"Yoqa (2)" adlı xəbərimdə yoqanın 12 vəziyyətinin altısını təqdim etmişdim. Qalan vəziyyətlər bədənimizin inversiyasına yönəlib. İnversiya - bu söz yoqanın istənilən vəziyyətidir hansı ki, bu zaman baş ürək səviyyəsində olur. Bu vəziyyətləri yerinə yetirərkən qan dövranı yaxşılaşır. Beyinə təmiz qan gedir.
7. Aşağı əyilmiş it vəziyyəti: Bu ad sizə gülməli görsənə bilər, əgər siz it durarkən necə gərnəşdiyini görmüsünüzsə hərəkətin mahiyyətini anlayarsız. Əgər sizin təzyiqiniz yüksəkdirsə hərəkəti stulun köməyi ilə etməniz məsləhətdir. Hərəkətə başlayaq - əlimizi belə qoyub dizlərimizi yığırıq, əllərimizi çiyin səviyyəsində ayaq barmaqlarımızın yanına qoyuruq. Baş barmaq önə baxmalıdır, digərləri yanlara açılmış olmalıdır. Əllər hərəkətsiz qalır, növbə ilə ayaqlarımızı geriyə çəkirik. Dizlərimizi azca bükürük ki, onurğanı düz saxlaya bilək. Sonralar buna ehtiyac qalmayacaq. Dabanlarımızı yerə qoymağa çalışmalıyıq, bunu tam edə bilməsəz də yenə də çalışmaq lazımdır. 6 tənəffüs hərəkəti edilir. Nəfəs aldıqda qollar gərilir çiyinlər yana açılır, baş qarına doğru baxır. Nəfəs verdikdə bədəni gərginlikdən çıxarırıq, dabanlarımızı yerə sıxırıq.
8.Kobra: Müasir dövr bizi zaman-zaman irəli əyilməyə məcbur edir. Biz gündəlik olaraq aşağı əyilirik yazı yazmaq üçün, yerdən nə isə götürməkdən ötrü və bu qozbelliyə səbəb olur. Zaman keçdikcə bel ağrılarından və qozbellikdən əziyyət çəkməmək üçün vaxtında onurğanın qeydinə qalmaq lazımdır. Onurğanı möhkəmləndirmək üçün ən yaxşı hərəkətlərdən biri kobradır. Hərəkətə başlayaq! Üzü üstə uzanırıq- dağ və digər hərəkətlərdə olduğu kimi çiyinlər geniş açılmış, çanaq arxaya baxmalı və qarın içəri çəkilmiş olmalıdı. Əlləri qatlayaraq çiyinlərin altına, pəncələr yerə bərk sıxılmış, dirsəkləri gövdəyə sıxırıq asta-asta nəfəs alırıq, bədəni yerdən ayırırıq, bu zaman əllərimizin köməyindən istifadə etmirik. Nəfəs verdikdə sakitcə üzü üstə uzanırıq. 6 tənəffüs hərəkəti ilə belimizi qızışdırırıq və kobranın finalına keçirik. Nəfəs aldıqda bədənimizi qaldırırıq və bu dəfə əlimizin köməyindən istifadə edərək qalxa bildiyimiz qədər qarxırıq. Yenə dirsəkləri bədənə sıxılmış saxlayırıq 6 tənəffüs hərəkəti edirik
10.Oturaraq bədənin dartılması: Körpə vəziyyətini başa vurduqdan sonra ayaqlarımızın üstündə otururuq və oturaraq dartılma hərəkətlərini edirik. Bu hərəkətlər yoqanın əyilmə pozisiyaları üçün "baza" rolunu oynayır. Hərəkətə bardaş quraraq oturmaqla başlayırıq. Əgər bu cür oturmaq sizə çətin gəlirsə sadəcə stulda otura bilərsiz. Yana dartılmalar onurğanı möhkəmlədir və həzm sistemini qaydasına salır.
Sağ əli sağ tərəfdən yerə qoyuruq, sol əlimizi sağ ayağa dizin üstünə qoyuruq. Dik oturun və əmin olun ki, çiyinlər arxaya çəkilmiş haldadır. Nəfəs aldıqda yuxarı dartını, nəfəs verdikdə sağ tərəfə kiçik dönüş edin, yəni gövdəni sağa fırladın. Baş sağ çiyinə baxır, hər dəfə nəfəs aldıqda yuxarı uzanın, nəfəs verdikdə isə daha çox sağ tərəfə burulmağa çalışın 6 tənəffüs hərəkətindən sonra sol tərəfə də eyni bu qaydalara davam edin.
11.Oturaraq irəli əyilmə: Yenə də hərəkətə bardaş qurub oturmaqla başlayırıq, bu hərəkəti tam icra etmək üçün onurğa çox elastik olmalıdır odur ki, necə bacarırsız elə də edin. Sağ ayağı irəli uzadın sol ayağı isə dizdən büküb sağ ayağın buduna dirəyin. Əllərinizi sağ ayağın pəncəsinə uzadmağa çalışın, onurğanı düz saxlayaraq bunu edə bilmirsizsə bir qayışın köməyilə edin, yenə də onurğanı düz saxlamaqdan ötrü dizinizi azca yığa bilərsiz. Nəfəs aldıqda dikəlin, nəfəs verdikdə isə aşağı uzanın (əvvəlcə tam yox). 6 tənəffüsdən sonra hərəkəti digər ayaqla davam edin.
Bu hərəkətin başqa bir variantında hər iki ayaq uzadılır və əyilmə 2 ayağın üzərində olur yenə də qayışın köməyindən istifadə edə bilərsiz.
12.Relaksasiya: Hər bir edilən yoqa vəziyyətində onurğa və ətraflarımız gərilmiş vəziyyətdə olur. Bütün bu gərginlikdən sonra rahatlanmaq üçün edilən hərəkətlərin effektini anlamaq gərəkdir. Relaksasiya bunun üçündür. Tam sərbəst uzanırıq, ayaqlar necə rahatdırsa elə vəziyyətdə olur, bədən tamamilə rahatlanmış vəziyyət alır. Əllər nisbətən yanlara açılmış, ovuclar yuxarı baxır siz nəfəs alırsız. Gözlərinzi yuma da bilərsiz bu tam sərbəstdir.
Bu da son, biz yoqaya giriş üçün lazm olan bütün hərəkətləri öyrəndik. Yoqanı hər gün edin ya da heç olmasa həftədə 3 günü ona həsr edin. Hərəkətləri təkmilləşdirməyə çalışın. Sizdə hər şey gözəl alınacaq. Unutmayın ki, hər şeydən önəmlı təbəssümdür. Üzünüzdən təbəssümü əksik etməyin.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Buraxılış imtahanlarında iştirak edə bilməyənlərə yenidən şans veriləcək? - RƏSMİ
Ramazanın 16-cı gününün duası
76 kq arıqlayıb hər kəsi təəccübləndirdi-FOTO
Dişlərin ağardılma üsulu (1)
Meryem Üzerli YENİ İMCİDƏ-FOTO
"Bizim Tarla" Manqal salatı
Namazda diqqətimizi toplamaq üçün nə edək?
Sabahın HAVAsı
Azərbaycanda bu xəstəlikdən əziyyət çəkən uşaqların sayı gizli saxlanılır
Makiyajsız da gözəl görünə bilərsiniz
Övladı I sinfə gedəcək valideynlərə şad xəbər
700 bal toplayan 15 gənclər - SİYAHI
Pomidorlu çörək (foto resept)
Azərbaycanın Rusiyadakı səfirliyi vətəndaşlarımıza xəbərdarlıq edir
Lobbiçiliyə kim ən çox pul xərcləyir?
Rəngarəng keks (foto resept)
Mebelləri silmək üçün təbii məhsul
"Dərs vaxtı"nın 14 sentyabr cədvəli AÇIQLANDI
Bakıda nəhs günün ilk əlaməti göründü
Koronavirusla mübarizə üçün ən effektiv çay
Tez hazır olan qəlyanaltı (foto resept)
Neftçi" Avropa Liqasında!
Fevral ayının qalibləri!
Pendirli poğaça (video-resept)
Facebook-da yeni funksiya: Gizli rəylər
Ailələrin dağılmasının daha bir SƏBƏBİ açıqlandı
Yaponiyada uşaqların sayında rekord azalma
Çiyələkli-kokoslu dondurma (foto resept)
Azərbaycanda keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtı açıqlandı
Qandakı şəkəri dərhal ölçən cihaz
Azərbaycanda qız köçürmə, yoxsa.....
Göz haqqında maraqlı faktlar
Çində 6 bal gücündə zəlzələ baş verib
Kökündə ölüm qorxusu dayanan kompleks - Natamamlıq
Bakıda yol polisi sürücülərə xəbərdarlıq etdi
“Koronavirusa bu yolla qalib gələ bilərik” - Rəşad Mahmudov
Mitinq çağırışı edən saytlar bağlanacaq
Gül formalı ananas (foto resept)
Mədə-bağırsaq xəstəliyi və qurdları
Tərəvəzli makaron (foto-resept)
Günün ulduz falı - 10.09.2013
Elmə məlum olmayan canlılar tapıldı
Siz hansı tip anasınız?
Kişilərin xəyanət etməsinin səbəbləri
Hava haqqında
Pakistanda Azərbaycanla bağlı sərgi
Azərbaycanda şaxta rekord həddə çatacaq
Gökhan Töre və Esra Bilgiç BOŞANDI-FOTO
Günün qoroskopu: bu gün çox mətləblər aşkarlanacaq
HAVA necə olacaq?
- ŞƏRHLƏR