Bu xəbərimdə Qadın.Netin istitifəçilərini zamanda səyahətə göndərmək fikrinə düşdüm. Çox maraqlıdır ki, əgər hansınızasa zamanda səyahət etmək imkanı verilsəydi və siz keçmişinizə qayıtmaq şansı əldə etsəydiniz, o zaman hansı anı seçərdiniz? Həyatınızdakı hansı hadisəni yenidən yaşamaq istəyirsiniz? Buyurun, istifadəçiərimizin fikirləri ilə tanış olaq.
Xəyalə Murad
Zaman səyahətinə çıxmaq təəssüf ki, mümkün deyil. Lakin xəyal olaraq təsəvvür etmiş olsaq mən də keçmişdə həyatımın iki gününü yenidən yaşamaq istəyərdim. Heç nəyi dəyişmədən, olduğu kimi yenidən o anları o iki fərqli məkan və fərqli insanları yenidən görmək istəyərdim. Görmək, çünki artıq görmək imkanına sahib deyiləm. Hər şeydən əlavə onların təbəssümünü yenidən görmək, səslərini yenidən eşitmək istəyərdim. Və qeyd etdiyim kimi heç bir anını belə dəyişmək istəmərəm. Sonunda ölüm olsa belə. Bəzən keçmişdə verdiyimiz itkilər sayəsində bugün var oluruq, güclü oluruq. Etdiyimiz səhvlər sayəsində bugün daha diqqətli və inamlı oluruq. Demək keçmişimizi dəyişməyi düşünsək bugünümüzü dəyişmiş olacağıq.
R.G.AL-SU
Hər insanda olduğu kimi mənim də getmək istədiyim-zaman səyahəti var həyatmda.Hansı ki,yenidən o günü bir daha yaşamaq istərdim. Bunlardan-uşaqlığımı qeyd etmək istəyirəm, yenidən qayğısız uşaqlığımı yaşamaq istəyirəm, məktəb illərimə səyahət etmək, şagirdliyimi yaşamaq istəyirəm, həyatımın ən gözəl, ən unudulmaz-nişanlı illərimə dönmək istəyirəm... Dəyişmək istədiyim o qədər hallar var ki, çox istərdim bir daha geri dönüm, bir zamanlar dost bildiyim, güvəndiyim birindən, mənə arxadan vurdugu zərbəyə dönüm. Keçmişi versinlər, mən dönüm və ona bir daha inanmayım, onu özümə dost bilməyin... Amma nə qədər istəsək də, biz keçmişə dönə bilmərik, zamanı qaytarmaq qeyri-mümkündür. Odur ki, gələcəyə addımlayaq, pis yada ki, yaxşı keçmiş-keçmişində qalsın ki, biz gələcəkdə bir daha o səhvləri etməyək.
Dr Elvin Əli
Belə önəmli peşmançılığım yoxdur. Həyatda universiteti, işimi, ailə qurmağım hamısını risk etmişəm və ailəmə qarşı çıxmışam. Amma heç birinə də peşman deyiləm... Təşəkkürlər.
Fatma xanım
O qədər qayıtmaq istədiyim günlər var ki, yazsam, gərək bir dastan alınsın. Amma, düzdür, peşman olduğum hərəkətim olub. Səhviz insan olmur. O günə qayıtmaq istəyirəm ki, o gün mənim qardaşım sağ idi. O günə qayıtmaq istəyirəm ki, o gün anam var idi. O günü istəyirəm ki, o gün atamın ərköyünqızı idim. Ən axırda o günü istəyirəm ki, onda sağlam canım var idi. İndi isə heç biri yoxdur.
Ruhəngiz
Hər başlanğıcın bir sonluğu var. Bu, təbiətin inkarolunmaz qanunudur. İllər keçdikcə yaşadığımız acılı-şirinli günlərimizi bəzən öz-özlüyümüzdə təhlil edib nəticə çıxarırıq. Xoş və kədərli günlərimiz, yüzlərlə yadd aqalan hadisələr, sevincli çağlar bir anın içində həzin xatirəyə çevrilir, yaddaşımıza əbədi həkk olur.
Bu günlərdən eləsi olub ki, yenidən geri dönüb hansısa səhv addımımızı düzəltmək istəmişik, nəyə görəsə peşmançılıq hissi keçirmişik. Mənim həyatımda da belə bir peşmançılıqlar olmuşdur. Ən böyük peşmançılığım zamanında namaza gəlməməyimdir. Digər peşmançılığım o olmuşdur ki, tez inciyən olduğum üçün hər söz qəlbimə toxunurdu. Amma təbii ki, bunun belə olmasını istəməzdim, yəni hər deyilən sözə soyuqqanlı yanaşmamı istərdim.
AYSUN MEMMEDOVA
Mən uşaq olaraq qalmaq istəyir, iki üzlü, yalançı insanlar gördüm ki, istərdim qayıdım uşaqlıqa. Və o insanlardan uzaq olum.
гЂЉYEGiŞгЂ‹
Səhvsiz, peşmançılıq hissi keçirməyən insan təbii ki yoxdur. Şükür Elə bir üzqaraldan, peşmanlıq hissiylə yaşayan bir səhvim yoxdur. Olub ki, hisslərimi cilovlaya bilməyib cavab qaytarmışam, ya kiminsə xətrinə dəymişəm. İncidib məni.Düşünmüşəm bəlkə anında bir az səbirli olsam bəlkə də bu iş mənim xeyrimə olardı. Odur ki, düşünüb qərar vermək lazımdır hər bir işdə.
Pərvanə
Çox şükürlər olsun ki, həyatımda elə bir gün yoxdur ki, peşman olum geri qayıdım hansısa bir günümə. Əksinə istəyirəm ki, illər tez gedib keçsin. Qocalım, balalarımın xeyr işlərini görüm.
Mahmudzade
Keçmişə qayıtmış olsaydım, düşünürəm ki, etdiyim hər hansı səhvi yenidən edərdim. Çünkü o səhv artıq mənim alın yazımdır. Amma elə bir şans versəydilər ki, bu mümkündür, get, keçmişdən bir səhvini sil. Heç düşünmədən hicabımı səbəbsiz açdığım günə dönüb onu ömrümdən silərdim... Məndən bu qədər bir daha çox sağ ol, bacım.
Realist (A-N)
Nə zaman bu sual ətrafında düşünsəm, bu musiqi sözləri ağlıma gəlir: "Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim". Bu an öz-özümə düşünürəm ki, görəsən mən bunu arzulayırammı? Sərbəst şəkildə "Etiraz" edə bilmirəm. Ən önəmli səbəb budur: İnsan uşaq olarkən tez böyüməyi, ətrafındakı gənclərlə həmyaşıd olmağı arzulayır. Onlara hardasa qibtə ilə baxır. Aydın xatırlayıram ki, uşaq yaşlarımdaykən anamın ayaqqabıları ayağıma böyük olurdu, mən çox təəssüf keçirirdim. Ancaq bir zaman gözümü açdım ki, o ayaqqabılar artıq mənim ayağıma dar gəlir. Baxın, o zaman mən tez böyümək həsrəti çəkdiyim üçün təəssüfləndim. Bir çoxları kimi mən də çox zaman uşaqlıq illərimə geri dönməyi arzulayıram. O saf, qayğısız uşaqlıq illəri üçün burnumun ucu göynəyir. Artıq mən "ANA"yam. Mənim körpə balam var. Buna görə də artıq geriyə qayıtmağı heç zaman istəmərəm. Onun nəfəsindən bir gün belə uzaq düşmək mənə ağırdır. Allah bütün valideyinlərə can sağlığı versin. Övladlarını sağ-salamat həddi-buluğa çatdırsınlar. Hər zaman irəliyə, sabahımıza can ataq. Geriyə qayıtmağa yox!
XƏBƏR LENTİ
Yarpaqları yandırmayın!
"Zodiak" salatı (foto resept)
Bredli Kuper yeni sevgili tapdı-FOTO
Tarkan və xanımı 10 il əvvəl-FOTO
Dünyanın ən bahalı almaz ayaqqabısı
“Ağdamı sən azad edəcəksən”: Yaralı hərbçini xilas edərkən şəhid olan əsgərimiz - VİDEO
Toshiba 4K formatlı noutbuk buraxacaq
Zakir Həsənov Ermənistana onqat cavab verilməsinə dair tapşırıq verdi
"Qarabağ qara ləkədir"
Krım erməniləri milli-mədəni muxtariyyət aldılar
Siqaret yenidən ucuzlaşdı
Soçi 2014: dünənin çempionları
Sabahın HAVAsı
Məşhur amerikalı diplomatdan Avropa Oyunları açıqlaması
Uşağınızla evdə vaxt keçirmək üçün...
Məşhurlara bənzəmək üçün sərvət xərcləyənlər
Azərbaycan tarixindən yüz şəxsiyyət-39
Düşmənin bir neçə hərbi obyekti, texnikası, 20 nəfərdən çox şəxsi heyəti məhv edilib - VİDEO
Döş xərçənginin dərmanı tapıldı
Hava necə olacaq?
Zeze__cards - 4
Rusiyalı ekspert: “Ermənistan Azərbaycan Ordusunun uğurlu əməliyyatını etiraf edir” - VİDEO
Rənglər haqqımızda nələr deyir?
Bakıda doğru Şaxta babanı necə tapmaq olar?
Uşaq ensiklopediyası(12)
Milyarder insanları Aya aparacaq
Azərbaycanın tanınmış şairinin vəziyyəti pisləşib
Adriana Limadan türk sevgilisinə romantik mesaj
Prezident: "Gürcüstan Rusiya ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır"
Şimali Koreyada daha bir qadağa
Öd kisəsində daş yaranmasına səbəb olan hallar
Hamilə olduğunu doğuşdan 1 gün əvvəl öyrəndi-AZƏRBAYCANDA
Azərbaycana yeni vəzifə həvalə edildi
Eminem sosial şəbəkədə telefon nömrəsini paylaşdı
Şeytanla odunçunun döyüşü
Tolqa Karel yeni ev aldı
Sizcə göz dəymə varmı?
Fatma M - "Ürəyim çox cavandı, lap körpə uşaq ürəyi kimi"
Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI
Keti Perridən qəribə açıqlama
Qeyri-adi üzüklər
Hilal Altınbilek AÇIQLAMA verdi
Ən çox koronaviruslu xəstənin hansı ərazilərdə olduğu açıqlandı - RƏSMİ
Ayrılıq səbəbi bəlli oldu-XƏYANƏT
Bu gündən hava soyuyur
"Çukur" cəzalandırıldı-SƏBƏB
Düşmən mövqelərimizi minalarla vurur
Beren Saat onunla görüntüləndi-FOTO
Almalı piroq (foto resept)
Barbi tortu (foto resept)
- ŞƏRHLƏR