"Kaspersky Lab" şirkətinin apardığı yeni araşdırmanın nəticələrinə əsasən, əksər istifadəçilər üçün sosial şəbəkələrdə həyat pis əhval-ruhiyyə və məyusluqla assosiasiya olunur. Belə ki, sorğuda iştirak etmiş respondentlərin 42%-i etiraf edib ki, paylaşımları daha böyük maraqla qarşılanan dostlarına həsəd aparırlar. Onların əksəriyyəti postları və fotoları gözlədiklərindən az "like" (bəyənmə) topladıqda kədərlənirlər.
Milli.Az "Report"a istinadən bildirir ki,insanlar sosial şəbəkələrə müəyyən müsbət məqsədlərlə üz tuturlar: 65% istifadəçi dostları və həmkarları ilə əlaqə saxlamaq, 60%-i isə əyləncəli və maraqlı paylaşımlardan xəbərdar olmaq üçün sosial şəbəkələrə daxil olur. İstifadəçilər öz hesablarını formalaşdırmaq üçün kifayət qədər çox vaxt sərf edirlər. Ən çox paylaşılan kontent sırasında məzuniyyətdə çəkilmiş fotolar (61%) və müsbət emosiya yaradan informasiyalar (43%) yer alır.
Əslində isə sosial şəbəkələrdə həyat bir çox qıcıqlandırıcı məqamlarla yadda qalır: burada ilk sıranı təbii ki, reklam tutur (bu, respondetlərin 72%-ni təngə gətirir), lakin bir çox xoşagəlməz amillər istifadəçinin yaxın ətrafından asılı olur. Demək olar ki, hər kəs əsəbləşə bilər: dəvət olunmadığı şənlikdən fotolar (respondentlərin 59%-i etiraf edir ki, bu, onların əhvalını korlayır), dostların məzuniyyətdən fotoları (45%), hətta özlərinin vaxtilə paylaşdıqları xoşbəxt xatirələrə baxdıqda belə, əvvəl daha yaxşı yaşadıqlarını düşünərək məyus olurlar (37%).
Hazırda "Kaspersky Lab" şirkəti bu problemi həll etmək üçün "FFForget" adlı tətbiq hazırlayır ki, bu tətbiq sayəsində insanlar sosial media hesablarını bağlamaq qərarını üçüncü tərəflərdən asılı olmadan sərbəst şəkildə verə biləcəklər. Tətbiqin 2017-ci ildə buraxılması planlaşdırılır, lakin dəqiq tarix auditoriyanın marağından asılıdır. Tətbiqi ilk istifadə edənlərdən olmaq istəyənlər https://ffforget.kaspersky.com/ saytında qeydiyyatdan keçməklə tətbiqin buraxılışı barədə son xəbərlərdən agah ola və proqramın beta versiyasından istifadə edə bilər.
Day.az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Modern qonaq otağı modelləri
Ermənistanda savaş başladı
Təmiz bir dəri üçün beş qulluq məsləhəti
Qara nöqtələr üçün qəhvə maskası
Bu günün hava proqnozu
Azərbaycanda yay vaxtına keçid ləğv olundu
Yaşıl çay necə içilməlidir?
Yeni sanksiyalar: hədəf Rusiya
Bu müəllimlər üçün yeni müsabiqəyə başlanılır
Murat Bozdan qəribə addım
Prezidentdən Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı SƏRƏNCAM
Almaniyaya miqrantlarla yanaşı UNO-lar da gəlməyə başlayıb
Abort qadağan edildi
"Aydınlanma səyahəti" kitabından seçmələr (2)
Hansı pasiyentlərin evdə müalicəsinə icazə veriləcək?- AÇIQLAMA
Trampın tərəfdarları Konqresin binasına belə daxil oldu - VİDEO
Xərçəng xəstəliyinin əlamətləri
Bunları edərək özünüzü bədbəxt etməyin!
Kollaj texnikası ilə çanta hazırlayaq
Məşhurların qidalanma sirləri
Hamilələrə necə davranmalı?
Qubada şəhid olan hərbi qulluqçu dəfn edilir
Azərbaycan filmləri qardaş ölkədə
Qış üçün tərəvəz kürüsü (foto resept)
Bakıda ucuz avtomobillər satılır
Selena Gomez yeni FOTO-larını paylaşdı
Bu il 10 min ailə dağılıb
Boksçularımız dünya çempionatının növbəti mərhələsində
Castin Biber xanımından danışdı-FOTO
Arqan yağı maskası
Bilik gününə hazırlıq: Gül mağazalarında indidən canlanma yaşanır
Mehriban Əliyeva iki şəhid ailəsinə yeni ev tikilməsi ilə bağlı göstəriş verdi - FOTO
Bişmiş tərəvəz salatı (foto-resept)
"Qarabağ" azarkeşlərinə möhtəşəm sürpiz
1000 manat istəyənlərin nəzərinə
“İrəli” İctimai Birliyi və ASAİF Gürcüstandakı gənclərlə görüş keçirib
Azərbaycanın Hərbi Komandanlığı işğal altında olan mülki əhaliyə müraciət etdi
Qubada zəlzələ olub
Yağış suları Gəncədə 2 evi yararsız hala saldı
İran Xəzər sahilində AES tikəcək
Acı bibərlə bağlı yeni faktlar
"Oscar" 30 ildən sonra İLK DƏFƏ
Bu kitab rekord vurdu
Kann festivalı başlandı - FOTO
Günün ulduz falı
Zəngilanın işğaldan azad edilən daha bir kəndindən görüntülər - VİDEO
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
ABŞ-da "Qara Cümə" xəbərdarlığı
Tulumba (video resept)
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb