Qadin.NET / Bitkilər və təbabət (7)

Bitkilər və təbabət (7)

Bitkilər və təbabət (7)
Qızılağac
(lat. Alnus)
Azərbaycanda qızılağac Lənkəran-Astara zonasında geniş yayılıb. Dərman məqsədilə qızılağacın qurudulmuş meyvələrindən sulu bişirməsini mədə-bağırsaq xəstəliklərində (kəskin ağrılarda, enteritlərdə, kolitlərdə, dizenteriyada) antiseptik və dizinfeksiyaedici dərman kimi qəbul edirlər. Yarpaqlarının dəmləməsi revmatizmdə işlədilir. 
İstifadə qaydası: bitkinin qurudulmuş meyvələrindən 8 qram 2 stəkan qaynar suda 1-2 saat müddətində dəmləyib gündə 3-4 dəfə, hər dəfə 1/2 stəkan içirlər.
Bitkilər və təbabət (7)
Qızılçətir
(lat. Centaurium gilib)
Qızılçətir Azərbaycanın dağ-çəmənliklərində daha çox yayılıb. Bitki çiçək açan dövrdə toplanır. Onun yerüstü hissəsini çin və ya oraqla toplayıb açıq quru havada qurudur, sonra şüşə bankalarda və ya kağız torbalarda saxlayırlar. Bu qayda ilə tədarük edilən qızılçətirdən bir neçə dərman forması (sulu dəmləmə, tinktura, ekstrakt və.s) hazırlayıb xroniki mədə-bağırsaq xəstəliklərində iştahaartırıcı, həzm prosesini yaxşılaşdırıcı dərman kimi istifadə edirlər. Qızılçətrin dəmləməsi mədə qıcıqlanmasının qarşısını alır, mədənin turşuluğunu normallaşdırır. Bundan əlavə qızılçətir otundan şəkər xəstəliyində, qan azlığında, öd kisəsinin iltihabında da istifadə edirlər.
İstifadə qaydası: bitkinin qurudulmuş və xırdalanmış otundan 2 çay qaşığı 1 stəkan qaynar suda 10 dəqiqə dəmləyir və yeməkdən yarım saat qabaq gündə 2 dəfə hər dəfə 1/2 stəkan içirlər.
Bitkilər və təbabət (7)
Qızçiçəyi
(lat. Bellis)
Azərbaycanda bu bitkinin 2 növü yayılıb. Qızçiçəyinin yarpaqlarını çiçəklərilə bir vaxtda yay fəslində toplayıb açıq quru havada qurudaraq dəmləyir və ağ ciyər vərəmində qəbul edirlər. Qızçiçəyinin dəmləməsi eyni zamanda orqanizmdə maddələr mübadiləsinin gedişini yaxşılaşdırır.
İstifadə qaydası: bitkinin qurudulmuş yarpaq və çiçəklərindən 2 çay qaşığı 1 stəkan qaynar suda 30-40 dəqiqə dəmləyir, gündə 2 dəfə, hər dəfə 1/2 stəkan qəbul edirlər.
Qırmızıbaş
(lat. Polygonum persicaria)
Bitkinin qurudulmuş otundan çay dəmləyib uşaqlıq qanaxmalarında və babasildə qankəsici dərman kimi içirlər. Qurudulmuş otundan hazırlanan spirtli ekstrakt spastik və atonik qəbizlikdə qəbul oluur. Eləcə də böyrək-sidik yolları xəstəliklərində sidikqovucu dərman kimi işlədilir. Bundan əlavə qırmızıbaş otundan təpitmə formada babasildə və diş dibinin iltihabında istifadə olunur.
İstifadə qaydası: bitkinin qurudulmuş otundan 1 çay qaşığı götürüb 1 stəkan qaynar suda 30-40 dəqiqə müddətində dəmləyir, sonra süzüb yeməkdən qabaq gündə 3-4 dəfə xörək qaşığı ilə xəstəyə verilir.
Bitkilər və təbabət (7)
Qırmızı istiot
(lat. Capsicum annuum)
Qırmızı istiot qədimdən becərilən bir bitkidir. Onun qurudulmuş meyvələrinin tinkturasından damcı halında iştahartırıcı, həzm yaxşılaşdırıcı dərman kimi istifadə edilir. Meyvələri C vitamini, toxumları isə  piyli yağla çox zəngindir.
İstifadə qaydası: qurudulmuş meyvələrinin tinkturasından yeməkdən 10-15 dəqiqə qabaq, hər dəfə 10-12 damcı gündə 3 dəfə qəbul edirlər. 
3 iyun 2014
GO BACK