Şəkərli diabet endokrin sistemin pozğunluğu olub insulin hormonunun çatışmamazlığı nəticəsində meydana gələn xəstəlikdir. Bu xəstəliyə tutulanların sayı durmadan artır. İstərdim bu xəbərdə həm bu xəstəlik haqda sizlərə məlumat verim, həm də xəstələrimizə bəzi məsləhətlərlə az da olsa faydalı olum.
Şəkərli diabetin 2 tipi var: insulindən asılı tip və asılı olmayan tip. Birinci tipdə endokrin sistem təmamilə öz funksiyasını itirir, qanda insulinin səviyyəsi sıfıra enir. Orqanizmdə pankreatit, mədəaltı vəzin toksik zədələnməsi, xərçəng və s. ağır xəstəliklərə səbəb olur. İkinci tipdə isə insulin hormonunun ifrazı ya qismən azalır, ya da normal olur. Artıq çəki və ya piylənmə orqanizmdə ifraz olunmuş insulinin həzminə mane olur. Bu tip şəkərli diabetə həm də arterial qan təzyiqinin yüksək olması, irsi meyllilik, uzunmüddətli stress halları və pis vərdişlər də səbəb olur.
Xəstəliyin simptomları:
1. Əsas simptomlar
Sidik ifrazının çoxalması, susuzluq, daimi aclıq, çəkinin azalması
2. İkinci dərəcəli simptomlar
Dəridə qaşınmalar, qadınlarda cinsiyyət orqanında qaşınmalar, ağızda quruluq, baş ağrıları, görmənin zəifləməsi
Qeyd: Çox zaman xəstəliyin əlamətləri gizlin getdiyindən yalnız qan və sidik analizi zamanı özünü göstərir.
Xəstəliyin dərəcələri:
Yüngül- ən təhlükəsiz formasıdır
Orta-ağır- görmə qabiliyyəti azalır, böyrəklərin fəaliyyəti çətinləşir, əsəb sistemi zəifləyir
Ağır- Bu formada xəstə insulini xaricdən qəbul edir. Diabetik şok təhlükəsi çox yüksəkdir.
Xəstəliyin müalicə üsulları:
Şəkərli diabet xəstələri həkim nəzarətində olub müəyyən pəhrizə əməl etməlidirlər. Ev şəraitində aşağıdakı məsləhətlər yardımçı vasitələr sayıla bilər.
1. 2 xörək qaşığı qarabaşağı kofemolkada üyüdüb özərinə 1 stəkan qatıq əlavə edib səhər və axşam olmaqla gündə 2 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul etmək lazımdır.
2. Qanda şəkərin miqdarı artdıqda 300 ml qaynanmış suya 10 dəfnə yarpağı əlavə edib termosda bir sutka saxladıqdan sonra gündə 3 dəfə 50 ml olmaqla yeməkdən 30 dəqiqə əvvəl qəbul etmək lazımdır. Kurs müddəti 3 həftədir.
3. Gündə iki dəfə olmaqla yarım stəkan kartof şirəsinin qəbulu xəstəliyi yüngülləşdirir.
Səhərlər ac qarına 1 çay qaşığı kətan yağının qəbulu qanda şəkərin səviyyəsini aşağı endirir.
4. Ədviyyatlardan darçın və zəncəfil xeyirlidir.
Hansı qidalardan tamamilə uzaq durmalı:
Bəyaz undan hazırlanmış məmulatlar, şirniyyatlar,mürəbbə, bal, konfet, şokalad, duzlu və hisə verilmiş məmulatlar, dondurma, qoyunun yağlı əti, xardal, üzüm, banan, alkoqollu içkilər.
XƏBƏR LENTİ
Hamiləlik zamanı cinsi münasibətlər (davamı)
Alimlər bu dərmanın koronavirusa qarşı faydasız olduğunu sübut etdilər
Hansı çimərliklər istifadəyə yararsızdır?
Bu rayonlarda şagirdlər dərsə gedə bilmədilər
Bergüzar Korel evindəki qaydalardan danışdı-FOTO
Xəbərdarlıq: Temperatur yüksəlir
Bakının ən hündür zonasında çatlar yarandı
Tovuzun 121 yaşlı nənəsi
Ben Afflek Lindseydən AYRILDI-SƏBƏB
Bülent Ersoydan qəribə ETİRAF
"Buna imkan verməyəcəyik"
Gənc qadının internetdən verdiyi sifariş hamını təəccübləndirdi - FOTO
Qadın qısqanclığı
Yuxu haqqında bilmədiyiniz məlumatlar
Düşüncə ilə mesaj göndərilir
"WhatsApp"da gözlənilən yeniliklər işə düşdü
Sevgidə çətinliklər...
Ukraynada azərbaycanlı gənclər ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər
Paytaxtda böyük təhlükə kök salıb
Bir yerdə idman edək-3
Gəlin buketləri
Payızda koronavirus yenidən aktivləşə bilərmi? - Epidemioloq danışdı
Aspirinin bilinməyən faydası tapıldı
Epilepsiyanın göstəriciləri
96 yaşlı veterandan GÖZLƏNİLMƏZ ADDIM-FOTO
Bahalaşma təhlükəsini necə dəf etmək olar?
ABŞ prezidentində koronavirus simptomları yoxa çıxdı
70-ci illərin dəbi geri qayıtdı: Kürk paltolar
Braziliyada həbsxanadan 470 məhbus qaçıb
Kartof salatı (foto-resept)
Şəkər xəstəliyi haqqında doğru bildiyimiz yanlışlar
Dünyada nüvə müharibəsinin anonsu verildi
Parlamentdə işə düzəlməklə bağlı YENİLİK
Hadisənin 5 gözəllik sirri
Gözlərə ziyan vuran vərdişlər
Afaq Bəşirqızı üçün özəl gün
Səhv bilinən yalnış faktlar
Tərtərdə zibillikdən qədim kilim tapıldı
Kök şorbası (foto resept)
Süni beyin yaradıldı
Müdafiə Nazirliyi: “Ermənistan döyüşlərdə yüzə yaxın hərbi qulluqçusunu itirib” - VİDEO
Brilliant Dadaşova: "Bu şəhərdən qaçaq"
Övladımıza cinsi təhsili nə vaxt verməliyik?
61 yaşlı Şeron Stoundan FOTOsessiya
Susqunlar məclisi
Serenay Sarıkaya Kerem haqqında danışdı
Arıqlamaq üçün YENİ ƏMƏLİYYATSIZ METOD
Kremli peçenye (foto resept)
Süd əmməklə məhrəm olmaq olarmı?
Nə gördünüz? (test)
- ŞƏRHLƏR