülər-VİDEO
Azərbaycan səhiyyəsi birinci Avropa Oyunlarının keçirilməsinə hazırdır
Məktəblərdə qış tətili bu tarixdə başlayacaq
Körpələrdə göz rəngi nə vaxt dəqiqləşir?
Qəbələdə 725 yaşı olan kitab sərgilənir
Mayli Sayrus ana olacaq
Gün ərzində 20 dəqiqə
Sobada südlaç (foto resept)
Ölkəmizlə bağlı proqnoz dəyişdi
Litvalı deputat: "Azərbaycanda Avropa standartlarına cavab verən seçkilər keçirildi"
NASA 15 min qalaktikanı eyni anda çəkdi-FOTO
Marsa gedən ilk asiyalı
Qapı-qapı gəzib su filtri satanlarla bağlı AÇIQLAMA
İkinci nəsil Nissan Qashqai
Ballı keks (foto resept)
Ən faydalı göyərti seçildi
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Rafet El Romanın 29 yaşlı sevgilisi diqqət çəkdi-FOTO
İtkin düşən atasını 24 ildən sonra qonşu zirzəmidə tapdı - VİDEO
Çağırışçılar üçün yeni xidmət işə düşdü
Hülya Avşar tərzindən danışdı-FOTO
Ali məktəb müəllimlərinin maaşları necə müəyyənləşdirilsin?
Bədəni koronanirusdan qoruyan amillər hansılardır?
Bakıda kimdir günahkar - yolu gedən, yoxsa göstərən?
Adınıza saxta profil yaradılıbsa...
Qoltuqaltı qaralmalarına qarşı 5 təklif
Ruslardan ermənilərə etiraz: "Rədd olun!"
Toronto Film Festivalı: Qırmızı Xalça
Mehriban Əliyeva məzunları təbrik edib
"Linzer" peçenyesi (foto-resept)
Göz quruluğunun yaranma səbəbləri
Həftənin ilk iş günü hava necə olacaq?
Fransız sayağı şorba (foto resept)
Sosial şəbəkədə istifadəçilərinə müraciət edildi
Türkiyənin tanınmış simaları Bakıda - FOTO
70 il sonra gələn məktub
İpoteka almaq istəyənlərə şad xəbər
Südvermə dövründə necə qidalanmaq lazımdır?
Castin Biber satıcı oldu-VİDEO
Millimizin futbolçusu türk klubundan qovulub
Qara rəngli ziyafət donları
Günün qoroskopu: xırda işlərə görə inciməyin
BÜRCLƏR bizə nə vəd edir?-29 Mart
Azərbaycanda vətəndaşlara evdən çıxmaq qadağan olundu - RƏSMİ
Rəqqasə prezidentliyə namizəd oldu - FOTO