Günəş 5 milyard il içində ömrünü tamamlayacaq. Ölüm müddətində genişlənərək həyat verdiyi Yeri də udacaq olan Günəş planetimizin son ölüm tarixini əlində saxlayır. Ancaq alimlər Dünyanın fiziki olaraq olmasa da, bir gün üzərindəki həyatın tamamilə sona çatacağını bildirdilər. Dünyamız Günəş tərəfindən udulmadan əvvəl "ölə bilər". Astronomların hazırladığı simulyasiyalar 3 milyard il ərzində Dünyadakı bütün canlı növlərinin yox olacağını ortaya qoydu.
İngiltərənin St. Andrews Universitetidə astrobioloq olan Jack O'Malley-James "Yavaş və sürətli ekoloji dəyişmələrin bir araya gəlməsi Dünyadakı bütün canlı növlərinin nəslinin tükənməsinə səbəb olacaq. Ən son həyat növləri 2.8 milyard il sonra Dünyadan silinmiş olacaq"-dedi.
İngilis astronomu okeanların 2 milyard il içində quruyacağını, geriyə Marsa bənzəyən qurumuş qum təpələriylə örtülü ərazilər qalacağını ifadə etdi. Dünyada bir zamanlar həyatın var olduğuna dair izlər geridə qalan az saydakı su yığınına yatacaq. O'Malley-Jamesin simulyasiyasına görə, bir neçə milyard il içində artan buxarlanma nisbətləri və yağış suyundakı kimyəvi reaksiyaları atmosferdən daha çox karbon çəkəcək. Azalan karbondioksid nisbətləri heyvan və bitkilərin yox olmasına səbəb olarkən Dünya mikrobların evi halına gələcək. Eyni zamanda oksigen tükənəcək və artan temperatur okeanların buxarlaşmasıyla geridə quru bir planet buraxacaq.
"Çox uzun zaman sonrakı Dünya həyata çox uzaq bir yer halına gələcək"-deyə fikrini ifadə edən O'Malley-James,-"Bütün həyat formaları suya ehtiyac duyur. Gələcəkdə kiçik su yığınları istiliyin aşağı olduğu yüksək yerlərdə və ya mağaralarda və yerlatında olacaq. Həmçinin, gələcəyin Dünyasında yüksək temperatur və ultrabənövşəyi radiasiya kimi bir çox çətin vəziyyətlə mübarizə etmək lazım olacaq", deyə fikrini tamamlayıb.
8,400,000 il sonra əvvəldən kosmosa uçurulmuş və dünyaya geri dönməyə proqramlı insanlığın gələcək nəsillərinə mesaj, xəritə və məlumatlar daşıyan LAGEOS peyki Dünyaya geri dönəcək. Hazır yeri gəlmişkən LAGEOS-dan da bir az bəhs edək.
LAGEOS 426 bucaqlı kub yansıdıcıdan ibarət olan bir kürədir. LAGEOS dünyanın orbitində 1976-ci ildən bu yana uçmaqdadır.
LAGEOS-un içində 2 ədəd paslanmayan poladdan əldə edilmiş plakat var. Dünya haqqında LAGEOS-dan verilən məlumatlar isə bu lövhələr vasitəsi ilə lazımlı yerlərə çatdırılır. LAGEOS-un üst qisimində 1-dən 10-a qədər rəqəmlər var. Sağ tərəfində isə Dünyamızın Günəş ətrafında döndüyünü izah edən bir rəsm var. Eyni zamanda Dünyanın Günəş ətrafında dönüş müddətinin 1 il olduğu da yenə bu rəsm ilə göstərilir. Bu məlumatlardan geri qalan hissədə isə Dünyanın 268 milyon il əvvəl necə göründüyü və qitələrin düzülüşü ilə bu gün necə göründüyü izah edilir.
25.000 il sonra Arecibo mesajı yerinə çatacaq. 25.000 işıq ili uzaqlığa göndərilən Arecibo mesajı 1679 ikilik ədəd sistemi rəqəmindən ibarətdir və ölçüsü 210 baytdır. Bu mesajın göndərilmə məqsədi dünyadankənar ağıllı varlıqlarla bir ünsiyyət qurma səyi deyil, insanlığın texnoloji inkişafının bir inkişafıdır. 2001-ci ilin avqust ayında Birləşmiş Krallıqda Chilbolton teleskopu yaxınlarındakı bir tarlada olan çevrə formalı strukturların Arecibo mesajına dünya xaricindən gələn bir cavab olduğu iddia edilmişdir. SETI-yə görə isə bu qrafiklərin dünya xarici qaynaqlı olduğunu iddia edə bilmək üçün heç bir dəlil yoxdur.
Günəşin isə qarşısında hələ 5 milyard ili daha var. Sonra içindəki hidrogen bitəcək və içərisindəki heliumu yandırmağa başlayacaq. Heliumunun da bitməsi bir neçə milyon il çəkəcək və bu zamanda Günəş xeyli böyüyəcək. Ehtimal olunur ki, özünə ən yaxın 4-5 planeti "udacaq". Sonra içindəki maddələri tuta bilməyərək bir dumanlıq əmələ gətirəcək və sadəcə nüvəsi qalacaq. Yandıracaq bir şeyi qalmayan Günəş artıq karbonu yandırmağa başlayacaq və bəyaz cırtdana çevriləcək. Karbonu da müxtəlif maddələrə çevirəcək və onlar da öz növbəsində yanacaqlar. Bəs maraqlısı budur ki, gələcəkdə bu planetin yanından keçəcək "davamçılarımız" bu bəyaz cırtdan planetin əvvəllər Dünyaya həyat bağışladığını, canlıların əsasını qoyduğunu və Dünyadakıların bütün ömrünü bu "davamçıları" axtarmaqla keçirdiyini anlayacaqmı?
XƏBƏR LENTİ
Təhsil Nazirliyindən yeni tədris ilinin başlaması ilə bağlı AÇIQLAMA
Qazaxıstan yeddi ölkə ilə uçuşları bərpa edir
Ziyafət ayaqqabıları
Hava xəbərdarlığı
Hər gün...
Pendir və kələmli qızardılmış lavaş (foto resept)
“Moody's” iqtisadiyyatı çətin vəziyyətə düşən ölkələrin adlarını açıqlayıb
Latviyaya səyahət
Messinin yoldaşından milyon “like”lıq paylaşım - FOTO
Kiçik döşlərə əlvida
Eminin geyimi diqqət çəkdi-FOTO
1950-ci ildən günümüzə qədər makiyajın dəyişimi
FHN-in xilasediciləri Xaçmazda şoka düşdülər
Birləşmiş Millətlərə əsərlər
Can Yamanla Demet münasibətlərini gizlədə bilmədilər-FOTO
Azərbaycan cəmiyyəti bunu qəbul edə bilməz
İldırım 47 nəfəri vurdu
Çempionlar Liqasında bu həftə rekord üstə rekord qırıldı
Kişilər əsəbləşəndə kimə çevrilir?
Ər-arvad dalaşıb 177 minlik cekpot uddular- FOTO
Puluna qənaət etmək istəyənlərin nəzərinə
Koronavirusu ilk dəfə aşkarlayan həkim hər şeyi açıqladı və yoxa çıxdı
BÜRCLƏR bizə nə vəd edir?-16 noyabr
Flora Kərimovadan Aygünə sərt cavab: "Dünənki cücə..."
"iPhone 5" köhnəlmiş qurğular siyahısında
Zukerberq Britaniya parlamentinin dəvətini qəbul etmədi
HAVA necə olacaq?- 11 fevral
Soba kətəsi (foto resept)
Yasemin Özilhan gözəllik sirrini paylaşdı
Heydi Klum hər kəsi təəccübləndirdi-FOTO
Rusiyanı "Eurovision 2019"-da Sergey Lazarev təmsil edəcək!
Fitness testi
Azərbaycan Premyer Liqasının açılışında əsgər salamı
Jurnalistin ölümünə prezidentdən reaksiya
Hadisə sinəsini böyüdüb? - FOTO
“Şellak” manikürü dəri xərçəngi əmələ gətirir –XƏBƏRDARLIQ
Melanya Trampın XÜSUSİ PROQRAMI - Fəaliyyətə başladı
İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər məscidinin inşası və "Bakı Ağ Şəhər"in yeni ofis binası ilə tanış olublar
Burrito (foto resept)
Azərbaycanın bəzi ərazilərində yağış yağacaq
Qız boyunun uzunluğu ilə diqqət çəkdi-FOTO
Qalaktikaların xəritəsi çəkildi
Uşaqlara MANNA və DÜYÜ sıyığı
Gözünüzü gözlüklərdən qoruyun: son hədd əməliyyatdır
NATO Rusiyaya qarşı birləşir
Boksçularımız 17 medal qazandılar
Azərbaycan tarixindən yüz şəxsiyyət-82
Məşhurlar makiyajsız necə görünür?
Qaranlıq su pəriləri
Nəmli və canlı dərinin təbii sirri
- ŞƏRHLƏR