Qadin.NET / Sevgi münasibətləriniz necədir?

Sevgi münasibətləriniz necədir?

Sevgi münasibətləriniz necədir?

Möhtəşəm bir şəkildə davam edən sevginizdən o qədər çox əminsiz ki, "Əsla sonlanmaz!" deyə düşünərsiniz. Ancaq günlərin bir günü tərk edilmə siqnalları alarsınız və ya birdən-birə tərk edilməklə üzləşərsiniz. Heç cür bir səbəb tapa bilməz, çox vaxt isə “yoxsa başqasımı var?” deyə düşünüb özünüzü əldən salarsınız.

Bunun da bir ehtimal olduğunu düşünmək olar, amma bu nöqtəyə çatmamaq üçün əlinizdən gələni etməlisiniz. Buna görə də bu xəbəri oxumağı və təkliflərimizə nəzər salmağınızı məsləhət görürük.

Xüsusi zövqləri diqqətinizi çəkmir, hətta futboldan və ya qorxu filmindən nifrət edə bilərsiniz. Artıq ona olan hörmətinizi göstərməyin əsl zamanıdır! Sevgilinizi sevdiyi şeylərdən uzaqlaşdırmaq yerinə bəzən ona qoşulmağın, bəzən də başqa bir plan quraraq cütlük olduğunuzu xatırlatmağın nə zərəri ola bilər ki? Unutmayın ki, bu davranış sevginizin təməlini möhkəmləşdirəcək. 

Sevgi münasibətləriniz necədir?

İki fərqli maddələr mübadiləsi, iki fərqli fərd. Daim mübahisə etməyiniz kimi, heç mübahisə etməməyiniz də bir problemdir. Mübahisə sonrası barışmalarla birlikdə gələn isti münasibət səhnələri isə eşqinizin yaxşı olduğuna dair bir nişanədir. Təbii ki, söhbət adi və yüngül baş verən mübahisələrdən gedir. Hər mübahisədə keçmişi qurdalayır, xətalarını daim üzünə vurursunuzsa, bilməlisiniz ki, bu heç də doğru davranış deyil. Belə etməklə siz münasibətlərinizi təməlindən sarsıdacaqsınız. Unutmayın ki, o səhv oduğu qədər də siz səhv ola bilərsiniz. Səhvi əvvəlcə özünüzdə axtarın.

Eyni anda əsəbləşəndə, bilin ki, nə o sizi, nə siz onu eşidəcəksiniz. Özünüzü işinizə və ya həyatın sürətli axışına buraxıb sevginizi göstərməyi unudarsınız. Yaxşı bir münasibət üçün doğru yolda olduğunu demək ən böyük səhv olar. Xoşbəxt olmağın yolu xoşbəxt edilməyi gözləməkdən daha çox xoşbəxt etməkdən keçər. İlk addımı qarşı tərəfdən gözləməyin. Ata bildiyiniz müddətdə daim siz özünüz ilk addımı atın. Beləcə irəliləyən dövrlərdə qarşı tərəfində cəsarətləndiyini və dəyişdiyini görəcəksiniz. Xoşbəxtlik özünü sevgiylə göstərir.

Sevginizi göstərməkdən çəkinməyin. Bunun üçün xüsusi şoulara da ehtiyac yoxdur. Adi sözlə, baxışla belə bunu edə bilərsiniz və inanın ki, sevgini belə göstərmək onu daha da dəyərli edir. Sevilən şəxs daim sevildiyini hiss etməlidir ki, eyni şeyi qarşı tərəfə də hiss etdirsin.

 

Sevgi münasibətləriniz necədir?

 

Yadda saxlayın , özünüzə və münasibətinizə diqqət göstərmədiyiniz müddətdə diqqətli davranış gözləməyiniz böyük səhvdir. İlk addımı siz atın və daim ilk siz göstərin sevginizi. Bunun nə zərəri ola bilər ki? Əsas odur ki, siz sevginizi göstərdiyiniz müddətdə sizə olan sevgini də görəcək və dəyərləndiriləcəksiniz və bir müddətdən sonra qarşı tərəfin özü sizin etdiyinizi sevə-sevə etməyə başlayacaqdır. Unutmayın ki, sevmək həm də güzəştə getmək deməkdir.
Sevgiliniz heç  bişirmədiyi ya da bişirə bilmədiyi halda sürpriz etmək və ya kömək etmək məqsədilə yemək bişirir, ütü işlərində kömək edirsə, onu bu davranışı hər etdiyində təqdir etməlisiniz. Çünki bu, onu həm həvəsləndirəcək, həm də onun sizin üçün etdiyi hər şeyi görüb dəyərləndirdiyinizi bilməyi onu da sizi də xoşbəxt edəcək. Unutmayın ki, əslində bu onun vəzifəsi deyil. O, sadəcə olaraq sizə dəstək olmağa çalışır. Ona görə də belə halları gözəl dəyərləndirin.

Bir şeyi də yadda saxlayın ki, insanlar fərqli olduğu kimi onların xasiyyətləri də fərqlidir. Əgər aranızda yanlış anlaşılmalar olursa, bunu mübahisəyə çevirməyə qəti gərək yoxdur. Belə halları sakit danışaraq rahatlıqla həll edə bilərsiniz.

20 sentyabr 2014
GO BACK