Giriş
Bağla

Qadın.Netlilər zaman səyahətində

Bizimdir! / QN News / İstifadəçilər

Qadın.Netlilər zaman səyahətində

Bu xəbərimdə Qadın.Netin istitifəçilərini zamanda səyahətə göndərmək fikrinə düşdüm.  biggrin  Çox maraqlıdır ki, əgər hansınızasa zamanda səyahət etmək imkanı verilsəydi və siz keçmişinizə qayıtmaq şansı əldə etsəydiniz, o zaman hansı anı seçərdiniz? Həyatınızdakı hansı hadisəni yenidən yaşamaq istəyirsiniz? Buyurun, istifadəçiərimizin fikirləri ilə tanış olaq.

Xəyalə Murad

Zaman səyahətinə çıxmaq təəssüf ki, mümkün deyil. Lakin xəyal olaraq təsəvvür etmiş olsaq mən də keçmişdə həyatımın iki gününü yenidən yaşamaq istəyərdim. Heç nəyi dəyişmədən, olduğu kimi yenidən o anları o iki fərqli məkan və fərqli insanları yenidən görmək istəyərdim. Görmək, çünki artıq görmək imkanına sahib deyiləm. Hər şeydən əlavə onların təbəssümünü yenidən görmək, səslərini yenidən eşitmək istəyərdim. Və qeyd etdiyim kimi heç bir anını belə dəyişmək istəmərəm. Sonunda ölüm olsa belə. Bəzən keçmişdə verdiyimiz itkilər sayəsində bugün var oluruq, güclü oluruq. Etdiyimiz səhvlər sayəsində bugün daha diqqətli və inamlı oluruq. Demək keçmişimizi dəyişməyi düşünsək bugünümüzü dəyişmiş olacağıq. 

Qadın.Netlilər zaman səyahətində

R.G.AL-SU

Hər insanda olduğu kimi mənim də getmək istədiyim-zaman səyahəti var həyatmda.Hansı ki,yenidən o günü bir daha yaşamaq istərdim. Bunlardan-uşaqlığımı qeyd etmək istəyirəm, yenidən qayğısız uşaqlığımı yaşamaq istəyirəm, məktəb illərimə səyahət etmək, şagirdliyimi yaşamaq istəyirəm, həyatımın ən gözəl, ən unudulmaz-nişanlı illərimə dönmək istəyirəm... Dəyişmək istədiyim o qədər hallar var ki, çox istərdim bir daha geri dönüm, bir zamanlar dost bildiyim, güvəndiyim birindən, mənə arxadan vurdugu zərbəyə dönüm. Keçmişi versinlər, mən dönüm və ona bir daha inanmayım, onu özümə dost bilməyin... Amma nə qədər istəsək də, biz keçmişə dönə bilmərik, zamanı qaytarmaq qeyri-mümkündür. Odur ki, gələcəyə addımlayaq, pis yada ki, yaxşı keçmiş-keçmişində qalsın ki, biz gələcəkdə bir daha o səhvləri etməyək.

Dr Elvin Əli

Belə önəmli peşmançılığım yoxdur. Həyatda universiteti, işimi, ailə qurmağım hamısını risk etmişəm və ailəmə qarşı çıxmışam. Amma heç birinə də peşman deyiləm... Təşəkkürlər.

Qadın.Netlilər zaman səyahətində

Fatma xanım

O qədər qayıtmaq istədiyim günlər var ki, yazsam, gərək bir dastan alınsın. Amma, düzdür, peşman olduğum hərəkətim olub. Səhviz insan olmur. O günə qayıtmaq istəyirəm ki, o gün mənim qardaşım sağ idi. O günə qayıtmaq istəyirəm ki, o gün anam var idi. O günü istəyirəm ki, o gün atamın ərköyünqızı idim. Ən axırda o günü istəyirəm ki, onda sağlam canım var idi. İndi isə heç biri yoxdur.

Ruhəngiz

Hər başlanğıcın bir sonluğu var. Bu, təbiətin inkarolunmaz qanunudur. İllər keçdikcə yaşadığımız acılı-şirinli günlərimizi bəzən öz-özlüyümüzdə təhlil edib nəticə çıxarırıq. Xoş və kədərli günlərimiz, yüzlərlə yadd aqalan hadisələr, sevincli çağlar bir anın içində həzin xatirəyə çevrilir, yaddaşımıza əbədi həkk olur.

Bu günlərdən eləsi olub ki, yenidən geri dönüb hansısa səhv addımımızı düzəltmək istəmişik, nəyə görəsə peşmançılıq hissi keçirmişik. Mənim həyatımda da belə bir peşmançılıqlar olmuşdur. Ən böyük peşmançılığım zamanında namaza gəlməməyimdir. Digər peşmançılığım o olmuşdur ki, tez inciyən olduğum üçün hər söz qəlbimə toxunurdu. Amma təbii ki, bunun belə olmasını istəməzdim, yəni hər deyilən sözə soyuqqanlı yanaşmamı istərdim.

 

Qadın.Netlilər zaman səyahətində

AYSUN MEMMEDOVA

Mən  uşaq olaraq qalmaq istəyir, iki üzlü, yalançı insanlar gördüm ki, istərdim qayıdım uşaqlıqa. Və o insanlardan uzaq olum.

гЂЉYEGiŞгЂ‹

Səhvsiz, peşmançılıq hissi keçirməyən insan təbii ki yoxdur. Şükür Elə bir üzqaraldan, peşmanlıq hissiylə yaşayan bir səhvim yoxdur. Olub ki, hisslərimi cilovlaya bilməyib cavab qaytarmışam, ya kiminsə xətrinə dəymişəm.  İncidib məni.Düşünmüşəm bəlkə anında bir az səbirli olsam bəlkə də bu iş mənim xeyrimə olardı. Odur ki, düşünüb qərar vermək lazımdır hər bir işdə.

Pərvanə

Çox şükürlər olsun ki, həyatımda elə bir gün yoxdur ki, peşman olum geri qayıdım hansısa bir günümə. Əksinə istəyirəm ki, illər tez gedib keçsin. Qocalım, balalarımın xeyr işlərini görüm.

Qadın.Netlilər zaman səyahətində

Mahmudzade

Keçmişə qayıtmış olsaydım, düşünürəm ki, etdiyim hər hansı səhvi yenidən edərdim. Çünkü o səhv artıq mənim alın yazımdır. Amma elə bir şans versəydilər ki, bu mümkündür, get, keçmişdən bir səhvini sil. Heç düşünmədən hicabımı səbəbsiz açdığım günə dönüb onu ömrümdən silərdim... Məndən bu qədər bir daha çox sağ ol, bacım.

Realist (A-N)

Nə zaman bu sual ətrafında düşünsəm, bu musiqi sözləri ağlıma gəlir: "Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim". Bu an öz-özümə düşünürəm ki, görəsən mən bunu arzulayırammı? Sərbəst şəkildə "Etiraz" edə bilmirəm. Ən önəmli səbəb budur: İnsan uşaq olarkən tez böyüməyi, ətrafındakı gənclərlə həmyaşıd olmağı arzulayır. Onlara hardasa qibtə ilə baxır. Aydın xatırlayıram ki, uşaq yaşlarımdaykən anamın ayaqqabıları ayağıma böyük olurdu, mən çox təəssüf keçirirdim. Ancaq bir zaman gözümü açdım ki, o ayaqqabılar artıq mənim ayağıma dar gəlir. Baxın, o zaman mən tez böyümək həsrəti çəkdiyim üçün təəssüfləndim. Bir çoxları kimi mən də çox zaman uşaqlıq illərimə geri dönməyi arzulayıram. O saf, qayğısız uşaqlıq illəri üçün burnumun ucu göynəyir. Artıq mən "ANA"yam. Mənim körpə balam var. Buna görə də artıq geriyə qayıtmağı heç zaman istəmərəm. Onun nəfəsindən  bir gün belə uzaq düşmək mənə ağırdır. Allah bütün valideyinlərə can sağlığı versin. Övladlarını sağ-salamat həddi-buluğa çatdırsınlar. Hər zaman irəliyə, sabahımıza can ataq. Geriyə qayıtmağa yox!



Şərhlər (42)

zehra 2013 zehra 2013 24 October 2014 13:37 Cavab yaz

Menimde kecmise qayidib gormek istediyim bir an var,onun ucun cox darixmisam,Atam
Ilahe_777 Ilahe_777 2 May 2014 14:03 Cavab yaz

Menim kecmişe qayitmaq kimi fikrim yoxdu heleki amma qeşey movzudu yes
MiMi_Z MiMi_Z 30 April 2014 01:19 Cavab yaz

Super xəbərdir.Mənim qayıtmaq istədiyim çox şey var.Əgər zaman geri qayıtsaydı,ömrümdə keçən bir çox şeyi yenidən yaşamaq istərdim
c.meryem c.meryem 30 April 2014 00:29 Cavab yaz

Cooox gozel xeberdi muellife təşəkkürlər her birini maraqla oxudum hamisida cox gozel idigive_ros
A-N-ar (Realist) A-N-ar (Realist) 28 April 2014 12:54 Cavab yaz

Realist-o şirin şəkər balanı gozüdolu gor

Çox sağ ol canııııım mənim. Allah razı olsun. Elə sən də İnşAllah...Gül balalarımızın xeyir günlərini görək. Amin.
lale_123 lale_123 28 April 2014 09:06 Cavab yaz

R.G.AL-SU give_ros tesekkurler


Ibrahimova Gulya♥S♥ give_ros

Zeyneb-Esger give_ros

HUSNA give_ros

Ləman_ give_ros

tesekkurler
R.G.AL-SU R.G.AL-SU 27 April 2014 15:01 Cavab yaz

Dünən xəbəri oxuyub şərh üçün vaxt edə bilmədim.Müəllifə təşəkkür,azacıqda olsa,izi zaman səyahətinə gotürdü.
Fatma xanım-kovrəltdinizeee məni,canım elə bədbin olmayıne,Allah canınıza saglamlıq versin,balalarınızın xeyirlərini gorəsiniz inşaALLAH.
Pəriş -canım inşaALAH SƏN DƏ ARZULARINA ÇAT,NƏ TEZ QOCALMAQ İSTƏDİN AY BAJII. winked
Realist-o şirin şəkər balanı gozüdolu gor
xanımlar haaamınızın zaman səyahəi maraqlı və azacıq kovrəldən oldu. give_ros
sən də sag ol ay Cəlilabadlı air_kiss-
gulya_s gulya_s 27 April 2014 14:50 Cavab yaz

Canım çox gözəl xəbər hazırlamısan give_ros
girl_1999,gunka girl_1999,gunka 27 April 2014 10:39 Cavab yaz

Maraqlı xəbər alınıb
QADIN.AZERI QADIN.AZERI 27 April 2014 01:39 Cavab yaz

Cox gozel xeber alinib
Leman(wirniyyatci) Leman(wirniyyatci) 27 April 2014 00:10 Cavab yaz

Maraqli xeber hazirlamisiz cox sagolun davamli olsin
Ellada84 Ellada84 27 April 2014 00:05 Cavab yaz

♥ஐ♥ First Lady♥ஐ♥,
İnşaAllah.Çox sağ olun.
lale_123 lale_123 26 April 2014 23:51 Cavab yaz

Yasemen
tesekkurler

APENAS
ESNA
Gulum
Yasemen

cox sagolun give_ros
Yaso Yaso 26 April 2014 22:07 Cavab yaz

Muellifi tebrik edirem maraqli bir movzu esasinda super xeber hazirlayib
Feriham Feriham 26 April 2014 20:48 Cavab yaz

Cox saqolun cox maraqli movzudu
Ayka_m_ova Ayka_m_ova 26 April 2014 20:46 Cavab yaz

ElladaВ Babayeva,
Elə etməəə gələn bölümdə sənidə görək kiss
ayniska milaska ayniska milaska 26 April 2014 20:11 Cavab yaz

Cox gozel mövzudur cox sag olun xeber üçün.
turka 27 turka 27 26 April 2014 18:41 Cavab yaz

Pərvanə cəsarətinə gorə sənə afərin deyirəm empathy .Hər kəs risk edib belə bir fikri yaza bilməz kiss .Maraqlı alınıb təşəkkurlər give_ros
sahil_13 sahil_13 26 April 2014 18:25 Cavab yaz

Əvvəla cox təşəkkürlər xəbərə görə give_ros Qadın netliler haqqında her bir xeber menimcün maraqlıdı o ki qalıb orda tanıdıqlarım ve cox hormet etdiyim istifadəcilər ola girl_ten Arzu edirem ki hemişə elə günler yaşayasınız ki öten günlerizcün hec zaman darıxmayasınız
gozel eliyeva gozel eliyeva 26 April 2014 18:25 Cavab yaz

Bax atamin erkoyun qizi olduqum gune donmeyi men de cox isteyerdim girl_cray girl_ten gamer
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика