Giriş
Bağla

Ana südünün 12 möcüzəsi

Hamiləlik və analıq / Körpə və ona qulluq

Ana südünün 12 möcüzəsi
   Uşağa həyatın ilk 6 ayı boyunca başqa heç bir əlavə qida lazım deyil, ana südü körpənin bütün ehtiyaclarını qarşılamaq üçün kafi olur. Bu dövrdə körpəyə əlavə olaraq verilməsi lazım olan tək dəstək isə D vitaminidir. 
 Hər ananın südü öz körpəsi üçün özəldir
        Ana südündə inək südündə olmayan və laboratoriyada emal edilməsi mümkün olmayan 100-dən çox komponent var. Bundan əlavə,  ana südünün tərkibi körpənin davamlı dəyişən ehtiyaclarını ödəmək üçün daim dəyişir və yenilənir. Məsələn, ana südünün səhər saatlarındakı tərkibi axşamkı tərkibdən, birinci aydakı tərkibi yeddincidəkindən fərqli olur.  
 Daha asan həzm
       Ana südü körpənin həssas və hələ də inkişaf etməkdə olan həzm sistemi üçün də bənzərsizdir. Ümumiyyətlə, ana südü ilə bəslənən körpələrdə ishal və ya qəbizlik kimi problemlər olmur. Yalnız ana südü verilərkən xüsusi bağırsaq florası körpələri infeksiyalardan və ishaldan qoruyur. 
Ana südünün 12 möcüzəsi
Daha az natrium (duz) və zülal daxildir
      Ana südünün duz və zülal tərkibi inək südünə görə daha az olduğu üçün, təzə doğulanın inkişaf etməkdə olan böyrəklərinin süzmə tutumuna daha uyğun olur.
 Daha az allergiya riski
      Ana südü ilə qidalanan körpələrdə ilk 6 aylıq dövrdə də, sonrakı əlavə qida dövründə də qida allergiyasına süni yeməklə bəslənən körpələrə nisbətən daha az rast gəlinir.
 Daha yaxşı kalsium və dəmir qəbulu
      Ana südündəki kalsium və dəmir süni yeməklərə nisbətən daha çox əmilərək körpənin qan dövranına qatılır. Ana südü alan körpələrdə dəmir əskikliyi anemiyası daha az olur.
İmmuniteti gücləndirir
     Ana südü körpəni müxtəlif xəstəliklərdən qoruyan immunitet maddələrini - anticisimləri körpəyə verərək immun sistemini gücləndirir. Ana südü ilə bəslənən körpələrdə qulaq iltihabı, soyuqdəymə kimi xəstəliklər daha az olur. Eyni zamanda klinik müalicə tələb edən infeksion xəstəliklərə də bu körpələrdə daha az rast gəlinir. 
Ana südünün 12 möcüzəsi

Obezitedən qoruyar
     Ana südü körpəni gələcək həyatında obezitədən qoruyur.
 Psixoloji inkişafa təsir edir
     Ana südü yediyi əsnada ana ilə körpə arasında xüsusi bir əlaqə yaranır. Bu, körpənin psixoloji inkişafında müsbət təsir edir, ana-körpə əlaqəsini də qüvvətləndirir.
 Ana südü verilməsi ən rahat qidadır
     Hər zaman istifadə üçün hazır, təmiz və ideal istilikdə olur. Körpənin ehtiyacı olan hər yerdə və hər zaman verilə bilir. Ana südü süni qidalarla müqayisədə daha şox sərfəlidir.
 Ananı da qoruyur
      Əmizdirən analarda döş və uşaqlıq xərçənginə əmizdirməyənlərə nisbətən daha az rast gəlinir. 2 yaşa qədər ana südü verilməlidir. İlk 6 ay yalnız ana südü ilə qidalandırmaq, 6 aydan sonra əlavə qidalara başlamaq təklif edilir. Əlavə qidalara alışma müddətində əsas qida yenə ana südü olsa da, 1 yaşa qədər gündəlik qidalanmada 30 %-ə qədər azalır. Dünya Sağlamlıq Təşkilatı əlavə qidalarla birlikdə ana südünün 2 yaşa qədər davam edilməsini təklif edir.


Şərhlər (89)

qeribe qeribe 2 July 2015 15:45 Cavab yaz

Ana südünün faydası saymaqla bitməz. Tükənməz xəzinədir.

Razıyam sizinlə ana südü əvəz olunmazdır.Mən də balama ana südü verirəm
ureyimin gitdiyi yer ureyimin gitdiyi yer 20 January 2015 21:35 Cavab yaz

Men hec vermemisem ana sudu cunki qanim menfi oldugundan
yasmin czh yasmin czh 20 December 2014 21:30 Cavab yaz

Mende ana sudu verirem ogluma indi 5 ayliqdi doymur hem hipp verirem gunde 3 defe hemde ana sudu verirem.
Deniz84 Deniz84 6 December 2014 19:20 Cavab yaz

Hər biri ilə razıyam. Analar görmüşəm ki, vücudu pozulmasın deyə körpələrini bu zövqdən məhrum edirlər.
A-N-ar (Realist) A-N-ar (Realist) 28 November 2014 19:19 Cavab yaz

Ana südünün faydası saymaqla bitməz. Tükənməz xəzinədir.
Fidan.Memmedova Fidan.Memmedova 5 November 2014 09:44 Cavab yaz

Razıyam sizinlə ana südü əvəz olunmazdır.Mən də balama ana südü verirəm
minira72 minira72 21 March 2014 00:34 Cavab yaz

İndiki bəzi analar südləri ola-ola körpəni süddən kəsirlərki"fiquralari"pozulmasin bu ne derecede düzgündü canım.......
mekek mekek 6 February 2014 20:33 Cavab yaz

menim qizim 9 ayligdi ana sudu emir amma elave yemekleri gucle yedizdiriremmeselen kardof toyug sorbasi yemir
lsebiwka91 lsebiwka91 25 September 2013 09:39 Cavab yaz

salam.nelumat ucun cox sag olun.menim qizimda 6ayliqdi heleki wukurler olsun emir.coox istiyerdim 2yawina qeder emsin.inwaallah qismet olar.
samirafatima samirafatima 8 September 2013 23:01 Cavab yaz

mende qizimi 11 ayina qeder emizdirmisem,qizim elave yemeklerin hec birini goturmedi,verende cox pis vezyete dusurdu usaq
ulviyya.nadiyeva ulviyya.nadiyeva 4 September 2013 10:12 Cavab yaz

boyuk qizimi 2yawa qeder emizdirmiwem,2-ci qizim 8ayliqdi yene de ana sudu ile qidalanir
Fidan.Bagiyeva Fidan.Bagiyeva 12 August 2013 17:44 Cavab yaz

ASii,
YağmurВ damlası,
Ай Сель,
totuwunВ mamasi,
gurcustanliВ qiz,
NataВ Abdullayeva,
ayniskaВ gulum,
cabbarovaВ inara,
Elnure,Abdullayeva,
ayanВ elekberova,
eleqantka,
huseynВ qasimov,
Hər kəsə şərh yazdığına görə çox sağolumu bildirirəm give_ros
qadin.nettt qadin.nettt 12 August 2013 17:40 Cavab yaz

menimde indi balacam uc ayliqdi ele ana sudu verirem birinci evladimada ana sudu vermisem
sharimka sharimka 7 August 2013 18:21 Cavab yaz

Insallah tezlikle ana olmaq nesib olsun.Sudum Olsa Mutleq verecem.
yusif_2012 yusif_2012 6 August 2013 01:07 Cavab yaz

saqolun gozel fikirlerdi
aysel m-eva aysel m-eva 3 August 2013 16:30 Cavab yaz

cox saolunnnn air_kiss
Senan_elnure Senan_elnure 3 August 2013 16:26 Cavab yaz

menim oglum 5 ayliqdi mende ana sudu verirem/ arada kemsirin cay birde herden alma suyu verirem
'
yagmur_damlasi yagmur_damlasi 1 August 2013 17:55 Cavab yaz

cox sag ol canim,ela xeberdir.Ana sudu cox faydalidir ovlad ucun,Allah qisme etsin butun qizlarimza ana olmagi.
sansiro sansiro 26 July 2013 11:43 Cavab yaz

oglum 3 ayliqdi amma sudum azdi elave yemekde verirem bilmirem ne edimki sud artsin
totuwun mamasi totuwun mamasi 26 July 2013 00:41 Cavab yaz

NataВ Abdullayeva,
[ay cubuluya bax sen,nata xanim kopkorum ye,sudu artirir]
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика