Alimlər niyə xroniki stressin infarkta səbəb olduğuna aydınlıq gətiriblər. Məlum olub ki, stress orqanizmdə kəskin leykosit istehsalına səbəb olur, bu da öz növbəsində damar tıxanıqlığı ilə nəticələnir.
Həkimlər uzun müddətdit ki xroniki stressin ürək-damar xəstəliklərinə səbəb olduğunu bilirdi, lakin belə təsirin mexanizmi sirr olaraq qalırdı. Stressin səbəb olduğu həddən artıq ağ qan hüceyrələri hasili qan damarlarının içəri divarlarında "tıxac" meydana gətirərək, qan dövranını yavaşladır və laxtalanma miqdarını artırır.
Harvard Tibb Məktəbindən olan Mattias Narendorf qeyd edir ki, ağ qan hüceyrələri müxtəlif infeksiyalarla mübarizədə böyük rola malik olsa da, miqdarı həddindən artıq olduqda zərər də verə bilər.
Harvardlı alimlər təcili yardım şöbəsindən olan 29 tibb işçisindən aldıqları qan nümunəsini araşdıraraq, stress və infarkt arasındaki əlaqəni aydınlığa çıxarmağa çalışdılar. Məlumdur ki, belə müəssisələrdə iş şəraiti təcili davranmaq və sair məsuliyyətlər səbəbindən davamlı stresslə əlaqəlidir.
İş və boş vaxtlarında həkim və tibb bacılarından alınmış qan nümunələrini yoxlayaraq, tədqiqatçılar stress və immun sistemi vəziyyəti arasındaki əlaqəni aşkar etməyə nail olublar. Nəticəyə əsasən, güclü stress sümük iliyinin kök hüceyrələrini aktivləşdirərək, çoxlu miqdarda ağ qan hüceyrələri - leykosit hasilinə gətirib çıxarır. Alimlər bundan başqa siçanlar üzərində də bir sıra təcrübələr aparıb. Nəticələr oxşarlıq təşkil edib: güclü stress əlamətləri olan siçanlarda da çoxlu leykosit istehsalı müşahidə edilirdi.
Mütəxəssislər qeyd edir ki, stress infarkta səbəb ola biləcək faktorlardan yalnız biridir. Bunlar arasına həm də orqanizmdə yüksək xolesterin səviyyəsi, yüksək təzyiq, siqaret istifadəsi və bəzi genetik faktorlar əlavə edilə bilər.
XƏBƏR LENTİ
Filmləri "toxuyan" Rasim Ocaqov
Siz də xərçəng daşıyıcısı ola bilərsiniz
Uşaqlarda aqresiya yaradan qidalar
HAVA necə olacaq?- 3 fevral
Boksçumuz erməninin çənəsini oynatdı
18 milyon izləyicisi olan sürücü-FOTO
Azərbaycanda koronavirusa yeni yoluxma sayı 3 mini keçdi, 26 nəfər vəfat etdi
Nişan üzüyünü taxmaq lazımdırmı? - MÜZAKİRƏ
Dünyada koronavirusdan daha böyük təhlükə
ABŞ-da beş azərbaycanlı koronavirusa yoluxub - VİDEO
İlham Əliyev Naftalan şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib
Azərbaycan və ABŞ arasında hava nəqliyyatı haqqında saziş təsdiq edildi
Bakıda mənzillərin qiymətləri
Avqustda gözlənilən hava proqnozu
Bakıda xəstəxanaların dolmasının 85 faizə çatdığı günlər olub - RƏSMİ
Osteoartrit xəstəliyi
Paytaxt sakinləri hələ də donurlar: kimdir günahkar?
"Like" hərisliyi insanlarda depressiya və məyusluq yaradır
HAVA necə olacaq?
İlham Əliyev: “Bərdə sakinlərinin qisası yerdə qalmayacaq”
Düzgün ayaqqabı seçimi
Yayda dəbdə olan 3 saç modeli
Sıla aşpaza ərə gedir-FOTO
Pomidor yumurta (foto resept)
Qadın olmaq niyə yaxşıdır?
28 may Respublika günü
Nikahdan öncə tibbi müayinə
Erməni saytları dağıdıldı
Martda istirahət günü ilə iş gününün yeri dəyişdirildi
Həyat davam edir
Saman da sənətdə işə yarayır - FOTOSESSİYA
10 dahini ölümə aparan 10 axmaq hərəkət
Kişiləri başqa kabus qorxudur
Analar, ağıllı uşaq istəyirsiniz? Onda oxuyun
Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək
“WhatsApp”da yenilik!
ARB və "Xəzər" TV-nin yayımı dayandırılacaq - QƏRAR
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
195-2 Telefon Məlumat Mərkəzinə indiyədək 23 mindən çox müraciət edilib
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Qısqanclıq özgüvənsizliyin əlamətidir!
Pele: "Səsimi Messiyə verəcəm, amma Zidan Leodan güclü idi"
Kira Naytli stili
Hadise yeni imicdə-FOTO
Koronavirusa yoluxan azərbaycanlıda Sibir xorası da aşkarlandı
Tədrislə bağlı MÜHÜM AÇIQLAMA
Banklara xəbərdarlıq etdi
Bürclərin sevgidə qorxuları (1)
Bağdadda 8 illik qadağaya son
Nazirlikdən qrip epidemiyası ilə bağlı AÇIQLAMA
- ŞƏRHLƏR