Giriş
Bağla

Bitkilər və təbabət (7)

Sağlamlıq / Xalq təbabəti

Bitkilər və təbabət (7)
Qızılağac
(lat. Alnus)
Azərbaycanda qızılağac Lənkəran-Astara zonasında geniş yayılıb. Dərman məqsədilə qızılağacın qurudulmuş meyvələrindən sulu bişirməsini mədə-bağırsaq xəstəliklərində (kəskin ağrılarda, enteritlərdə, kolitlərdə, dizenteriyada) antiseptik və dizinfeksiyaedici dərman kimi qəbul edirlər. Yarpaqlarının dəmləməsi revmatizmdə işlədilir. 
İstifadə qaydası: bitkinin qurudulmuş meyvələrindən 8 qram 2 stəkan qaynar suda 1-2 saat müddətində dəmləyib gündə 3-4 dəfə, hər dəfə 1/2 stəkan içirlər.
Bitkilər və təbabət (7)
Qızılçətir
(lat. Centaurium gilib)
Qızılçətir Azərbaycanın dağ-çəmənliklərində daha çox yayılıb. Bitki çiçək açan dövrdə toplanır. Onun yerüstü hissəsini çin və ya oraqla toplayıb açıq quru havada qurudur, sonra şüşə bankalarda və ya kağız torbalarda saxlayırlar. Bu qayda ilə tədarük edilən qızılçətirdən bir neçə dərman forması (sulu dəmləmə, tinktura, ekstrakt və.s) hazırlayıb xroniki mədə-bağırsaq xəstəliklərində iştahaartırıcı, həzm prosesini yaxşılaşdırıcı dərman kimi istifadə edirlər. Qızılçətrin dəmləməsi mədə qıcıqlanmasının qarşısını alır, mədənin turşuluğunu normallaşdırır. Bundan əlavə qızılçətir otundan şəkər xəstəliyində, qan azlığında, öd kisəsinin iltihabında da istifadə edirlər.
İstifadə qaydası: bitkinin qurudulmuş və xırdalanmış otundan 2 çay qaşığı 1 stəkan qaynar suda 10 dəqiqə dəmləyir və yeməkdən yarım saat qabaq gündə 2 dəfə hər dəfə 1/2 stəkan içirlər.
Bitkilər və təbabət (7)
Qızçiçəyi
(lat. Bellis)
Azərbaycanda bu bitkinin 2 növü yayılıb. Qızçiçəyinin yarpaqlarını çiçəklərilə bir vaxtda yay fəslində toplayıb açıq quru havada qurudaraq dəmləyir və ağ ciyər vərəmində qəbul edirlər. Qızçiçəyinin dəmləməsi eyni zamanda orqanizmdə maddələr mübadiləsinin gedişini yaxşılaşdırır.
İstifadə qaydası: bitkinin qurudulmuş yarpaq və çiçəklərindən 2 çay qaşığı 1 stəkan qaynar suda 30-40 dəqiqə dəmləyir, gündə 2 dəfə, hər dəfə 1/2 stəkan qəbul edirlər.
Qırmızıbaş
(lat. Polygonum persicaria)
Bitkinin qurudulmuş otundan çay dəmləyib uşaqlıq qanaxmalarında və babasildə qankəsici dərman kimi içirlər. Qurudulmuş otundan hazırlanan spirtli ekstrakt spastik və atonik qəbizlikdə qəbul oluur. Eləcə də böyrək-sidik yolları xəstəliklərində sidikqovucu dərman kimi işlədilir. Bundan əlavə qırmızıbaş otundan təpitmə formada babasildə və diş dibinin iltihabında istifadə olunur.
İstifadə qaydası: bitkinin qurudulmuş otundan 1 çay qaşığı götürüb 1 stəkan qaynar suda 30-40 dəqiqə müddətində dəmləyir, sonra süzüb yeməkdən qabaq gündə 3-4 dəfə xörək qaşığı ilə xəstəyə verilir.
Bitkilər və təbabət (7)
Qırmızı istiot
(lat. Capsicum annuum)
Qırmızı istiot qədimdən becərilən bir bitkidir. Onun qurudulmuş meyvələrinin tinkturasından damcı halında iştahartırıcı, həzm yaxşılaşdırıcı dərman kimi istifadə edilir. Meyvələri C vitamini, toxumları isə  piyli yağla çox zəngindir.
İstifadə qaydası: qurudulmuş meyvələrinin tinkturasından yeməkdən 10-15 dəqiqə qabaq, hər dəfə 10-12 damcı gündə 3 dəfə qəbul edirlər. 


Şərhlər (14)

Deniz84 Deniz84 18 December 2015 08:06 Cavab yaz

Qırmızı istiot qədimdən becərilən bir bitkidir. Onun qurudulmuş meyvələrinin tinkturasından damcı halında iştahartırıcı, həzm yaxşılaşdırıcı dərman kimi istifadə edilir. Meyvələri C vitamini, toxumları isə piyli yağla çox zəngindir.
İstifadə qaydası: qurudulmuş meyvələrinin tinkturasından yeməkdən 10-15 dəqiqə qabaq, hər dəfə 10-12 damcı gündə 3 dəfə qəbul edirlər.
rovsane_82 rovsane_82 21 June 2015 15:22 Cavab yaz

Faydalı xəbərə görə çox sağ ol
zuleyxa.aliyeva.10 zuleyxa.aliyeva.10 23 December 2014 15:14 Cavab yaz

Çoxunu bilmirdim,təşəkkürlər.

Çox gözəldir bəyəndim
sofiya sofiya 22 June 2014 16:59 Cavab yaz

Xebere gore tesekkurler
rana969 rana969 10 June 2014 11:53 Cavab yaz

Çox sağ ol, Narın, indi bunları əldə etmək çox asandır. Allah hamıya şəfa versin.

Səndə sağ ol canım. air_kiss Düzdür bacıcan indi elə bitki yoxdurki apteklərdə olmasın good Amin Allah hər kəsin şəfasını versin girl_ang
Bu günki bitkilər hamısı Q hərfi ilə başlayanlar oldu. Təşəkkür Narinim.

Heç fikir verməmişəm ey indi gördüm blush . Çox sağ ol gülüm məndə sənə təşəkkür edirəm air_kiss
çox sağ ol,Narınım.maşaAllah sayəndə bu vaxta qədər eşitmədiyim,görmədiyim bitkilərlə tanış oldum.

Canım bacım azda olsa tanış etməyə çalışıram hər şeydən bir az da olsa bilmək lazımdır blush Səndə sağ ol bacıcan kiss
Çox sağ ol Narıncım, tanımadığımız şəfalı bitkilərlə bizi tanış edirsən.

Təşəkkür edirəm bacıcan. kiss Borcumuzdur bildiklərimizi paylaşmaq girl_ang
FatimaВ Ahmedova,
MAVISВ KIZВ ,В BAHARВ CICEYI,
Q,
sebnemВ huseynova,
Sevgi,

Şərhləriniz üçüm hər birinizə təşəkkür edirəm xanımlar kiss
deyerlim deyerlim 3 June 2014 21:34 Cavab yaz

Çox sağ ol Narıncım, tanımadığımız şəfalı bitkilərlə bizi tanış edirsən.
moskow qadini moskow qadini 3 June 2014 20:59 Cavab yaz

Xebere gore teshekkurler...
sebnem13 sebnem13 3 June 2014 18:24 Cavab yaz

Xeber cox elaydiiii
qeribe qeribe 3 June 2014 15:29 Cavab yaz

Faydalı xəbərə görə çox sağ ol Narın.Təşəkkür... kiss
gozel eliyeva gozel eliyeva 3 June 2014 14:47 Cavab yaz

Cox faydali bitkilerdir canim menim cox tesekkurler give_ros yemeklerimize bir az qirmizi istiot qatasaq xeyrini gorerik hem dadli yemeklerimiz olar hem de saglam bedenimiz
ruzigar ruzigar 3 June 2014 12:50 Cavab yaz

Faydalı xəbərə görə çox sağ ol,Narınım.maşaAllah sayəndə bu vaxta qədər eşitmədiyim,görmədiyim bitkilərlə tanış oldum.
crazykids crazykids 3 June 2014 11:41 Cavab yaz

Her defe hec olmasa birin edirik biggrin qirmizi istiot
Deniz84 Deniz84 3 June 2014 10:01 Cavab yaz

Bu günki bitkilər hamısı Q hərfi ilə başlayanlar oldu. Düzü heç birini tanımırdım. Təşəkkür Narinim.
Songul Songul 3 June 2014 09:28 Cavab yaz

Qırmızıbaş yoldaşımgilin kənddəki həyətində o qədərdir ki, heç belə faydalı bitki olduğunu bilmirdim. Qırmızı istiot isə ən sevdiyim tərəvəz, ədviyyatdır. O biriləri isə tanımadım, qızılağacdan başqa.
Çox sağ ol, Narın, indi bunları əldə etmək çox asandır. Allah hamıya şəfa versin.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика