Bəzən xanımlarımızin evdə ürəklərinndən şirniyyat keçir, amma baxırlar ki, ərzaqların biri var, biri yox. Ona görə də müxtəlif növ şirniyyat hazırlayarkən reseptdə nəzərdə tutulmuş bu və ya digər xammalı başqası ilə əvəz etmək lazım gələrsə, onlardan elə seçilməlidir ki, nəticədə xammalın keyfiyyəti və görünüşünə mənfi təsir göstərməsin. Bəzi hallarda isə bu proses xammalın keyfiyyətini daha da yaxşılaşdıra bilər. Xanımlar, hər zaman yenilik axtarın və müsbət nəticələr əldə etməyə çalışın.
- Nişastanı eyni miqdarda əla sort buğda unu və ya resepdə nəzərdə tutulan başqa unla əvəz etmək olar.
- İnvert şəkərini patka ilə və əksinə əvəz etmək olar. 1 kq patka 1,1 kq invert şəkərinə bərabərdir.
- Pryanik hazırladıqda reseptdə nəzərdə tutulan şəkəri mürəbbə ilə əvəz etmək olar. Bu zaman 1 stəkan mürəbbə 1 st + 2 x.q şəkər tozuna bərabərdir.
- İnvert şəkəri eyni miqdarda mürəbbə (açıq rəngli meyvə, giləmeyvələrin) şirəsi ilə əvəz etmək olar.
- Kərə yağı eyni miqdarda marqarinlə və əksinə əvəz oluna bilər. Lakin duzlu yağ olduqda xəmirə əlavə ediləcək duz müvafiq surətdə azaldılmalıdır.
- Tort üçün krem hazırladıqda kərə yağı marqarinlə əvəz olunmamalıdır.
- Təzə süd qurudulmuş süd tozu və qatılaşdırılmış südlə, eləcə də qurudulmuş və qatılaşdırılmış qaymaqla əvəz oluna bilər. Bu zaman reseptdə şəkərin və ya yağın miqdarı müvafiq surətdə artırıb və ya azaldılmalıdır. 1 kq təzə südə aşağıdakı miqdarda başqa süd məhsulları uyğun gəlir.
- Şəkərlə qatılaşdırılmış yağlı süd 400 qram - bu zaman reseptdə şəkər 176 qram azaldılmalıdır.
-Şəkərlə qatılaşdırılmış yağsız süd 332 qram - bu zaman şəkər 142 qram azaldılmalı, 30 qram yağ əlavə edilməlidir.
- Qurudulmuş yağlı süd 130 qram, qurudulmuş yağsız süd 96 qram - bu zaman 30 qram yağ əlavə edilməlidir.
- Təzə yumurta melanjı yumurta sarısı, yumurta ağı və quru yumurta tozu ilə əvəz edilə bilər. 1 kq təzə qabıqsız yumurta (orta irilikdə 25 ədəd) 1 kq yumurta melanjına və ya 450 qram yumurta sarısı ilə 550 qram yumurta ağının qarışığına və yaxud 278 qram yumurta tozuna uyğun gəlir. Krem hazırladıqda belə əvəz edilmə aparılmır. Ancaq yumurtanın özündən istifadə olunmalıdır.
- Əgər reseptdə meyvənin növü göstərilməyibsə, onda həmin miqdar şirin ərik və ya gavalı çəyirdəyinin ləpəsi, meşə fındığı ləpəsi, yerfındığı və ya keşyu fındığı götürmək olar.
- Limon turşusu 1:1 və 1:1,2 nisbətində şərabdaşı turşusu ilə əvəz oluna bilər.
- 1 kq vanil kirşanı 1 kq şəkər kirşanı ilə 360 qram bir qat vanil cövhərinə bərabərdir.
- 1 kq vanil kirşanı 1 kq şəkər kirşanı ilə 37 qram vanilinə bərabərdir.
- Əgər reseptdə ətirli cövhərin adı qeyd olunmayıbsa, cövhərlərin biri digəri ilə əvəz oluna bilər. Ətirli cövhəri efir yağının spirtdəki məhlulu ilə də əvəz etmək olar.
- Bir yumurtanın qabıqsız kütləsi 43 qram, yumurta sarısı 20 qram, yumurta ağı 23 qram, bir tikə preslənmiş qənd 7-9 qramdır.
- Çay stəkanına 6 ədəd yumurta və ya 11 ədəd yumurtanın ağı, 12 ədəd yumurtanın sarısı və 22 ədəd preslənmiş qənd yerləşir.
XƏBƏR LENTİ
Saçları gücləndirən; saç detoksu
Su, qaz və işıqla bağlı YENİ QAYDALAR
44 ildən sonra ata ola biləcək - Nadir hadisə
Hələ də Windows XP işlədirsiniz?
Polis Ronaldunun oğlu ilə bağlı araşdırma aparır-SƏBƏB/FOTO
Yıldırım Qafqazdakı qeyri-sabit vəziyyətdən danışdı
Günün ulduz falı
Koronavirusa qarşı təbii vasitə aşkarlanıb
Koronavirusdan sağalanların ağciyərlərində elə şeylər tapıldı ki...
Ermənini məğlub edən güləşçi: "Hələ belə dəstək görməmişdim"
Uşaqlarınızın qış qayğıları
NATO Rusiya ətrafında həlqəni daraldır
Ər-arvad niyə dalaşırlar?
Sabahın Havası
Ən stresli peşələr
Bakı və Abşeron yarımadasında içməli suya olan tələbat artacaq
Xalq artisti dünyasını dəyişdi
İranın dörd əyalətini sel yudu
Türkiyə gözəli hicablı FOTO paylaşdı
Robert Pattinson yeni İMİCDƏ-FOTO
Polis və Daxili Qoşunların əməkdaşları Bakı küçələrində - FOTO
Hörgülərdən düzəldilmiş saç düzümü
Birce Akalay
Kral həcc ziyarəti ilə bağlı göstəriş verdi
Aztəminatlı ailələrə şad xəbər - mənzil veriləcək
İsrailin sabiq baş nazirinə hökm oxunub
Mehriban Əliyeva: “Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir!”
Atəşkəs yenidən pozuldu
Saqqızdan ayaqqabı düzəltdilər, qiyməti isə...
Qarın yağlarını əritməyə kömək edən ərzaqlar
Kikboksinq üzrə 20-ci Azərbaycan birinciliyinə yekun vuruldu
Akvariumun içində restoran
Zakir Həsənovun oğlu yeni vəzifəyə təyin edildi?
Katya Lel ölən sevgilisindən üzr istədi
Bakıda yeni binalarda mənzillərin qiyməti kəllə-çarxa qalxır
Yuxu yozmaları - Y
Şeron Stounu ildırım vurdu
Yağış yağacaq
Yaz üçün gözəl donlar-1
Böyük partlamanın səsi tapıldı: Higgs parçacığı qədər əhəmiyyətli bir kəşf
Orucun uzunömürlülüyə ŞOK TƏSİRİ
Vaqif Səmədoğludan xəbər var
Dəniz suyu da qızardı
Toxunma uşaq ayaqqabıları
Fitness bağlı bilinən yanlışlar
Daha bir yüksək rütbəli işğalçı məhv edildi - RƏSMİ
Ana olmaq məsuliyyətdir
Karantindən sonra şagirdlərə dərslər necə keçiriləcək? - EKSPERT RƏYİ
Üzüm pəhrizi
Ermənistanı Rusiyaya nifrət dağıdacaq?
- ŞƏRHLƏR