Qadin.NET / Şəkərli diabet

Şəkərli diabet

Şəkərli diabet endokrin sistemin pozğunluğu olub insulin hormonunun çatışmamazlığı nəticəsində meydana gələn xəstəlikdir. Bu xəstəliyə tutulanların sayı durmadan artır. İstərdim bu xəbərdə həm bu xəstəlik haqda sizlərə məlumat verim, həm də xəstələrimizə bəzi məsləhətlərlə az da olsa faydalı olum.

Şəkərli diabetin 2 tipi var: insulindən asılı tip və asılı olmayan tip. Birinci tipdə endokrin sistem təmamilə öz funksiyasını itirir, qanda insulinin səviyyəsi sıfıra enir. Orqanizmdə pankreatit, mədəaltı vəzin toksik zədələnməsi, xərçəng və s. ağır xəstəliklərə səbəb olur. İkinci tipdə isə insulin hormonunun ifrazı ya qismən azalır, ya da normal olur. Artıq çəki və ya piylənmə orqanizmdə ifraz olunmuş insulinin həzminə mane olur. Bu tip şəkərli diabetə həm də arterial qan təzyiqinin yüksək olması, irsi meyllilik, uzunmüddətli stress halları və pis vərdişlər də səbəb olur.

Xəstəliyin simptomları:

1. Əsas simptomlar

Sidik ifrazının çoxalması, susuzluq, daimi aclıq, çəkinin azalması

2. İkinci dərəcəli simptomlar

Dəridə qaşınmalar, qadınlarda cinsiyyət orqanında qaşınmalar, ağızda quruluq, baş ağrıları, görmənin zəifləməsi

Qeyd: Çox zaman xəstəliyin əlamətləri gizlin getdiyindən yalnız qan və sidik analizi zamanı özünü göstərir.

Şəkərli diabet

Xəstəliyin dərəcələri:

Yüngül- ən təhlükəsiz formasıdır

Orta-ağır- görmə qabiliyyəti azalır, böyrəklərin fəaliyyəti çətinləşir, əsəb sistemi zəifləyir 

Ağır- Bu formada xəstə insulini xaricdən qəbul edir. Diabetik şok təhlükəsi çox yüksəkdir.

Xəstəliyin müalicə üsulları:

Şəkərli diabet xəstələri həkim nəzarətində olub müəyyən pəhrizə əməl etməlidirlər. Ev şəraitində aşağıdakı məsləhətlər yardımçı vasitələr sayıla bilər. 

1. 2 xörək qaşığı qarabaşağı kofemolkada üyüdüb özərinə 1  stəkan qatıq əlavə edib səhər və axşam olmaqla gündə 2 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul etmək lazımdır.

2. Qanda şəkərin miqdarı artdıqda 300 ml qaynanmış suya 10 dəfnə yarpağı əlavə edib termosda bir sutka saxladıqdan sonra gündə 3 dəfə 50 ml olmaqla yeməkdən 30 dəqiqə əvvəl qəbul etmək lazımdır. Kurs müddəti 3 həftədir.

3. Gündə iki dəfə olmaqla yarım stəkan kartof şirəsinin qəbulu xəstəliyi yüngülləşdirir.

Səhərlər ac qarına 1 çay qaşığı kətan yağının qəbulu qanda şəkərin səviyyəsini aşağı endirir.

4. Ədviyyatlardan darçın və zəncəfil xeyirlidir.

Hansı qidalardan tamamilə uzaq durmalı:

Bəyaz undan hazırlanmış məmulatlar, şirniyyatlar,mürəbbə, bal, konfet, şokalad, duzlu və hisə verilmiş məmulatlar, dondurma, qoyunun yağlı əti, xardal, üzüm, banan, alkoqollu içkilər.

8 aprel 2011
GO BACK