Giriş
Bağla

Qadın.Netlilərin ilk makiyajı - 2

Bizimdir! / QN News / İstifadəçilər

Qadın.Netlilərin ilk makiyajı - 2
Щ‚Щ„ШЁ Ro-Xe-Sa Щ‚Щ„ШЁ
İlk makiyajımı mənə nişanlımgil bayramlıq gətirmişdilər, həmin gün ilk dəfə makiyaj etmişəm. O zaman 11-ci sinifdə oxuyurdum. İndiki kimi yadımdadır, gözlərimə karandaş və dodağıma boya çəkmişdim, onu da xalam və bibimin təkidi ilə etmişdim. Mən əsəbimdən heç öz nişanımda da kosmetikadan istifadə etməmişdim. İndi isə hər birindən istifadə edirəm, isti aylarda elə də çox istifadə etmirəm, çünki zamanla hamısını əl dəsmalıma silirəm. Toylara gedəndə isə istifadə edirəm. Ümumiyyətlə, çox tünd rəngləri xoşlamıram, çalışıram ki, dodaq boyası çox şit rəngdə olmasın. 
Şəri Babayeva
Mənim ilk makiyajımı bacılarım edib. Toya gedirdim, bacılarım mənə makiyaj elədi, keçən il idi. Özüm makiyaj etməyi bacarmıram. Dərim də çox həssas olduğu üçün qorxuram. Bacım ilk dəfə makiyaj edəndə gülməyim gəlirdi. Gözümə qara qələm çəkdilər, dodaq boyası tünd yaraşmadığı üçün çox gözə çarpmayanını çəkdilər. Güzgüyə baxanda özümü tanımadım. Xoşuma gəldi.
Qadın.Netlilərin ilk makiyajı - 2
Onur Huseyn
Mən ilk makyajimi 9-10 yaşlarımda etmişəm. Uşaqlıqdan kosmetikaya çox həvəsim vardı. Xalam universitetə gedəndə hər gün makiyaj edirdi. Qəşəng görünürdü. Mən də baxıb həvəslənirdim. Xalam gedən kimi onun kosmetikalarından vururdum, bir az güzgüdə özümə baxdıqdan sonra isə yuyurdum. Sonra xalam makiyaj etdiyimi bildi və məni başa saldı ki, sənin yaşın azdır, üzünə ləkə düşə bilər. Sonra qorxumdan vurmadım. Məktəbi bitirəndən sonra başladım kosmetikadan istifadə etməyə. 6 ildir istifadə edirəm. Məndə artıq vərdiş halını alıb. Ən çox qara göz qələmindən və laynerdən istifadə edirəm. Sadə makiyaj edirəm.
Jalə Məmmədli
Mən ilk makiyajımı 2008-ci ildə, öz son zəngimdə etmişəm. Makiyaj ilə elə də aram yoxdur, əhvalım yaxşı olarkən, bəzən makiyaj edirəm. İndi makiyaj etməyə vaxtım olmur, çünki daha çox qızım ilə maraqlanıram. Onsuz da makiyaj etmək elə də xeyirli bir iş deyil, çox istifadə etmək olmaz.
 
Qadın.Netlilərin ilk makiyajı - 2
Asi
Makiyaj mənim olmazsa, olmazımdır. Amma mənim makiyaj edib-etməməyim əhvalımdan aslıdır. Əhvalım olmayanda makiyaj etmək istəmirəm, heç həvəsim olmur. Gündəlik həyatımda isə elə də çox istifadə etmirəm. Məktəb dövründə makiyajdan istifadə etmirdim. Makiyajdan ilk dəfə məzun olanda istifadə etmişəm. O vaxta kimi makiyaj etməmişəm. 
Gulhane qobustanli
Mən makiyajdan çox istifadə etmirəm. İlk dəfə 19 yaşımda bacımın toyunda istifadə etdim. Qızlar hamısı toy üçün salona gedirdilər, mənə isə valideynlərim makiyaj etməyə icazə vermirdilər. Həmin gün bacım anamdan icazə alıb mənə sadə makiyaj etmisdi. Krem çəkmisdi üzümə, sadə göz kölgəsi etmişdi, tuş, göz qələmindən və dodaq boyasından istifadə etmişdim. Elə az-az özüm də harasa gedəndə belə makiyaj etdim. İndisə, tonal kremdən isdifadə edirəm. Layner, tuş və dodaq boyasından gündəlik istifadə edirəm. Mən Qadin.Net-li xanımlarımızın həmişə gözəl, təravətli, ətirli olmaqlarını arzu edirəm. 
Qadın.Netlilərin ilk makiyajı - 2
вќ¤ДђД™Е”ДЏД®m Е‡Д™ пїЅ?Е‚ЕІЕ™Šå пїЅ?Е‚ЕљЕЇЕ… Е°mД®Д‘Îm ALLAH øЕЃЕ›Е®Е† вќ¤
Mən ilk dəfə 9-cu sinifdə oxuyanda makiyaj etmişəm. Mən üzumə heç nə vuran deyiləm, sadəcə tuş vurmuşdum, bir də qara qələm. Anam qəti icazə vermirdi. Amma mənim makiyaj etmək xoşuma gəlir.
в™ЎTutuв™Ў
İlk dəfə 12 yaşımda makiyaj vasitələrindən istifadə etmişəm. Bu, mənə maraqlı gəlmişdi, ona görə də anamın ləvazimatlarından götürdüm və üzümə çəkdim. Lakin anam gördü, üstümə qışqırdı. Mən heç nə etmədim, amma sonradan gözümə qələm, tuş çəkdim, atam da gördü, heç nə demədi. O vaxtdan işlədirəm. Bir yerə gedərkən ən çox layner, tuş və dodaq boyası istifadə edirəm.
Qadın.Netlilərin ilk makiyajı - 2
Qedirova Mətanət
Mən ilk dəfə makiyajdan 18 yaşımda istifadə etmişəm. Universitetə daxil olduğum üçün mkiyaj etməyə başladım. Ən çox yaşıl tuşdan, açıq dodaq boyasından, yaşıl göz qələmindən istifadə edirəm. Tünd rəngli göz kölgəsindən istifadə edirəm. 
 sebnem huseynova
Mən ilk makyajımı  lap balaca vaxtı etmişəm. O da makiyaj sayılmır, sadəcə, maraqlandığım üçün anamın ləvazimatlarını üzümə çəkmişdim. Onda da anam məni çox danlamışdı. İndi 15 yaşım var, amma qəti makiyaj etmirəm, elə bir fikrim də hələlik yoxdur.


Şərhlər (26)

malahat.hesenova malahat.hesenova 24 December 2014 16:53 Cavab yaz

Makiyajdan istifade edirem, amma gundelik yox, bir yana gedende, o da qederinde.
girl-2002aydashka girl-2002aydashka 7 October 2014 16:59 Cavab yaz

Makyaj heveskariyam amma yasim azdi give_ros
AYKAWIRINKA AYKAWIRINKA 14 September 2014 13:19 Cavab yaz

Maralidi.. makyaj delisiyem mende ......amma istifade etmek mene gore deyil...(yawim azdi)
SaДџlam YaЕџam SaДџlam YaЕџam 11 June 2014 15:56 Cavab yaz

...ŞiRiN_QıZ...,
...ŞiRiN_QıZ...,
...ŞiRiN_QıZ...,
sende sagol
Ayten Ismayilova Ayten Ismayilova 10 June 2014 15:53 Cavab yaz

Maraqli xeber idi ve maraqlada oxudum,tewekkurler
elvira.melek.589 elvira.melek.589 9 June 2014 21:32 Cavab yaz

Maraqlı xəbərdi good
zehra 2013 zehra 2013 9 June 2014 13:22 Cavab yaz

Cox sagolun Ruhengiz xanim
ruzigar ruzigar 9 June 2014 12:22 Cavab yaz

Hammiya salam.

Aleykum salam,bacım,xoş gəldin.
Çox maraqlı xəbərdir.Təşəkkürlər,Şirin Qız.
zehra 2013 zehra 2013 9 June 2014 11:52 Cavab yaz

Hammiya salam.Men balaca olanda qizlarnan oynayirdim o cacti dodaqlarima rengli sekil cekmek ucun istifade olunan karandaslari dodaq boyasidi diye surturduk
Ceylan Mumoglu Ceylan Mumoglu 9 June 2014 11:26 Cavab yaz

Щ‚Щ„ШЁВ В Ro-Xe-SaВ Щ‚Щ„ШЁ,
amma cox tekidler oldu

Boynuna al kifir idin deyə təkid ediblər, qorxublar da yəqin nişan geri qayıdar lol
Ellada84 Ellada84 9 June 2014 00:02 Cavab yaz

...ŞiRiN_QıZ...,
Düzdü yazmısız.Yadımdan çıxmışdı.Adətən axırda yazılır deyə öyrəşmişəm. request
ayan_ ayan_ 8 June 2014 23:52 Cavab yaz

Dəniz84,
FatimaВ Ahmedova,
AYTEN,
xatireВ hebibova,
В mehinВ ,
ПаПиНа пРиНцЕсСа,
PƏRVANƏВ ƏLİYEVA......,
♥AynişkaВ Gülüm♥,
♥AynişkaВ Gülüm♥,
Zehra.,
ElladaВ Babayeva,
AYSUNВ MEMMEDOVA,
AYSUNВ MEMMEDOVA,
Щ‚Щ„ШЁВ В Ro-Xe-SaВ Щ‚Щ„ШЁ,
Q,
QedirovaВ Mətanət,
Xanimlar cox sagolun sherhlere gore...Minnetderam

Maraqlı xəbər hazırlamısız.Davamlı olsun.Özünüzüdə axırda yazarsız.

Xeberimin 1-ci hissesine baxın,orada özüm de varam.Onsuz makyaj zad istifade etmirem,yaşım da hele çatmır,anam atam da icaze vermezler.Hem neye lazımdikı üzümü korlayım bu yaşımda,ayrıca hansı 13 yaşlı qız Azerbaycanda makyaj edib çıxır çöle?Çox teşekkür edirem şerh üçün...
SaДџlam YaЕџam SaДџlam YaЕџam 8 June 2014 12:09 Cavab yaz

Tesekkurler mende varam burdan

Mende varamki Konul nisanda makyaj etmemisen niye hirslenmisenki
qeribe qeribe 8 June 2014 01:07 Cavab yaz

Maraqlı xəbər hazırlamısız.Davamlı olsun. give_ros
Ro-Xe-Sa Ro-Xe-Sa 8 June 2014 00:50 Cavab yaz

Könül necə yəni nişanında makiyaj etməmisən?


Evvelceden eseblesdiyim ucun hecnesiz oturmusdum unknown

Щ‚Щ„ШЁ Ro-Xe-Sa Щ‚Щ„ШЁ nisanina makyaj vurmamisan?

O, nisan ureyimce olmamisdi deye mende ele etmisdim, yeni makiyajsiz idim, eslinde ele vaxtimda deyildiki makiyaj surtem,amma cox tekidler oldu , yenede surtmedim girl_smi

yəni nişanında makiyaj etməmisən?

Ay Denizcim , hemde elede qorunc crazy deyilem e makiyajsiz. lol Gerek ele makiyaj edeydim ki o mamentde onlari qurxudaydim diablo
aysun2013 aysun2013 7 June 2014 23:59 Cavab yaz

Maraqli xeberdi canim davamli olar insallah
Ellada84 Ellada84 7 June 2014 23:53 Cavab yaz

Maraqlı xəbər hazırlamısız.Davamlı olsun.Özünüzüdə axırda yazarsız. smile
bay_gril89 bay_gril89 7 June 2014 23:26 Cavab yaz

Maraqlıdır təşəkkürlər.
ayniska milaska ayniska milaska 7 June 2014 23:01 Cavab yaz

Maraqli xeber ucun tesekkurler Sirin qiz! give_ros
Ryos Ryos 7 June 2014 22:35 Cavab yaz

Maraqli alinib xeberin Shirin qiz..Tebrik edirem..Uqurlu davamli olsun.. give_ros
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика