Bu gün də sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən şirinbiyanın çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyik. Ümid edirik ki, faydalanacaqsınız.
Biyan kökündən hazırlanan preparatlardan soyuqdəymə, spazma, qıcolma, orqanların regenerasiyasının bərpa olunmasında, mədə və onikibarmaq bağırsaq yaralarının, mədə eroziyası və turşuluğun aşağı salınmasında, ödqovucu, sinir sistemi, iflic, xərçəng, SPİD, sarılıq, bir sıra dəri və s. xəstəliklərin müalicəsində geniş istifadə olunur. Dünya florasının tərkibində Paxlalılar – Fabaceae fəsiləsi 600-dən artıq cinsi, 12000-dən artıq növü əhatə edir. Bu növlər əsasən ot, kol və ağacdan ibarət olub Yer kürəsinin bütün ərazilərində yayılmışlar.
Fəsiləyə daxil olan növlərin icərisində qida, dərman əhəmiyyətli, boyaq, aşı, bəzək, nektar təbiətli faydalı bitkilərin geniş spektrinə rast gəlmək olar. Bu faydalı bitkilərdən biri də şirin biyandır.
Azərbaycanda isə 8 növünə təsadüf olunur. Bunlardan ən geniş yayılanı şirinbiyandır. Bunun kök hissəsindən xalq təsərrüfatının müxtəlif sahələrində geniş istifadə olunur. Ondan bir çox dərman preparatları hazırlanır. Şirin biyanın müalicəvi təsiri hələ çox qədim zamanlarda insanlara məlum olmuşdur. Hələ bizim eramızdan IV əsr əvvəl Teofrast göstərir ki, bu bitkidən döş və zökəm (öskürək) əleyhinə istifadə etmək olar. Bunun kök hissəsindən hazırlanan ekstraktlardan hələ 2800 il bundan əvvəl Çin xalq təbabətində istifadə olunmuşdur.
Biyanın kök və kökümsovlarının tərkibindən 0,6-15,2% qlükoza, 0,3-4,1% fruktoza, 0,3-20,3% saxaroza, 0,1-0,6% maltoza, 34%-ə qədər nişasta, mannit, 0,035% efir yağı, üzvi turşular, xolin, betain, C vitamini, karotin, 1,94- 2,39% kumarin, 5,5% aşı maddəsi, 2,02% qlikozid, izokversetin,kversetin, meratin, kempferol, 3-lyun-kobiozid, astraqalin,monoasetat, astraqalin, izoramnetiri, saporamentin, izoavrozid (folerozid), liqviritiqenin, izoliqvirtiqenin, qenvamin, foleroqenin, avrozid, neoavrozid, izoneoavrozid,
qlabranın, pinosembrin, prunetin flavonoidləri, yarpaqlarından üzvi turşulardan-fumar, limon, çaxır, alma, quzuqulağı, kəhrəba, malon, qlükon və s. aşkar edilmişdir. Hazırki dövrdə şirin biyandan hazırlanan preparatlardan bronxit, göy öskürək, vərəm, mədə yaraları, zəhərlənmə əleyhinə, xüsusən ət və göbələk zəhərlənmələrinə qarşı istifadə olunur. Böyük təbib və alim Əbu-Əli İbn Sinanın da
əsərlərində şirin biyanın müalicəvi təsiri barəsində geniş məlumatlar verilir. Şirin biyan kökündən hazırlanmış cövhəri içərkən orqanizm (gəncləşir) cavanlaşır.
Birma, Hindistan, Cin və Vyetnam olkələrində şirin biyan köklərindən hazırlanan cövhərlərlə sarılıq, mədə-bağırsağı, xüsusən də qastriti gözəl müalicə edirlər. Tibet təbabətində şirin biyan kökləri ilə vərəm, ürək və soyuqdəymə xəstəliklərini müalicə edirlər. Bundan başqa, ondan ilan vurmada, əqrəb sancmada, qudurmuş it dişləməsi əleyhinə də istifadə olunur. Şirin biyandan maddələr mübadiləsinin nizama salınmasında, iflic-sinir xəstəliklərinin müalicəsində istifadə edilir. Avropa ölkələrində şirin biyandan dərman vasitəsi kimi XII əsrlərdən istifadə edilməyə başlanmışdır. Hazırda bütün Avropa ölkələri onu öz dövlət farmakopeyasına daxil etmişlər. Şirin biyanın müalicəvi xüsusiyyətləri bizim ölkəmizdə də çoxdan məlum idi. Şirin biyandan hazırlanmış preparatlar müxtəlif xəstəliklərin müalicəsində də geniş tətbiq olunur.
Son zamanlarda şirin biyan kökünə olan tələbat xeyli artmışdır. Bu da ondan uç yeni quruluşlu birləşmələrin əldə edilməsi ilə əlaqədar olmuşdur. Bu birləşmələrin təsiri isə böyrəküstü vəzinin ifraz etdiyi hormonun təsir xüsusiyyətlərinə olduqca yaxın olmasıdır. Bu birləşmələrin içərisində ən əhəmiyyətliləri isə qliserrizin və qliserrat turşuları təşkil edir ki, bunlar da əsasən şirin biyan köklərindən alınan bioloji-aktiv preparatların əsas tərkib hissələrini təşkil edirlər. Bunlar hormonal xüsusiyyətli, allergiya, spazma və eləcə də soyuqdəymə xəstəliklərinə qarşı istifadə olunan preparatlar hesab edilir, Kartizon preparatı xüsusiyyətlərinə malik olan bu maddələr bir çox xarici ölkələrdə «Addison» vəzinin fəaliyyətinin pozulması nəticəsində orqanizmdə baş verən su və mineral maddələrin pozulması əleyhinə işlədilir. Biyanın kökündən alınmış ekstraktiv və siroplu cövhərlər mədə yaralarını, onikibarmaq bağırsaq, sinir və sairə xəstəliklərin müalicəsində istifadə olunur. Bu qlisirrizin xassəli turş birləşmələr öz kimyəvi xüsusiyyətlərinə görə fenol tərkibli steroidlərə oxşayırlar. Biyan şirəsi ilə mədə yaralarını müalicə edən zaman gün ərzində 40 q şirə daxilə qəbul edilirsə, bu zaman ağrı tezliklə kəsilir, 4 həftədən sonra yara tamamilə qaysaq bağlayaraq sağalır.
Biyan şirəsindən ekzema və zəhərlənmə əleyhinə də istifadə edilərək müsbət nəticələr əldə olunmuşdur. Qlisirrizin turşusu soyuqdəymə əleyhinə də işlədilir. Prof. V.İ.Litvinenko və onun əməkdaşları tərəfindən şirin biyanın kökündən flavonoid birləşmələri əldə olunmuşdur. Onlar bu maddələrdən yeni dərman preparatları hazırlayıb onlara linkiviritin və flakorbin adı vermişlər. Yeni alınmış bu preparatlar Xarkov Kimya Əczacılıq İnstitutunda müxtəlif heyvanlar üzərində sınaqdan keçirilərək belə nəticə alınmışdır ki, yeni dərman preparatları qıcolma, soyuqdəymə, yarasağaldıcı xüsusiyyətlərə malikdir. Biyan kökündən alınmış şirədən isə mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Son zamanlar şirin biyandan alınan preparatlar müxtəlif dövlətlərin farmakopeyasına daxil edilərək bir sıra xəstəliklərin müalicəsində geniş istifadə olunur.
XƏBƏR LENTİ
"Qoyun" peçenyesi(foto resept)
"Bakıda vəziyyət çox acınacaqlıdır"
Bu ərazilərdə qaz olmayacaq
Avtomobildə saxlanılan dərmanlarla bağlı ŞOK FAKT - Çox ağır fəsadı ola bilər
Erməni analar küçələrə çıxdı
Azərbaycanda daha bir pivə təhlükəsi
Bakı bulvarı Yeni ili necə qarşılayacaq?
Gözəl olmaq istədi canından oldu-FOTO
Bol tərəvəzli balıq (foto resept)
Qadin.Netlə birlikdə hamiləlik (XVII həftə)
Azərbaycan Diplomatiya Akademiyasında III Beynəlxalq Tələbə Festivalı keçirilib
“Anam məni tərk etdi, bu günahdırmı?”
İslam əxlaqı Dərs-2 ("Valideynin haqqı")
Yuxu yozmaları - Ü
Azərbaycanda məmur övladlarının əsgər getmələri ilə bağlı rəsmi açıqlama
Azərbaycanda narkoman qadınların sayı ildən-ilə artır
Samsung-dan smartfonlar üçün oyun pultu
Azərbaycanda bu qadınlara fəxri adlar verildi - SİYAHI
Sahə həkimi kimdir, nə iş görməlidir?
Bakıda mənzillərin qiymət artımı nə vaxta kimi davam edəcək?
Vergi faizi aşağı olan ölkələr
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Bakıda həbs edilən azərbaycanlı səfirlə bağlı yeni QƏRAR
Hava haqqında - 07.03.2014
İlham Əliyev G20-yə bu təyyarə ilə gedəcək
""Qarabağ" "Eintracht"ı keçə bilməsə..."
Peris Hiltonun 65 min dollarlıq çantası-FOTO
Suya çox ehtiyacı olmayan 3 bitki
Qadınlar nə istəyir?
Hicablı xanımlar üçün ziyafət donları
Ermənistanda təkcə maaşla yaşamaq mümkün deyil
Zakir Həsənov: “Düşmən 50 hərbçisini itirib”
Albalı pudinqi (foto resept)
Sağlam körpə üçün sağlam qidalanın
Kartof dolması (foto resept)
Parıldayan saçlar üçün aspirin
İçi doldurulmuş kabak(foto resept)
Ramazanın sonuncu gününün duası
Alimlərdən XƏBƏRDARLIQ: Sentyabrın 1-də...
Letargiya: "Ölüm və həyat" dayanacağının sakinləri
Nahardan sonrakı yuxu çox faydalıdır
Qarın bölgəsindəki piylər hansı xəstəliklərə tutulma riskini artırır?
Ermənilərin Rusiyaya qarşı etiraz aksiyaları davam edir
Super lent hazırlanıb
ABŞ-la Rusiya arasında buz əriyir
Buraxılış imtahanında neçə məzun iştirak edəcək?
Azərbaycan kino tarixində bir İLK
Alimlərimizdən ürək-damar xəstəlikləri ilə bağlı yenilik
İlk gümüş dollar rekord qiymətə satıldı
Oturaq həyat tərzi beynin fəaliyyətini korlayır
- ŞƏRHLƏR