Щ‚Щ„ШЁ Ro-Xe-Sa Щ‚Щ„ШЁ
İlk makiyajımı mənə nişanlımgil bayramlıq gətirmişdilər, həmin gün ilk dəfə makiyaj etmişəm. O zaman 11-ci sinifdə oxuyurdum. İndiki kimi yadımdadır, gözlərimə karandaş və dodağıma boya çəkmişdim, onu da xalam və bibimin təkidi ilə etmişdim. Mən əsəbimdən heç öz nişanımda da kosmetikadan istifadə etməmişdim. İndi isə hər birindən istifadə edirəm, isti aylarda elə də çox istifadə etmirəm, çünki zamanla hamısını əl dəsmalıma silirəm. Toylara gedəndə isə istifadə edirəm. Ümumiyyətlə, çox tünd rəngləri xoşlamıram, çalışıram ki, dodaq boyası çox şit rəngdə olmasın.
Şəri Babayeva
Mənim ilk makiyajımı bacılarım edib. Toya gedirdim, bacılarım mənə makiyaj elədi, keçən il idi. Özüm makiyaj etməyi bacarmıram. Dərim də çox həssas olduğu üçün qorxuram. Bacım ilk dəfə makiyaj edəndə gülməyim gəlirdi. Gözümə qara qələm çəkdilər, dodaq boyası tünd yaraşmadığı üçün çox gözə çarpmayanını çəkdilər. Güzgüyə baxanda özümü tanımadım. Xoşuma gəldi.
Mən ilk makyajimi 9-10 yaşlarımda etmişəm. Uşaqlıqdan kosmetikaya çox həvəsim vardı. Xalam universitetə gedəndə hər gün makiyaj edirdi. Qəşəng görünürdü. Mən də baxıb həvəslənirdim. Xalam gedən kimi onun kosmetikalarından vururdum, bir az güzgüdə özümə baxdıqdan sonra isə yuyurdum. Sonra xalam makiyaj etdiyimi bildi və məni başa saldı ki, sənin yaşın azdır, üzünə ləkə düşə bilər. Sonra qorxumdan vurmadım. Məktəbi bitirəndən sonra başladım kosmetikadan istifadə etməyə. 6 ildir istifadə edirəm. Məndə artıq vərdiş halını alıb. Ən çox qara göz qələmindən və laynerdən istifadə edirəm. Sadə makiyaj edirəm.
Jalə Məmmədli
Mən ilk makiyajımı 2008-ci ildə, öz son zəngimdə etmişəm. Makiyaj ilə elə də aram yoxdur, əhvalım yaxşı olarkən, bəzən makiyaj edirəm. İndi makiyaj etməyə vaxtım olmur, çünki daha çox qızım ilə maraqlanıram. Onsuz da makiyaj etmək elə də xeyirli bir iş deyil, çox istifadə etmək olmaz.
Makiyaj mənim olmazsa, olmazımdır. Amma mənim makiyaj edib-etməməyim əhvalımdan aslıdır. Əhvalım olmayanda makiyaj etmək istəmirəm, heç həvəsim olmur. Gündəlik həyatımda isə elə də çox istifadə etmirəm. Məktəb dövründə makiyajdan istifadə etmirdim. Makiyajdan ilk dəfə məzun olanda istifadə etmişəm. O vaxta kimi makiyaj etməmişəm.
Gulhane qobustanli
Mən makiyajdan çox istifadə etmirəm. İlk dəfə 19 yaşımda bacımın toyunda istifadə etdim. Qızlar hamısı toy üçün salona gedirdilər, mənə isə valideynlərim makiyaj etməyə icazə vermirdilər. Həmin gün bacım anamdan icazə alıb mənə sadə makiyaj etmisdi. Krem çəkmisdi üzümə, sadə göz kölgəsi etmişdi, tuş, göz qələmindən və dodaq boyasından istifadə etmişdim. Elə az-az özüm də harasa gedəndə belə makiyaj etdim. İndisə, tonal kremdən isdifadə edirəm. Layner, tuş və dodaq boyasından gündəlik istifadə edirəm. Mən Qadin.Net-li xanımlarımızın həmişə gözəl, təravətli, ətirli olmaqlarını arzu edirəm.
вќ¤ДђД™Е”ДЏД®m Е‡Д™ пїЅ?Е‚ЕІЕ™Šå пїЅ?Е‚ЕљЕЇЕ… Е°mД®Д‘Îm ALLAH øЕЃЕ›Е®Е† вќ¤
Mən ilk dəfə 9-cu sinifdə oxuyanda makiyaj etmişəm. Mən üzumə heç nə vuran deyiləm, sadəcə tuş vurmuşdum, bir də qara qələm. Anam qəti icazə vermirdi. Amma mənim makiyaj etmək xoşuma gəlir.
в™ЎTutuв™Ў
İlk dəfə 12 yaşımda makiyaj vasitələrindən istifadə etmişəm. Bu, mənə maraqlı gəlmişdi, ona görə də anamın ləvazimatlarından götürdüm və üzümə çəkdim. Lakin anam gördü, üstümə qışqırdı. Mən heç nə etmədim, amma sonradan gözümə qələm, tuş çəkdim, atam da gördü, heç nə demədi. O vaxtdan işlədirəm. Bir yerə gedərkən ən çox layner, tuş və dodaq boyası istifadə edirəm.
Qedirova Mətanət
Mən ilk dəfə makiyajdan 18 yaşımda istifadə etmişəm. Universitetə daxil olduğum üçün mkiyaj etməyə başladım. Ən çox yaşıl tuşdan, açıq dodaq boyasından, yaşıl göz qələmindən istifadə edirəm. Tünd rəngli göz kölgəsindən istifadə edirəm.
sebnem huseynova
Mən ilk makyajımı lap balaca vaxtı etmişəm. O da makiyaj sayılmır, sadəcə, maraqlandığım üçün anamın ləvazimatlarını üzümə çəkmişdim. Onda da anam məni çox danlamışdı. İndi 15 yaşım var, amma qəti makiyaj etmirəm, elə bir fikrim də hələlik yoxdur.