Giriş
Bağla

Sevgi münasibətləriniz necədir?

MÜNASİBƏTLƏR / Eşq və məhəbbət

Sevgi münasibətləriniz necədir?

Möhtəşəm bir şəkildə davam edən sevginizdən o qədər çox əminsiz ki, "Əsla sonlanmaz!" deyə düşünərsiniz. Ancaq günlərin bir günü tərk edilmə siqnalları alarsınız və ya birdən-birə tərk edilməklə üzləşərsiniz. Heç cür bir səbəb tapa bilməz, çox vaxt isə “yoxsa başqasımı var?” deyə düşünüb özünüzü əldən salarsınız.

Bunun da bir ehtimal olduğunu düşünmək olar, amma bu nöqtəyə çatmamaq üçün əlinizdən gələni etməlisiniz. Buna görə də bu xəbəri oxumağı və təkliflərimizə nəzər salmağınızı məsləhət görürük.

Xüsusi zövqləri diqqətinizi çəkmir, hətta futboldan və ya qorxu filmindən nifrət edə bilərsiniz. Artıq ona olan hörmətinizi göstərməyin əsl zamanıdır! Sevgilinizi sevdiyi şeylərdən uzaqlaşdırmaq yerinə bəzən ona qoşulmağın, bəzən də başqa bir plan quraraq cütlük olduğunuzu xatırlatmağın nə zərəri ola bilər ki? Unutmayın ki, bu davranış sevginizin təməlini möhkəmləşdirəcək. 

Sevgi münasibətləriniz necədir?

İki fərqli maddələr mübadiləsi, iki fərqli fərd. Daim mübahisə etməyiniz kimi, heç mübahisə etməməyiniz də bir problemdir. Mübahisə sonrası barışmalarla birlikdə gələn isti münasibət səhnələri isə eşqinizin yaxşı olduğuna dair bir nişanədir. Təbii ki, söhbət adi və yüngül baş verən mübahisələrdən gedir. Hər mübahisədə keçmişi qurdalayır, xətalarını daim üzünə vurursunuzsa, bilməlisiniz ki, bu heç də doğru davranış deyil. Belə etməklə siz münasibətlərinizi təməlindən sarsıdacaqsınız. Unutmayın ki, o səhv oduğu qədər də siz səhv ola bilərsiniz. Səhvi əvvəlcə özünüzdə axtarın.

Eyni anda əsəbləşəndə, bilin ki, nə o sizi, nə siz onu eşidəcəksiniz. Özünüzü işinizə və ya həyatın sürətli axışına buraxıb sevginizi göstərməyi unudarsınız. Yaxşı bir münasibət üçün doğru yolda olduğunu demək ən böyük səhv olar. Xoşbəxt olmağın yolu xoşbəxt edilməyi gözləməkdən daha çox xoşbəxt etməkdən keçər. İlk addımı qarşı tərəfdən gözləməyin. Ata bildiyiniz müddətdə daim siz özünüz ilk addımı atın. Beləcə irəliləyən dövrlərdə qarşı tərəfində cəsarətləndiyini və dəyişdiyini görəcəksiniz. Xoşbəxtlik özünü sevgiylə göstərir.

Sevginizi göstərməkdən çəkinməyin. Bunun üçün xüsusi şoulara da ehtiyac yoxdur. Adi sözlə, baxışla belə bunu edə bilərsiniz və inanın ki, sevgini belə göstərmək onu daha da dəyərli edir. Sevilən şəxs daim sevildiyini hiss etməlidir ki, eyni şeyi qarşı tərəfə də hiss etdirsin.

 

Sevgi münasibətləriniz necədir?

 

Yadda saxlayın , özünüzə və münasibətinizə diqqət göstərmədiyiniz müddətdə diqqətli davranış gözləməyiniz böyük səhvdir. İlk addımı siz atın və daim ilk siz göstərin sevginizi. Bunun nə zərəri ola bilər ki? Əsas odur ki, siz sevginizi göstərdiyiniz müddətdə sizə olan sevgini də görəcək və dəyərləndiriləcəksiniz və bir müddətdən sonra qarşı tərəfin özü sizin etdiyinizi sevə-sevə etməyə başlayacaqdır. Unutmayın ki, sevmək həm də güzəştə getmək deməkdir.
Sevgiliniz heç  bişirmədiyi ya da bişirə bilmədiyi halda sürpriz etmək və ya kömək etmək məqsədilə yemək bişirir, ütü işlərində kömək edirsə, onu bu davranışı hər etdiyində təqdir etməlisiniz. Çünki bu, onu həm həvəsləndirəcək, həm də onun sizin üçün etdiyi hər şeyi görüb dəyərləndirdiyinizi bilməyi onu da sizi də xoşbəxt edəcək. Unutmayın ki, əslində bu onun vəzifəsi deyil. O, sadəcə olaraq sizə dəstək olmağa çalışır. Ona görə də belə halları gözəl dəyərləndirin.

Bir şeyi də yadda saxlayın ki, insanlar fərqli olduğu kimi onların xasiyyətləri də fərqlidir. Əgər aranızda yanlış anlaşılmalar olursa, bunu mübahisəyə çevirməyə qəti gərək yoxdur. Belə halları sakit danışaraq rahatlıqla həll edə bilərsiniz.



Şərhlər (46)

melek87 melek87 29 October 2014 22:20 Cavab yaz

Şükür Allah'a münasebetlerimiz eladır düz 8 ildir inşaAllahki belede davam eder.Bir neçe müddet evvel aramızı vurmaq isteyen adamların üzünden ele pis veziyyete düşdümki bir Allah bilir mene stimul veren ürekden direk veren ancaq yoldaşım oldu Allah hamını mehrıban elesin menide olarla birge amin
ruslan-ebilov ruslan-ebilov 29 October 2014 22:10 Cavab yaz

Menim yazdiqlarim niye silinir?

zehra 2013 zehra 2013 29 October 2014 19:27 Cavab yaz

Asi:bilireme baci qisqancliq sevgidrmdi,yeniki sevir ve het srye qisqanir,qisqancliq ozunden asilli deyilki
AYKAWIRINKA AYKAWIRINKA 29 October 2014 17:23 Cavab yaz

Zayka,
doğrudurr
ruslan-ebilov ruslan-ebilov 28 October 2014 23:27 Cavab yaz

Sevgi munasibetlerimiz necedi , cox pis berbad vede cox cox pis
Asi88 Asi88 26 October 2014 14:34 Cavab yaz

Her bir problem qisqancliqdanve inamsizliqdan baslayir

Yanilirsan qisqancliq sevgiden yaranir heddi asmamaq serti ile
zehra 2013 zehra 2013 24 October 2014 13:49 Cavab yaz

Her bir problem qisqancliqdanve inamsizliqdan baslayir
Deniz84 Deniz84 24 October 2014 13:14 Cavab yaz

O əsəbləşəndə mən həmişə susuram.

Yaxşı edirsən. Ağıllı qızlar elə edir. Mənim kimi. O əsəbləşəndə susub gözdən itirəm. Əsəbi soyuyanda, gözümü yumub ağzımı açıram. İndi də sağ olsun o məni dinləyirlol Ona görə də hələki 10 ildir birlikdəyik. Allah axırını xeyir eləsin.))
NoN_STOP NoN_STOP 24 October 2014 12:55 Cavab yaz

Axirinci defe sevgilim olanda dollar 49 shirvan idi tongue

Qizlari ise hec basha dushmurem... Bezen qizlar ayrildigi sevgilisi haqda o qeder aglamalinski, duygusal, romantik sheyler yazib, paylashirki qaqashi sevmeye bashdiyiram ... feel pardon
LUMU-82 LUMU-82 24 October 2014 12:12 Cavab yaz

Nə qədər ki məndə qısqanclıq və kapriz varsa təsəvvür edin də necədiiiii lol
love angel)) love angel)) 13 October 2014 17:02 Cavab yaz

Xebere gore təşəkkürlər
AYKA_57 AYKA_57 24 September 2014 22:01 Cavab yaz

Çox sukurki bu gune qeder hersey yaxsidi insallah bunan sorada bele olar
Asi88 Asi88 23 September 2014 18:14 Cavab yaz

Sukur Allaha her sey yaxsi ve superdir duz bir hefte sonra sevgimle qovusmagimzin bir ili tamam olacaq// her seye ragmen cox xosbextem yahoo
Her kese sevdyi sexsle xosbext yasamagi arzu edrem girl_ang
girl_2014,nigar girl_2014,nigar 23 September 2014 10:13 Cavab yaz

Bizde superden super
Ryos Ryos 22 September 2014 20:40 Cavab yaz

Canim bacim tebrik edirem o gün olsun inşallah 50-100 illiyinizi qeyd edəsiz amin Allah.

Coxsaqol canim..Senede ailenle o gozel illeri arzu edirem. give_ros
AYKAWIRINKA AYKAWIRINKA 22 September 2014 20:19 Cavab yaz

sevgilimle ayrilmiwiq

inwALLAH bariwarsiz..amin....Allah sizi qovusdursun
sen1995miwqa sen1995miwqa 22 September 2014 19:54 Cavab yaz

Sevgilimle ayrilmiwiq
AYKAWIRINKA AYKAWIRINKA 21 September 2014 16:42 Cavab yaz

Tamamilə razıyam.Maraqlı xəbərə görə təşəkkür

dəyməz xanım give_ros

Maraqli xebere gore tesekkurler

dəyməz aşkım give_ros
girl-2002aydashka girl-2002aydashka 21 September 2014 10:05 Cavab yaz

Maraqli xebere gore tesekkurler give_ros
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика