Bir qədər də çox vaxt xətərsiz kimi görünən və kefi qaldırmaq üçün istifadə edilən nikotin və alkoqolun orqanizmə vurduğu zərərli təsirindən danışaq.
Tütünün tüstüsündə sağlamlığa və həmçinin gözəlliyə zərər vuran 400-ə qədər müxtəlif maddə vardır.Hamıya məlum olan nikotindən başqa,tütünün tərkibində ammonyak,hidrogen-sulfid,sianid turşusu,karbon qazı və bir çox başqa zəhərli maddələr daxildir.Orqanizm nə qədər erkən papiros tüstüsü ilə qarşılaşırsa,onda bir o qədər çox pozğunluqlar törəyir.
Belə hallarda valideyinlərin,ya da qonaqların çəkdikləri papirosun tüstüsünün ən ağır qurbanı uşaqlar olur.Onlar istər-istəməz papiros tüstüsü olan hava ilə nəfəs alır,passiv papiros çəkənlərə çevrilirlər.
Bəzən onlar çoxlu papiros tüstüsü olan otaqda olarkən gündə 10"papiros çəkmiş"olurlar.
Burada xüsusi olaraq qeyd etmək lazımdır ki,uşaqların,yeniyetmələrin və qadınların orqanizmi daha çox böyüyən və bölünən hüceyrələrə malik olduğu üçün müxtəlif zəhərlərə və ələxsüs nikotinə çox həssasdır.Papiros çəkmə qadınlarda aybaşı dövrünü pozar,onun uşağaqalma qabiliyyətini azaldar,uşaqsalma ehtimalını artıra bilər.O,həmçinin hamilə qadınlarda dölün inkişafına da mənfi təsir göstərir.
Papiros çəkərkən,bir qayda olaraq,bir sıra kosmetik qüsurlar əmələ gəlir.Papiros çəkən qadınların dərisi boz-göyümtül rəng alır,bir qədər sonra isə soluxmuş perqamentə oxşayır,quruyur və qırışır.Burun-ağız qırışları dərinləşir,dişlər saralır,
barmaqlarda bozumtul ləkələr əmələ gəlir.Əzələləri oksigeni az aldığından zəifləyir və süstləşir.
Nikotin damar sisteminə də pis təsir edir.Onun təsiri altında kiçik damarların divarları elastikliyini itirir ki,bunun da nəticəsində papiros çəkənin üzündə qırmızı qan damarlarından ibarət xoşagəlməz tor əmələ gəlir.
Papiros çəkənlər tez yorulurlar.Bu,ən əvvəl,baş-beyin hüceyrələrinin oksigenlə kifayət qədər təmin olunmaması və eləcə də nikotinin orqanizmdəki S vitaminini sürətlə parçalaması ilə əlaqədardır.
Nikotinin zərərli təsiri haqqında hələ çox danışmaq olardı.Burada ancaq bir şey şübhə doğurmur:papirosçəkmə,ümumuyyətlə hamıya zərərdir və əgər biz qəşəng görünmək və sağlam olmaq istəyiriksə papiros çəkməməliyik və çəkilən yerlərdə də olmamağa çalışmalıyıq.
Bizim sağlamlığımıza və zahiri görünüşümüzə mənfi təsir göstərən digər amil --alkoqoldan sui-istifadədir.Bəziləri öz korlanmış əsəblərini "sakitləşdirmək" üçün içirlər.Bu cür sakitləşmək istəyənlər çox vaxt ağır vəziyyətə düşürlər,çünki tezliklə onun aludəçisinə çevrilirlər.
Belə bir fikir geniş yayılmışdır ki,bir stəkan içmək hətta xeyirdir.Bu əqidədə olanlar bilməlidirlər ki, "100 qr" bədəndə 700-ə yaxın kalori ayırır ki,bunu da orqanizm sərf eləyə bilmir.
Alkoqolun qida əhəmiyyəti varmı?
Yüksək kaloridən başqa heç nə vermir.Bundan başqa,elmi tədqiqatlar göstərir ki,alkoqol maddələr mübadiləsini nizamsızlaşdırır,toxumaların oksigenlə təminini pozur və oksigen çatışmazlığına səbəb olur.
Alkoqol iştahanı artırırmı?
Bir dəfə içdikdə artırır.Lakin içən adamların,ələxsüs tünd içki içənlərin tədricən iştahaları küsür,vaxt keçdikcə onlarda mədənin və bağırsaqların selikli qişasının xroniki iltihabı əmələ gəlir.
Alkoqol orqanizmin xəstəliklərə qarşı müqavimətini artırırmı?
Bəziləri deyirlər ki,alkoqol adamı soyuqdəymədən qoruyur.Əslində isə hətta çoxlu içilmiş alkoqol da bakterisid təsir göstərməyə kifayət etmir.Əksinə,alkoqol orqanizmin müqavimət qabiliyyətini zəiflədir və onun müxtəlif xəstəliklərə,o cümlədən soyuqdəyməyə qarşı dözümlülüyünü aşağı salır.
Alkoqoldan sui- istifadə edən adamların xarici görünüşü çox tezliklə dəyişir:üz şişir,gözlərin parıltısı itir və onların altında torbalar əmələ gəlir.
Kiçik dozada qəbul edilən alkoqolun orqanizmə necə mənfi təsir göstərdiyini yada salmaq pis olmazdı.
Qanda alkoqol hətta 0,2 promildən (promil -100 ml qanda olan alkoqolun milliqramlarla miqdarıdır) çox olduqda diqqətin toplanması,düşüncənin əlaqələndirilməsi pozulur, 0,5 promil (1 şüşə pivə) zamanı bəbəklərin işığa olan reaksiyası aşağı düşür və görmə dairəsinin məhdudlaşması nəzərə çarpır,hərəkətdə olan şeyləri izləmək və hərəkətin parametrlərini,istiqaməti,sürəti,məsafəni təyin etmək qabiliyyəti pozulur.0,5 promildən yüksək konsentrasiya isə sinir sisteminin daha da kütləşməsinə,düzgün qərar qəbuletmə qabiliyyətinin daha da zəifləməsinə gətirib çıxarır.Qanda 0,5-1,0 promil alkoqol olduqda eşitməyə və görməyə reaksiya oyadan amilə verilən cavabın vaxtı 40% artır.
Alkoqol deyəndə,ilk növbədə,araq nəzərdə tutulur.Lakin 100-150 q çaxır,ya da 0,75 l pivədə də 50 q araqda olan qədər
alkoqol vardır.Arağın qədəhlə,çaxırın stəkanla,pivənin isə parçla içildiyini nəzərə alsaq onda aydın olur ki,alkoqollu içkilərin hamısı zərərlidir və onlardan çəkinmək lazımdır.
XƏBƏR LENTİ
Danimarkada uşaq kanalında çəkilən veriliş qalmaqal yaratdı
Düşbərə (foto-resept)
Ordumuz Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində yeni mövqelərə irəliləyib - RƏSMİ
Ürək sağlamlığını qorumaq üçün tövsiyələr
Bakı, Sumqayıt və Abşerona giriş dayandırıldı
Donlar
Kosmik səyahətlər gerçək olur!
Feuerbach haqqında tezislər
2020-ci ildə Vatsap və İnstaqram OLMAYACAQ - ŞOK QƏRAR
Qeyri-adi yaradıcılıq nümunələri
Seda Sayan QƏZƏBLƏNDİ-SƏBƏB
Direktor olmaq istəyənlər, qaydalar dəyişdirilir
Möcüzəvi su və isti ayaq vannaları
Məşhur aktyor İmicini Dəyişdi - FOTO
Cəlilabadda tarixi tapıntı
Nilufər 63 yaşını qeyd etdi-FOTO
Ölümün bir addımlığında: Beyin travması
Pensiyaçılara XƏBƏR VAR: Yanvar ayının ödənişləri ...
Aerokriopilinq - dərinin soyuq hava ilə müalicəsi
Avropa çempionu olan idmançımıza mənzil verildi
Xudaya yar olan şəhidimiz - VİDEO
Britney Spears pəhrizi
Gül-çiçəkli, bər-bəzəkli çantalar
25 il Laçınsız...
İlham Əliyev yaralı əsgərlərlə görüşdü
Botoks etdirmədən gözəl görünməyin yolları
HAVA necə olacaq?-5 Mart
Meryem Üzerli çənəsini əməliyyat etdirdi
BDU-da səkkiz yeni ixtisas açılıb
Həddindən artıq yuxuya diqqət
Hamiləlik dövrləri (32-39 həftələr)son
Duyğu Çağatar Ulusoyun evinə köçdü-FOTO
Xərçəng xəstəliyinin yeni əlaməti aşkar edilib
Dünya "pis dünya sindromu" yaşayır...
Bakı-2015-ə həsr edilən qızıl iPhone
Uzun həyatın sirri... bağırsaqlarda gizlənib
"Kirpi" tortu (foto resept)
Suriyada çox sayda rus generalı öldürüldü
Səfir: "İsrail Azərbaycanla tərəfdaşlığa xüsusi önəm verir"
Həm Android, həm Firefox-la işləyən smartfon
Xankəndi boşdur: 40 min insan Ermənistana qaçıb
Kremli peçenye (foto resept)
Bakıda yol polisi sürücülərə xəbərdarlıq etdi
Dərini qidalandıran maska
Bu ərzaqlar bahalaşdı
Abort edənlər məsuliyyətə cəlb olunacaqlar?
“Ana, şəhid olacağam, mənimlə fəxr edəcəksən” - VİDEO
Dənizdə çimənləri polis aparır
Venesuelaya meteorit düşdü
Tarkan 5 milyondan imtina etdi - SƏBƏB
- ŞƏRHLƏR