Doğrudan da maraqlıdır, dünyada iki cür dəyərləndirmə var, həm də bu dəyərləndirmə insanlığın daha da inkişaf etdirilməsi naminə göstərilmiş səy kimi qiymətləndirirlir. Bu dəyərləndirmələr daha sonra fəxri adlar, növbənöv təltifetmələr, pul mükafatları və s. ilə əvəz olunur. Bu səbəbkarlar daha çox insanların alim zümrəsindən olur.
Bəzən bir alim illərini sərf edərək virus icad edir və bu zərərli və zəhərli virus sayəsində milyonlarla insanın həyatına son qoyula bilər. Qırıcı təyyarələr, növbənöv kimyavi silahlar, böhran yarada biləcək maliyyə layihələri, insanları manipulyasiya etmək üçün motivasiya vasitələri və s. üstü hamar və cəlbedici görsənib altı zəhərli əməlləri də bu qəbildəndir.
Bəzən də bir alim illərini sərf edərək müxtəlif ağır xəstəliklərin aradan qaldırılması, varlı və yoxsul təbəqinin balanslaşdırılması, yeni iş yerlərinin açılması, sülh və əminəmanlıq şəraitinin yaradılması, xeyriyyəçilik, insanların həyatında rahatlıq yaratmaq naminə texniki inkişaf və s. xeyirə vəsilə olan əməllər üçün gözünün nurunu tökəcək qədər zəhmət çəkir.
Nəticə isə bərabərdir. Eyni nəzər, eyni diqqət, eyni mükafatlandırma. Təsəvvür edin, təltifolunma mərasimində iki böyük alimə mükafat verəcəklər. Bu mükafat dünyanın ən məşhur mükafatıdır ki, ondan o tərəfə dünya çərçivəsində bu cür mükafat yoxdur. Bir alimi - bəşəri bir gündə məhv edə biləcək virusu ixtira etdiyinə görə, başqa bir alimi isə - bütün dünyanı yoluxmuş virusdan sağalda biləcəyi vaksin icad etdiyinə görə təltif edirlər. Bir sözlə - zülmün və ədalətin, xeyrin və şərin eyni dərəcədə mükafatlanması...
Necə də gözəl buyurulub: "Kor ilə görən eyni olmaz. Zülmətlə nur da (eyni deyildir)! Kölgə (sərin) ilə isti (eyni olmaz). Dirilərlə ölülər də eyni deyillər!" (Quran, 35: 19-22)
Necə də qəribədir, belə deyilmi? Axı nə üçün alimlik həm də zülmə xidmət etməlidir? Nə üçün bir dövlət digər dövləti "Mən etməsəm, o edəcək. Elə o özü də bu fikirdədir! Yaşamaq üçün mübarizə aparmaq lazımdır, həyatda yalnız güclülər yaşayır" devizi altında zülm yaradır?! Axı, yaradılmış zülmün özünə doğru istiqamət alacağından kim sığorta olunub??? İki əks qütbün eyni cür mükafatlanması ədalətə ziddir və zülmdür. Hətta zülmün kulminasiya nöqtəsinin kəşfi üçün yorğun illər sərf olunsa belə, ona "Əhsən!" demək ədalət deyil, ədalətin öldürülməsidir. Çağdaş zamanımızda da ədalət qətlə yetirilir. Həm də elm adı altında.
Fərid Abdullah

XƏBƏR LENTİ
Ermənilərdən növbəti təxribat
Həftə sonunun HAVAsı - Dolu yağacaq
"Meymun adam" rekord vurdu
Bütün dünya təyyarəni axtarır
Günün qoroskopu:Bədxərclik etməyin!
Metroda qiymət artacaq?
Güclü külək əsəcək
Bu boyunbağı olmadan evlənmirlər
Sensasiyalı kəşf: elm dəyişir, kosmosda qızıl yaranır
"Facebook" yalana qarşı mübarizəyə başlayır
Gözəlliyinizi qorumağın bir neçə yolu
Ev şəraitində maska hazırlığı
Onurğa əyriliyi - skalioz
Almaniyada dünyanın ilk insan başı transplantasiyası əməliyyatı keçiriləcək
Nazirlik sosial şəbəkə istifadəçilərinə müraciət etdi
50 yaşlı nənə dördəm doğdu - FOTO
"Qara inqilab" qorxusu ABŞ-ı cənginə alır
Gürcüstan prezidenti ölkənin müsəlman vətəndaşlarını təbrik etdi
Məşhur müğənnini görənlər tanımadı-FOTO
Ziyafət donları
Avropa Parlamentinin deputatı Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarından danışıb
Mətbəx əşyaları
Cazibədar xanımlara möhtəşəm ziyafət donları
Hepatit pəhrizinin qızıl qaydaları
Əllər üçün maskalar
Kivi peçenyesi (foto resept)
Hamiləlik dövründə diş sağlamlığını necə qorumalı?
Azərbaycanın tanınmış dirijoru vəfat edib
Bakı Şəhər İcra Hakimiyyətidən daha bir xəbərdarlıq
Günün ulduz falı
Gözəl və qeyri adi
"Sosial sığorta haqqında" qanunda dəyişikliklər edildi
Leysan yağacaq, dolu düşəcək
40-cı illərin yataq geyimləri dəbə minir - FOTO
Dodaq boyası dişlərin rəngini ortaya çıxarır
27 il sonra atasının Zəngilandakı məzarını ziyarət edən hərbçimiz - VİDEO
"Yerevan Dağlıq Qarabağın müstəqilliyini yalnız o halda tanımalıdır ki..."
Qanımızı halal etdiyimiz yeganə qaniçən
Çavuşoğludan Pompeoya sərt cavab: “ABŞ və Fransa Ermənistana dəstək verdi”
Bakı metrosunun yeni qatarları gəldi
Karantin rejimi yenidən uzadıldı - RƏSMİ
45,5 milyon dollar uddu
"Eşkiya"dan daha bir AYRILIQ
HAVA necə olacaq?-7 Noyabr
Bananlı-çiyələkli kokteyl (foto resept)
Ziyafət geyimləri-1
Ukraynada yeni yaradılan millətlər ittifaqının rəhbəri azərbaycanlı oldu
Everestə qalxmaq ucuzlaşdı
Dünyada yeni dəb başlanıb
Son iki ildə suçiçəyi ilə bağlı alovlanma müşahidə edilib
